Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə23/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   19   20   21   22   23   24   25   26   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
93 
93 
93 
üçün  onlar  aşağıdakı  işlərin  həyata  keçirilməsini  vacib 
sayırlar: 
Ölkədə 
təhsil 
sistemini 
birləşdirən 
şəbəkənin 
yaradılması və alimlərin birgə fəaliyyətinin əlaqələndirilməsi
Gənc  alimlərin  sosial-hüquqi  bazasının  dövlət 
nəzarətinə alınması; 
İnformasiya mərkəzinin yaradılması və bunun vasitəsilə 
gənclərin  xarici  ölkə  ədəbiyyatına  çıxışının  asanlaşdırılması 
və yeni ixtiraların maliyyələşdirilməsi
Müasir  texniki  avadanlıqlarla  tədqiqat  mərkəzləri  və 
laboratoriyaların təmin edilməsi
Stipendiya,  əmək  haqqı  və  qonorarların  dünya 
standartlarına uyğunlaşdırılması və s. [119].  
Belorusiya ilə bərabər zəka axını problemindən əziyyət 
çəkən  dövlətlərdən  biri  də  Gürcüstan  Respublikasıdır. 
Gürcüstandan  zəka  axını  prosesinin  altı  mərhələsi  var  və  bu 
mərhələlərdə  miqrasiya  və  altmış  faizi  aşağıdakı  cədvəldə 
qeyd olunur: [100, 16-28] 
№ 
Dövr 
Faiz 
Artım faizi 

1956-1964:  Gürcülərin  keçmiş  SSRİ-yə  yayılması  və 
zəkaları hesabına diaspor formalaşdıqları dövr 
9, 3 
1, 03 

1965-1972: İqtisadi liberallaşma dövründə zəka axını 
11, 1 
1, 39 

1973-1984: Kommunist partiyasının Gürcüstanda iqtisadi  18, 5 
1, 54 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
94 
94 
liberallaşmağa reaksiyasından doğan zəka axını 

1985-1989: Yenidənqurma dövrünün zəka axını 
3, 7 
0, 74 

1990-1991:  Gürcüstanın  dövlət  müstəqilliyindən  sonra 
başlanan zəka axını 
1, 9 
0, 95 

1992-1995:  Ölkədə  başlanan  hərbi  münaqişələr  demok-
ratiya problemləri və Rusiyanın geosiyasi maraqlarından 
doğan miqrasiya 
55, 6 
13, 9 
 
2000-ci  ilin  statistikası  göstərir  ki,  qonşu  ölkədə 
humanitar  fənlərdən  fərqli  olaraq  texniki  və  dəqiq  elmlərdə 
geriləmə aşkar görünür. Bu da qeyd edilən sahələr üzrə gənc 
zəkaların  magistr  və  aspirantura  təhsil  pillələrinə  maraq 
göstərməsindən  irəli  gəlir.  Dövlət  tərəfindən  maddi-texniki 
dəstəyinə  və  vəsaitlərin  az  olması  bu  problemin  əsas 
səbəblərindəndir.  İqtisadi  və  sosial  sistemdəki  böhran 
Gürcüstanda  elmə  maraq  göstərən  kadrların  qloballaşma 
dövrünün  qarşısı  alınmaz  proses  olan  zəka  axınına 
qoşulmasına şərait yaradır [118].  
Qərbə axın edən zəkaların sayı digər postsovet ölkələrilə 
müqayisədə  azlıq  təşkil  etməsinə  baxmayaraq,  ölkəni  tərk 
edənlərin  elmi  elita  sayılması  iqtisadi  potensiala  öz  təsirini 
göstərir.  1990-cı  ildə  Gürcüstanda  25135  elmi  işçi  olduğu 
bildirilirdisə,  2000-ci  ildə  bu  rəqəm  17762-ətrafındadır. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
95 
95 
95 
Bunun  əsas  səbəblərindən  biri  gənclərin  elmə  marağının 
azalmasıdır.  
Gürcüstan  hökumətinin  elmə  ayırdığı  məbləğin  dövlət 
büdcəsində olmasını əsas gətirən yerli tədqiqatçılar illik fond 
göstəricilərinin  0,  2—03  %  dən  yuxarı  qalxmadığını  qeyd 
edirlər.  Büdcədə  elmə  ayrılan  vəsaitin  artırılmaması  yaxın 
illərdə  öz  təsirini  sosial-iqtisadi  sahədə  özünü  göstərərkən 
çıxış  yolunun  kommersiya  bankları  və  xarici  fondların  elmə 
əvəzsiz  yardımlar  edilməsində  görən  mütəxəssislər  elmə 
investisiya  qoyulmasını  zəruri  hesab  edirlər.  Lakin  bu  gün 
dövlətdən  bunu  tələb  etmək  qeyri-mümkündür.  Vergi-büdcə 
sahəsində böhranla üzləşən Tbilisi  eyni  zamanda hərbi-siyasi 
problemlər üzündən stabilləşə bilmir [89].  
Gürcü  zəkalarının  miqrasiya  etdikləri  ölkələr  içərisində 
Rusiya  ilk  yerlərdən  birini  tutur.  2006-cı  ilin  məlumatına 
əsasən  hazırda  Rusiyada  yaşayan  1,  1–  1,2  milyon  gürcünün 
40%-ni məhz zəka axını nəticəsində bu ölkəyə gələnlər tutur. 
Mixail  Saakaşvıilinin  Gürcüstanda  prezident  seçilməsindən 
sonra  isə  Qərbə  təhsil  ardınca  getmək  istəyən  gənclərin  sayı 
olduqca  artmışdır.  Dövlətin  mühüm  vəzifələrində  xaricdə 
təhsil almış insanların təyinat alması gürcü gənclərin arasında 
Qərb  təhsil  sisteminə  marağın  güclənməsinə  şərait  yaradıb. 
ABŞ,  Almaniya,  Hollandiya,  Kanada  kimi  dövlətlər  zəkalı 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
96 
96 
gürcü  gənclərinə  qapı  açan  dövlətlərdəndir.  Zəka  axını 
prosesinin  intensiv  şəkil  almasına  şərait  yaradan  alimlərdən 
biri  də  müxtəlif  fondlar,  elmi  proqramlar  və  təhsil  imkanları 
vasitəsilə  vətəni  tərk  edən  gənc  alimlərin  geri  qayıtmağa 
layiqli olmamasından irəli gəlir.  
Zəka  axını  prosesindən  iqtisadi  və  sosial  çətinliklərlə 
üzləşən  ölkələrdən  biri  də  Orta  Asiyanın  türk  dövlətlərindən 
olan Özbəkistandır. 2001-2004-cü illər arası Özbəkistanı tərk 
edən  zəkaların  və  digər  miqrasiya  proseslərinin  göstərilərini 
aşağıdakı kimi göstərmək olar: 
№ 
Kateqoriya 
2005 
2006 
2007 
2008 
1  
Məcburi köçkünlər 
1800 
890 
1470 
1350 

Əmək miqrantları 
640000 
380000 
820000 
1050000 

Zəka axını 
3280 
7400 
1960 
37720 
 
Özbəkistandan  zəka  axını  il  ərzində  5-%  təşkil  edir. 
Ölkə daxilində münaqişələr səbəbindən bu faiz artmaqda idi. 
Lakin  2005-ci  ildə  Fərqanə  vadisində  problem  öz  həllini 
tapandan  sonra  əmək  miqrasiyası  və  zəka  axınının 
göstəriciləri  azalmaqdadır.  Bu  isə  Özbəkistan  kimi  dövlət 
üçün  müsbət  dividentlər  gətirir.  2004-cü  ilin  statistikasına 
nəzər  salsaq  özbək  alimlərinin  seçim  etdikləri  ölkələr 
aşağıdakı kimi sıralanır: 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə