Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə35/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   31   32   33   34   35   36   37   38   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
140 
140 
isə  digər  ölkələrə  öz  zəkaları  hesabına  kapital  toplamağa 
üstünlük veriblər. Proqramçı, fizik və digər dəqiq elmlər üzrə 
mütəxəssislər əsasən ABŞ-da yaşamaq istədiklərini bildiriblər. 
1998-99-cu  illərdə  ölkəni  tərk  edən  mühacirlərin  62%-i  ali 
təhsilli, 24 %-i isə natamam təhsillidilər [84, 33-35].  
Respublikanı təkcə Rusiyaya getmək üçün 10 min adam 
tərk  edir.  «Coanit»  yəhudi  agentliyinin  apardığı  araşdırmaya 
əsasən son on ildə Azərbaycanı 31 min yəhudi tərk edib.  
Azərbaycandan  miqrasiya  edənlərin  arasında  yüksək 
peşəkarlığa  malik  elm  xadimləri,  sənətkarlar  və  gənclər 
üstünlük təşkil edir. Siyasi, iqtisadi və sosial sahələrdə nəzərə 
çarpan  nailiyyətlərə  baxmayaraq,  Azərbaycan  hələ  də  davam 
edən  münaqişənin,  bazar  iqtisadiyyatı  və  demokratiyaya 
keçidin  törətdiyi  böyük  problemlərlə  üzləşməkdədir.  1996-cı 
ildən  etibarən  iqtisadi  inkişaf  sahəsində  müəyyən  tərəqqi 
müşahidə olunsa da, ölkədə işsizlik səviyyəsi 1, 2% olmuşdur. 
Bu  problemlər  qadınlar,  məcburi  köçkünlər  və  gənclər 
arasında xüsusilə özünü göstərir.  
Buna  görə  də  siyasi  sabitliyə  və  iqtisadiyyat  sahəsində 
nailiyyətlərə baxmayaraq, Azərbaycandan miqrasiya səviyyəsi 
yüksək  olaraq  qalmaqda  davam  edir.  Lakin  qeyd  etmək 
lazımdır  ki,  son  il  ərzində  miqrasiyanın  tipi  və  dinamikası 
dramatik  şəkildə  dəyişmişdir.  1988-90-cı  illər  ərzində 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
141 
141 
141 
Azərbaycan  xarici  miqrasiya  və  qaçqınlar  problemi  ilə 
üzləşmiş  bir  neçə  sovet  respublikasından  biri  olmuşdur. 
Xüsusilə  1991-94-cü  illərdəki  qeyri-sabitlik,  uzun  müddət 
davam  edən  Dağlıq  Qarabağ  münaqişəsi  və  kəskin  iqtisadi 
çətinliklər  miqrasiyaya  güclü  təsir  göstərmişdir.  Bir  qədər 
sonra bu öz yerini iqtisadi miqrasiyaya vermişdir. 1996-97-ci 
illər  ərzində  272  min  şəxs  leqal  şəkildə  Azərbaycandan 
Rusiya,  Ukrayna,  Türkiyə,  Almaniya,  İsrail  və  Hollandiyaya 
mühacir  etmiş  və  orada  məskunlaşmışlar.  Bütünlükdə  isə 
təkcə Rusiyaya bu günədək 1, 5 milyon adam getmişdir [39].  
1997-99-cu  illərdə  miqrasiya  edənlər  Qərbi  Avropa 
ölkələrinə, ilk növbədə Almaniya və Hollandiyaya köçmüşlər. 
Azərbaycandan  tənzimlənməyən  mühacirət  Qərbi  Avropa 
ölkələrinin  hakimiyyət  dairələri  üçün  narahatlıq  doğuran 
problemə çevrilmişdir. Statistikaya əsasən təqribən 4000 nəfər 
Azərbaycan  vətəndaşı  2000-ci  ildə  Avropa  ölkələrinə 
sığınacaq  üçün  müraciət  etmişdir.  Hollandiya  və  Belçika 
azərbaycanlı  mühacirlərin  sığınacaq  üçün  ən  çox  müraciət 
etdikləri ölkələrdir.  
Azərbaycan  zəka  axını  prosesinlə  bağlı  müstəqil  qəzet 
«Exo»nun  İnternet  vasitəsilə  keçirdiyi  sorğuda  iştirak  edən 
178 respondent 88 % hesab edir ki, proses Azərbaycana mənfi 
təsir  göstərir.  Bundan  zərər  çəkən  Azərbaycanın  elmi 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
142 
142 
potensialıdır.  11%  –  rəyi  soruşulan  hesab  edir  ki,  zəka 
axınından mənfi  nəsə  gözləmək əbəsdir. Bu adi  bir haldır və 
qloballaşma dövrünün əsas tələblərindəndir. 1 % vətəndaş isə 
ümumiyyətlə  zəka  axını  prosesinin  mahiyyətini  başa 
düşmədiklərini etiraf ediblər [105].  
Bəzi  ekspertlər  belə  hesab  edirlər  ki,  prosesin 
mahiyyətində  gənclərin  və  tələbələrinə  xaricdə  təhsil  alması 
durursa,  bu  müsbət  hal  kimi  qəbul  edilməlidir.  Xarici  təhsil 
zamanı  tələbələr  xarici  diplom  alır,  iri  transmilli  şirkət  və 
beynəlxalq  qurumlarda  təcrübə  keçir,  xarici  dil  bilir  nəhayət 
təhsil aldıqları  ölkələrdə iş  tapırlar, kifayət  qədər pul  qazanır 
və  ölkələrinə  göndərirlər.  Bundan  qazanan  isə  ölkə 
iqtisadiyyatı  olur  ki,  bu  zaman  pul  dövriyyəsi  artır.  Lakin 
həkim  və  müəllimlərin  sayının  azalmasından  narahatçılıq 
doğulduğunu  etiraf  edən  ekspertlər  belə  davam  edəcəyi 
təqdirdə  bu  sahələrdi  mütəxəssis  qıtlığının  öz  təsirini 
digərlərinə də göstərəcəyini bildiriblər.  
Maliyyə  səbəbindən  peşəkar  musiqiçilərin  xaricə 
işləməyə getməsi və gənclərin incəsənətə marağının azalması 
neqativ hal kimi saymaq lazımdır.  
Vaxtında  elmi  ixtira  və  yenilik  edən  alimə  diqqət 
göstərilməməsi  onlarda  küskünlük  yaradır  və  zamanla  elmə 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
143 
143 
143 
yüksək  məbləğdə  maliyyə  ayıran  dövlətlərin  ali  və  elmi 
müəssisələrinə üz tuturlar [112, 6-14].  
Ekspertlərin  fikrincə,  xarici  dövlətləri  qeyd-şərtsiz 
ölkələrində  qəbul  etdikləri  azərbaycanlı  mütəxəssislərin 
aşağıda qeyd edilən sahələr üzrə təhsilə üstünlük verirlər: 
Geoloji  kəşfiyyat;  2.  Qaz  və  neft  emalı;  3.  Kimya 
texnoloqları;  4.  Neft  mexaniki;  5.  Energetik;  6.  İstehsalın 
avtomatlaşdırılması;  7.  Neft  və  qaz  kompleksinin 
iqtisadiyyatı;  8.  Beynəlxalq  iqtisadi  əlaqələr;  9.  Fizika;  10. 
Riyaziyyat; 11. Kompüter texnologiyası; 12. Neft mühəndisi; 
13. Yüngül sənaye üzrə mütəxəssis; 14. Həkim və müəllimlər 
və s.  
Bir  çox  ali  məktəbləri  diqqət  mərkəzində  saxlayan 
müxtəlif  fond,  tədqiqat  və  təhsil  mərkəzləri,  səfirlik  və  iri 
transmilli  şirkətlərin  ekspertləri  fərqlənən  azərbaycanlı 
tələbələri  cəlbedici  təkliflərlə  öz  ölkələrinə  getməyə  təhrik 
edirlər.  Qloballaşma  dünyada  Avrasiya  kimi  bir  məkanın 
aparıcı  dövlətinə  çevrilməkdə  olan  Azərbaycan  iqtisadi  və 
sosial-siyasi cəhətdən gücləndikcə onun savadlı gənc kadrlara 
və mütəxəssislərə ehtiyacı artacaq. Bu səbəbdən də əsas sahə 
kimi  elm  və  təhsilin  Avropa  standartlarına  uyğunlaşdırılması 
zəruridir.  Eyni  zamanda  zəka  axını  Azərbaycan  dövlətinin 
milli təhlükəsizliyinə də zərərlidir. [40] 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə