Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə32/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   28   29   30   31   32   33   34   35   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
128 
128 
XX əsrin əvvəllərinə qədər Cənubi Azərbaycandan Qərb 
və  Şərq  ölkələrinə  mühacirət  prosesləri  baş  verib.  Lakin 
Cənubi  Azərbaycan  mühacirət  tarixi  bizdə  lazımi  səviyyədə 
tədqiq  edilməyib.  Tədqiqatçılarımızın  XX  əsrdən  etibarən 
Cənubi  Azərbaycandan  başlanan  mühacirət  prosesinin  siyasi 
və  iqtisadi  səbəblərlə  bağlayırlar.  Fikrimcə  Cənubi 
Azərbaycanın  mühacirət  tarixini  aşağıdakı  dövrlərə  bölmək 
olar: 
1.
 
1920-ci illər – Bu mühacirət əsasən siyasi səbəblərlə 
baş verib; 
2.
 
1930-40-cı  illər  –  Sosial  (təhsil  və  elmi  məqsədi), 
iqtisadi  (iş  qurmaq,  səylərini  artırmaq)  –  səbəbli  mühacirət 
prosesi; 
3.
 
1950-ci  illər–  bu  dövrdə  İranda  mürtəce  hərbi 
diktatura  rejimi  hökmranlıq  edirdi  və  buna  etiraz  edən 
azərbaycanlıların siyasi mühacirəti
4.
 
1960-cı illər– İranda təhsil səviyyəsinin aşağı olması 
səbəbindən  soydaşlarımızın  inkişaf  etmiş  dövlətlərə  təhsil  və 
təkmilləşdirmə məqsədilə mühacirəti; 
5.
 
1978–1979-cu  illər  –  Bu  tarixdə  artıq  İranda  İslam 
adı altında molla reymi, diktatura quruldu. İran İslam İnqilabı 
adlanan  çevrilişdən  sonra,  cənublu  qardaşlarımızın  yeni 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
129 
129 
129 
rejimlə  barışmaz  mövqedən  irəli  gələn  siyasi  motivli 
mühacirəti [17, 1022].  
Göstərilən  hadisələr  və  proseslərlə  əlaqədar  formalaşan 
Azərbaycan diasporunun cənub qanadı kəmiyyət və keyfiyyət 
göstəricilərinə görə seçilir. Əsasən Qərbi Avropa və Amerika 
ölkələrində  məskunlaşan  cənubi  soydaşlarımızın  tərkibi  belə 
bir struktura malikdir. Birincisi, ziyalı təbəqə-bura ali və orta 
məktəblərdə  çalışan  müəllimələr,  yazıçı  və  şairlər,  ictimai 
xadimlər, həkim və mühəndislər daxildir. İkincisi, iş adamları-
iri şirkət, firma sahibləri olan bu şəxslər yaşadıqları ölkələrin 
sosial-iqtisadi  həyatında  mühüm  rol  oynamaqla,  yüksək 
dairələrdə nüfuz sahibləridir. Üçüncüsü, orta təbəqə-bu təbəqə 
əsasən  xırda  və  orta  ticarətçilər,  inşaatçılar,  texnoloqlar, 
nəqliyyatçılar  və  digər  peşələrdə  çalışan  azərbaycanlılardan 
ibarətdir.  Çalışdıqları  sahələrdə  kifayət  qədər  tanınan  və 
seçilən  cənubi  azərbaycanlılar  milli  mədəniyyət  və 
ədəbiyyatla  sıx  bağlıdır.  Romantik  və  nostalji  hisslərlə 
yaşayan  cənublu  soydaşlarımızın  ziyalı  təbəqəsinin  müəllifi 
olduqları  bədii  və  elmi  əsərlər  Qərb  ölkələrində  çox  sevilir. 
Akademik  təhsilə  böyük  maraq  göstərən  ziyalıların  üstünlük 
təşkil  etdiyi  diasporumuzun  Cənubi  Azərbaycan  qanadı  elm-
texnika  sahəsində  bir  sox  uğurlar  əldə  edib.  Cənubi 
Azərbaycan  qanadının  mühüm  bir  hissəsi-sahibkarlar  və 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
130 
130 
ticarətçilər kifayət qədər güclü mövqeyə və nə nəhəng kapital 
mənbələrinə,  maliyyə  kanallarına  malikdirlər.  Onların  sahib 
olduqları  firmalar,  şirkətlər,  müəssisələr  bir  çox  ölkələrin 
iqtisadiyyatına  xeyir  verir.  Bu  səbəbdən  də  məskunlaşdıqları 
və  iş  qurduqları  ölkələrin  yüksək  dövlət  xadimləri  və  iş 
adamları  tərəfindən  hörmətlə  qarşılanan  bu  şəxslər  müəyyən 
istiqamətdə  onlara  məsləhət  verir  və  yol  göstərirlər.  Güclü 
maddi və intellektual imkanlara malik  olmasına baxmayaraq, 
cənublu  azərbaycanlılar  arasında  müəyyən  məsələlərdə  fikir 
ayrılığı,  siyasi  baxış  fərqliliyi  və  mənəvi-psixoloji  çətinliklər 
mövcuddur.  Onların  mənəvi-psixoloji  cəhətləri  şimallı 
azərbaycanlılardan  və  Türkiyə  azərbaycanlılardan  xeyli 
fərqlənir. Həmin məqamı cənubi azərbaycanlılar ilk növbədə, 
əsrlər  boyu  cənubda  rasizmlə  üzləşmələri  ilə  əlaqələndirirlər. 
Yəni  bu  mənfur  siyasət  nəticəsində  milli  və  tarixi  köklər 
assimlasiya  olunub,  mədəni,  mənəvi  və  linqvistik  bağlılıq 
zəifləyib.  Uzun  illərdən  bəri  fars  şovinizmi  onlara  tarixi 
keçmişimizi  və  milli  varlığımızı  unutdurmağa  çalışır.  Buna 
baxmayaraq,  soydaşlarımız  ədəbiyyatımızı,  mədəniyyətimizi 
və  milli  kimliklərini  qoruyub  saxlaya,  inkişaf  etdirə  biliblər 
[25, 37-39].  
Azərbaycanlıların böyük bir qisminin  bu gün Vətəndən 
uzaqda,  keçmiş  SSRİ  respublikalarında  yaşayıb-fəaliyyət 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
131 
131 
131 
göstərmələri  nisbətən  xoş  səbəblərdən  baş  vermişdi.  SSRİ 
müxtəlif  xalqların  dostluq,  beynəlmiləlçilik  şəraitində 
yaşadığı  nəhəng  bir  ölkə  idi.  Böyük  tikintilər  gedirdi. 
Qazaxıstanda  xam  torpaqların  istifadəyə  verilməsi,  Sibirdə 
Baykal-Amur 
magistralının 
çəkilməsi, 
Volqaboyunda, 
Tümendə yeni neft yataqlarının istismarı və s. xalqların birgə 
iştirakı ilə həyata keçirilirdi. Azərbaycanlıların bir qismi, hətta 
elliklə  bu  yerlərə  getmiş,  bu  günə  qədər  də  orada 
məskunlaşmışlar. Bu insanlar arasında məşhur azərbaycanlılar 
da  az  deyil.  Hətta  o  zaman  neft  üzrə  əsas  mərkəz  Bakı 
sayıldığından,  təzə  yataqlar  əsasən  buradan  gedən 
mütəxəssislərin  səyi  ilə  kəşf  olunmuş,  müvafiq  olaraq  ―II 
Bakı‖,  ―III  Bakı‖,  ―IV  Bakı‖  kimi  anlayışlar  meydana 
çıxmışdı.  Əlbəttə,  o  zaman  bu  azərbaycanlılar  bizimlə  bir 
ölkədə  yaşayırdılar.  SSRİ  dağıldıqdan  sonra  isə  həmin  geniş 
ərazilərdə diasporlar yaratmışlar.  
Bura 1970-1980-ci illərdə keçmiş SSRİ-nin ən müxtəlif 
şəhərlərinə  təhsil  almağa  göndərilmiş  və  sonradan  həmin 
yerlərdə  qalmış  həmvətənlərimizi  də  əlavə  etmək  olar.  O 
vaxtlar  respublika  başçısı  Heydər  Əliyev  bunu  məqsədyönlü 
həyata  keçirmişdi.  Azərbaycan  gənclərinin  daha  çox  bilik 
qazanması, dünyagörüşünün, intellektinin artması üçün istisna 
olaraq  respublikamız  üçün  mərkəzdən  böyük  güzəştlər  əldə 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə