Ъянуби азярбайъанда милли – демократик щярякат



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə24/107
tarix15.03.2018
ölçüsü5,01 Kb.
#32461
1   ...   20   21   22   23   24   25   26   27   ...   107

3
Sərkərdələr Cəbə və Subutay Zəncanı, Ərdəbil, Sərabı talan edərək Təbrizə
yaxınlaşdılar. Monqollar böyük xərac aldıqdan sonra qışlamaq üçün Muğana
yollandılar və oradan Gürcüstana basqın etdilər. 1221-ci ilin əvvəllərində
monqollar yenidən Təbrizə döndülər. Şəhər hakimi Şəmsəddin Tuğrayı xərac
verməklə  şəhəri qarətdən xilas edə bildi. Bundan sonra monqollar qəflətən
Marağa üzərinə yürüş etdilər. Şəhər hakimi olan qadın Ruyendec qalasında
gizləndi. Düşmənlər divardağıdan qurğuların köməyi ilə Marağaya soxuldular.
Əhaliyə qanlı divan tutdular. Monqollar Marağada ikən Həmədanda xalq üsyanı
baş verdi. Üsyan qəddarlıqla yatırıldıqdan sonra, Ərdəbil şəhəri ələ keçirildi.
Qoşun Ərdəbil istiqamətində Təbrizə üçüncü dəfə hücum etdi. Atabəy Özbək
düşmənin şəhərə yaxınlaşdığını eşidib Naxçıvana qaçdı. Monqollar Şahəddin
Tuğrayinin başçılığı ilə Təbrizin ciddi mübarizəyə hazır olduğunu görüb açıq
döyüşə girməkdən çəkindilər və yenidən xərac almaqla kifayətləndilər.
Monqollar Sərab şəhərini zəbt etdikdən sonra Beyləqana tərəf
yönəldilər. Amansız və qanlı döyüşdən sonra Beyləqanı zəbt edildi və  əhaliyə
qanlı divan tutuldu. Güclü qarətdən sonra Beyləqana od vurub yandıran
monqollar şəhər əhalisindən xərac alıb Gürcüstana getdilər və oradan qayıdıb
Şirvana soxuldular. Şamaxı düşmənə mərdliklə müqavimət göstərdi. Mühasirə
nərdivanları və meyidlərdən düzəldilmiş qalaqlar üzərinə çıxıb şəhərə od
yağdıran düşmən üç gün şamaxılıların iradəsini qıra bilmədi. Lakin sayca üstün
olan monqollar şəhəri ələ keçirə bildilər. İbn əl-Əsirin ifadəsi ilə desək «şəhərdə
əhalinin kökü kəsildi».
Dərbənd keçidindən getməyin çətinliyini anlayan monqollar hiyləgərliyə
əl atdılar, danışıqlar üçün Şirvanşaha xəbər göndərdilər. Şirvanşah təklifi qəbul
edib 10 nəfərlik elçi heyəti göndərdi. Monqollar diplomatik əxlaqa sığışmayan
hərəkət edərək elçinin birini öldürüb, qalanları məcbur etdilər ki, onları gizli
yollarla Dərbənddən Şimala keçirsinlər. Beləliklə monqol qoşunları 1222-ci ildə
Azərbaycan ərazisini tərk edərək Monqolustana qayıtdılar. Monqolların ilk
yürüşləri Azərbaycanın ictimai-iqtisadi siyasi və mədəni həyatına böyük zərbə


4
vurdu. Ərəb müəllifi İbn əl-Əsir yazır ki, «tatarlar Beyləqanı qarət edib
dağıtdıqdan sonra Gəncəyə doğru hərəkət etdilər. Ancaq tatarlar ora əhalisinin
çoxluğunu, şücaətini, gürcülərlə olan müharibədə kişilik və qoçaqlıq göstərmiş
olduqlarını və bu şəhərin olduqca möhkəmliyini bildikləri üçün oraya yaxın
gedə bilmədilər. Şəhər əhalisinin xərac almaqla kifayətləndilər. İbn əl-Əsir «Əl-
Kamil-Fit tarix» əsərində monqol vəhşiliyini bütün çılpaqlığı ilə təsvir edərək
yazır: «Kaş annam məni doğmamış olaydı, yaxud mən bu hadisədən əvvəl
ölmüş və tamamilə unudulmuş olaydım. «Allah-Təala dünyanı yaratdığı
zamandan indiyə qədər dünya bir belə bəlaya düçar olmuşdur».
«Hamilə arvadların qarnını yarıb çağalarını da çıxarıb öldürürdülər».
(Erməni vandalizm idə necə də səsləşir).
İqtisadi və siyasi qüdrətini itirmiş Eldənizlər dövləti ölkədə vəziyyəti
nizama salmaq iqtidarın deyildi. Azərbaycanda yaranmış ağır vəziyyət yeni
istilaçıların həmlələri üçün imkan yaratdı. 1223-cü ildə qıpçaq dəstələri Şimali
Qafqaz çöllərindən keçərək Dərbəndə gəldilər və buradan Azərbaycana
soxuldular. Onlar Şirvanı qarət edərək Qəbələ və Gəncəyə tərəf irəlilədilər.
Əvvəlcə onlar Gəncə hakimindən yaşamaq üçün torpaq istədilər, lakin sonra
yerli əhaliyə əzab verməyə başladılar. Qıpçaqlara qarşı Arran Şirvan, Gürcüstan
və Dağıstan əhalisi arasında ittifaq yarandı və nəticədə qıpçaq dəstələri məğlub
edildilər. Lakin Azərbaycanın ağır vəziyyətindən istifadə edən gürcü feodalları
1225-ci ildə Gəncəyə hücum edib, şəhəri qarət etdilər.
1221-ci ildə Çingiz xana məğlub olaraq Hindistana qaçan Xarəzmşah
Cəlaləddin 1225-ci ildə Azərbaycana yürüş etdi. Monqolların orta Asiyaya
hücumu nəticəsində hakimiyyətdən məhrum olmuş Cəlaləddin İranı və qonşu
ölkələri zəbt etməyi qərara aldı. Marağanı  ələ keçirən Cəlaləddin əhalini öz
tərəfinə cəlb etmək üçün şəhərdə bərpa işləri apardı. Sonra Təbrizə yönəldi.
Atabəy Özbək ailəsini də  şəhərdə qoyub Gəncəyə qaçdı. Sonra isə  Əlincə
qalasına gedərək orada vəfat etdi. Onun ölümü ilə (1225) Azərbaycanda
Eldənizlər dövləti süqut etdi.


5
Təbriz 7 gün Cəlaləddinə müqavimət göstərdi. İyulun 25-də  şəhər ələ
keçirildi. Nizaməddin Tuğrayi şəhər rəisi təyin olundu.
Sonra Gəncə  şəhəri Cəlaləddin sərkərdəsi Urxana təslim olundu.
Beyləqan, Şəmkir ələ keçirildi. Tezliklə Azərbaycanın başqa əraziləri də
Cəlaləddinin əlinə keçdi. Ağsunqurilər dövləti süqut etdi. Şirvanşahlar isə ildə
yüz min dinar xərac vermək şərti ilə Cəlaləddinin hökmranlığını qəbul etməli
oldular. Azərbaycanın Cəlaləddin tərəfindən zəbt edilməsindən sonra
Gürcüstanın bir hissəsi qarət olundu.
Azərbaycanın idarəsi Cəlaləddinin vəziri Şərəf əl Mülkün ixtiyarına
verildi. Onun Təbrizdə qeyri-qanuni vergilər toplanması  şəhər əhalisinin
narazılığına səbəb oldu. Cəlaləddin Təbrizə qayıtdı. Şəmsəddin Tuğrayi zindana
salındı, Nizaməddin Tuğrayi isə edam edildi. Lakin tezliklə Şəmsəddin həbsdən
azad edilib, öz malikanəsinə sahib oldu.
Cəlaləddin İraqda səfərdə olarkən Təbrizdə bir qrup Atabəylər dövlətini
bərpa etməyə cəld göstərdi, lakin məğlub oldular.
Təbrizdə Xarəzmşahlara qarşı Məhəmməd İbn Bəşir Garbəyin başçılığı
ilə üsyan qalxdı. Xalq hərəkatı bütün Azərbaycanı bürüdü. Cəlaləddinə qarşı baş
vermiş 1231-ci il Gəncə üsyanı xalq hərəkatının ən yüksək zirvəsi oldu.
Sənətkar Bəndərin başçılığı ilə gəncəlilər şəhərdəki qarnizonunu məhv etdilər.
Cəlaləddin dəfələrlə üsyançılarla danışığa cəhd etdi, lakin buna nail ola bilmədi.
Qanlı döyüşdən sonra üsyançılar məğlub oldu. 30 nəfər asi edam edildi. Bəndər
isə tikə-tikə doğrandı. Azərbaycan Xoy, Mərənd, Naxçıvan və digər şəhərlərində
də Xarəzmşah Cəlaləddinə qarşı üsyanlar qalxdı, hərəkat geniş vüsət aldı.
Monqolların barışmaz düşməni kimi şöhrət tapmış Cəlaləddin siyasi
vəziyyətdən səmərəli istifadə edə bilmədi. Monqollara qarşı mübarizədə qonşu
ölkələrinin qüvvələrini birləşdirmək əvəzinə, onlarla müharibə aparan
Cəlaləddin onları daha da zəiflətdi və beləliklə, Azərbaycanın və qonşu ölkələrin
monqollar tərəfindən zəbt olunması üçün əlverişli şərait yaratdı. Cəlaləddin
İsfahana gedərkən Kürdüstanda yaxalanmış, 1231-ci il avqustun ortalarında bir


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   107




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə