Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə33/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   29   30   31   32   33   34   35   36   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
132 
132 
etmiş  və  1970-ci  ildə  100  nəfərdən  başlayaraq  1978-79-cu 
illərdə  artıq  hər  il  800  nəfər  gənci  Moskvaya,  Leninqrada, 
digər  iri  ali  məktəblərə  təhsil  almağa  göndərməyə  nail 
olmuşdu.  bu  zaman  həmin  gənclərin  bəzilərinin  bəyəndiyi 
yerlərdə qalmasında da təəccüblü bir şey yox idi. ―Bir millətin 
yalnız  bir  yerdə  yaşaması  vacib  deyil.  Əsas  məsələ  odur  ki, 
harada  olursan-ol,  milliyyətini  itirməyəsən,  azərbaycanlı 
olaraq  qalmağı  bacarasan,  Vətənini,  ana  dilini  unutmayasan‖ 
[20, 67].  
Lakin 80-ci illərin axırlarından etibarən ölkədə başlanan 
siyasi  proseslər,  həmçinin  elmin  problemlərinə  dövlət 
səviyyəsində  laqeydlik  və  biganəlik  bu  sahənin  tənəzzülünə 
səbəb oldu. Ulu öndər Heydər Əliyevin təbirincə desək, hətta 
o vaxtlar respublikada Elmlər Akademiyası kimi mötəbər elm 
məbədini  dağıtmaq  istədilər  və  əslində  o,  səviyyəyə  gətirib 
çıxardılar. Belə neqativ proseslər xalqın əsas sərvəti olan kadr 
potensialına da mənfi təsir göstərirdi. Ölkəni bürüyən iqtisadi 
böhran  alimlərin  maddi  vəziyyətinin  aşağı  olmasına,  onların 
real  gəlirlərinin  azalmasına  gətirib  çıxarırdı,  ziyalılar  böyük 
çətinliklər qarşısında qalırdılar. O dövrdə yazıçıların, şairlərin, 
musiqiçilərin və rəssamların əksəriyyəti də bu vəziyyətdə idi. 
Yaranan  vəziyyətin  təbii  nəticəsi  isə  elmi  kadrların,  yüksək 
ixtisaslı  və  xalqın  sabahına  ən  gərəkli  adamların  ölkədən 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
133 
133 
133 
xaricə  iş  dalınca  axınına  səbəb  oldu.  Təkcə  1988-ci  ildə  14 
minə yaxın alim Azərbaycandan digər ölkələrə üz tutlu. 1990-
1993-cü illər ərəfəsində isə bu rəqəm 15 minə çatdı. Ölkədəki 
qeyri-sabitlik,  həqiqi  elmin  arxa  plana  keçməsi  bu  prosesi 
daha da gücləndirirdi. Vaxtilə SSRİ-nin müxtəlif şəhərlərində 
təhsil almış alimlərin bir hissəsi tanışları olan yerlərə, digərləri 
Türkiyəyə,  İrana,  ərəb  ölkələrinə,  Avropaya,  Kanadaya  üz 
tutmağa başladılar. Bu insanların hamısı geniş dünyagörüşünə 
malik, dəfələrlə xarici ölkədə olmuş elm və sənət adamları, öz 
sahələrinin  qabaqcıl  mütəxəssisləri  idilər.  Təbii  ki,  belə 
adamlar üçün xarici  ölkələrdə bünövrə salıb qalmaq problem 
deyildi.  Digər  tərəfdən,  həmin  insanların  çoxu  təbiət,  və 
texniki,  dəqiq  elmlər  sahəsində  SSRİ-nin  qabaqcıl  elmi 
məktəblərinin  nümayəndələri  idilər.  Dünya  ölkələrində  isə 
SSRİ-nin fundamental elmlər sahəsində yaratdığı məktəblərin 
səviyyəsi hamıya yaxşı məlumdur. Həmin elmi kadrları xarici 
ölkələrin  elmi  laboratoriyalarına  böyük  məmnuniyyətlə  cəlb 
edirdilər.  Nüvə  fizikası,  riyaziyyat,  neft  geologiyası,  dəqiq 
cihazların  yaradılması  üzrə  mühəndis  və  alimlər  yüksək 
səviyyədə  işlə  təmin  olunurdular.  Beləliklə,  intellekt  axını 
ölkənin  sabahı  üçün  təhlükəli  və  narahatlıq  doğuran  bir 
vəziyyət  yaradırdı.  Gedən  alimlərin  çoxu  cavan  və  orta  yaşlı 
kadrlar  idi.  Onların  itirilməsi  ilə  ölkəmiz  bütün  sənaye 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
134 
134 
potensialını  da  zəiflədə  bilərdi.  Çünki  müasir  sənaye 
hazırlıqlı,  elmi  mühəndis-texniki  mütəxəssislər  olmadan 
fəaliyyət göstərə bilmirdi Bu itkiləri hesablasaq, Azərbaycanın 
nə  qədər  qiymətli  milli  sərvətdən  məhrum  olduğunu  aydın 
görərik. Çünki yüksək təfəkkürə və elmə malik olan alimlərin 
yenidən hazırlanması həddən artıq böyük vəsait və vaxt tələb 
edirdi.  
Dövlət müstəqilliyinin ilk illərindən dağıdıcı hakimiyyət 
dövrü  bizim  elmi  mühitin  ən  çətin  illəri  idi.  O,  zamankı 
«rəhbərlər»  ölkənin  elm  məbədi  üçün  təhlükəli  planlar 
qurmağa  başladılar.  Onların    Milli  Elmlər  Akademiyasının 
əhəmiyyətini  dərk  etmək  üçün  səviyyələri  çatmırdı.  Bəziləri 
isə  Akademiyanın  böyük  mülkiyyətinə  və  binalarına, 
infrastrukturuna göz dikmişdi. Bu da milli xəyanətkarlığın bir 
ifadəsi  idi.  «Hələ  dağıdaq,  sonra  qurarıq»  mövqeyindən 
həyata keçirilməsi nəzərdə tutulan layihələr içərisində EA–nın 
taleyi sual altına alınmışdı. Bu isə o demək idi ki, neçə onillik 
ərzində  ağır  zəhmət  bahasına  qazanılmış  qabaqcıl  mövqelər 
əldən veriləcək, hər şey dağıdılandan sonra sıfırdan başlamaq 
xətti əsas götürüləcək.  
Azərbaycandan  bu  illər  ərzində  zəka  axını  prosesinə 
qoşulanların  əksər  hissəsi  elm  və  təhsil  sahəsində  uğur 
qazanmış qadın alimlərimiz idi.  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
135 
135 
135 
 Elena  Mirskaya  qeyd  edir    ki,  əgər  feminləşmənin 
ikinci  «dalğa»sı  sovet  elminin  təşkil  edilmiş  genişlənməsi 
fonunda  baş  verirdisə,  üçüncüsü  onun  90-cı  illərin  sosial-
iqtisadi böhranı ilə şərtlənən «sıxılma»sı ilə bağlı idi. Hazırkı 
sosial-iqtisadi vəziyyət alimləri elmi işi davam etdirmək, həm 
də  minimum  normal  həyat  səviyyəsini  təmin  etmək  üçün 
hansısa yeni, qeyri-ənənəvi yollar axtarmağa məcbur edir. Son 
illərdə  daxili  və  zəka  axını  –emiqrasiya  və  miqrasiya 
fəallaşmışdır. Emiqrantların əksəriyyəti elmi liderləri və gənc 
alimləri–  kişilərdir.  Başqa,  daha  nüfuzlu  və  yüksək  ödənişli 
sosial  fəaliyyət  sahələrinə,  əsasən  biznes  əv  siyasətə  keçmək 
də kişilər üçün daha səciyyəvidir. Qadınların peşəkar və ərazi 
sabitliyinin  nisbətən  yüksək  olmayan  səviyyəsi  məlumdur. 
Qadınlar  adəti  üzrə  minimum  maaşa  qane  olaraq  və  elmi-
tədqiqat  müəssisələrində  iş  yükünün  çox  olmaması  ilə 
əlaqədar  öz  yerlərini  tərk  etmir.  Azərbaycan  Respublikasının 
Elmlər  Akademiyasında,  ali  məktəblərdə,  elmi-tədqiqat, 
layihə-konstruktor  təşkilatlarında  və  texniki  müəssisələrdə 
doktor  və  namizədlik  dərəcəsi  olan  qadınlar  işləyirdi  və 
işləyir.  Tanınmış  alimlərin,  Azərbaycanın  əməkdar  incəsənət 
xadimi,  Bəstəkarlar  İttifaqının  üzvü,  professor  Elmira 
Abbasova;  Azərbaycan  rəssamlar  ittifaqının  üzvü,  əməkdar 
elm  xadimi,  tarix  elmləri  doktoru,  mərhum  professor  Sara 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə