Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə38/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   34   35   36   37   38   39   40   41   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
152 
152 
Statistikaya  görə,  hazırda  dünyada  191  milyon  nəfər 
vətənindən kənarda yaşayır. Onların 115 milyon nəfəri inkişaf 
etmiş,  75  milyon  nəfəri  isə  aralarında  Cənubi  Koreya  və 
Sinqapurun da yer aldığı inkişaf etməkdə olan ölkələr seçiblər.  
Qloballaşmanın  qaçılmaz  ünsürünə  çevrilən  miqrasiya 
həm  gedənlərin ölkələrinə, həm də miqrantların üz tutduqları 
dövlətlərə  xeyir  verməlidir.  Vətənlərini  tərk  edən  miqrantlar 
gəldikləri  ölkələrdə  yerli  əhali  arasında  populyar  olmayan 
işlərdə  çalışır,  «ikinci  vətən»lərini  ümumi  iqtisadi 
göstəricilərinin  yaxşılaşmasına  və  əhalisi  «qocalan»  dövlətin 
sosial təminat-pensiya sisteminin güclənməsinə kömək edir.  
Xatırladaq  ki,  hazırda  Rusiya  2,  5  milyon,  dünyanın 
müxtəlif ölkələrində isə 500 minə yaxın Azərbaycan vətəndaşı 
miqrant statusu ilə yaşayıb çalışır. Onların hər il Azərbaycana 
yolladıqları  maliyyə  vəsaitinin  həcmi  isə  2  milyard  dollara 
yaxındır [2].  
Göründüyü  kimi  azərbaycanlıların  mühacirət  etdikləri 
dövlətlər içərisində Rusiya liderliyi qoruyub saxlayır. Hazırda 
Rusiyada  azərbaycanlıların  çoxsaylı  və  kompakt  halında 
məskunlaşdığı  şəhərlər  içərisində  Moskva,  Sankt-Pterburq, 
Tümen  və  digər  şəhərlər  üstünlük  təşkil  edir.  Xüsusilə 
Moskva  şəhər  əhalisinin  8  %-ni  azərbaycanlılar  təşkil  edir. 
Azərbaycanlıların  əsasən  ticarətlə,  habelə  restoran  biznesi  ilə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
153 
153 
153 
məşğul olduğu bildirilir. Bu gün, Moskvada 3 minə qədər elmi 
idarələrdə  çalışan  azərbaycanlı  var.  Düzdür,  azərbaycanlılar 
arasında  əksəriyyəti  ticarətlə  məşğul  olanlar  tutur.  Bəzilər 
onların arasında evə dönməyə meylin artdığını hiss edirlər. Bu 
tendensiyanı  gücləndirən  amillərdən  biri  kimi  Rusiyada 
ksenofobiyanın artması qeyd olunur[42].  
Moskva  ilə  yanaşı,  azərbaycanlı  ziyalı  zümrəsi  artıq 
İsveç,  Fransa,  Böyük  Britaniya,  Almaniya,  Türkiyə,  ABŞ, 
Ukrayna, Moldova, Belorusiya, Kanada, Norveç, Hollandiya, 
Belçika  və  s.  ölkələrdə  formalaşmağa  başlayıb  ki,  bunda 
müstəqillik  illərindən  sonra  bu  ölkələrə  axını  güclənən 
zəkaların rolu böyük olub.  
Zəka  axınının  müsbət  tərəfi  kimi  biz  ziyalı  zümrəsinin 
xaricdə formalaşmasını göstərsək də, bunun neqativ cəhətləri 
də  son  illər  özünü  büruzə  verir.  Bu  xaricə  dini  təhsil  almaq 
üçün  gedən  gənclərin  geri  qayıtmayaraq,  sonradan  müxtəlif 
təriqətlər  və  qrupların  üzvlərinə  çevrilməsidir.  ABŞ-ın  ən 
qorxunc  Quantanamo  həbsxanasında  həbs  edilən  terrorçular 
sırasında  azərbaycanlıların  da  olması  təhsil  ardınca  xaricdə 
gedənlərin  dövlət  tərəfindən  nəzarətə  alınmasının  zəruriliyini 
meydana çıxarır.  
Hazırda  dini  təhsil  almaq  üçün  Azərbaycanı  tərk  etmiş 
gənclərin sayı 2 min nəfərə çatır. Amma onların heç də hamısı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
154 
154 
Vətənə  dindar  kimi  qayıtmırlar.  Onlara  Azərbaycanda 
fəaliyyət göstərən islam xeyriyyə təşkilatları və dini qurumlar 
yardım göstərib. Gənclər əksər hallarda dini cərəyanların təsiri 
altına düşdüyündən, geri qayıda bilmir. Onlardan bəziləri işlə 
də  təmin  olunur.  Əlavə  edək  ki,  dini  təhsil  adı  ilə  ölkədən 
çıxanlar  həm  də  hərbi  xidmətdən  yayınırlar.  Dövlət  xətti  ilə 
göndərilən  gənclərin  taleyi  üçün  dövlət  qurumu  məsuliyyət 
daşıyır.  Amma  müxtəlif  qurumların  təhsil  almaq  adı  altında 
aldadıb Suriya, İran, Pakistan, Misir və Səudiyyə Ərəbistanına 
apardığı cavanlar da var ki, onlara görə isə dövlət qurumu heç 
bir  məsuliyyət  daşımır.  Azərbaycan  dövləti  onlara  nə  təqaüd 
verir, nə də təhsil haqlarını ödəyir [19].  
Bu  problemlərlə  yanaşı  xaricdə  iş  və  təhsil  ardınca 
gedən zəka sahibləri Azərbaycanın inkişafı üçün önəmli olan 
yenilik və ixtiraları orada edirlər.  
Bu gün dünyanın inkişaf etmiş, iqtisadi potensialı geniş 
olan  19  regionunda  284  nəfər  Azərbaycandan  olan  iqtisadçı 
alim  çalışır.  Azərbaycanın  müxtəlif  yaşayış  məntəqələrindən 
İran  İslam  Respublikasının  sərhədyanı  ərazilərində,  o 
cümlədən  Ərdəbildə,  Təbrizdə,  Germidə,  Parsabadda, 
Zəncanda,  Şirazda,  İsfahanda,  Urmiyada  2636  nəfər  kənd 
təsərrüfatı  mütəxəssisi  çalışır.  Onlardan  423  nəfəri  kənd 
təsərrüfatının  müxtəlif  sahələri  üzrə  elmi-tədqiqat  işləri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
155 
155 
155 
aparırlar. 
Kənd 
təsərrüfatında 
balanslaşdırma 
və 
intensivləşdirilmə siyasətinin aparılmasında, iqtisadi amillərin 
sivil  qaydalarla  tətbiqi  sahəsində  İranda  çalışan  azərbaycanlı 
mütəxəssislər  ölkənin  büdcəsinə  əlavə  olaraq  2002-ci  ildə 
ümumilikdə 18622 min dollar gəlir veriblər. 2003-cü ildə isə 
bu  rəqəm  25701  min  dollar  olub.  RF-nin  iqtisadiyyat 
infrastrukturlarının 
inkişafında, 
formalaşmasında 
və 
yeniləşməsində təkcə 2002-ci ildə 78 min azərbaycanlı iştirak 
edib.  Onların  arasında  313  ixtiraçı-alim  ölkənin  iqtisadi 
qüdrəti üçün layihələr verib. Nəticədə RF-nin büdcəsinə 2002-
ci ildə 8 milyard 610 milyon 594 min dollar gəlir gəlib. 2003-
cü ildə isə bu rəqəm 12 milyard 211 milyon dollar olub [92].  
Araşdırmalarımıza  görə  hazırda  xaricə  zəka  axını 
prosesinə  qoşulan  gənclərin  aşağıdakı  problemləri  əsas 
gətirilir: 
1.  Az  əmək  haqqı,  AMEA  əməkdaşları,  təhsil  işçiləri, 
həkimlər və digər peşə sahiblərinin aylıq gəliri 140-200 ABŞ 
dolları civarındadır və bu ailəli gənclərin 2 həftəlik dolanışığı 
deməkdir.  
2.  Sosial  güzəştlərin  olmaması.  Gənclər  şəhəri 
modelinin  olmaması  üzündən  ev,  avtomobil  və  digər  yaşayış 
üçün zəruri olanlara dövlət tərəfindən verilən güzəştlərin gənc 
tədqiqatçıları və işçilərinin əmək haqqı ilə uyğun olmaması.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə