Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə19/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   15   16   17   18   19   20   21   22   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
77 
77 
77 
2.  1970–90-cı  illər  –  Bu  dövrdə  artıq  «yenidənqurma» 
istiqamətində  atılan  addımların  ilk  pöhrələri  görünürdü  və 
bundan yararlanmaq istəyən keçmiş dissident-ziyalılar Sibirin 
soyuq,  Orta  Asiyanın  isə  qızmar  ərazilərində  itirdikləri 
enerjiləri  qüvvələri  və  ən  əsası  elmlərini  bərpa  etmək  üçün 
ABŞ  başda  olmaqla  inkişaf  etmiş  dövlətləri  üstün  tuturdular. 
1987-ci ilin məlumatına əsasən 1970-89-cu illərarası Rusiyalı 
zəkaların  üstünlük  verdiyi  dövlətlərdən  Almaniya  (50%), 
İsrail  (25%),  ABŞ  (10%),  Yunanıstan,  Kanada,  Finlandiya 
(3%) və 3% -də qalan idi.  
3. 1991-ci ildən hazırda davam edən müddətdə Rusiyanı 
tərk edən düşünən zəkaların əksəriyyəti Kanada– 60%, ABŞ– 
40%,  İsrail–30%  və  digər  ölkəyə  getməyə  üstünlük  verirlər. 
Almaniya  və  İsrailə  100  min  zəka  mühacir  edib  ki,  bunu 
rusiyalı  mütəxəssis  İ.  Uşnaklov  böyük  itki  hesab  edir. 
Uşnakovun  apardığı  statistikaya  əsasən  bu  itki  Rusiyanın 
tanınmış  ali  və  elmi  müəssisələrə  aid  olduğundan,  onun  əldə 
etdiyi  nəticə  daha  acınacaqlıdır.  N.  N.  Semyonov  adına 
Fizika-Texnika  İnstitutunun  172,  A.  F.  Noffe  adına  Fizika-
Texnika 
İnstitutunun 
83 
nəfəri, 
Rusiya 
Elmlər 
Akademiyasının  lazer  tədqiqatçıları  laboratoriyasının  demək 
olar ki, 90%-i ölkəni tərk edib xarici ölkələrdə məskunlaşıblar. 
Hazırda Rusiyada prosesin qarşısının alınmağa cəhd edilsə də, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
78 
78 
zəka axını bu ölkə üçün acınacaqlı halda davam edir [64, 29-
43].  
Rus  müəlliflərinin  verdiyi  məlumatlara  əsasən  3–  dövr 
zəka axını zamanı bir il ərzində ölkənin müdafiə sistemlərinin 
laboratoriya və elmi-tədqiqat mərkəzlərindən 90 min düşünən 
beyni xaricə işləməyə getmişdir.  
1991-1996-cı  illər  arası  Ümumrusiya  Elmi-Tədqiqat 
İnstitutunun  Eksperimental  Fizika  (Arzamos-16)  şöbəsinin  5 
minə yaxın əməkdaşı zəka axınının iştirakçıları olublar. Qeyd 
edək  ki,  bu  şöbə  Rusiyada  nüvə  tədqiqatları  üzrə  mütəxəssis 
hesab olunan əsas mərkəzlərdən biri sayılır. «İmpuls»– Qeyri-
hökumət  təşkilatının  ətrafında  topladığı  1800  alim  və 
mühəndisi  «səadət»  ardınca  xaricə  köçmüşlər.  Bu  QHT 
Rusiyada  hərbi-müdafiə  məqsədləri  üçün  elektron–optik, 
müşahidə və digər elektron sistemlər üzrə püxtələşmiş təşkilat 
olmaqla  təhlükəsizlik  nəzarətində  idi.  Bioloji  silahlar 
hazırlanması  istiqamətində  işlər  aparan  Rusiya  Virusologiya 
və  biotexnologiya  mərkəzi  «Vektor»un  3.  500  işçisi  hazırda 
xarici ölkələrdə öz zəkalarını yüksək qiymətə «satırlar» [80].  
Bu  gün  Rusiya  kütləvi  informasiya  vasitələrində  zəka 
axını ilə bağlı çoxsaylı fikirlər səslənir. Belə fikirlər içərisində 
diqqəti çəkən ikisi Rusiyada problemin ciddi olduğunu aşkara 
çıxarır: 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
79 
79 
79 
Rusiyanı son on ildə 600 min dünya miqyaslı alim tərk 
edib! 
ABŞ-da hər ikinci riyaziyyatçı fizik-nəzəriyyəçi rusdur! 
[71, 25-31].  
Rus  zəka  axınının-banisini  tədqiqatçılar  Georgiy 
Antonoviç  Tammovu  hesab  edirlər.  Sovetlər  Birliyi 
qurulandan sonra ilk dəfə olaraq cəsarət nümayiş etdirərək öz 
zəkasını xaricdə inkişaf etdirən, onu  yüksək qiymətə  «satan» 
Tammov  barədə  Rus  elmi  ədəbiyyatında  müxtəlif  fikirlər 
səsləndirirlər.  1930-cu  ildən  Tamov  24  yaşında  Nobel 
mükafatına layiq görülən radioaktivliyin 4 növündən biri olan 
alfa-dağınıqlığı  kəşf  edib.  28  yaşında  Rusiya  Elmlər 
Akademiyasının  müxbir  üzvü  olan  Georgiy  Tamov  1933-cü 
ildə  ezamiyyətə  getdiyi  Vaşinqtondan  bütün  cəhdlərə 
baxmayaraq geri qayıtmayıb.  
Onun  barəsində  ilk  illər  tənqidi  fikirlər  səsləndirən 
Sovet  alimləri 1937-38-ci  müdhiş repressiya illərində onların 
başına gətirilən hadisələrdən sonra Qamovu haqlı hesab edib, 
onun yolunu davam etdirmişlər. ABŞ-ın atom ixtirası və yeni 
silahların  kəşf  edilməsində  əvəzedilməz  rolu  olan  Qamov 
barədə bu gün Rusiyada mifik fikirlər səslənir və o, zəka axını 
prosesinin «atası» hesab edilir [75].  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
80 
80 
Rusiyada  zəka  kapitalının  axıb  getməsini  müdhiş 
səviyyəyə  qalxdığını  bildirən  M.  B.  Lomonosov  adına 
Moskva  Dövlət  Universitetin  tədqiqatçısı  O.  B.  Eroxina  son 
13 ildə 1 milyon düşünən beynin onların vətənini tərk etdiyini 
qeyd edir. O, belə hesab edir ki, 1990-1996-cı illərdə 90-110 
min  zəka  sahibinin  tərk  etməsi  statistikasını  2000-2005-ci 
illərin  statistikası  il  müqayisə  edərək  bu  illər  ərzində 
rəqəmlərin bir neçə dəfə çoxaldığını bildirir. Onun fikirlərinə 
əsaslanaraq  Rusiyanın  intellektual  elitası  sayıla  biləcək 
şəxslərin itirilməsini Rusiya üçün əsas faciə hesab etmək olar.  
Bu  fikirlərdən  çıxış  edərək  Rusiyanın  elminin 
kateqoriya və say göstəricilərinə nəzər salaq: 
2004-cü  ilin  statistikasına  əsasən  Rusiyada  859  min 
yüksək zəka sahibi olan şəxs mövcuddur. Onların 428, 3 mini 
yaxud  47  %-i  tədqiqatçılardır  (Qeyd  edək  ki,  1992-ci  ildə 
onlar 1 milyon 522 min nəfər idi) onları sahələr üzrə bölək: 
Texniki elmlər – 64, 6 %, 2. Dəqiq elmlər – 23, 4 %, 3. 
Tibbi elmləri – 3, 6 %, 4. Kənd təsərrüfatı – 3, 4 %, 5. İctimai 
elmlər– 3, 1%, 6. Humanitar elmlər– 1, 9 % [48].  
Bu  statistikadan  göründüyü  kimi,  Rusiyada  elm 
sahəsində üstünlüyü texniki elmlər əlində saxlayır. Bu, özünü 
eyni  zamanda  2000-2005-ci  illər  arasında  Rusiyanı  tərk  edib 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə