Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə25/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   21   22   23   24   25   26   27   28   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
101 
101 
101 
Ölkədən  zəka  axını  prosesinin  iqtisadi  və  elmi 
potensiala  ciddi  zərbə  vurduğunu  nəzərə  alaraq  onun 
qarşısının  alınması  üçün  dövlət  səviyyəsində  aşağıdakı 
tədbirlərin həyata keçirildiyi göstərilir: 
1.  Ali  məktəbi  bitirən  gəncləri  dövlət  hesabına  magistr 
və  phd  (doktorluq)  təhsil  pillələrində  öz  biliklərinin 
artırılmasına göndərilməsi; 
2. Öz sahələrində mütəxəssis sayılan zəkaların dövlətin 
dəstəyi  ilə  xarici  şirkətlərlə  müqavilə  imzalaması  və  təcrübə 
keçdikdən sonra vətənə geri dönmələri [74].  
2000-2005-ci  illərin  statistikasına  nəzər  salsaq,  3000 
qazax  gəncinin  xaricdə  təhsil  proqramlarında  iştirak  edərək 
vətənə  geri  dönməsini  və  dövlət  işində  irəli  çəkilməsinin 
şahidi  olarıq.  Boloniya  sisteminə  qoşulan  Qazaxıstan  tələbə-
alim  mübadiləsi  proqramlarına  dair  inkişaf  etmiş  dövlətlərlə 
müqavilə  imzalayıb.  Buna  baxmayaraq,  ölkədə  iqtisadi 
problemlər  gənclərin  elmə  maraq  göstərməsinə  öz  mənfi 
təsirini  göstərir.  Qazax  yeniyetmələri  bu  gün  bir  sıra  sosial-
iqtisadi  problemlərlə  üzləşən  gənc  alimlərin  yolu  ilə  getmək 
istəmirlər. Onlar biznesmen, aktyor və yaxud xaricdə ticarətçi 
olmağa  üstünlük  verirlər.  Ali  məktəblərə  sənəd  verənlərin 
təhsil  səviyyəsinin  aşağı  olmasından  narahat  olan 
mütəxəssislərin fikrincə belə davam edəcəyi təqdirdə 2015-ci 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
102 
102 
ildən  sonra  həyəcan  təbilinin  çalınması  vaxtı  yetişəcək. 
Hələlik isə Qazaxıstan iqtisadi-sosial problemlərini həll etmək 
istiqamətində iş apardıqca zəka axını öz intensivliyi ilə davam 
edəcək.  
1930-cu  illərdən  başlayaraq  zəka  axını  ilə  üzləşən 
Türkmənistan öz savadlı kadrlarını imperiyanın iri şəhərlərinə 
göndərməli  olurdu.  Rusiya,  Ukrayna,  Azərbaycan,  Moldova 
kimi  dövlətlərin  ali  məktəblərində,  elmi  müəssisələrində 
türkmən gəncləri öz biliklərini artırırdılar [99, 482].  
Müstəqillik  əldə  etdikdən  sonra  Türkmənistanda 
Niyazovun  qurduğu  hökumət  ölkədən  gediş-gəliş  üzərində 
ciddi  nəzarət  həyata  keçirməklə  yanaşı  xarici  şirkətlərin 
əvəzsiz  yardım  proqramlarını  əl-qol  açmağa  imkan  vermirdi. 
Bu  səbəbdən  leqal  və  qeyri-leqal  miqrasiya  Türkmənistanda 
intensiv şəkildə davam edir. Son 10 ildə bu rəqəm 400 mindən 
1  milyona  çatmışdır.  Xaricdə  təhsil  almağa  gedən  türkmən 
gənclərin  isə  heç  bir  təklifə  və  sosial  güzəştə  baxmayaraq 
vətənə dönmək niyyətində deyillər.  
Türkmənistanda yeni siyasi rəhbərliyin gəlişi elm-təhsil 
sahəsində  yeni  imkanlar  yaradar.  Müxtəlif  yollarla  xaricdə 
təhsil alan türkmən  gənclərinin fikrincə, dünya ədəbiyyatı və 
xarici  elmi  əsərlərlə  tanış  olan  hər  bir  şəxs  vətəndə  olan 
reallıqla ayaqlaşa bilməzdi.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
103 
103 
103 
Eyni zamanda ali məktəbi bitirən və xaricdə təhsil alan 
gəncin  sonradan  normal  işə  düzəlməsi  ölkədə  korrupsiyanın 
yüksək həddə çatması ilə bağlı çox çətin olurdu. Rüşvətsiz bir 
işə  düzəlmək  mümkün  olmadığını  deyən  türkmən  gəncləri 
zəkalarını  digər  respublikalarda  realizə  etməyə  üstünlük 
verərdilər [79].  
Türkmənistanla  yanaşı  zəka  axını  problemi  ilə  qonşu 
Tacikistan  da  üzləşib.  Müstəqillik  əldə  edən  Tacikistanda 
əmək  mühacirləri  və  zəkaların  ABŞ,  Kanada,  Rumıniya, 
Böyük  Britaniya  kimi  dövlətlərə  üz  tutublar.  Bunun  əsas 
səbəblərindən  biri  ölkədə  sosial-iqtisadi  yaşam  şərtlərinin 
aşağı səviyyədə olmasıdır.  
Aylıq  40  ABŞ  dolları  həcmində  əmək  haqqı,  sosial 
güzəştlərdən  mərhum  olan  elmi  kadrların  potensialının 
passivləşməsi  səbəbləri  onların  məcburi  olaraq  inkişaf  etmiş 
ölkələrə mühacirət etməsinə şərait yaradır.  
Xüsusilə,  zəka  axını  prosesinin  fəal  iştirakçıları  olan 
jurnalistlər,  elmi  işçilər  və  ziyalılar  mühacirət  etdikləri 
ölkələrdə vətəndaşlıq əldə edirlər. 1992-ci ildən sonra ölkədə 
baş  verən  münaqişəli  vəziyyət  hakimiyyətin  post-sovet  üsul-
idarəsində qalması ziyalı təbəqəsinin bir sıra problemlərlə üz-
üzə  qalması  ilə  nəticələndi.  Söz  azadlığı,  demokratik 
dəyişiklik,  sosial-iqtisadi  güzəştlər  gözləyən  zəka  sahibləri 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
104 
104 
hökumət tərəfindən dəstəklənmədiklərini gördükdə çıxış yolu 
kimi zəka axını prosesinə qoşulmağı seçdilər [94, 7-10].  
2003-cü ildə Tacikistanda aparılan xüsusi rəy sorğusuna 
görə  bu  ildə  ölkədən  əmək  miqrasiyasına  və  zəka  axınına 
qoşulan  vətəndaşların  ümumi  sayı  190  min  nəfərdir.  2002-
2003-cü illərdə Tacikistanı tərk edib xarici ölkələrdə özlərinə 
«səadət» axtaran insanların ümumi sayı 632 min nəfərə çatırdı 
[98, 39].  
Son  bir  neçə  ildə  ölkə  rəhbərliyinin  apardığı  bir  sıra 
tədbirlər  nəticəsində  MDB  məkanına  səpələnən  tacik 
zəkalarının  müəyyən  hissəsi  geri  qayıtmalı  olub.  Dövlət 
işlərində  irəli  çəkilən  və  vətənə  geri  dönən  zəkalar  sosial 
güzəştlərlə də təmin olunurlar.  
Baltikyanı dövlətlər içərisində seçilən Latviya da bu gün 
qloballaşma dövrünün ciddi problemlərindən biri sayılan zəka 
axını  ilə  üzləşməli  olub.  Hələ  Sovetlər  Birliyi  illərində  öz 
zəkalarını imperiyanın inkişaf etmiş respublikalarına göndərən 
Latviya  müstəqillik  əldə  etdikdən  sonra  bu  meyldən  yaxa 
qurtara  bilmədi.  Bu  gün  Latviyadan  çıxmağa  hazır  olan 
insanların  əksər  hissəsinin  ziyalı  və  savadlı  şəxslər  təşkil 
etməsi  ölkənin  elmi  potensialına  öz  mənfi  təsirini  göstərir. 
İrlandiya,  Fransa,  Böyük  Britaniya,  Finlandiya  və  digər 
Avropa  Birliyinə  daxil  olan  dövlətlərə  zəka  axını  edən 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə