Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə26/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   22   23   24   25   26   27   28   29   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
105 
105 
105 
latviyalılar  özlərinə  normal  həyat  və  iş  şəraiti  düzəltmək 
niyyətindədirlər.  
Avropaya mühacirət edən insanlar içərisində təkcə ziyalı 
və elmi kadrların sayı 50 min nəfərdir.  
Şərqi  Avropa,  Baltik  ölkələri  içərisində  zəkaların 
itirilməsinə görə öncül yerdə Latviya hökuməti həyəcan təbili 
çalır. Avropa Fondu Latviya rəhbərliyinə xəbərdarlıq edib ki, 
yaxın  illər  ərzində  zəkaların  ölkədən  getməsinin  qarşısını  ala 
biləcək tədbirlər həyata keçirməyəcəyi təqdirdə ciddi böhranla 
üzləşməli olacaq.  
İşçi  qüvvəsi  və  düşünən  beyinlərin  kütləvi  miqrasiya 
prosesində  iştirakı  iqtisadi  və  sosial  problemlərin  Latviya 
üçün  müsbət  dividentlər  gətirməyəcəyini  mütəxəssislər  qeyd 
edirlər.  Avropa  ölkələrinə  karyera  qurmağa  gələn  latviyalı 
zəkalar  onları  buna  vadar  edən  problemləri  aşağıdakı  kimi 
sıralayırlar: Əmək haqqının azlığı, normal iş şəraitinin olması, 
yaşam  üçün  normal  sosial  şəraitin  dövlət  tərəfindən 
verilməməsi, iqtisadi cəhətdən gələcəyin ümidsiz olması.  
Estoniyada  zəka  axını  problemi  mövcuddur.  XX  əsrin 
birinci yarısından başlanan əmək miqrasiyası Estoniyada elmi 
potensialın aşağı  düşməsinə şərait  yaradır. Sovet  hakimiyyəti 
illərində  eston  alimləri  qonşu  dövlətlərin  elmi  və  dövlət 
müəssisələrində  çalışırdılar.  1950-ci  illərdə  Estoniyanı  tərk 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
106 
106 
edənlərin sayı 10000 nəfər idisə, 1990-cı ilə bu rəqəm 60000-ə 
çatmışdır.  Bu  gün  eston  zəka  miqrasiyasının  coğrafiyasını 
aşağıdakı kimi təsvir etmək olar: [115] Rusiya –25, 8%, Baltik 
dövlətləri–24%,  Qafqaz  ölkələri–1,  3  %,  Mərkəzi  Asiya  –  3, 
4%,  Belorusiya  –  6,  2  %,  Ukrayna  –  11,  4%  və  digər  MDB 
Respublikaları– 1, 3 %, Avropa və Amerika ölkələri–48, 1 %.  
1989-cü  ildən  başlayaraq  elmin  inkişafı  üçün,  müxtəlif 
səviyyəli  tədbirlərin  Estoniya  rəsmiləri  tərəfindən  həyata 
keçirilməsinə  baxmayaraq,  eston  zəkaları  öz  karyeralarını 
xarici ölkələrdə qurmaq niyyətindədirlər. 1995-2005-ci illərdə 
ölkəni  tərk  edənlərin  28  %-nin  elmi  işçilər  olduğu  məlumat 
verilir.  
Eston  zəkalarının  üstünlük  verdikləri  ölkələr  içərisində 
Skandinaviya  dövlətləri  və  Almaniyadır.  Bu  ölkələrdə  Eston 
mütəxəssisləri  nüfuz  sahibi  olmaqla  yanaşı,  özlərinə  normal 
şərait  düzəldə  biliblər.  Xüsusilə  eston  tibb  işçilərinin  zəka 
axınına qoşulması ölkədə ciddi problemin yaranmasına səbəb 
olmuşdur.  Estoniyada  nüfuzlu  ali  məktəblərin  olmasına 
baxmayaraq, gənclər təhsil almaq üçün xarici ölkələri seçirlər. 
Şərqi  Avropanın  xüsusi  kvota  ayırmasından  yararlanan 
gənclər  Polşa,  Çexiya,  Slovakiya,  Macarıstan  kimi 
respublikalarda  zəkaları  hesabına  özlərinə  normal  həya  qura 
biliblər.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
107 
107 
107 
Eston  rəsmilərinin  açıqlamalarının  əksinə  çıxış  edən 
zəka  mühacirləri  vətənlərində  əmək  haqqı  sosial  güzəştlər, 
iqtisadi  yaşayış  tərzi  kimi  problemlərin  mövcud  olduğunu 
etiraf  edirlər.  Bu  səbəbdən  elmə  marağın  4,3%  azaldığını 
bildirən  mütəxəssislər  təhsil  sahəsində  yeni  proqramların 
passiv həyata keçirilməsindən narazılıq edirlər [127, 18-35].  
PHD  və  magistr  təhsil  pillələrinə  müraciət  edən 
gənclərin  sayının  azalması  da  müşahidə  olunur.  Dəqiq 
elmlərdə bu gün mütəxəssis qıtlığı hiss olunur, problemi həll 
etmək  üçün  Estoniya  rəsmiləri  xaricdən  ölkəsinə  zəka  axını 
baş  verməsi  üçün  açıq  qapı  siyasəti  yeridir.  Sosial  güzəştlər 
sahəsində  də  islahatlar  həyata  keçirən  Estoniya  da  gələcəkdə 
ciddi iqtisadi-elmi böhrana düşmək istəmir.  
Dünya  alimləri  içərisində  öz  zəkaları  sayəsində  böyük 
nüfuz  əldə  edən  Ukraynadan  zəka  axını  prosesinin  başlanma 
tarixi  XIX  əsrin  əvvəllərinə  təsadüf  edir.  Sovet  imperiyası 
qurulduqdan  sonra  yeni  hökumətlə  barışmayan  ziyalı  kütləsi 
xarici  ölkələrə  mühacirət  edərək  vətənlərinin  istiqlalı  naminə 
mübarizə  aparıblar.  1937-1938-ci  illərdə  də  müxtəlif  yollarla 
Ukraynanı  xeyli  zəka  sahibi  tərk  etmişlər.  II  Dünya 
müharibəsi  illərində  Sovet  qoşunları  tərkibində  almanlarla 
döyüşə  çağrılan  ukraynalı  gənclər  imkan  düşən  kimi  qarşı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
108 
108 
tərəfə  keçərək  Qərb  dövlətlərinə  mühacirət  edir  və  Ukrayna 
diasporunun tərkibini formalaşdırdılar [65, 147-150].  
Ukrayna  müstəqillik  əldə  etdikdən  sonra  miqrasiya 
prosesləri intensiv şəkildə davam etməyə başladı. Təkcə 1990-
1992-ci  illərin  statistikasına  nəzər  salsaq  ölkədən  gedənlərin 
arasında nə qədə çox artım olduğunu görə bilərik. 1990-cı ildə 
79,  3  min  nəfər  Ukraynadan  köçmüşdürsə,  1992-ci  ildə  bu 
rəqəm  288,  1  mini  göstərirdi.  Bu  ölkə  daxilində  baş  verən 
sosial-iqtisadi  böhranla  sıx  bağlı  idi.  1995-1996-cı  illərdə 
Ukraynadan MDB və xarici ölkələrə gedən zəkaların sayı 209 
min nəfər idi. Və hər il bu rəqəm artmaqdadır. Ölkədən gedən 
zəkaların  çoxluğu  Ukraynada  ciddi  elmi  kadr  çatışmazlığı 
yaradıb.  
2006-cı  ilin  məlumatına  əsaslanaraq  hazırda  7  milyon 
ukraynalının  xaricdə  yaşadığını  və  çalışdığı  qeyd  edə  bilərik 
ki, onların 35 %-ni ziyalı kütləsi təşkil edir.  
1991-ci  ildə  39,  1992–57,  1993–68,  1994–90  elmlər 
doktoru vətəni tərk ediblər. Bu rəqəm 2005-ci ilə qədər sürətlə 
artmağa  başlayıb.  Ukrayna  elmlər  doktorları  hazırda  ABŞ, 
Fransa,  İsrail,  Almaniya,  Rusiya  Federasiyası  kimi  dövlətləri 
seçiblər. Elmlər namizədlərinin axın etdiyi dövlətlər isə Şərqi 
Avropa,  ABŞ,  Finlandiya,  MDB  ölkələri,  Avstraliya  və 
digərləridir. Xaricdə ehtiyac duyulan ukraynalı alimlər əsasən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə