Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə30/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   26   27   28   29   30   31   32   33   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
120 
120 
Bu  proseslərə  baxmayaraq,  azərbaycanlıların  tarixdə 
qoyduqları  izlər  silinməmişdir.  Azərbaycan  memarları, 
ixtiraçıları,  ədəbiyyatşünasları,  tacirləri,  elm  xadimləri, 
musiqiçiləri  və  hərbçiləri  yaşadıqları  ölkələrdə  mühüm  rol 
oynamaqla,  nüfuz  sahibi  idilər.  Bəhmənyar  ibn  Mərzaban, 
Nəsrəddin  Tusi  kimi  azərbaycanlı  alimlərin  adları  bütün 
dünyada  məşhur  idi.  Avropada  Nəsrəddin  Tusi  və 
Bəhmənyarın  əsərləri  ilə  tanış  idilər.  Xristofor  Kolumbun 
Amerikaya  üzərkən  əlində  Nəsrəddin  Tusinin  çəkdiyi  xəritə, 
onun  ixtirası  olan  astronomik  cihazların  olması  barədə 
məlumatlar var.  
Azərbaycan  memarlıq  məktəbinin  nümayəndələri  Orta 
Asiya  və  Yaxın  Şərqin  Səmərqənd,  Ürgənd,  Buxara,  Hələb, 
Məşhəd, İsfahan və Bağdad kimi zəngin şəhərlərində əzəmətli 
abidələrin tikintisində də iştirak edirdilər.  
Ərəb  kitabxanalarında  olan  mənbələrdə  azərbaycanlı 
memarların  yaratdıqları  möhtəşəm  tikililərdən  geniş  söhbət 
açılır.  Xəlifə  Ömərin  hakimiyyəti  illərində  Kufə  şəhərində 
tikdirdiyi məscidin tikintisi üçün azərbaycanlı memarlar dəvət 
edilmişdi.  Səmərqənddə  də  böyük  tikintilərdə  iştirak  edən 
memarlardan  Məhəmməd  Yusif  Təbrizi,  Fəxxar  Zeynəddin 
Şəms  Təbrizinin,  Heratda  Mahmud  Məğşun  Nəqqaş  Təbrizi, 
Əli  Memar,  Yusif  Qutqaşınlı,  Hacı  Əli  Hafiz  Təbrizi, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
121 
121 
121 
Hindistanda  rəssam  Mir  Seyid  Əli  Təbrizi  və  Ağa  Mirək 
Qiyas, Bağdadda Əhməd əl-Xəqani, Zərinqələm Təbrizi, Xocə 
Əlişah Təbrizi, Xətta Mübəranşah Zəriqələm, Türkiyədə Əsir 
Əli,  Həsən  Firuz  oğlu,  Məhəmməd  Mahmud  oğlu  Ərazi, 
Bədrəddin  Təbrizi  və  digərlərinin  adlarını  çəkmək  olar  [27, 
42-44].  
Anadoluda və Şərqi Frakiyada (Rum elində) orta əsrlər 
memarlığının aparıcı şəxsiyyətləri də əsasən Azərbaycan zəka 
axınının  üzvləri  olmuşlar.  Bunların  sırasında  Mencucuqların 
saray  memarı  marağalı  Həsən  Firuz  oğlu,  mərəndli  Əhməd 
Əbubəkr  oğlu,  başqa  dövrlərdə  təbrizli  Hacı  Bəxtiyar,  tiflisli 
usta  Əhməd  İbrahim  oğlu,  memar  Məməhəmməd  Mahmud 
oğlu  Ərani,  memar  və  kimyaçı  Bədrəddin  Təbrizi,  naməlum 
qəzvinli  usta,  memar  Pir  Həsən,  bakılı  memar  Babacan, 
təbrizli  usta  Məhəmməd  Məcnun  nəqqaş  İlyas  Əli,  Hacı  Əli 
Əhməd  oğlu,  təbrizli  Əsir  Əli  (yaxud  Qul  Əli)  və  başqaları 
fərqlənirdilər.  1180-ci  ildə  Divriqidə  Qala  məscidini, 
Ərzurumdakı  Saltuklu  Günbəzi  türbəsini  tikmiş  Həsən  Firuz 
oğlundan  başlamış,  I  Sultan  Səlimin  Çaldıran  döyüşündən 
sonra İstambula apardığı, özünə baş memar etdiyi, İstambulda 
Topqapı sarayının II baştacını (Bad əs-Səlam), Sultan I Səlim 
kompleksini, Yazarı Qasım məscidini, Bala Paşa və Mahmud 
Paşa  məscidlərini,  Əski  şəhərdə  Çoban  Mustafa  məscidini, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
122 
122 
Sofiyada  Səfiəddin  məscidini,  Təkirdağda  Ayaz  paşa 
məscidini,  Trabzonda  Xatuniyyə  məscidini,  Konyada  Səlim 
məscidini,  Bozoyuqda  Qasımpaşa  məscidini,  Halıcılarda 
mədrəsəni,  yeməkxananı,  məktəbi,  Bosniyanın  Sarayevo 
şəhərində  məscidi,  sarayı,  gənclər  binasını  (Dar  əs-Sibyan), 
kitabxana  tikmiş  Əsir  Əliyə  qədər  olan  memarlar,  ustalar, 
nəqqaşlar  Azərbaycanın  adını  geniş  bir  ərazidə  məşhur-
laşdırmışlar.  Xüsusilə  Mövlana  Cəlaləddin  Ruminin  qəbri 
üstündə  1274-cü  ildə  Mövlana  türbəsi  tikmiş  Bədrəddin 
Təbrizi və dahi sənətkar memar Sinana müəllimlik edən Əsir 
Əlinin  adları  dünya  memarlığı  tarixində  şərəfli  yerlərdən 
birini tutmalıdır.  
Anadoludakı  Azərbaycan  zəkalarından  söz  açdıqda, 
əlbəttə,  Cəlaləddin  Rumiyə  mürşidlik,  ustadlıq  edən,  təriqət 
başçısı,  ulu  şair  Şəms  Təbrizini  (XIII  əsr)  və  bir  zamanlar  I 
Şah İsmayıl sarayında məliküşşüəra olub, sonra Sultan Səlim 
tərəfindən İstanbula aparılan, yalnız Azərbaycanda deyil, həm 
də  İranda  yaranan  poeziyaya,  osmanlı-türk  ədəbiyyatına  da 
təsir  göstərmiş  Füzulini  heyran  qoyan  qüdrətli  qələm  ustadı 
Həbibini də unutmaq olmaz.  
XX əsrin əvvəllərində dünyada baş verən ictimai-siyasi 
hadisələr  Azərbaycandan  da  yan  keçmədi.  Rus  imperiyası 
işğalından  azad  olan  Azərbaycan  Şərqdə  ilk  demokratik 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
123 
123 
123 
respublikanın  qurulduğu  region  oldu.  Bu  xəbər  Rus 
imperiyasına  qarşı  çıxan  ölkədən  mühacirət  etmiş  zəka 
sahiblər  vətənə  geri  dönərək  müstəqil  Azərbaycanın  inkişafı 
naminə  dəstəklərini  əsirgəmirdilər.  Əlağa  Şıxlinski,  Səməd 
bəy Mehmandarov və digərləri belə şəxslərin içərisində idi.  
1918-19-20-ci illərdə dünyanın siyasi xəritəsində cəmisi 
23 ay ömür sürən Demokratik Respublikanın diqqət yetirdiyi 
işlərdən  biri  də  elm  və  təhsildə  islahatları  idi.  Bakı  Dövlət 
Universitetinin  yaradılması,  orta  məktəblərin,  gimnaziyaların 
açılması,  qadınların  təhsilə  cəlb  edilməsi  görülən  mühüm 
işlərdən  idi.  ADR-in  daha  bir  diqqətəlayiq  addımı  xaricə 
tələbə  göndərilməsi  idi.  99  tələbənin  Almaniya,  İtaliya, 
Fransa,  İsveçrə,  Amerikaya  təhsil  almağa  göndərilməsi 
Azərbaycan elminin və təhsilinin təkmilləşdirilməsinə xidmət 
edirdi.  
O  zamanlar  Azərbaycandan  xarici  ölkələrə  zəka  axını 
davam  edirdi.  Türkiyə,  Fransa,  İtaliya,  Almaniya  onların 
köçdükləri ölkələrdən idi. Bu illərdə Azərbaycanı tərk edənlər 
içərisində Əli bəy Hüseynzadə, Firudin bəy Vəzirov, Ceyhun 
bəy Hacıbəyli, və s. adları xüsusi olaraq qeyd edə bilərik. [12, 
5-8].  
Xaricə 
mühacirət 
edən 
azərbaycanlı 
zəkaların 
fəaliyyətlərində  vətəni  təmsilçilik  hissləri  aşkar  görünürdü. 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə