Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə22/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   18   19   20   21   22   23   24   25   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
89 
89 
89 
əhatə etdi. Ciddi olaraq zərər çəkən sahələrdən biri olan elm-
təhsil  1990-cı  ildən  başlayaraq  öz  kadrlarını  itirməli  oldu. 
Litvada  baş  verən  prosesi  daha  aydın  şəkildə  tədqiq  etmək 
üçün  əsasən  statistik  göstəricilərə  müraciət  etmək  məqsə-
dəuyğun olardı. Əldə etdiyimiz nəticələr aşağıdakı qeyd edilən 
faktların aşkar olunmasına şərait yaradır.  
Litvadan 1988-2004-cü illər arası zəka axını nəticəsində 
ölkəni tərk edənlər əsasən elm və ali təhsil müəssisələrinin 13, 
7%-ni təşkil edir.  
Litvalı  zəkaların  iki  əsas  miqrasiya  strategiyası 
mövcuddur: 
a)  Keçmiş  Sovetlər  Birliyinə  daxil  olan  respublikalara 
zəka axını–ilk olaraq Rusiya, Ukrayna və digər ölkələrdə baş 
verən prosesdə iştirak edənlərin faiz göstəriciləri olduqca azlıq 
təşkil edir; 
b) Qərb ölkələrində baş verən zəka axını bu strategiyada 
özlüyündə  iki  mərhələyə  bölünür:  1)  Birinci  mərhələdə  qısa 
müddətli  elmi  ezamiyyət;  2)  İkinci  mərhələdə  isə  artıq 
ömürlük yaşamaq və çalışmaq üçün miqrasiya [119, 6-18].  
1988-2004-cü  illər  arası  litvalı  zəkaların  22%-i 
Rusiyaya, 
19%-i 
ABŞ-a,  9%  Almaniyaya,  7%-isə 
Skandinaviya  ölkələrinə  gedib.  Rusiyaya  üz  tutan  zəkalar 
elektronika və humanitar sahəsində mütəxəssis olanlardır. Rus 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
90 
90 
təhsilli  və  rusdilli  olan  bu  insanların  eyni  zamanda  ailə 
bağlılıqları  da  önəm  daşıyır.  Qərb  ölkələrinə  köçənlərin 
əksəriyyəti  isə  mədəniyyət,  incəsənət,  riyaziyyat  və 
avtomatlaşdırma üzrə təhsil alanlar təşkil edir. Qərbi seçənlər 
Litva elminin elitası sayılır və milliyyətcə yəhudilərdir.  
ABŞ elmini inkişaf etdirməyə gedən litvalılar ilk illərdə 
sosial  statusca  aşağı  olan  və  gəliri  az  sayılan  işləri  seçirlər. 
Birləşmiş  Ştatlara  müxtəlif  vasitələrlə  (seminar,  konfrans, 
təhsil alma) gələn litvalı alimlərin müəyyən bir hissəsi bu gün 
elm sahəsinə aid olmayan sahələrdə çalışırlar. Öz ölkələrində 
alim  kimi  qazandıqlarını  bir  həftə  içərisində  qeyri-elm 
sahəsində  qazanan  litvalılar  həyatlarından  razı  olduqlarını 
qeyd edirlər.  
Litvada  yaşayan  qohumlarının  ardınca  ABŞ-a  gedən 
mühacirlər kompakt halda diaspor formalaşdıraraq yaşayırlar. 
Bu  gün  litvalı  zəkaları  Amerikada  «taryubukay»  (sovetikus) 
kimi adlandırırlar [78, 29-37].  
Litvalı zəkaların xarici ölkələrə köçməsinin bir  yolu da 
bu  ölkə  ərazisindən  keçən  qeyri-leqal  mühacirətə 
qoşulmasıdır.  Asiya,  Afrika,  Yaxın  Şərq  ölkəsindən  köçən 
mühacirlərin Litvadan tranzit ölkə kimi istifadə etməsindən də 
yararlanan litvalılar onlara qoşularaq xaricə axın edirlər.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
91 
91 
91 
Keçmiş  postsovet  ölkələrindən  zəka  axının  intensiv 
şəkildə  davam  etdiyi  respublikalar  içərisində  Belorusiya  da 
xüsusi  olaraq  seçilir.  1980-ci  illərin  ikinci  yarısı  90-cı  illərin 
əvvəllərindən başlayan zəka axını prosesi leqal və qeyri-leqal 
mühacirətin ayrılmaz bir hissəsi olaraq qəbul edilir.  
Bu  illərdən  başlayaraq  Belorusiyanın  elm  sahəsində 
çalışan  kadrların  sayı  durmadan  aşağı  düşməyə  başlayır.  İlk 
olaraq buna səbəb olan amillərdən biri kimi hökumətin elm və 
təhsil  sahəsinə  ayırdığı  məbləğ  2,  27%  azalıb.  1993-cü  ildən 
başlayaraq Belorusiyada bu məbləğ il ərzində 3-4% azalır və 
gənclərin elmə marağında yaş fərqləri aşkar hiss olunur. Zəka 
axını isə bu ölkədən əsasən aşağıdakı səbəblərə görə baş verir: 
Elmi tədqiqatlara, ixtira və kəşflərə dövlət büdcəsindən 
diqqətin və maliyyənin azalması; 
Əmək  haqqının  aşağı  olması  səbəbindən  alim  və 
tədqiqatçıların  iqtisadiyyatın  digər  sahələrinə  çalışmağa 
getməsi; 
Elmi müəssisələrdə və laboratoriyalarda texniki bazanın 
köhnəlməsi; 
İctimai  fikirdə  elm  və  təhsil  işçilərinə  münasibətin 
dəyişməsi və onların əvvəlki nüfuzlarını bərpa edə bilməməsi; 
İnformasiya boşluğu və s. [106] 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
92 
92 
1998-ci ildə son 5 il ərzində ölkənin zəka elitası sayılan 
315  nəfər  alim  xaricdə  mühacirət  edib.  Qərbin  beynəlxalq 
təhsil 
təşkilatları 
və 
fondları 
Belorus 
gənclərinin 
«oğurlanmasın»da  maraqlı  tərəf  kimi  çıxış  edirlər.  Qrant 
hesabına  Belorus  Elmlər  Akademiyasının  6%-i  böyük  ümid 
verən  gənci  hazırda  Qərbdə  müqavilə  əsasında  təhsillərini 
davam  etdirirlər  və  onların  əksəriyyətinin  geri  qayıtmaq 
fikirləri yoxdur.  
Belorus  hökumətinin  Rusiya,  Moldova,  Ukrayna, 
Qazaxıstan, Litva və Polşa ilə əmək müqaviləsi mövcuddur və 
buna  görə  adları  çəkilən  ölkənin  vətəndaşları  sərbəst  olaraq 
bir-birlərinə zəka və digər miqrantlar mübadiləsi edə bilər [67, 
86-99].  
Zəka axınında iştirak etməkdə maraqlı olan şəxslərin 25, 
7%-i xaricdə işləməkdə əsas məqsədlərinin kapital toplayıb öz 
şəxsi bizneslərini qurması olduğunu etiraf ediblər. Elmi yalnız 
vasitə  və  sığorta  hesab  edən  bu  şəxslər  gələcəklərini  ancaq 
biznesdə olduqlarını bildirirlər. Mənzil, sosial hüquqlar, vergi 
və  iqtisadi  artım  gənc  alimlərin  Belorusiyada  yaşamasını 
əngəlləyən  problemlərdən  biridir.  Onlara  heç  bir  güzəşt 
verilmədiyindən  şikayətlənən  zəkalı  gənclər  qanunverici 
bazanın təkmilləşdiriləcəyi təqdirdə ölkədən getmək fikirlərini 
dəyişə  biləcəklərini  etiraf  ediblər.  Zəka  axını  qarşısını  almaq 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə