Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə20/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   16   17   18   19   20   21   22   23   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
81 
81 
81 
öz zəkalarını yüksək qiymətləndirən insanların sahələrinin faiz 
göstəricilərində də aşkar biruzə verir: 
Fizika – 68%, 2. Riyaziyyat– 60%, 3. Texnika elmləri– 
40%,  4.  Proqramçılar–42%,  5.  Genetika–24%,  6.  Kimya– 
29%,  7.  Biologiya–19%,  8.  Həkimlər–  10%,  9.  Filoloqlar–7 
%, 10. Hüquqşünaslar– 5 %, 11. Filosof və sosioloqlar– 3 %, 
12. İqtisadiyyat– 1 % [87].  
Rusiyada  zəka  axınının  səmərəli  şəkildə  qarşısının 
alınmasını  tənzimləyən  qanunvericilik  bazası  mövcud  deyil. 
İntellektual mülkiyyət sayılan zəka sahibləri ölkədən gedərək 
xarici dövlətlərin müxtəlif sahələr üzrə inkişafında başlıca rol 
oynayırlar. Rusiya Federasiyasının Təhsil Nazirliyinin verdiyi 
rəsmi  məlumatlara  əsaslanaraq  ABŞ-ın  Müdafiə  Nazirliyində 
8  minə  yaxın  rus  alimi  40  elmi  proqramın  fəal 
əməkdaşlarıdırlar.  Rus  alimləri  də  öz  növbəsində  ölkələrinin 
istehsalı olan alətlərdən istifadə edirlər. Rusiya təhlükəsizliyik 
orqanları  bunun  federasiya  üçün  arzuedilməz olduğunu  etiraf 
edirlər.  Zəkalı  insanlarla  ölkəni  tərk  etməzdən  öncə  işləməyi 
dövlətçilik  nöqteyi-nəzərindən  müsbət  əhəmiyyət  kəsb  edən 
federal  təhlükəsizlik  xidməti  hazırda  xaricdə  işləyən  rus 
elminin  elitası  kateqoriyasına  daxil  olan  alimlərin  geri 
qayıtmasını  zəruri  sayır  və  bunun  üçün  normal  şəraitin 
yaradılmasını  ilk  addım  kimi  qeyd  edirlər.  «Bu  gün  rus 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
82 
82 
aliminə  istənilən  ölkədə  rast  gəlmək  olar»  fikrini  bildirən 
tədqiqatçı Serqey Yeqorov belə hesab edir ki, bəzi mənbələrin 
ölkəni  tərk  edən  zəkaların  sayı  ilə  bağlı  bəzi  məlumatlar 
həqiqətə  uyğun  deyil.  İldə  30  min  zəkalı  kadrın  vətəni  tərk 
etməsi  faktını  tədqiqatçı  bu  rəqəmi  rus  alimlərinin  statistik 
göstəriciləri ilə müqayisə etdikdə gülünc rəqəm alınır. Onların 
70  %-ni  alim  hesab  etmək  düzgün  olmazdı.  ‖Zəkaların‖ 
içərisində  plagiatçılıqla  və  karyera  qurmaqla  məşğul  olanlar 
da  vardır  ki,  alim  adını  belə  şəxslərlə  müqayisə  etmək  elmi 
«təhqir» etmək deməkdir [71, 25-31].  
Rusiyada  əsl  alimlərin  olduqca  az  olduğunu  açıqlayan 
tədqiqatçılar  bu  gün  ―zəka  sahibi‖  deyiləndə  ildə  iki-üç 
müsbət  rəy  əsasında  nüfuzlu  elmi  toplu  və  jurnallarda 
məqaləsi  dərc  edilən,  3  ildən  çox  olmayaraq  monoqrafiyası 
nəşr  olunan  seçdiyi  ixtisas  üzrə  yenilik  gətirmək  iqtidarında 
olanları  nəzərdə  tuturlar.  2003-cü  ildə  Corc  Soros  Fondunun 
hesabatlarında  belə  şəxslərin  keçmiş  postsovet  məkanında 
cəmi 50 min nəfər olduğu qeyd olunur. ABŞ-da isə bu rəqəm 
20 minə yaxındır və bu isə yalnız Amerikada anadan olan və 
təhsil alanlara aiddir.  
―Zəka  axını‖  kateqoriyasına  xaricdə  təhsil  alan  gənc 
kadrların  statistik  göstəriciləri  də  daxildir.  1993-cü  ilin 
məlumatlarında  13  min  tələbənin  xaricdə  oxuması  (10  min 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
83 
83 
83 
nəfər  ABŞ,  Fransa,  Almaniya,  Böyük  Britaniya)  qeyd 
edilirdisə,  2002  –ci  ildə bu  rəqəmlər  26  mini  ötüb  keçib.  Bu 
tələbələr  arasında  keçirilən  sorğu  Rusiyanın  bu  işlə  məşğul 
olan şəxsləri düşünməyə vadar edir: Rəyi soruşulan gənclərin 
45%-i  təhsil  aldıqları  ölkədə  müddət  bitdikdən  sonra  qalıb 
işləməyi  və  vətəndaşlıq  əldə  etməyi  düşünürlər.  Sorğuda 
iştirak  edən  20%  gənc  təhsil  müddəti  başa  çatdıqdan  sonra 
yenidən  təcrübə  keçmək  məqsədilə  hələlik  vətənə  geri 
dönmək barədə fikirləşirlər. 18 %–gənc xaricdə yüksək olunan 
vəzifə  və  əmək  haqqı  almasına  baxmayaraq,  ana  vətənlərinə 
geri  dönüb,  dövlətlərinin  mənafelərinə  xidmət  edəcəklərini 
bildiriblər.  Yalnız  3%-  sorğuda  iştirak  edən  respondent 
təhsilləri bitdikdən sonra qərar verəcəklərini açıqlayıblar [87].  
Rusiya Federasiyası hər il «zəka axını»ndan 50 milyard 
dollar  itirməli  olur.  Bu  səbəbdən  də  Avropa  Birliyinə  daxil 
olan  dövlətlər  Rusiyaya  dəyən  zərərin  qarşısını  almaq 
istiqamətində tədbir görürlər. Qərb dövlətləri Rusiyadan zəka 
axınının  qarşısını  almaqdan  ötrü  alimlərin  çalışdıqları  elmi-
tədqiqat müəssisələrə əvəzsiz yardımların məbləğini artırırlar. 
Qərb  dövlətləri  Rusiyada  hər  rubl  üçün  0,  50  ABŞ  dolları 
sərmayə qoymağı planlaşdırırlar [102].  
Bunun  nəticəsində  40  elmi  kadrın  Amerikadan  vətənə 
geri  dönmüş  və  hazırda  ev  və  işlə  təmin  ediliblər. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
84 
84 
Tədqiqatçılar  belə  hesab  edirlər  ki,  plan  uğurla  davam 
etdirilsə, geri qayıdan zəkaların sayı çox olacaq.  
Rusiya  ilə  yanaşı  keçmiş  postsovet  məkanında 
Moldovada da zəka axını prosesindən xeyli itkilərlə üzləşməli 
olub.  1931-ci  ildə  ölkədən  gedən  zəka  axını  və  digər 
miqrasiya proseslərinə görə Moldova insan inkişafı ehtiyatına 
görə  103-cü  yeri  tutmalı  olub.  Moldovan  tədqiqatçısı  N.  P. 
Perçinskayanın fikrincə, Moldovadan zəkaların xarici ölkələrə 
axın etməsinin əsasən aşağıdakı səbəbləri var: 
Aşağı  əmək  haqqı  –  2003-cü  ilin  məlumatına  görə  bu 
ölkədə minimum əmək haqqı 42 ABŞ dolları olub; 
Moldova 
Milli 
Elmlər 
Akademiyasının 
maliyyələşməsinə  dövlət  büdcəsindən  ayrılan  vəsaitin 
məbləğinin  kəskin  azalması.  2002-2003-cü  illərdə  Moldova 
hökumətinin  elmin  inkişafına  büdcənin  0,  2%-ni  ayırıb. 
Beynəlxalq birliyin tələblərinə görə isə bu göstəricilər 1%-dən 
aşağı olmamalıdır; 

 
Elmi  və  texniki  avadanlıqların  70-80-ci  illərdən 
qalması və müasirləşməsinə pulun ayrılması; 

 
İctimai fikirdə elmə və təhsilə marağın azalması; 

 
Regional miqyasda əməkdaşlığın zəifləməsi

 
Aspiranturaya qəbulun azalması; 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə