Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə13/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   9   10   11   12   13   14   15   16   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
53 
53 
53 
baxmayaraq xarici ölkələrə «səadət» arxasınca gedirlər. [128, 
20-24].  
Birləşmiş Millətlər Təşkilatının tərtib etdiyi statistikaya 
görə  zəka  axını  nəticəsində  ölkəyə  dəyən  iqtisadi  ziyan  Y= 
(R+P+K)N1–(V+E+D)N2  formulu  ilə  ölçülməlidir.  Zəka 
axını  prosesində  maraqlı  tərəf  kimi  çıxış  edən  xarici 
fondlardan  birinin  tədqiqatçıları  Q.  Bumovski  və  C.  Lanorin 
BMT formuluna aşağıdakı kimi açıqlama verirlər: 
R–  alim  və  mütəxəssisin  peşəkarlığını  artırmaq  və 
təhsilini gücləndirmək, tərbiyəsi və təlimi üçün çəkilən xərc.  
P – itirilmiş mənfəət 
Kn–  təxmini  itki  (elmi–texniki  potensialın  azalması, 
elmi kadrların hazırlanmasında keyfiyyətin itməsi) 
N1 – Geri qayıtmayan mütəxəssis və alimlərin sayı 
V  –  zəka  axınına  qoşulan,  lakin  sonradan  vətənə  geri 
dönən düşünən beyinlərin sayəsində əldə edilən mənfəət.  
E  –  keçmiş  mühacirlərin  ölkənin  iqtisadi-elmi  həyatına 
ikinci  dəfə  cəlb  edilməsindən  sonra  dövlətin  qazandığı 
mənfəət.  
D–Düşülən beyinlərin qazancları, pul köçürmələri, elmi-
texniki  kəşfləri,  dövlət  büdcəsinə  verdikləri  xeyir,  qurduqları 
biznes, aldıqları qonorar və s. dövlətin əldə etdiyi mənfəət.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
54 
54 
N2 – Geri dönən mütəxəssis və alimlərin sayı [66, 230-
280].  
Dünyanın  elmi  ədəbiyyatlarında  zəka  axını  anlayışının 
izahını  verən,  bu  barədə  müxtəlif  fikirlər  irəli  sürən 
tədqiqatçılar  prosesin  baş  vermə  səbəblərini  aşağıdakı  kimi 
göstərirlər: 
Kasıb  və  inkişaf  etmiş  ölkələr  arasındakı  qeyri-
bərabərlik; 
Dövlətlər  arasında  demoqrafik  disbalans.  Əhalinin 
sayında, inkişaf artımı və əmək resurslarının göstəricilərindəki 
fərqlər; 
İqtisadi inkişaf və artımda qeyri-bərabərlik; 
Təhlükəsizlik  məqsədləri–mühacirlərin  iqtisadi  sosial, 
etnik,  dini,  siyasi  və  mədəni  təhlükəsizliklərlə  bağlı 
ehtiyacları; 
Ailə strategiyası–fərqli dövlətlərin vətəndaşları arasında 
qarışıq  nikahın  mövcud  olması  və  insanların  bu  cür  ailə 
qurmağa meylli olmaları; 
Miqrasiya 
şəbəkəsinin 
qeyri–mövcudluğu–idxalçı 
dövlətlə  ixrac  edən  dövlət  arasında  informasiya  mübadilə 
şəbəkəsinin qurulması; 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
55 
55 
55 
Təşkilatı  strukturun  olmaması–  işçi  qüvvəsi  və  zəka 
axını  prosesinin  düzgün  strategiyasının  qurulması  və  işlərin 
kortəbii aparılması [131, 80-93].  
Bir  sıra  tədqiqatçılar  zəka  axınına  qoşulan  insanların 
diaspor  hesab  edilməsi  fikri  ilə  razılaşmırlar.  Onlar  bunu 
zəkaların  məskunlaşdıqları  ərazilərin  ayrılmaz  tərkib  hissəsi 
olması  ilə  əlaqələndirərək  bu  cür  şəxslərin  artıq  «doğulduğu 
yerə» deyil, «doğduğu yerə» tabe olduqlarını bildirirlər.  
Tanınmış  tədqiqatçı  Bhavati  Jaqdişi,  XX  əsrin  60-ci 
illlərində  ―zəka  axını‖  prosesinin  intensiv  şəkil  aldığını 
göstərərək  inkişaf  etmiş  ölkələrə  diaspor  modelindən  istifadə 
etməyi  təklif  etmişdir.  Makir  Desan,  Devet  Kapur  və  Con 
Makkeylin  bunun  üçün  həmin  dövlətlərə  ikili  vətəndaşlıq 
hüququndan  bəhrələnməyi  məsləhət  görürlər.  Artıq  dünyanın 
30 ölkəsində Bhavati modelinə müraciət edibdir. Meksika və 
Hindistan  kimi  dövlətlər  xaricdə  «səadət»  axtarmağa  gedən 
soydaşları  üçün  ölkədaxilində  çoxsaylı  güzəştlər  tətbiq 
edirlər[111, 289].  
Bu  dövlətlər  ilk  dəfə  olaraq  diaspor  nümayəndəsinə  öz 
vətənlərində  xüsusi  mülkiyyət  hüquqi  tətbiq  etməsə  də  yerli 
seçicilərdə  iştirak  etmək  hüquqi  vermişlər.  Çin  öz  ölkəsində 
ikili  vətəndaşlıq  hüququnu  tətbiq  etməsə  də,  diaspora  Çinin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
56 
56 
iqtisadiyyatına  kapital  qoyması  üçün  vergilərdə  xüsusi 
güzəştlər vermişdir.  
Zəka  axını  eyni  zamanda  əmək  miqrasiyası  kimi  də 
tanınır.  Əmək  mühacirləri  isə  çox  zaman  könüllü  olaraq  bu 
prosesə qoşulurlar. Lakin miqrasiya prosesinin ən aktual tərəfi 
də mövcuddur ki, buna insan alveri deyillər. BMT-nin 2000-ci 
il hesabatına uyğun olaraq qeyd etmək olar ki,  «Traffikinq»– 
insan  alveri  adlanan  proses  «traffukor»lar–  insan  alverçiləri 
tərəfindən  həyata  keçirilir  və  onlar  ucuz  işçi  qüvvələrini  iri 
şirkətlərə,  firmalara  və  ən  acısı  isə  pozğun  həyat  sürməyə 
vadar  edilən  xüsusi  yerlərə  satırlar.  Statistikaya  əsaslanaraq 
qeyd etmək olar ki, bunlar içərisində 82%– insan natamam ali 
təhsilli  olanlarıdır.  Qalan  18%-i  isə  yüksək  intellekt  sahibi 
olan  şəxslərdir  ki,  onların  zəkası  sadəcə  şəxsi  şirkətlərin 
inkişaf  etməsinə  yönəlir  və  bundan  nə  qəbul  edən  dövlət,  nə 
də ixrac edən dövlət udur [60, 38].  
Bunun  üçün  beynəlxalq  qanunvericilik  dövlət  daxili 
qanunları  və  s.  konvensiyalar  mövcuddur  ki,  insanların 
əməklərindən  sui-istifadə  edilməsin.  Əmək  miqrasiyasının 
iştirakçılarının  hüquqi  maarifləndirilməsi,  köç  etdikləri 
dövlətlərdə aldanmaması üçün beynəlxalq təşkilatlar müxtəlif 
tədbirlər  həyata  keçirirlər.  BMT,  ATƏT,  Avropa  Şurası  və 
digər  nüfuzlu  təşkilatlar  daxili  qanunvericiliyi  və  xüsusi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə