Y anında Gənclər Fondu tərəfindən qismən maliyyələşdirilən



Yüklə 2,89 Kb.
Pdf görüntüsü
səhifə11/68
tarix24.02.2018
ölçüsü2,89 Kb.
#27598
1   ...   7   8   9   10   11   12   13   14   ...   68

www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
45 
45 
45 
Statistikadan  göründüyü  kimi  respondentlərin  əksər 
hissəsi  zəka  axının  baş  vermə  səbəbləri  sırasında  az  əmək 
haqqının  olması,  xaricdə  iş  şəraitinin  yüksək  olması  və  s. 
görürlər. Rəsmi olaraq inkişaf etməkdə olan ölkələr və kasıb 
dövlətlərdən  zəka  axını  prosesinin  baş  verməsi  altı  əsas 
səbəblə sıx bağlı olduğu göstərilir: 
1. İqtisadi amillər: 
Az əmək haqqı; 
Vergilərin çoxluğu; 
İqtisadi maraqların reallıqla uzlaşmaması; 
Öz övladları üçün yaxşı gələcək qurmaq [121, 135-155].  
2. Siyasi amillər
Etnik kimlik ayrılığı; 
Siyasi narazılıq; 
Partiya təmsilçiliyinin olmasını istəməyən; 
İş  həyatına  siyasi  maraqların  müdaxilə  etməsi  [69,  52-
63].  
3. Elm və texnoloji siyasətdə yanlışlıqlar: 
Elm və təhsilə qayğısızlıq; 
Elmi yeniliklərin və kəşflərin qiymətləndirilməməsi; 
Elmi dərəcə almaq istiqamətində çətinliklər
Texniki avadanlıqların köhnəlməsi; 
Elmdə vergilərin güzəştli olmaması və s. [114, 7-16].  


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
46 
46 
4. Təhsil sistemində nöqsanlar: 
Müəllimlərin gəlirinin digər səbəblərdən az olması; 
Proqramsızlıq və təhsil siyasətinin passivliyi; 
Milli təhsil strategiyasının mövcudluğu
Təhsil sistemində dərslik problemi və s. [77, 20-33].  
5. İşsizlik: 
Ali məktəb tələbələrinin ixtisasa uyğun iş tapmaması; 
Təhsilli şəxslərin dövlət qayğısından kənarda qalması; 
İşə götürülmədə korrupsiyanın olması; 
Ali təhsildən kənar biliklər tələb edilməsi.  
6.  Xarici  ölkələrdə  təhsilin  və  elmi  yeniliklərin 
rəngarəngliyi.  
Xarici ölkələrdə savada qiymət verilməsi
Yüksək əmək haqqı; 
Bir çox ictimai güzəştlər
Elmi kəşflərin dövlət səviyyəsində dəstəklənməsi
Xarici dillərdə ədəbiyyat çoxluğu
Yüksək pensiya şərtləri və s. [124].  
Zəka axını prosesinin iki konsepsiyasının olması barədə 
fikirlər  yürüdən  tədqiqatçılar  onları  aşağıdakı  ardıcıllıqla 
göstərirlər: 
I. Bilik və təcrübənin paylanması,  yaxud dəyişdirilməsi 
(Brain exchange). Bu konsepsiya zəka miqrasiyasına qoşulan 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayılova                         Qloballaşma dövründə “zəka axını” 
47 
47 
47 
insanları  öz  əmək  və  qabiliyyətlərini  yeni  müəssisə  və 
transmilli  korporasiyalardan  dəvət  alır  və  paylaşırlar.  Bu 
zaman  öz  mütəxəssislərini  başqasına  «icarə»yə  verən 
transmilli  korporasiya  Brain  Drain–zəka  axını  ilə  üzləşməsi 
olmur.  
II.  Brain  Waste–  zəka  itkisi  konsepsiyası.  Bu  zaman 
prosesə  məruz  qalan  dövlət  öz  intellektual  potensialını 
tamamilə  itirməli  olur.  Nəticədə  isə  öz  düşünən  beyinlərini 
itirən dövlət sosial-iqtisadi sahədə geriləməyə məruz qalmaqla 
yanaşı həyat səviyyəsinin aşağı düşməsi ilə üz-üzə qalır [111, 
315-317].  
Fikrimcə, birinci halda dövlət zəka axını prosesi zamanı 
çox zaman udmuş olur. Mübadilə prosesi sayəsində hər hansı 
bir  inkişaf  etmiş  trans-milli  şirkətin  təcrübəsini  sonradan  öz 
daxilində tətbiq etməklə, iqtisadi-texniki sahədə yeniliklər edə 
bilər. Təhsil və elmi  inteqrasiya bir çox hallarda dövlətdaxili 
inkişafa  təkan  verə  bilər.  Xüsusən,  magistr,  doktor  və  digər 
təhsil  pillələrində  təhsil  alan  gənclərin  vətənə  döndükdən 
sonra dərhal işlə təmin edilməsində özü bir başa maraqlı olan 
ölkə onları diqqət mərkəzində saxlayan dövlət Brain Waste  - 
zəka itkisi ilə üzləşmir.  
Birləşmiş  Millətlər  Təşkilatının  hesablamalarına  görə 
2001-2008-cı  illər  arası  dünyada  200  milyon  mühacir  var. 


www.elmler.net
 - 
Virtual İnternet R
esurs M
ərkəzi
 
Eliza İsmayilova              Qloballaşma dövründə “zəka axını”
 
48 
48 
Statistikaya  əsaslansaq  hazırda  Azərbaycan  Respublikasında 
1(bir),  Avropa  qitələrində  30,  Afrikada  20,  ABŞ-da  17, 
Mərkəzi  və Cənubi  Amerikada 17, Yaxın  Şərqdə 9 və Asiya 
qitəsində isə 7 milyon mühacir yaşayır və 169 milyonun 40%-
ni intellektual insanlar təşkil edir [104, 24-38].  
XXI əsrdən başlayaraq düşünən beyinlərin zəka axınını 
qəbul edən ölkələr içərisində birinciliyi ABŞ və Qərbi Avropa 
ölkələri  saxlayır.  Dünya  üzrə  79%–intellektual  insan  bu 
ölkələrdə  yaşamaqla  vətəndaşlıq  əldə  edib  və  öz  beyinlərini 
yüksək  əmək  haqqına  «satırlar».  Bu  zaman  onların 
assimilyasiya  olunmasında  zəka  axınını  qəbul  edən  dövlət 
maraqlı  olur  və  bunun  müqabilində  onlara  davamlı  karyera, 
sosial  durum,  övladları  üçün  vətənlərində  olmayan  təhsil 
şərtləri,  daimi  yaşayış  məskəni  və  s.  güzəştlər  verir.  Bu 
güzəştlər  nəticəsində  düşünən  beyinlər  əldə  etdikləri  yüksək 
gəlirlərlə  öz  normal  həyat  tərzini  təmin  etməklə  yanaşı 
vətənlərində qalan qohum–əqrabaları üçün də maliyyə yardımı 
göstərirlər. Son statistik hesablamalara əsaslansaq ən çox zəka 
axını olan dövlətlərin əldə etdikləri maliyyə gəliri 2005-ci ildə 
41,  3  milyard  dollar  olmuşdur.  Bu  rəqəm  isə  günü-gündən 
artmaqdadır. Zəka axını prosesini tədqiq edən C. Coppel və C. 
Dumont  öz  tədqiqatlarında  dövlətlərin  intellektual  miqrasiya 
sayəsində  «varlanan»  dövlətlərin  gəlirlərini  digər  iqtisadi 


Yüklə 2,89 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə