Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə34/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   30   31   32   33   34   35   36   37   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
136 
136 
Aşurbəyli;  tibb  elmləri  doktoru,  professor  Umnisə 
Musabəyova;  filologiya  elmləri  doktoru,  mərhum  professor 
Əzizə  Cəfərzadə,  əməkdar  elm  xadimi,  tibb  elmləri  doktoru, 
professor  Mina  Davatdarova;  tibb  elmləri  doktoru,  professor 
Sayalı  Tağıyeva;  akademik,  tibb  elmləri  doktoru,  mərhum 
professor  Zərifə  Əliyeva  və  bir  çox  başqalarının  adını  çəkə 
bilərik.  Elm  aləmində  qadınların  uğurlarına,  onların  kişilərlə 
bərabər (qadınların elmlərlə məşğul olmaq imkanı mənasında) 
hüquqlarına  baxmayaraq,  bu  müvəffəqiyyətlər  qadının  elmin 
idarəolunma  orqanlarında  məhdud  şəkildə  təmsil  olunması, 
ayrı-seçkilik,  kişilərlə  birgə  aparılmış  tədqiqatların  nəticəsi 
çap  olunarkən,  qadınların  hüquqlarının  pozulması  fenomeni 
ilə  «sülh  şəraitində»  yanaşı  yaşayırdı  və  yaşamaqdadır.  Bizə 
elə  gəlir  ki,  qadın  yaradıcılığına  kişilərin  qısqanc  yanaşması 
etnik yox, universal, bütün ölkələrdə müşahidə edilən hadisə, 
yaxud  xüsusiyyətdir.  Elm  tarixçisi  M.  U.  Rossister  özünün 
«Elmdə  matilda-matvey  effekti»  əsərində  yazırdı  ki,  alim 
qadın  F.  Rotşteyn-Robbine  30  il  ərzində  fizioloq  C.  Uipl  ilə 
yanaşı çalışmışdı və onların bir çox birgə hazırlanmış yazıları 
vardı–buna  baxmayaraq  1934-cü  ildə  Nobel  mükafatını  Uipl 
tək almışdı [43].  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
137 
137 
137 
Sovet  dövründə  həyatın  bütün  sahələrinə  cəlb  olunan 
Azərbaycan  qadını  ölkə  həyatının  bütün  sahələrində  aparıcı 
mövqe tuturdu.  
1960-1980-ci  illərdə  ali  məktəb  tələbələrinin  35-40%-i 
qız idi.  
Milli təhsil və mədəni quruculuq sahəsində Azərbaycan 
qadınları  ona  xas  olan  yüksək  vətəndaşlıq  və  xalqına  sevgi 
hissi  ilə  yaxından  iştirak  edirdi.  1980-ci  ildə  respublikanın 
xalq  təsərrüfatı  sahəsində  768  min  qadın  çalışırdı.  Qadını 
istehsalat sahəsinə, ağır sənayeyə, kənd təsərrüfatına (pambıq 
və çay plantasiyalarına) cəlb edən Sovet hökuməti bundan sui-
istifadə  edirdi.  Tarlada,  pambıq  və  çay  əkini  və  yığımının 
çətin  sahələrində  qadın  əməyi  üstünlük  təşkil  edirdi.  Kişilər 
isə  idarəetmə  kürsüsündə  oturaraq  qadın  əməyinə  nəzarət 
edirdi.  Demək  olar  ki,  qoşqu  rolunu  yerinə  yetirən  qadına 
qarşı  münasibətdə  islam  ənənələri  tamamilə  unudulmuşdu. 
Partiya  ideologiyası  qadın  əməyini  rəğbətləndirir,  «Sosialist 
Əməyi  Qəhrəmanı»  adı  verərək  maddi  və  mənəvi  cəhətdən 
onu həvəsləndirirdi. Artıq normaya çevrilən ağır qadın əməyi 
ilə bağlı süni apofeoz yaradılırdı [82, 8-11].  
Göründüyü  kimi  ölkədə  qadın  və  kişi  zəkalarının  zəka 
axınına  qoşulması  və  ölkədə  qalıb  işləyənlər  arasında 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
138 
138 
müəyyən rəqəmlərdə fərq olmasına baxmayaraq, problem eyni 
istiqamətdə inkişaf edirdi.  
Azərbaycandan  zəka  axını  prosesinin  kütləvi  şəkil 
alması 
1991-ci 
ildə 
Dövlət 
müstəqilliyi 
haqqında 
bəyannamənin  imzalanması  oldu.  Yeni  müstəqillik  əldə  edən 
Azərbaycan  daxili  siyasi  ictimai  proseslərlə  üz-üzə  qalması 
digər  sahələrlə  yanaşı  elm  və  təhsil  sahəsinə  də  öz  təsirini 
göstərdi.  Ermənistanın  Azərbaycana  qarşı  başladığı  işğalçı 
müharibə daxili miqrasiya həddini yüksək dərəcəyə çatdırdı.  
Erməni  işğalından  canlarını  qurtarıb  yurdlarını  tərk 
edənlər  bir  yana–  hazırda  ölkədə  272.  000  nəfər  qaçqınların 
yaşayış səviyyəsindən əsla fərqlənməyən həyat sürür.  
Onlar  Ermənistanı  tərk  edib  Azərbaycana  gələn  220. 
000 azəri və 52. 000 nəfər məsheti türküdür.  
234  qaçqın,  o  cümlədən  Əfqanıstandan  Bakıya  gəlmiş 
151  əfqan  ölkəni  tərk  edərək,  başqa  dövlətlərə  üz  tutub.  114 
nəfər Azərbaycandan getmək istəsələr də, qərarlarını sonradan 
dəyişiblər.  
Qaçqınlardan  67  nəfər  Kanada,  15  nəfəri  İsveçə,  13 
nəfəri  isə  ABŞ-a  mühacirət  edib.  Son  iki  il  ərzində  5.  200 
nəfər soydaşımız Avropanın müxtəlif ölkələrinə gedərək orada 
sığınacaq istəyiblər.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
139 
139 
139 
Rəsmi  statistikaya  görə,  1994-cü  ildə  Azərbaycan  və 
Ermənistan  arasında  atəşkəs  sazişi  bağlanandan  üzübəri  72. 
000  nəfər  məcburi  köçkün  ermənilərin  işğal  etdikləri 
rayonlarla  həmsərhəd  bölgələrə,  başlıca  olaraq  Fizuli  və 
Ağdam  rayonlarına  qayıdıblar.  Erməni  terrorçuları  hələ  də 
Dağlıq  Qarabağ  və  ətraf  7  rayonu  işğalda  saxladıqlarından, 
məcburi  köçkünlərin  tam  əksəriyyəti  doğma  yurd-yuvalarına 
dönə bilmirlər.  
Məcburi  köçkünlər  arasında  40.  000  nəfər  Dağlıq 
Qarabağ  sakini  və  530  min  nəfər  ətraf  rayonların  əhalisi 
vardır.  1994-cü  ildə  əsrin  müqavilə–neft  kontraktlarının 
imzalanması  bir  çox  inkişaf  etmiş  dövlətlərin  Azərbaycanla 
münasibətlərinin  güclənməsi  iqtisadi,  sosial  və  elmi 
əməkdaşlığın  inkişaf  etməsinə  təkan  verdi.  Bakı  və  digər 
şəhərlərdə  mərkəzləri  açılan  iri  transmilli  şirkətlərə  işə  cəlb 
edilən 
zəkalı 
gənclər 
sonradan 
təcrübə 
keçməyə 
göndərildikləri ölkələrdən geri qayıtmırdı.  
BP, Statoil, Exxon və s. şirkətlərdə öz zəkalarını bu gün 
xarici ölkələrdə yüksək qiymətləndirirlər.  
1988-ci  ildə  Bakı  elm  və  təhsil  işçiləri  ilə  yanaşı 
mütəxəssislər arasında aparılan sosioloji sorğu bir çox maraqlı 
məqamlara  aşkarlıq  gətirmişdir.  Rəyi  soruşulan  azərbaycanlı 
respondentlərin 5%-i Rusiyaya, 3 %-i Türkiyəyə, qalan 82 %-i 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə