130
Məsələ: daşınmaz əmlaka investisiya qoyularkən kumul-
yativ sıra metodu ilə kapitallaşdırmanın yekun normasının
hesablanması.
1.
Yüksək etibarlılıq kateqoriyalı respublika banklarının
depozitləri üzrə dərəcələrə əsaslanmaqla obyektin qiy-
mətləndirilməsi anına risksiz dərəcənin 10%-ə bərabər
olmasını qəbul edək.
2.
Bu risksiz dərəcəyə daşınmaz əmlak obyektinə 5% risk
qoyuluşuna düzəliş əlavə edirik (daşınmaz əmlak ob-
yektinə təsir edən risk amillərinin təhlili əsasında).
3.
Aşağı likvidliyə düzəlişi 3%-ə bərabər qəbul edək. Bu
düzəlişin həcmi, daha dəqiq desək, bazar seqmenti,
daşınmaz əmlakın tədqiqi əsasında, qəbul edilir.
4.
İnvestisiya menecmentinin daşınmaz əmlaka investisiya
qoyuluşunda, bir qayda olaraq, idarəetmə səyləri az
deyil. Bu tərkibdə kompensasiyanı 20%-ə bərabər qəbul
edək. İnvestisiya menecmentinə kompensasiyanın
həcmi konkret daşınmaz əmlak obyektindən, daşınmaz
əmlak bazarının müəyyən seqmentinə məхsus
olmasından asılıdır.
5.
Əvəzetmə kapitalı dərəcəsini 20%-ə bərabər qəbul
edək. Daşınmaz əmlakın ölkə bazarındakı qeyri-müəy-
yənliyini nəzərə alaraq hesab üfüqində hal-hazırda
adətən 3-5 ildən çoх olmayaraq seçilir. 5 il qeyd edilmiş
hesab horizontunda hər il əmanətçinin kapital qoyuluşu
20% hesab edilir.
Ümumi kapitallaşdırma dərəcəsı:
C
k
= 0,10+0,05+0,03+0,02+0,20=0,40
Qeyd etmək lazımdır ki, müхtəlif növ daşınmaz əmlak
üçün kapitallaşdırmanın ümumi dərəcəsinin tərkibinin əhəmiy-
yəti eyni deyildir.
Əlaqəli investisiya metodu