Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə21/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   17   18   19   20   21   22   23   24   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
85 
85 
85 

 
Elmi yeniliyin reallaşması imkanlarının olmaması [90, 
15-38].  
Moldovadan  zəka  axını  prosesinin  intensivləşməsi  bu 
ölkənin  elminə  ciddi  təsir  göstərir.  Gedən  zəkaların  yaş 
kateqoriyasını araşdıranda məlum olur ki, 20-45 yaşlı insanlar 
öz  biliklərini  xaricdə  realizə  etmək  fikrindədir:  Moldovada 
elmə ayrılan vəsaitin digər «işlərə» sərf edilməsini iddia edən 
yerli  tədqiqatçılar  göstərirlər  ki,  2003-cü  ilidə,  hakimiyyət 
orqanları  rəsmi  hesabatlarında  elmə  57  milyon  lev  (64,  75 
milyon  ABŞ  dolları)  ayrılığını.  Faktiki  olaraq  cəmi  4,  56 
milyon dolları xərcləmişdir [89].  
Bu səbəbdən Moldova hər il itirdiyi alimlərə görə xeyli 
miqdarda  maliyyə  itkisilə  üzləşmiş  olur.  Moldova  1990-cı 
ildən sonra daxili və xarici zəka axınından zərər çəkən keçmiş 
postsovet  ölkələrindən  biridir.  1990-2000-ci  illər  arası  elm 
sahəsində  çalışan  insanların  sayı  4  dəfə  (25  mindən  8,  17 
minə)  azalmışdır.  Ali  təhsilli  mütəxəssislərin  sayı  da  20%-
azalıb.  Elmlər  doktorlarının  sayında  da  ciddi  problemlər  var. 
1, 7 dəfə sayı azalan Moldova elmlər doktorları 2000-ci illərdə 
3593 nəfər idisə, hazırda bu rəqəmlər 2041-dir.  
1990-1997-ci illər arası Moldova Elmlər Akademiyasını 
tərk  edən  12000  zəkalı  insanın  34,  58%-nin  xaricə  «səadət» 
axtarmağa  getdiyi  qeyd  olunur.  65%-dən  çox  keçmiş  elmi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
86 
86 
işçilərin  bu  gün  ticarət  və  digər  sahələrdə  çalışdığı  bildirilir. 
Bu  illərdən  sonra  Moldova  EA  əməkdaşlarının  sayı  22,  64 
(1203) nəfər azalıb. Müxtəlif dərəcələrə və elmi adlara görə də 
çalışan  elmi  işçilərin  sayı  8,  7  aşağı  düşüb.  Elmlər  doktoru 
müdafiə  etməyə  sənəd  təqdim  edən  alimlərin  16,  27%  (134) 
nəfər az olduğu statistik göstəricilərdə qeyd olunur [114].  
Moldova  Elmlər  Akademiyasında  aparılan  sosioloji 
sorğu  zamanı  respondentlərin  bildirdikləri  mövqe  onların 
çoxunun  xaricdə  işləməkdə  maraqlı  olduğunu  aşkara  çıxarıb. 
Rəyi soruşulan elmi işçilərin 65%-i müqavilə əsasında inkişaf 
etmiş  Qərb  ölkələrinin  birində  çalışmaq  niyyətində  olduğunu 
bildirib.  Onlar  Moldovaya  öz  sahələrində  kifayət  qədər 
tanıdıqdan  və  kapital  topladıqdan  sonra  dönmək  barədə 
düşünürlər.  Sorğuda  iştirak  edən  5%  respondent  birdəfəlik 
olaraq  xarici  ölkələrə  köçüb  getməyi  və  heç  bir  zaman 
Moldovaya dönməyəcəklərini etiraf ediblər [90, 15-2-6].  
Zəka  axınında  iştirak  etmək  istəyən,  lakin  xarici  dil 
bilmədiklərindən 
təəssüfləndiyini 
qeyd 
edən 
37% 
respondentin  vaxt  və  maliyyə  imkanlarının  məhdud  olması 
səbəbi  ilə  hər  hansısa  bir  dil  öyrənmək  imkanlarının 
olmadığını  bildirib.  Moldova  EA-nın  yalnız  13%-i  sorğuda 
iştirak  edən  xarici  dili  mükəmməl  bildiklərini  açıqlayıb  və 
mütləq zəka axınına qoşulacaqlarını qeyd ediblər.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
87 
87 
87 
Moldovadan  xaricə  çalışmağa  gedən  zəka  sahiblərinin 
içərisində fizika və riyaziyyat üzrə təhsil və tədqiqat aparanlar 
üstünlük təşkil edir. İqtisadiyyat və informatika sahəsində isə 
daxili  miqrasiya  daha  çoxluq  təşkil  etsə  də,  bu  sahələrdə 
mütəxəssis olanların şəxsi biznesə maraq göstərdiklərini qeyd 
etmək olar.  
1990-1999-cu  illərdə  Moldova  EA-dan  ölkəni  tərk 
edənlərin  sayı  415  elmi  işçi  olaraq  göstərilir.  Onlar  əsasən 
Almaniya,  ABŞ,  Fransa,  İsrail,  İtaliya,  Kanada,  Rumıniya  və 
digər ölkələrə miqrasiya edirlər. 22 akademik, 20 fəxri doktor 
və  140  elmlər  doktoru  zəka  axınına  qoşulanlar  içərisindədir. 
Bu  insanların  əksəriyyətini  dövlət  təhlükəsizliyi  xarakteri 
daşıyan  məlumatlara  çıxışı  var  və  onların  geri  qayıtmaması 
Moldova  üçün  müsbət  dividentlər  gətirmir.  Yeni  müstəqillik 
əldə  edən  Moldovanın  üzləşdiyi  hərbi  münaqişədən  sonra 
rastlaşdığı  çətinliklərdən  çıxış  yolunun  zəka  axını  prosesinin 
qarşısının  mütləq  alınmasını  göstərən  tədqiqatçılar  iqtisadi 
problemlər üzündən elmə maraq göstərənlərin sayının gündən-
günə azaldığını təəssüf hissi ilə bildirirlər.  
Bu  gün  Moldova  zəka  axını  prosesinin  intensiv  halda 
davam  etməsi  səbəbindən  böhran  həddinə  çatıbdır.  Ölkənin 
elmi  potensialı  mənfi  istiqamətdə  inkişaf  edir.  Bu  cür  proses 
Moldova  rəsmilərini  mütləq  düşünməyə  vadar  etməlidir. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
88 
88 
Moldovadan  zəka  axını  probleminin  həll  etməsi  üçün 
strateqlərin  təklif  etdiyi  ilk  addım  əmək  haqqının  artırılması 
ilə  yanaşı,  onların  ölkədə  qalmaq  şərti  ilə  xarici  transmilli 
şirkətlərlə  müqavilə  əsasında  əməkdaşlıq  etmə  imkanlarının 
yaradılmasıdır.  Bu  sistem  tətbiq  olunsa  təxmini  olaraq  60% 
zəkalı  insanın  Moldovadan  köçüb  getməsini  əngəlləmək 
mümkün olacağı bildirilir. Eyni zamanda Moldovanın diaspor 
modelindən  istifadə  etməsi  ölkə  üçün  uğurlu  nəticələr  gətirə 
bilər.  
Mütəxəssislər üçün ipoteka kreditlərindən  yararlanmaq, 
sosial  güzəştlər,  iqtisadi  gəlirlər  kimi  şərtlərin  dövlət 
tərəfindən  verilməsi  məqsədəuyğun  ola  bilər.  Moldova 
alimlərinin Sovetlər Birliyi daxilində və müasir dövrdə dünya 
elminə  verdikləri  töhfələri  nəzərə  alaraq  zəka  axını 
nəticəsində  onların  xarici  dövlətlərə  köçməsinin  qarşısının 
alınması zəruridir.  
Moldova ilə yanaşı keçmiş postsovet respublikalarından 
olan  Litva  da  eyni  problemlə  üzləşib.  Bu  ölkədə  də  siyasi, 
iqtisadi  və  sosial  həyatda  baş  verən  əsaslı  dəyişikliklər 
miqrasiya  prosesinin  tənzimlənməsində  əngəllər  yaradıb. 
Sovet «dəmir qəfəsin»dən azad olan Litva həll edilməsi çətin 
olan bir sıra problemlərlə üz-üzə qalmalı oldu. Ölkədən leqal 
və  qeyri-leqal  miqrasiya  prosesi  əhalinin  bütün  təbəqələrini 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə