Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə16/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   12   13   14   15   16   17   18   19   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
65 
65 
65 
Beynəlxalq  Valyuta  Fondunun  hesablamalarına  görə 
zəka  axını  prosesi  özünü  Asiya  və  Afrika  ölkələrində  daha 
qabarıq  göstərir.  İran  (125%),  Cənubi  Koreya  15%,  Filippin 
10%,  Pakistan  7%,  Çin  3%,  Hindistan  2,  7%,  Cənubi  Afrika 
8%, Misir 7, 5 % və Qana 25 % –lə MBF-nin hesabatında ön 
yerlərdə  durur.  Bu  faizlər  sırf  elmə  aid  olan  insanların 
göstəricisidir.  Meksika  Kort  adaları  və  Mərkəzi  Amerika 
ölkələrində  təhsilin  səviyyəsi  aşağı  olduğu  üçün  onlar 
içərisində zəka axını prosesi az faiz göstəricilərilə aşağı yerdə 
dururlar,  lakin  bu  ölkələrdən  olan  mühacirlər  ABŞ  və  digər 
inkişaf etmiş dövlətlərdə ucuz işçi qüvvəsi kimi çalışırlar.  
Bu  hesabatda  bir  maraqlı  məqam  onların  nə  zamansa 
Vətənə  dönmələrilə  bağlıdır.  Aparılan  araşdırmalara  görə 
yalnız  13%-zəkaya  sahib  insanlar  özlərinə  normal  şərait 
yaratdıqdan 
sonra 
doğulduğu 
ərazilərə 
qayıtmaq 
fikrindədirlər. [110, 96-130].  
Asiya qitəsindən olan düşünən beyinlər ABŞ, Kanada və 
Qərbi  Avropa  ölkəsində  informasiya-texnologiyalar  və  digər 
sahələrdə  daha  çox  uğur  əldə  edən  miqrantlardan  sayılırlar. 
1990-cı ilin hesabatlarına əsaslanaraq texniki elmlər üzrə dok-
torluq  elmi  dərəcəsi  alan  alimlər  əsasən  Asiya  qitəsinin 
sakinləridir  və  onlar  62%-lə  liderliyi  qoruyub  saxlayıblar. 
Analoji  hadisələr  riyaziyyat,  iqtisadiyyat  sahəsində  alimlik 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
66 
66 
dərəcəsi  əldə  edənlər  xarici  ölkələrin  vətəndaşlarıdır  ki, 
onların faiz göstəriciləri 52-dir.  
Belə  mütəxəssislərin  əksəriyyəti  Hindistan,  Çin  və 
Cənubi Kareyadan mühacir edənlərdir. Tək Hindistan özü ildə 
25 min mühəndis «ixrac» edir. Amerika və Avropa kompüter 
sənayesi,  istehsalı  və  işlənməsi  hindli  zəkaların  əlindədir. 
Tayvan, Seyl Universitetlərinin məzunları bu gün Amerika və 
Avropa texniki elmlərində liderlik mövqeyindədirlər [122, 44-
63].  
Zəka  axını  prosesini  araşdıran  alimlər  müxtəlif 
proqramlarla vətənlərini tərk edən insanların məskunlaşdıqları 
ərazilərdə  yerli  əhali  ilə  onların  sayının  müqayisəli  təhlilini 
aparıblar. 1990-cı və 2000–ci illərdə tədqiqatçılar 10 il ərzində 
zəka  sahibi  olanların  say  və  faiz  etibarilə  çoxalmasını 
müşahidə ediblər. Bu aşağıdakı cədvəldə özünü aşkar göstərir 
[113, 10].  
Ölkə 
İnsan sayı 
Gəmi, faiz göstəriciləri 
1990 
2000 
1990 
2000 
ABŞ 
19, 787 
26, 300 
7, 9 
9, 8 
Almaniya 
4, 489 
7, 320 
7, 3 
8, 9 
Avstraliya 
3, 753 
3, 908 
22, 3 
21, 1 
Avstriya 
344 
737 
4, 5 
9, 1 
Belçika 
869 
892 
8, 8 
8, 7 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
67 
67 
67 
Böyük Britaniya 
1, 821 
2, 207 
3, 2 
3, 8 
Fransa 
3, 714 
3, 597 
6, 6 
6, 3 
Hollandiya 
624 
662 
4, 2 
4, 4 
İsveç 
421 
500 
5, 0 
5, 6 
İsveçrə 
1, 007 
1, 348 
15, 2 
19, 0 
Yaponiya 
941 
1, 512 
0, 6 
1, 2 
Kanada 
4, 343 
4, 971 
16, 1 
17, 4 
Cəmi: 
42, 113 
53, 954 
 
 
 
Bu  siyahıdan  göründüyü  kimi  inkişaf  etmiş  ölkələrin 
işçi  qüvvəsini  təşkil  edən  düşünən  beyinlər  az  əmək  haqqı 
almaqla  (bu  məbləğ  onların  vətəndə  olduqlarından  10  dəfə 
çoxdur) böyük işlər görürlər.  
Öz vətənlərini tərk edib xarici ölkələrə zəka miqrasiyası 
edən  kadrların  müəyyən  hissəsi  onlara  lazımi  diqqət 
yetirilmədiyini  əsas  gətirirlər.  Həyatını  və  ömrünü  elmə, 
təhsilə həsr edən kadrların  qayğısına qalmaq hər bir dövlətin 
əsas  strategiyası  olmalıdır.  Bu  gün  sadəcə  gənclərə  müəyyən 
güzəşt lazımdır ki, onların zəka axını prosesinə qoşulmasının 
qarşısını  almaq  mümkün  olsun.  Dövlətin  daxili  problemləri 
savadlı gənclərin seçilməsinə təsir göstərməməlidir. Hər halda 
onların beyni dövlətin özünün inkişaf etməsində daha vacib və 
önəmlidir.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
68 
68 
İspan  mənşəli  Amerika  tədqiqatçısı  Servantes-Tueallas 
zəka  axını  prosesinə  səbəb  olan  amillər  üzərində  hazırladığı 
hesabatda  bunu  problem  olaraq  görür.  O,  belə  hesab  edir  ki, 
zəka axınına səbəb bir sıra amillər təsir göstərir. Tədqiqatçının 
hesabatında bu amillər aşağıdakı kimi qeyd olunur: 
Daha yüksək bir həyat səviyyəsində yaşamaq arzusu
Öz  ixtisaslarına  uyğun  dövlətlərində  müvafiq  iş  tapa 
bilməmək; 
Çalışdıqları  sahələri  üzrə  vətənlərində  istənilən 
səviyyədə dəstək və təqdir ola bilməməsi
Ölkələrində  öz  bacarıqlarını  inkişaf  etdirilməsi 
şərtlərinin olmaması; 
Daha  geniş  və  əhatəli  tədqiqat  aparılması  üçün  texniki 
imkanların məhdudluğu
Kasıbçılıq [61, 55].  
Bu  amillərdən  birincisi  və  ikincisi  tədqiqatçılar 
tərəfindən  ―könüllü  mühacir‖  adlanır.  «İqtisadi  mühacir» 
kateqoriyasına  daxil  olan  iki  amilin  qarşısı  alınmayacaq 
təqdirdə zəka axını prosesi daha da intensivləşəcək. Biz bunu 
Ukrayna,  Bolqarıstan,  Çexiya,  Slovakiya  kimi  ölkələrin 
timsalında  görə  bilərik.  Bu  gün  Bolqarıstanın  elmi  potensialı 
üç  dəfə  azalıb.  Ölkənin  tibb  sahəsində  çalışanların  10%-i, 
molekulyar  biologiya  sahəsində  tədqiqat  aparanların  36%-i 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə