Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə17/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   13   14   15   16   17   18   19   20   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
69 
69 
69 
zəka axınına qoşulublar. Slovakiyanın Elmlər Akademiyasının 
əməkdaşlarının  1/3-i  ölkəni  tərk  edib,  Kompüter  sahəsində 
çalışanların  tam  yarısı  xarici  ölkələrdə  öz  zəkaları  ilə  pul 
qazanırlar.  Çexiya  və  Rumıniyanın  da  elmi  kadrlarla  ciddi 
problemləri  mövcuddur.  Bu  ölkələrin  elmi  kadrlarının  tən 
yarısı  Qərbi  Avropa  və  ABŞ-da  özlərinə  «səadət»  axtarırlar 
[122, 37].  
Türk tədqiqatçısı prof. Dr. İbrahim Ortüs belə hesab edir 
ki,  Türkiyə  dövlətindən  zəkaların  «oğurlanması»  işində  ABŞ 
dövləti  maraqlı  tərəf  kimi  çıxış  edir.  Orta  Doğu  Texniki 
Universitet,  Boğaziçi  və  Bilkənd  Universitetlərində  fəaliyyət 
göstərən  Amerikanın  mərkəzləri  daxili  imtahanları  nəzarətdə 
saxlayırlar.  Hər  dəfə  xüsusi  seçilən  tələbələr  Amerika  ali 
məktəblərinə  dəvət  alırlar.  Bundan  qazanan  Qərb,  itirən  isə 
Türkiyə  dövləti  olur.  Bununla  Amerika  rəsmən  olaraq  bütün 
dünyaya bəyan edir ki, biz pul gücünə istənilən elm sahəsində 
zəkalı insanları öz ölkəmizə dəvət edib işlətmək iqtidarındayıq 
[62].  
Belə faktlar tələbələrin xarici ölkələrdə oxumasına dəvət 
edən, lakin sözün əsl mənasında onların zəkalarını oğurlayan 
təhsil proqramları fəaliyyət dairəsini genişləndirir. Avropanın, 
bu  cür  fəaliyyət  göstərən  proqramlarından  daha  çox  tanınan 
«Erzamus»  (1995-ci  ildən  «Sokrat»  adı  alıb),  1987-ci  ildən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
70 
70 
Avropada  ümumi  zəka  bazarı  yaratmaq  istiqamətində  iş 
aparır. Tələbə mübadiləsi adı altında Avropa ölkələrində elm 
sahəsində karyera qurması ehtimal olunan gəncləri ələ alaraq 
öz ölkələrinə dəvət edir və onlara normal iş və yaşayış şərtləri 
təklif edirlər. [71, 25-31].  
ABŞ  qloballaşma  dövründə  zəka  axını  prosesində  də 
hegemonluğunu  qoruyub  saxlayıb.  Bu  gün  dünyada  bir  çox 
sahələrdə rəqabət aparan ABŞ və Avropa Birliyi arasında elmi 
kadrların  kateqoriyalarında  fərqlər  mövcuddur.  Avropa 
Birliyində  doktorluq  dərəcəsi  alan  düşünən  zəkaların  sayı 
ABŞ-dan  çoxdur.  Gənc  tədqiqatçıların  sayına  görə  isə 
Birləşmiş  Ştatlar  liderliyini  qoruyub  saxlamaqdadır.  Avropa 
Birliyində  min  nəfər  işçidən  5,  36%-i  alimlərdən  ibarətdir. 
ABŞ-da bu say 8, 66%, Yaponiya da isə 9, 72% civarındadır. 
ABŞ-da ali təhsilə əhalinin 37%-i, Avropa Birliyində isə 23%-
i maraq göstərir.  
Elm  və  təhsilə  ayrılan  xərclərə  görə  də  fərqlər  özünü 
aşkar göstərir. 2000-ci ilin statistikasına nəzər salsaq ABŞ-ın 
elm  və  texnologiyaya  ayırdığı  məbləğin  287  milyard  avro 
olduğunu  görə  bilərik.  Avropa  Birliyində  isə  bu  məbləğ  121 
milyard  avrodur.  ABŞ-da  elmə  olan  maraq  onun  gənc 
kadrların  zəkaların  «oğurlanmasında»  aqressivlik  nümayiş 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
71 
71 
71 
etdirməsi  ilə  müşahidə  olunur.  Avropa  Birliyində  isə  bu 
istiqamətdə passivlik özünü göstərir.  
Dünya  üzrə  elmi  kadrların  yaş  fərqi  də  aşağıdakı 
kimidir: 40 milyon 222 min elmlə məşğul olanların 10, 6 %-in 
29 yaş, 15, 6 %-ni 3—39 yaş, 26, 1%-ni 40-49 yaş və 47, 1%-
ni isə 50 yaş fərqi arasındadır. Elmə, təhsilə maraq artanların 
qloballaşma  prosesində  zəka  axını  prosesinə  qoşulacağı 
təqdirdə  2010-cu  ildə  Asiya  və  Afrika  ölkələrində  zəka 
problemi daha qabarıq büruzə verəcək.  
Zəka  axını  probleminin  ən  təhlükəli  tərəfi  düşünən 
beyinlərə  terrorçu  təşkilatların  da  maraq  göstərməsidir. 
Tədqiqatçı qənaətincə, potensial imkana malik,  yüksək savad 
və  biliyi  olan  şəxslərin  bir  qismi  artıq  beynəlxalq  miqyaslı 
terror  təşkilatlarında  çalışırlar.  Bu  məsələyə  Parisdə  (2002-ci 
il 11 iyul), Berlində (2003-cü ilə 9 mart), Vaşinqtonda (2004-
cü  il  5  fevral)  və  nəhayət  Moskvada  (2004-cü  il  26  aprel) 
keçirilən xüsusi xidmət orqanlarının  yığıncaqlarında da geniş 
yer  ayrıldı.  Çünki  bu  məsələ  rus  generalı  N.  Patruşevin 
«dünyanı  sarsıdan  və  narahat  edən  bir  məsələdir»–ifadəsilə 
üst-üstə  düşür.  Moskva  yığıncağında  məlum  olub  ki,  xarici 
ölkələrdə fəaliyyət göstərən narkobiznes mərkəzlərində, məxfi 
qaydalarla «çirkli bomba»lar hazırlayan ərazilərdə işləyənlərin 
cərgəsində ən çox erməni fizikləridir. Araşdırmalarımıza görə, 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
72 
72 
bu  məsələ–  yəni  xarici  ölkələrə  çıxıb  gedən  alimlərin, 
tədqiqatçıların  axını  məsələsi  də  Azərbaycandan  da  yan 
keçməyib. [50].  
Bu  gün  bir  çox  dövlətlər  zəka  axını  ilə  mübarizə 
aparmaq  istiqamətində  ciddi  tədbirlər  planları  işləyib 
hazırlayırlar. Rusiya ölkədən miqrasiya edən zəkaların sayının 
artmasından  narahat  olduğunu  elm-təhsil  sahəsinə  diqqət 
yetirəcəyini bəyan edib. Malayziya dövləti isə ehtiyacı olan 35 
min  işçini  informasiya  texnologiyaları  sahəsində  ailəli  tərk 
edən  kadrların  geri  qaytarılması  üçün  planlarını  rəsmən 
açıqlayıb.  
İsrail isə zəka axını üçün bütün qapıları açmışdır. 3000 
mühəndisi  qəbul  etməyə  hazırlaşan  İsrail  Intel  və  IBM 
şirkətlərinə  bu  işləri  həyata  keçirməyi  həvalə  edib.  Beləliklə, 
qloballaşma  dövründə  zəka  axını  problemi  ümumbəşəri 
problem  kimi  bütün  bəşəriyyəti  düşündürən  bir  problemə 
çevrilərək  sosial,  iqtisadi  siyasi  nəticələri  bəzi  ölkələr  üçün 
fəlakət, bəziləri üçün isə firavanlıq gətirir.  
 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə