Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə24/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   20   21   22   23   24   25   26   27   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
97 
97 
97 
Rusiya–58,  3%,  Qazaxıstan–25,  6%,  Cənubi  Koreya–4, 
7%, Türkiyə-1, 3%, Avropa Birliyi ölkələri–0, 6%, Birləşmiş 
Ərəb  Əmirlikləri–0,  4%,  Digər  ölkələr–0,  2%,  Daxili  zəka 
axını–8, 9 [96].  
Zəka axını prosesi Özbəkistanın elmi potensialına ciddi 
zərbə  vursa  da  iqtisadi  baxımdan  müəyyən  müsbət  xeyirlər 
verir: 
1.  Hər  il  xaricdə  öz  zəkaları  hesabına  pul  qazanan 
özbəklər  3  milyon  757  min  ABŞ  dolları  məbləğində  burada 
qalan qohum-əqrabalarına maddi yardım göstərirlər.  
2.  Zəkalı  özbəklərin  topladığı  kapital  vətənə  qayıdıb 
burada şəxsi bizneslərini qurmağa, Özbəkistan iqtisadiyyatını 
inkişaf etdirməyə onlara imkan verir.  
3.  Xaricdə  çalışan  zəkalar  Özbəkistan  üçün  lobbi 
qurulmasında vasitəçi rolunu üzərlərinə götürürlər və bir növ 
diplomat xidmətini həyata keçirirlər [125, 152-198].  
İqtisadiyyata  dolayısı  yolla  gələn  fayda  elmi  potensiala 
vurulan  ciddi  ziyanla  müqayisədə  olduqca  az  görünür.  Elmə 
maraq  göstərən  gənclərin  sayı  ildən-ilə  azalmaqdadır. 
Özbəkistan  Elmlər  Akademiyasında  çalışan  gənclər  tədqiqat 
işindən  «uzaq  gəzirlər».  Dövlət  büdcəsindən  ayrılan  vəsait 
alimlərin  10  günlük  dolanışığını  görmür.  Yeni  kəşf  və 
ixtiralardan  isə  söhbət  gedə  bilməz.  Özbəkistan  rəsmiləri  isə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
98 
98 
Sovet  üsul-idarəsində  olduğu  kimi  problemin  kökünü 
kəsməkdə  çətinlik  çəkirlər.  Elmə  investisiya  qoymaq  isə 
kadrların  üzərinə  düşür.  Lakin  hökumət  burada  da  ciddi 
əngəllər yaradır.  
Özbəkistanla  yanaşı  qonşu  Qırğızıstan  da  zəka 
axınından  öz  daxili  elmi  potensialını  gücləndirə  bilmir. 
Perspektivli  və  ali  təhsilli  qırğız  gənclərinin  ölkə 
hüdudlarından  kənarda  öz  zəkaları  hesabına  çalışmaq 
istəklərinin  güclü  olduğunu  bildirən  tədqiqatçı  Larisa  Teqay 
əsasən  Rusiyaya  axının  intensiv  davam  etdiyini  qeyd  edir. 
Bişkekdə  yerləşən  Qırğız-Rus-Slavyan  Universitetinə  tələbə 
axınının güclü olduğunu nəzərə alsaq gənc alimlərin Rusiyanı 
sevməsini başa düşmək olar.  
Qırğızıstandan  zəka  axını  prosesi  Sovet  imperiyası 
illərində  başlamasına  baxmayaraq,  özünün  yüksək  nöqtəsinə 
müstəqillik  illərindən  sonra  çatmışdır.  Bu  gün  təkcə  Rusiya 
elm-təhsil  müəssisələri  və  iri  şirkətləri  ilə  yanaşı  ABŞ, 
Kanada,  Fransa,  Almaniya,  Britaniya  və  digər  inkişaf  etmiş 
ölkələrdə qırğız gəncləri qatılmaqdadır.  
Ölkəni  tərk  edən  zəka  sahibləri  öz  istedad  və 
bacarıqlarına görə seçilirlər. Bu gün xaricdə çalışıb öz zəkaları 
hesabına  kapital  toplayan  qırğız  alimlərinin  getməsindən 
yalnız Qırğızıstan dövləti uduzur. İqtisadiyyat, biznes, texniki 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
99 
99 
99 
yeniliklər və digər sahələrlə ölkə üçün daha çox xeyir vermək 
iqtidarında olan belə şəxslərin xaricdə çalışması Bişkek üçün 
müsbət dividentlər gətirmir [79].  
Qırğızıstanda  bu  problemi  tədqiq  edənlər  ölkədən  zəka 
axını  prosesinin  intensiv  şəkil  almasında  xarici  şirkətlərin 
apardıqları  siyasəti  əsas  göstərirlər.  1989  və  2000-ci  illərin 
statistikasına  nəzər  salsaq  qırğızıstanlı  zəkaların  ölkəni  tərk 
etməsində  xeyli  fərqlərin  mövcud  olduğunu  görürük:  1989– 
43, 5 %, 2000– 53 %.  
Bu  rəqəmlər  2  il  ərzində  əmək  miqrasiyasına  qoşulan 
zəkaların sayının artdığını aşkar göstərir. Baş verən belə mənfi 
halın qarşısını almaq üçün isə mütləq ali məktəbi bitirən gənc 
kadrları  işlə  təmin  etmək  və  onlara  sosial  güzəştlərdən 
bəhrələnmək  imkanları  verilməlidir.  Ölkəni  düşməkdə  olan 
iqtisadi  böhrandan  çıxartmağı  isə  onlar  ―zəka  axını‖ 
prosesinin  qarşısı  alınmasında  görürlər.  Son  illərdə  Qırğız 
gənclərini öz ölkəsində görmək istəyənlər içərisində İsveç və 
Çin  xüsusi  olaraq  fəallıq  edirlər.  Vətəndə  qalıb  ofisiant, 
barmen,  ticarət  agenti  kimi  işləməkdənsə  xarici  ölkədə 
zəkaları hesabına pul qazanmağı üstün tutan qırğızlar müxtəlif 
yollarla miqrasiya edirlər.  
Mütəxəssislər  belə  hesab  edirlər  ki,  zəka  axını  prosesi 
davam etdikcə, ölkədə zavod, fabrik, elmi müəssisələrdə kadr 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
100 
100 
problemi  həll  olunmamış  qalacaq.  Elmə  az  maraq  göstərən 
gənclərin  biznes  və  ticarət  sahəsinə  üz  tutmasını  ən  böyük 
problem  kimi  qəbul  edən  mütəxəssislər  vətənpərvərlik 
çağırışlarının  bu  günün  tələbi  səviyyəsində  olmadığını  iddia 
edirlər.  
Qırğızıstanla  yanaşı  zəka axını prosesi ilə üz-üzə qalan 
dövlətlərdən biri də Qazaxıstandır.  
1990-2000-ci  illər arası  Qazaxıstandan 500 min insanın 
əmək  miqrasiyasına  qoşulanlar  içərisində  100  min  nəfərin 
zəka sahibini xüsusi olduğunu qeyd etmək olar. Bu insanların 
40%-i  qazax elminin elitası  sayıldığından problemin ciddiliyi 
diqqəti cəlb edir.  
Qazax  mütəxəssisləri  belə  hesab  edirlər  ki,  ölkədən 
zəkaların biliyinə ehtiyacın günü-gündən artması Qazaxıstanın 
elm  və  təhsilin  səviyyəsinə  görə  seçilən  dünyanın  50  ölkəsi 
siyahısına  düşməsinə  şərait  yaradacaq.  Eyni  zamanda  xaricə 
axını  güclənən  qazax  gəncləri  həm  kapital,  həm  də  hörmət 
qazanmış  doktorların  güclənməsinə  təkan  verirlər.  Diasporun 
strukturlaşması  və  təşkilatlanmasında  öz  növbəsində 
vətənlərinin  maraqlarını  məskunlaşdıqları  ölkələrdə  təmsil 
etməklə yanaşı, lobbiçiliyin formalaşmasında əvəzedilməz rol 
oynayır [93].  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə