21
мювгеляриня мянфи тясир едяр
,
Иранын онлардан асылылыьыны
зяифлядя билярди
.
Ъянуби
Азярбайъандакы
милли-демократик
щярякат
мяьлубиййятя уьраса да юлкянин сонракы тарихиня чох бюйцк
тясир эюстярди
,
халгда юз милли варлыьы
,
тарихи вя
мядяниййяти идейасыны мющкямлятди
,
бу мягсядляр уьрунда
эяляъяк мцбаризяси цчцн тямял дашы гойду
.
MÖVZU:XX əsrdə Azərbaycan mədəniyyəti
PLAN:
1.Azərbaycan
mədəniyyəti
XX
yuilliyin
əvvəllərində.(1900-1917-ci illərdə)
2.Azərbaycanin mədəniyyəti1920-1941-ci illərdə
3.Azərbaycan mədəniyyəti II dunya muharibəsi
illərində
4.Azərbaycan mədəniyyəti 1946-1980-ci illərdə
5.Mustəqil Azərbaycan Respublikasinda mədəniyyətin
inkişafi
ƏDƏBİYYAT:
1.XX əsr Azərbaycan tarixi II cild 2009
2.Azərbaycan tarixi VII cilddə V cild 2008
3.Azərbaycan tarixi III cilddə I hissə Baki1973
4.Azərbaycan tarixi III cilddə II hissə Baki1973
XX əsrin əvvəllərində ictimai- iqtisadi və siyasi
həyatda baş verən dəyişikliklər öz əksini
mədəniyyətdə də tapırdı.Milli şuurun oyanması
və millətin ideologiyasının formalaşmasında
xaricdə təhsiln almış istedadlı gənclərimiz
muhum rol oynayırdılar.Onlar inanırdılar ki,
soy-kökunə qan yaddaşına qayıtmadan
millət kimi özunu dərk etmədən mənəvi
dəyərlərin sahibi olmadan bəşəri
idealara
qovuşmaq
olmaz.Gəncləri
kutləvi
şəkildə
təhsilin
muxtəlif
sahələrinə cəlb etmədən xalqı gerilik
buxovlarından xilas etmək mumkun
deyildir.Millətin görkəmli şəxsiyyətləri
bu
məqsədlə
milli
məktəblərin
yaradılması uçun layihələr duşunur
proqramlar
tətib
edir
dərsliklər
yazırdılar.XX
yüzilliyin
əvvəllərində
Azərbaycanın demokratik ictimaiyyəti "rus-
tatar" məktəbləri şəbəkəsini genişləndirmək
uğrunda mübarizə aparırdı. Onlar, eyni
zamanda, çarizmin bu məktəbləri ruslaşdırma
siyasətinə qarşı da qəti çıxış edirdilər.
Azərbaycanda mədəniyyətin, o cümlədən,
təhsilin yayılmasında müsəlman maarif
cəmiyyəti "Nicat" və Bakı quberniyası əhalisi
arasında savad yayan Bakı cəmiyyəti - "Nəşr
maarif", daha sonra Azərbaycanın Nuxa və
başqa şəhər və qəzalarında yaranmış bu tipli
cəmiyyətlər mühüm rol oynadılar.
A
ZƏRBAYCAN QADINLARININ DINI XURAFATIN HAKIM OLDUĞU
BIR
şəraitdə savadlandırılması çox mühüm hadisə idi.
Azərbaycan demokratik ziyalıları bu istiqamətdə mübarizə
aparırdılar.1901-ci ildə Bakıda Azərbaycan xalqının görkəmli
oğlu H.Z.Tağıyevin bu sahədə atdığı addım, onun öz hesabına
"Bakı rus-müsəlman qadın məktəbini" açması tarixi hadisə
sayılmalı və yüksək qiymətləndirilməlidir.Birsinifli olan bu
məktəb 1913-cü ildə ikisinifli, 1916-cı ildə isə ibtidai-ali
məktəb oldu. 1916-cı il yanvarın 1-də bu məktəbdə 104 qız
təhsil alırdı ki, onların 95-i azərbaycanlı idi. 1902-ci Gəncədə
ilk qadın məktəbi açıldı. Bir qədər sonra Ağdaşda, Qazax
qəzasının Salahlı kəndində, Göyçay qəzasının Zəyəlu
kəndində, Şuşada, Şamaxıda, Karyagin qəzasında və başqa
yerlərdə də bu cür məktəblər fəaliyyət göstərməyə başladı. Qız
məktəblərində işləmiş müəllimlərdən Hənifə xanım
Məlikovanın, Xədicə xanım Ağayevanın, Rəhilə xanım
Hacıbəyovanın, Sara xanım Vəzirovanın, Şəfiqə xanım
Əfəndiyevanın, Ayna Sultanovanın adları xüsusilə qeyd
edilməlidir.
Azərbaycan müəlliflərinin qarşısında duran ən mühüm
vəzifələrdən biri tədris-metodik vəsait hazırlayıb nəşr etmək
idi. Bu yolda Rəşid bəy Əfəndiyevin, S.S.Axundovun,
F.Ağazadənin, Abdulla Şaiqin, M.Mahmudbəyovun,
A.Səhhətin, A.Əfəndiyevin, Q.N.Nərimanbəyovun,
M.Qəmərlinskinin, Ü.Hacıbəyovun, Q.R. Mirzəzadənin,
F.Köçərlinin rolu xüsusi qeyd olunmalıdır.
Əsrin əvvəllərində Azərbaycanda orta məktəblər,
professional-texniki məktəblər də açılmağa başlamışdı.Bakı və
başqa şəhərlərdə yaşlıların da təhsil alması üçün müəyyən
işlər görülürdü.Bu məktəblər əsasən bazar günləri fəaliyyət
göstərdiyindən bazar məktəbləri adlandırılırdı.
Bütün qeyd edilənlərə baxmayaraq azərbaycanlı əhali
arasında təhsilin yayılması çox aşağı səviyyədə idi. 1916-ci
ilin əvvəlinə dair məlumata görə Bakı və Yelizavetpol
quberniyalarında yaşayan 1.623.543 azərbaycanlı üçün cəmi
373 məktəb var idi, yəni hər 4085 nəfər əhaliyə bir məktəb
düşürdü. Məktəb yaşlıların cəmi 10,3 faizi məktəblərə cəlb
olunmuşdu.
XX yüzilliyin əvvəlində Azərbaycanda xeyli mədəni-maarif
idarələri fəaliyyət göstərirdi.Bunlar kitabxana, xalq evləri,
klublar və s.-dən ibarət idi.Bu dövrdə Bakıda 4 kitabxana var
idi.Digər Azərbaycan şəhərlərində-Şuşada, Nuxada, Gəncədə,
Qubada da kitabxanalar açılmışdı.Həmin illərdə Bakıda xalq
evləri meydana çıxdı.1902-ci ildə Qara şəhərdə və 1906-cı
ildə Bayılda açılmış xalq evləri əsil mədəni-maarif ocaqları
idi.Burada görkəmli mədəniyyət xadimləri mühazirələr
oxuyurdular.Birinci rus inqilabı illərində Bakıda "Nicat" və
"Nəşr maarif" cəmiyyətləri yarandı. Onlar azərbaycanlı
fəhlələr arasında mədəni-kütləvi iş görürdulər. "Nicat"ın
ətrafında inqilabi-demokratik ziyalılar toplaşmışdı."Nəşr
maarif" cəmiyyətinin başlıca vəzifəsi əhali arasında
savadsızlığı ləğv etmək idi.Cəmiyyətə sənaye və ticarət
burjuaznyası maddi yardım göstərirdi.H.Z.Tağıyev və
M.Muxtarov bu cəmiyyətin fəxri üzvləri idilər. Birinci dünya
müharibəsi illərində Quba, Ağdam, Şuşa və Gəncədə
cəmiyyətin filialları açılmışdı. 1907-ci ildə Bakıda müsəlman
mədəni-maarif cəmiyyəti - "Səadət" fəaliyyətə başladı.Bu
cəmiyyət qarşısına savad yaymağı qoymuşdu.Bu cəmiyyəti
ruhanilər yaratmışdı.1910-cu ildə yeni müsəlman mədəni-
maarif cəmiyyəti - "Sofa" yarandı. Onun başlıca vəzifəsi kişi
və qadın peşə məktəbləri açmaq idi.
XX yüzilliyin əvvəllərində, xüsusən, birinci rus inqilabı
illərində mətbuat işi xeyli genişlənmişdi.Həmin dövrdə Bakıda
Dostları ilə paylaş: |