Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə33/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   29   30   31   32   33   34   35   36   ...   107

19
Qoşunların ali rəisi olan əmirlər köçəri tayfaların başçıları təyin
olunurdu.
K.Zenonun məlumatına görə U.Həsənin qoşunu 100 min olub, (40 min
döyüşçü, 60 min xidmətçi) o, Ağqoyunluların süvarilərinə heyranlığını gizlədə
bilməyib. Qaraqoyunlu qoşununda təxminən 50 min, Şirvanşah dövlətinin isə 60
minə qədər hərbi qüvvəsinin varlığını güman etmək olar.
Qaraqoyunlu və Ağqoyunlu qoşunları hərbi təşkilat və təchizat
baxımından o zamankı Avropa, hətta Osmanlı və Məmlük (Misir) ordusundan
geridə qalırdı. Odlu silah, top və tüfəng ilk dəfə Ağqoyunlu ordusunda istifadə
edilmişdir. Məlumdur ki, Uzun Həsən topu və digər odlu silahı venetsiyalılardan
cüzi miqdarda ala bilirdi. Tərcanda (1473) Ağqoyunlu Ordusunun Osmanlılar
tərəfindən məğlub edilməsinin əsas səbəbi orduda odlu silahı venetsiyalılardan
cüzi miqdarda ala bilirdi. Tərcanda (1473) Ağqoyunlu ordusunun osmanlılar
tərəfindən məğlub edilməsinin əsas səbəbi orduda odlu silahın olmaması idi.


1
    MÖVZU VIII:      Azərbaycan Səfəvi dövləti
PLAN
1Azərbaycan Səfəvilər dövlətinin yaranması və fəaliyyəti
2.XVI əsrdə  Səfəvi-Osmanlı muharibələri
3.Səfəvi dövləti XVI əsrin ikinci yarisinda
4.IŞah Abbasin islahatlari
5.XVII əsrin birinci yarisinda Azərbaycan uğrunda Osmanlı-Səfəvi muharibələri
6.XVII əsrin ikinci yarisi XVIII  əsrin əvvəllərində Səfəvilər dövlətinin siyasi
vəziyyəti
7.XVI-XVIII əsrin əvvəllərində Azərbaycanin social-iqtisadi və mədəni həyati
Ədəbiyyat
1. Azərbaycan tarixi üzrə qaynaqlar.Bakı 1989
2. Azərbaycan tarixi.Bakı 1994
3. Mahmudov İ. Odlar Yurduna səyahət. B., 1980, səh.9-62.
4. Fərzəliyev Ş. Azərbaycan XV-XVI əsrlərdə. B., 1983. səh. 73-87, 113-
127.
5. Şah İsmayıl Xətai. (məqalələr toplusu – B., 1988).
6. Əfəndiyev O. Azərbaycan Səfəvi dövləti. B.,1993.II liyev Kamal.
Античные источники по истории Азербаджана. Баку, 1986 .
7. Əliyarov S.S. “Dədəm - Qorqud kitabında ana xaqanlığı tarixinin izləri” –
Azərbaycan filologiyası məsələləlri. Bakı 1984, səh 185-198.
8. Azərbaycan tarixi. VII cilddə III cild Bakı 2007
Səfəvilər sülaləsinin yüksəlişi monqol istilası dövrünə təsadüf edir. XIII
yüzillikdə monqolların işğal etdikləri ərazidə kortəbii sufi-dərviş təriqəti yarandı
və tezliklə sənətkarlar və kəndlilər içərisində geniş yayıldı. XIII yüzilliyin
sonunda belə dərviş ordenlərindən biri də Azərbaycanın Ərdəbil şəhərində


2
yaranmışdı. Ordenin və  Şeyxlər sülaləsinin adı müqəddəs sayılan Şeyx
Səfiəddin İsaq Əl-Musəvi əl-Ərdəbilinin (1252-1334) adı ilə bağlı idi.
Rəvayətə görə, səfəvilərin banisi Şeyx Səfiəddin iyirmi birinci nəsildən
olan yeddinci şiə  İmamı Musa Kazımdan törəmədir, bu da bilavasitə Həzrət
Əlinin və Peyğəmbərin qızı Fatimənin iyirmi altıncı nəslidir.
XIV əsrin ikinci yarısı – XV əsrdə Ərdəbil təriqətinin təkcə Azərbaycanda
deyil, Rumda (Kiçik Asiya), farsda, İraqda, Gilanda, Talışda çoxlu müridləri və
ardıcılları vardır.
Beləliklə, XV əsrin ikinci yarısında Ərdəbil feodal hakimiyyətinin
əhəmiyyəti daha da artdı. XIV-XV əsrlərdə Səfəvilər ağır həyat keçirən xalqın
ədalətli hökmdar haqqında baş tutmayan arzusunu təcəssüm etdirən şiəliyi
Azərbaycanda sürətlə yaydılar və ideoloci təblibat vasitəsinə çevirdilər.
«Artıq Bidət şəklində» inkişaf edən inqilabi müxalifətdən Səfəvilər böyük
məharətlə istifadə etdilər. Bu sahədə səfəvilərin müvəffəqiyyətinə səbəb Ərdəbil
şeyxlərinin başçılıq etdiyi hərəkatın ölkənin oturaq əhalisinin tələbini ifadə
etməsi idi.
Bu mübarizələr səfəvilərin görkəmli başçıları  Şeyx Səfiəddin Musanın
(1334-1392), Şeyx Xacə Əlinin (1392-1427), Şeyx İbrahimin (1427-1447), Şeyx
Cüneydin (1447-1460), Şeyx Heydərin (1460-1488), Şeyx Sultanəlinin (1488-
1495), nəhayət Şah İsmayılın (1487-1524) dövründə daha kəskin xarakter aldı.
İ.P.Petruşevski Səfəvilərin tarixini dörd dövrə bölür:
Birinci dövr – XIII əsrin sonlarından 1447-ci ilə qədər davam edir. Bu
dövrdə Səfəvilər şiəliyi yayır, xalq kütlələrinin antifeodal hərəkatına başçılıq
etməyə çalışdılar. Bu dövrdə Səfəvilərin hakimiyyəti Ərdəbil mahalından kənara
çıxmır.
İkinci dövr – 1447-1501-ci illər. Bu dövrdə Səfəvilər özlərini müstəqil
ruhani feodalları kimi təqdim edir və Azərbaycanın siyasi həyatında mühüm rol
oynayırlar.


3
Üçüncü dövr – 1501-1587-ci illər. Həmin illərə səfəvilərin hakimiyyəti
yaranır, möhkəmlənir və onlar Azərbaycanın iqtisadi-siyasi və mədəni həyatında
mühüm rol oynayırlar.
Dördündü dövr isə 1587-1736-cı illəri əhatə edir. Bu dövrdə Səfəvi
dövlətinin mərkəzi Təbrizdən İsfahana köçürülür. Dövlətin mahiyyəti dəyişilir.
Bu bölgü əsasında belə nəticəyə gədirik ki, Səfəvilərin Ərdəbil hakimiyyəti
dövrü 1501-ci ilə qədər, bütün Azərbaycanda hakimiyyət dövrü isə 1736-cı ilə
qədər götürülməlidir.
Səfəvilərin Ərdəbil dövrü ona görə maraq doğurur ki, bu kiçik ruhani
feodallığı 80 ildən artıq bir dövrdə Azərbaycan feodal dövlətinin istinadgahı
olmaqla, onların birləşdirilməsində mühüm rol oynamışdır. Məhz Səfəvilərin
Ərdəbil hakimiyyəti mərkəzləşmiş Azərbaycan dövlətinin yaradılmasında
rüşeym olmuşdur. Səfəvilərin mənşəyi məsələsi indiyədək mübahisə mövzusu
olmuşdur. Lakin V.V.Bartoldun sülalənin türk mənşəli olması barədə söylədiyi
fikir daha mötəbərdir və mənbə məlumatları ilə təsdiq edilir. Alim bu sülalənin
banisi Şeyx Səfiəddin və onun nəslindən bəhs edərkən göstərirdi ki, «bu Ərdəbil
şeyxləri şübhəsiz fars deyil, türk mənşəlidirlər». İ.P.Petruşevski də eyni fikri
söyləmişdir: «İlk səfəvi şeyxləri Ərdəbildə yaşamışlar, onların doğma dili
Azərbaycan dili olmuşdur».
XV əsrin ortalarından etibarən Muğanın bir hissəsi, Qarabağ və
Azərbaycanın Talış dağlarına qədər olan Şərq torpaqları onların təsiri altına
düşdü. İndi səfəvi başçıları (Şeyx Cüneyd, Şeyx Heydər), tarix səhnəsində
ruhani başçısı kimi yox, siyasi xadim kimi çıxış edirdilər.
Bu vaxt Azərbaycanın cənubunda hakim olan Qaraqoyunlu Cahan şah
Şeyx Cüneydin qüvvətlənməsindən ehtiyatlandığı üçün dövlətin ərazisini tərk
etməyi ondan tələb etdi. 1449-cu ildə Cüneyd Ərdəbili tərk etdi, Misiri,
Suriyanı, Mesopatomiyanı gəzib dolaşdıqdan sonra Diyarbakirə qayıtdı və
burada Uzun Həsən tərəfindən səmimiyyətlə qarşılandı və onunla qohumluq
əlaqəsi yaratdı. Uzun Həsənin bacısı Xədicəbəyimlə evləndi. O, dörd ilə yaxın


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə