Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə29/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   25   26   27   28   29   30   31   32   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
116 
116 
Bu  dövrün  azərbaycanlıları  barəsində  geniş  tədqiqat 
aparan  Nazim  Rizvan  ərəblərə  məxsus  şəhərlərdə  yaşayıb-
yaratmış  Əbu  Bəkir  Əhməd,  Əhməd  ibn  Harun  ibn  Ruh-əl-
Bərdici,  Əbusəid  Əhməd  Hüseynoğlu  Bərdəi,  Əbülhəsən 
Kəsxini,  Hüseyn  ibn  Fərəc  ibn  Mühəmməd  Abdullah  ibn 
Səlmasi,  Əbu  ən-Məcid  əl  Urməvi,  Əbdül-Qasım  Bərdai, 
Əbu-Abdulla  ibn  Səlmasın  qardaşı  Əbu  Tahir  ibn  Səlması, 
Yəhya  Əli  oğlu  Xətib  Təbrizi,  Əbülhəsən  Əli  ibn  Həsən 
Miyanəsi,  Əbuhəfəis  Ömər  ibn  Əli  Səncani,  Əbu  Ömər 
Osman  Səfbəndi,  Əbu-Fəde  Məhəmməd  ibn  Ömər  ibn  Yusif 
ibn Məhəmməd əl-Urməvi və digər Azərbaycan mühacirətinin 
görkəmli nümayəndələri barədə ətraflı məlumat verir.  
Bunlar  içərisində  «Xülasə»  əsərlərinin  müəllifi  olan 
Əbülhəsən  Bərdaşinin  adını  xüsusilə  qeyd  etmək  olar.  Ərəb 
Şərqində  onlardan  sonra  XV  əsrə  qədər  tanınmış 
azərbaycanlılardan bir neçəsinin də adını çəkmək olar. Bunlar 
Şəmsəddin  Xoylu  (1187-ci  ildə  anadan  olub),  onun  oğlu 
Şihabəddin  Xoylu  (1229-1294),  Siracəddin  Urməvi  (1198-
1283),  Əfzələddin  Hunəidci  (193-1248),  Səfiəddin  Urməvi 
(1246-1316),  Tacəddin  Təbrizi  (1277-1346),  Şərəfəddin 
Maraği  (1327-1388)  daha  tanınmış  Azərbaycan  diasporunun 
görkəmli nümayəndələri idilər [49, 26-42].  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
117 
117 
117 
Azərbaycanı  elm  xadimləri  ilə  yanaşı  tanınmış 
sənətkarlar  da  tərk  edirdilər.  Yaxın  Şərqin,  Asiyanın  inkişaf 
etmiş  dövlətlərində  bu  gün  də  öz  qüdrətini  və  gözəlliyini 
qoruyub  saxlayan  mədəniyyət  abidələrinin  müəllifləri 
içərisində  Azərbaycanı  bu  illər  ərzində  tərk  etmiş  zəkalı 
insanların adları çəkilir.  
XVIII-XIX  əsrlər  arası  Azərbaycandan  zəka  axını 
prosesinin  coğrafiyasına  Rusiya  da  daxil  oldu.  1804-cü  ildən 
başlayaraq  azərbaycanlı  zəkaların  intensiv  şəkildə  köçdükləri 
şəhərlər  içərisində  Peterburq  və  Moskva  şəhərləri  xüsusilə 
seçilirdi.  Rusiya  çarı  yanında  öz  zəkası  hesabına  xüsusi 
hörmət  qazanan  soydaşlarımızdan  xarici  işlər  nazirliyində 
tərcüməçi  vəzifəsində  çalışan  Nəsirov  və  Mirzə  Əbu  Turab 
Vəzirovun  adlarını  çəkmək  olar.  Bu  şəxslərlə  yanaşı  çar 
aparatında  işə  dəvət  alanlar  içərisində  Mirzə  Cəfər 
Topçubaşovu və Mirzə Abdulla Vəzirovu Azərbaycan elminin 
elitası sayan tədqiqatçı Ağababa Rzayev onları eyni zamanda 
diasporumuzun görkəmli nümayəndələri kimi tanındığını qeyd 
edirdi [51, 23-91].  
Zəka  axını  prosesinə  qoşulan  soydaşlarımızın  əksər 
hissəsi  öz  vətənpərvərlik  və  milli  hisslərini  unutmamış 
tutduqları mövqedən asılı olmayaraq, azərbaycanlı olduqlarını 
danmamışlar.  Abbasqulu  ağa  Bakıxanov,  İsmayıl  bəy 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
118 
118 
Qutqaşınlı,  Fərəc  bəy  Ağayev,  Həsən  bəy  Ağalarov,  Mirzə 
Yusifxan,  Mirzə  Fətəli  Axundov,  Zeynalabdin  bəy  Maraği, 
Hacı  Mirzə  Əbdürrəhim  Təbrizi  Talıbzadə  və  digərləri 
Moskva, Peterburq, Paris, Qahirə və s. şəhərlərdə Azərbaycan 
kimliyini tanıtmış və təbliğ etmişlər.  
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  də 
Azərbaycandan  zəka  axını  prosesi  intensiv  halda  davam 
etmişdir.  Buna  səbəb  ölkədə  kütləvi  savadsızlıq,  elmi  işlə 
məşğul  olmaq  imkanlarının  məhdudluğu,  təhsilin  geridə 
qalması və Rus – İran təsiri altında milli dilin və ədəbiyyatın 
formalaşmaması idi. Bu səbəbdən də az-çox savadlı və ziyalı 
ailələr  öz  övladlarını  Rusiya,  İran,  Avropa  və  Asiyanın 
nüfuzlu təhsil müəssisələrinə oxumağa göndərirdilər. Nəticədə 
isə  udan  Azərbaycan  elmi,  ədəbiyyatı  və  xalqı  olmuşdur. 
Hərb,  elm  və  incəsənət  sahələrində  böyük  uğurlar  əldə  edən 
Azərbaycan  zəkalarının  bir  hissəsi  vətənə  geri  dönərək  yerli 
əhalinin  maarifləndirilməsi  ilə  məşğul  olub.  Xaricdə  qalıb-
yaşamağa 
üstünlük 
verənlər 
isə 
diasporumuzun 
nümayəndələrinə çevrilirdilər.  
Xaricdə  qalmağa  üstünlük  verən  Azərbaycanın  nüfuzlu 
zəka  sahibləri  içərisində  general  Ə.  Şıxlinski,  Ağababa 
Sadıqov, 
Zülfüqar  Bağırbəyov,  Teymur  Naxçıvanski, 
Mirkazım  bəy  Talışxanov,  Əliqulu  Mirzə  Bəhman,  Mirzə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
119 
119 
119 
Kazım  bəy  və  onlarla  soydaşımız  vətənin  mənafelərini 
imkanları daxilində müdafiə etmişlər.  
XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan dünyada 
təkcə  nefti  və  təbii  sərvətləri,  uğurlu  geosiyasi  coğrafi 
mövqeyi ilə deyil, eyni zamanda yetişdirdiyi yaradıcı zəkaları 
ilə  tanınmışdır.  Nadir  istedadlı  insanlar  isə  Azərbaycan 
xalqının  güclü  və  zəngin  elm,  mədəniyyət  və  incəsənət 
ənənələrinə söykənərək yetişmişdir.  
Xalqın  intellektual  qüvvəsinin  inkişafında  Şimali 
Azərbaycanla  Cənubi  Azərbaycanı  müqayisə  etdikdə,  bu 
nəticəyə  gəlmək  olar  ki,  Cənubda  təhsilin  ana  dilində  təşkil 
edilməməsi  orada  xalqın  intellektual  qüvvəsinin  geniş 
inkişafına  müəyyən  dərəcədə  mənfi  təsir  etmiş  əsas 
səbəblərdən  biridir.  Bu  isə  öz  növbəsində  Cənubi 
Azərbaycandan xaricə mühacirətin, xüsusilə zəka axının daha 
çox olmasının əsas səbəblərindəndir.  
Bu  dövrdə  Azərbaycan  ərazisi  monqol-tatarlar,  Əmir 
Teymur,  Qızıl  Orda  və  digər  hərbi  birliklərin  hücumuna 
məruz  qalmışdı.  Bir  çox  şəhərlər  yerlə-yeksan  edilmiş, 
əhalisinin  bir  hissəsi  qətl  edilmiş,  sənətkarlar,  elm  və 
mədəniyyət  xadimləri  əsir  götürülərək  xaricə  aparılmışdır. 
Əsir  azərbaycanlılar  zorla  aparıldıqları  dövlətlərdə  icmalarını 
yaratmış, zamanla yerli şəraitə uyğunlaşmışlar.  


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə