Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə18/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   14   15   16   17   18   19   20   21   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
73 
73 
73 
1.2.  Postsovet  məkanında  “zəka  axını” 
prosesinin  vəziyyəti  
 
XX  əsrin  sonu  XXI  əsrin  əvvəllərində  dünyanın  siyasi 
xəritəsində baş verən cahanşümul hadisə olan Sovetlər Birliyi 
adlanan  imperiyanın  süqutu  bir  çox  istiqamətlərdə  ciddi 
problemlərin  ortaya  çıxmasına  şərait  yaratdı.  İmperiyanın 
süqutu  yeni  yaranan  müstəqil  dövlətlər  arasında  əvvəllər 
mövcud  olmuş  mühacir  axının  daxili  köçmə  halından 
beynəlxalq  səviyyədə  xarakteri  aldı.  Mühacirət  prosesinin 
süqutu və sosial tənzimlənməsini nəzarətdə saxlayan bütöv bir 
sistem çökərək yerini bu gün də problemli və nizamsız halda 
olan  sistemə  verdi.  Yeni  miqrasiya  prosesi  ilə  əmək,  zəka 
axını,  qeyri-leqal,  treffukun  kimi  terminləri  özündə 
birləşdirərək ağrılı halda davam etməkdədir. Keçmiş postsovet 
məkanından  «zəka  axını»  prosesi  əsasən  aşağıda  qeyd  edilən 
ölkə və regionlarda baş verir: 
1.  ABŞ,  Kanada  və  Avstraliya  –  Bu  ölkələr  zəka  axını 
qəbul  edərək  daha  çox  əmək  haqqı  təklif  edirlər.  1990-cı 
illərin  məlumatlarına  görə  onlar  keçmiş  sovet  respub-
likalarından  900  min  zəkalı  insanı  öz  ölkələrində  işlə  təmin 
ediblər.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
74 
74 
2.  Qərbi  Avropa–  əsasən  Avropa  Birliyinə  daxil  olan 
ölkələr keçmiş SSRİ-dən zəkalı insanlara daxillərində yüksək 
keyfiyyətli  iş  və  həyat  vəd  edirlər.  1990-cı  ilin  statistikasına 
əsasən  onlar  180  min  sovet  respublikaların  vətəndaşlarını 
qəbul edib.  
3. Yaxın Şərq– neft istehsal edən bu ölkələrin tibb, neft 
emalı,  yüngül  sənaye  sahəsində  yeni  ixtiralar  vəd  edən 
alimləri  yüksək  əmək  haqqı  ilə  təmin  edirlər.  Səudiyyə 
Ərəbistanı,  BƏƏ,  Bəhreyn,  Küveyt  və  İsrailin  2000-ci  ilin 
rəsmi  məlumatlarına  görə  onlar  300  min  zəka  sahibinə  qapı 
açıblar.  
Müasir  dövrdə  keçmiş  postsovet  məkanında  baş  verən 
miqrasiya prosesinin ən önəmli tərəfi kimi zəka axını yoxdur. 
Düşünən  beyinlərin  axını  MDB  daxilində  və  daha  kənara 
kütləvi  şəkildə  davam  etməkdədir.  Keçmiş  Sovetlər  Birliyi 
daxilində zəka axını problemi  o qədər nəzərə  çarpacaq halda 
baş  vermirdi.  Öz  biliklərini  artırmaq  və  Sovet  ölkəsində 
peşəsinə  görə  uğur  əldə  etmək  istəyənlərin  ən  yüksək  hesab 
etdikləri  paytaxt  Moskvada  məskunlaşmalı  idi.  Moskva  yenə 
də  zəka  axınını  daha  çox  qəbul  edən  keçmiş  postsovet 
məkanına  daxil  olan  şəhərlər  içərisində  liderliyini  qoruyub 
saxlamaqdadır.  Bu  istiqamətdə  tədqiqat  aparan  tanınmış  rus 
tədqiqatçısı Anatoliy Vişnevskiy 1989-2007-ci  illərdə Rusiya 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
75 
75 
75 
paytaxtına  zəkaların  təqdim  edən  ölkələrin  və  onların  artım 
faizini aşağıdakı kimi sıralayıb [87, 19-23].  
Ölkə 
1989 
2007 
Ukrayna 
80, 6 
86, 9 
Belorusiya 
70, 8 
78, 9 
Moldova 
57, 6 
70, 2 
Azərbaycan 
61, 6 
88, 2 
Ermənistan 
24, 3 
80, 1 
Gürcüstan 
65, 8 
94, 0 
Qazaxıstan 
73, 5 
93, 1 
Qırğızıstan 
55, 2 
84, 1 
Tacikistan 
55, 0 
84, 1 
Türkmənistan 
33, 8 
69, 9 
Özbəkistan 
30, 2 
78, 1 
 
Bu  ardıcıllıqdan  göründüyü  kimi  Rusiya  MDB 
məkanında  zəka  axınını  daha  çox  qəbul  edən  ölkələrdən 
biridir. Lakin onun özü qəbul etdiyi qədər xarici ölkələrə zəka 
―ixrac‖ edir. Xarici ölkələrə ixrac etdiyi zəka axınından sovet 
ölkələrindən  daha  çox  əziyyət  çəkən  dövlətlər  içərisində 
Rusiya Federasiyası Moldova, Litva və digər ölkələrlə yanaşı 
Azərbaycan  da  xüsusi  yerlərdən  birini  tutur.  Dissertasiya 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
76 
76 
işində  çalışacağıq  ki,  ən  çox  zəka  «itirən»  dövlətlərin 
təcrübəsinə nəzər salaq.  
Rusiya  Federasiyası  –  Bu  ölkədə  zəka  axını  məsələsi 
1991-ci  illərdə  daha  ciddi  olaraq  maraq  dairəsinə  daxil  olub. 
Rusiyadan prosesin başlanma tarixi isə XVII-XVIII əsrlərdən 
götürülməsinə  baxmayaraq,  tədqiqatçılar  əsas  dövr  kimi  3 
dalğanı mənbə kimi qiymətləndirirlər.  
1.  1918-20-ci  illər:  Bu  dövr  «Ağ  mühacirlər»in 
miqrasiyası  adlanır.  Hərbiçi,  biznesmen,  sadə  insanlarla 
yanaşı  düşünən  zəkaların  Rusiyanı  tərk  edərək  bolşevik 
hökumətindən daha uzaq yerlərdə yaşamağa üstünlük verməsi 
yeni hakimiyyətin sosial bərabərlik elan etməsi idi. Aristokrat 
zümrəsinə  daxil  olan  çoxsaylı  zəka  sahibləri  K.  Marks,  F. 
Engels və V. Lenin tərəfindən ideallaşdırılan kommunizm və 
sosializm  sistemlərinin  uyğunsuzluğunu  görürdülər.  Onlar 
bilirdilər  ki,  zaman  keçdikdən  sonra  sosial  bərabərlikdən 
istifadə edərək bolşeviklər onları qələm əvəzinə balta tutmağa 
şərait  məcbur  edəcəklər.  Bu  isə  uzun  illər  ömrünü  elmə  və 
təhsilə  həsr  etmiş  insanların  birbaşa  ölümünə  əmr  verilməsi 
demək idi. Buna görə onlar Fransa, ABŞ, İngiltərə, Almaniya 
kimi  dövlətlərə  mühacir  edərək  öz  zəkalarını  bu  dövlətlərin 
inkişafına  töhfə  verməyi  vətəndə  qalıb  ölməkdən  və 
unudulmaqdan üstün tuturdular.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə