Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə31/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   27   28   29   30   31   32   33   34   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
124 
124 
Elmin  daha  inkişaf  etmiş  (Azərbaycanla  müqayisədə) 
Türkiyədə  məskunlaşan  Əhməd  bəy  Ağaoğlu,  Əlibəy 
Hüseynzadə  türkçülük  və  azərbaycançılıq  ideologiyalarının 
formalaşmasında  həlledici  rol  oynayıblar.  Xüsusilə  Əlibəy 
Hüseynzadənin  Türkiyə  mətbuatında  çıxışları  sonradan 
sistemləşdirilərək bu ideoloji görüşün kredosunu təşkil edirdi. 
Türkləşmək,  islamlaşmaq  və 
avropalaşmaq  kredosu 
demokratik 
respublikanın 
və 
mühacirətdə 
olan 
azərbaycanlıların aparıcı şüarına çevrildi [32, 50-51].  
XX  əsrin  əvvəlləri  qeyd  etdiyimiz  kimi  ictimai–  siyasi 
proseslərlə zəngin idi. Bu proseslərin fonunda dünyanın siyasi 
xəritəsini  dəyişəcək  Sovetlər  Birliyinin  yaradılması, 
bolşeviklərin hakimiyyətə gələrək Qafqazı işğal etməsi, sosial 
bərabərlik şüarını irəli sürməsi ziyalı təbəqəsinin etirazları ilə 
qarşılandı.  1920-ci  ildə  ADR-in  süqutu  ölkədən  çoxsaylı 
mühacirət  dalğasının  başlanmasına  təkan  verdi  və  nəticədə 
düşünən  beyinlərin  50%-i  öz  fəaliyyətlərini  xaricdə  davam 
etdirməyə üstünlük verdilər.  
Azərbaycan  sovet  işğalı  altında  olanda  elmi 
ədəbiyyatlarda 1920-ci ilə qədər və ondan sonrakı dövr barədə 
baş  vermiş  mühacirət  prosesi  ilə  və  bu  zəka  axınında  iştirak 
etmiş ziyalılarımız barədə qeyri-dəqiq məlumatlar verilmişdi. 
Bir çox görkəmli zəka sahiblərinin fəaliyyətinə düzgün qiymət 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
125 
125 
125 
verilməməklə  yanaşı,  onun  tarixi  həm  də  saxtalaşdırılmışdır. 
XX  əsrin  əvvəllərində  Azərbaycandan  köçən  zəkaları 
təhsillərinə  və  fəaliyyətlərinə  görə  aşağıdakı  qaydada 
sistemləşdirmək olar [35].  
1.
 
İctimai xadimlər 
2.
 
Elm xadimləri 
3.
 
Ədəbiyyat və İncəsənət xadimləri 
4.
 
Azərbaycan generalları və hərbçiləri.  
Avropaya  və  Türkiyəyə  kütləvi  şəkildə  köçən  zəka 
sahibləri  içərisində  Əlimərdan  bəy  Topçubaşov  Versal  Sülh 
Konfransına  göndərilən  nümayəndə  heyətinin  sədri  və  heyət 
üzvləri:  hüquqşünas  Miryaqub  Mirmehdiyev,  Ceyhun  bəy 
Hacıbəyli,  Rüfət  bəy  Xəlilov,  A.  Şeyxülislamov,  rəssam 
Məmməd  Səlim  Uran  və  digərləri  bəzi  mühacirlər  kimi  gizli 
və  passiv  mövqedə  durmamış  Azərbaycanın  istiqlalı  üçün 
çalışmışlar.  
Azərbaycan  xalqının  ümummilli  lideri  Heydər  Əliyev 
bu  barədə  Azərbaycan  milli  təhlükəsizlik  orqanlarının  peşə 
bayramına  həsr  olunmuş  təntənəli  yığıncağında  demişdir: 
―1920-21-  ci  illərdən  başlayaraq  siyasi  repressiyalar,  heç  bir 
əsası  olmadan  ailəliklə,  minlərlə,  on  minlərlə  insanları  yurd-
yuvalarında Orta Asiyaya, Qazaxıstana, Sibirə sürgün edilərək 
xalqımıza  dəhşətlər  gətirmişdir.  30-cu  illərin  siyasi  repres-


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
126 
126 
siyaları  nə  qədər  insanların,  nə  qədər  ailələrin  həyatını 
pozmuşdur. Nə qədər günahsız insanları həyatdan, azadlıqdan 
mərhum  etmişdir.  Xüsusən  37-38-ci  illərin  repressiyaları 
Azərbaycan  xalqına,  onun  ziyalılarına,  zəkalı  adamlarına, 
onun intellektual potensialına çox böyük zərbələr vurmuşdur‖ 
[10].  
1930-37-ci illərin geniş mühacirəti Azərbaycanda  «xalq 
düşməni»  tapmaq  və  kəndlərdə  kolxoz  quruluşuna 
müqaviməti qırmaq şüarı altında aparılmışdı.  
Azərbaycanda 30-cu illərdə qətl edilənlərin sayı  üç yüz 
min 
nəfərdən 
çox 
olmuşdur. 
Bunlardan 
95% 
azərbaycanlılardır: Hüseyn Cavid, Böyükağa Talıblı, Xuluflu, 
Qantəmir,  Əhməd  Cavad,  Mikayıl  Müşfiq,  Mustafa  Quliyev, 
Ömər  Faiq  Nemanzadə,  Salman  Mümtaz,  Ruhulla  Axundov, 
Sultan Məcid Qənizadə və digər ziyalılar həmin dövrdə məhv 
edildilər  və  az  hissəsi  mühacirət  edərək  canlarını  qurtardılar. 
Məsələn,  milyonçu  Şəmsi  Əsədullayevin  qızı  Ummulbanu 
Bakını  1923-cü  ildə  tərk  edərək  Türkiyəyə,  oradan  da 
Fransaya mühacirət etdi.  
30-cu 
illərdə  Azərbaycan  Dövlət  Təhlükəsizliyi 
Komitəsinin  sədr  müavini  Markaryan  külli  miqdarda 
azərbaycanlının  Sibirə  və  Orta  Asiyaya  sürgün  edilməsində 
maraqlı  idi  və  imkan  daxilində  də  bunu  həyata  keçirirdi. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
127 
127 
127 
Rəsmi məlumata görə 1937-1938-ci  illərdə Azərbaycan  Xalq 
Daxili  İşlər  Komissarlığının  51  rayon  şöbəsindən  38-nə 
ermənilər başçılıq edirdilər [1].  
II  Dünya  müharibəsi  illərində  də  Azərbaycan  bir  çox 
zəkalı  insanları  itirməli  olub.  Müharibədə  iştirak  edən 
azərbaycanlıların  bir  hissəsi  əsir  düşdükdən  sonra  alman 
ordusu  tərkibində  azərbaycanlı  legionerlərlə  çevirmişlər. 
Azərbaycanın  istiqlalı  uğrunda  mübarizə  aparan  legionerlərlə 
rəhbərlik  edən  Məmməd  Əmin  Rəsulzadə,  Ə.  Əbdülrəhman, 
Fətəlibəy  Düdəngiski  ətrafında  Azərbaycan  xalqının 
vətənpərvər  övladlarını  toplamışlar.  Bunlar  içərisində  ali 
təhsillilər  də  çoxluq  təşkil  edirdi.  Fərman  Salmanov, 
İsfəndiyar  bəy,  Əli  Aran  kimiləri  Sovet  ordusuna  qarşı  həm 
cəbhədə,  həm  də  radio-mətbuatda  mübarizə  aparırdılar.  II 
Dünya  müharibəsində  almanların  məğlubiyyəti  nəticəsində 
soydaşlarımızın Avropa, Asiya və Amerika ölkələrinə kütləvi 
səpələnməsi  başlandı.  Onların  Sovetlər  Birliyinə  geri 
dönməməsinin başlıca səbəbi geri qayıtdıqdan sonra Sibirin və 
Orta  Asiyanın  soyuq  və  isti  iqliminin  onları  gözlədiklərini 
bildikləri idi.  
Azərbaycanın  Şimal  hissəsi  ilə  yanaşı  onun  Cənubunu 
da zəka axını prosesi və mühacirət dalğaları bürümüş idi.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə