Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə28/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   24   25   26   27   28   29   30   31   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
112 
112 
olmaqla* 
Almaniyaya 
20 
15 
38 
74 
407  6 
120 
127  62 
110  40 
46 
32 
İsrailə 
8442 
1640  1085  1688  1253  643  153 
179  199  88 
29 
31 
16 
ABŞ-a 
543 
699  447 
570 
445  – 
103 
92 
103  42 

18 
34 
Türkiyəyə 

– 
– 


113  39 
56 
23 
14 


11 
İrana 
– 
17 
11 



10 

24 

– 

– 
Pakistana 
– 
– 
– 
– 
– 
– 
– 

– 
– 
– 
– 
– 
Polşaya 




– 
– 


– 

– 
– 
– 
Yunanıstana  35 




– 
– 
– 

– 
– 
– 
– 
Digər xarici 
ölkələrə 
98 
15 
16 


345  8 
12 
12 
23 
11 
16 
10 
 
Bu məlumatdan göründüyü kimi soydaşlarımızın seçdiyi 
ölkələr  zəka  axını  prosesində  maraqlı  tərəf  kimi  çıxış  edən 
ölkələr xüsusi yer tutur.  
 
 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
113 
113 
113 
1.3.  Azərbaycan  ziyalılarının  xarici  ölkələrdə 
yayılmasına təsir göstərən 
amillər 
  
Azərbaycandan 
köçüb 
gedən 
digər 
ərazilərdə 
məskunlaşan soydaşlarımızın mühacirət tarixi qədim dövrlərə 
təsadüf  edir.  Azərbaycan  mühacirəti  özünəməxsus  fərdi 
məqamlarla və tarixi-siyasi səbəblərlə səciyyəvidir. Bu barədə 
ədəbiyyat,  məlumat  və  informasiya  qıtlığı  son  illərdə  aradan 
qalxdıqca  azərbaycanlı  işçi  mühacirlərin  və  zəkaların 
səpələnmə  arealının  böyük  bir  coğrafiyanı  əhatə  etdiyini 
görmək olar. Azərbaycan zəkalarını yaratdıqları böyük əsərlər 
uzun  illər  keçməsinə  baxmayaraq  bu  gün  də  öz  dəyərlərini 
qoruyub 
saxlamaqdadır. 
Ayrı-ayrı 
tədqiqatçılarımızın 
araşdırmalarına  əsaslanaraq  belə  qənaətə  gəlmək  olar  ki,  ilk 
zəka  axını  prosesi  eramızdan  əvvəlki  dövrlərə  təsadüf  edir. 
Afət  Əmirəliyevanın  fikrincə  qədim  Azərbaycandan 
İbrahimilər tayfası Məğribə (Afrikaya) mühacirət edərək yerli 
insanlara oxuyub-yazmaq öyrətmişdir [56].  
Azərbaycan  müstəqillik  əldə  etdikdən  sonra  Sovetlər 
tərəfindən  saxtalaşdırılan  tariximizin  «qara  ləkələrin»dən  biri 
də  mühacirət  tarixinin  öyrənilməsidir.  Müstəqilliyimizin  ilk 
illərində Bakıda keçirilən «Azərbaycan mühacirət ədəbiyyatı» 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
114 
114 
beynəlxalq 
simpoziumunu 
bir 
çox 
faktların 
aydınlaşdırılmasında 
mühüm 
əhəmiyyət 
kəsb 
etdi. 
Simpoziumda iştirak edən alimləri narahat edən məsələlərdən 
biri ölkədən ilk zəka axını probleminin araşdırılmasıdır.  
Məlum  olur  ki,  qədim  Azərbaycan  ərazisindən  zəka 
axınına ilk imza atanlardan biri filosof Anaxarsis olub. Qədim 
Yunanıstanda elmə verilən böyük diqqət verildiyindən o, e. ə. 
589-cu ildə Azərbaycanı tərk edib Yunanıstana gedib və orada 
özünə inanılmaz dərəcədə nüfuz qazanmışdır. Keşiş Bartelemi 
«Gənc Anaxarsisin səyahəti» kitabında onun vətəninin qədim 
Azərbaycan  ərazisi  olduğunu  təsdiq  edir.  Bu  fakt 
Azərbaycanın zəka miqrasiyasının böyük bir coğrafiyanı əhatə 
etdiyini və qədimliyini göstərir [47, 263].  
Ölkəmizdən zəka axınının kütləvi şəkil alması VII əsrdə 
peyğəmbərin  banisi  olduğu  İslam  dininin  yaranmasından  və 
yayılmasında  sonraya  təsadüf  edir.  Bu  tarixdən  etibarən 
sənətkarlar,  alimlər,  şairlər  və  yazıçıların  zəka  axını  etdikləri 
ölkələrdə böyük sənət əsərləri formalaşmağa başlanır.  
VII əsrdə Azərbaycanın xilafət ordusu tarixindən işğalı, 
ölkə  əhalisinin  İslam  dinini  qəbul  etməsi,  məktəb  və 
mədrəsələrdə  tədrisin  ərəb  dilində  aparılması,  ərəbdilli  elmin 
və  ədəbiyyatın  yaranmasına  gətirib  çıxarmışdır.  Bu  proses 
uzun illər boyu davam etdiyindən, Azərbaycanla İslam dininin 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
115 
115 
115 
mərkəzi Məkkə və başqa Yaxın Şərq şəhərləri arasında elmi, 
mədəni, iqtisadi əlaqələrin yaradılmasına və inkişafına gətirib 
çıxartdı.  Ən  müxtəlif  tarixi  mənbələrdə  azərbaycanlı  elm 
adamlarının,  tacirlərin,  müxtəlif  peşə  sahiblərinin  ərəb 
ölkələrinə  səfər  etmələri,  orada  yaşayıb-yaratmaları  barədə 
çoxsaylı  məlumatlara  rast  gəlmək  mümkündür.  Belə  ki,  İbn 
Qüteybənin «Kitab-əş-şer və şüəara», Əbül Fərəc İsfahananin 
«Kitab  Əl-Əvani»  əsərlərində  VII-VIII  əsrlərdə  Mədinə 
şəhərində  azərbaycanlı  şairlərin  yaşadıqları  qeyd  olunur.  İbn 
Qüteybə  Əbülqəzyana  istinad  edərək  yazırdı:  Mədinədə 
məvailərdən  elə  bir  şair  yoxdur  ki,  əslən  Azərbaycandan 
olmasın» [7, 8].  
Bu  fakt  Azərbaycanda  VII-VIII  əsrdə  də  zəka  axını 
prosesinin  fəal  olduğunu  göstərir.  Xüsusilə  ərəb  şəhərlərində 
intensiv halda baş verən prosesi bu ərazilərdə elm və təhsilin 
inkişafı  ilə  sıx  bağlıdır.  Bu  illərdə  zəka  axını  prosesinin  ən 
tanınmış simalarından  İsmayıl–ibn  Yəsar, Əbül-Abbas Əman 
və Musa Şəhabitin adlarını xüsusi olaraq qeyd etmək olar.  
Azərbaycanlı zəkaların ölkədən mühacirət etməsi X–XI 
əsrlərə  də  təsadüf  edir.  Yaxın  və  Orta  Şərqdə,  o  cümlədən 
İraqda  tanınan  elm  və  ədəbiyyat  xadimlərindən  Yaqut 
Həməvi,  İbn  Qüteybə,  Xətib  Bağdadi,  İbn-əl-Əsir  və 
digərlərinin adlarını göstərmək olar.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə