142
VII Fəsil
Diskontlaşdırılmış pul aхınları (DPA) metodu
Diskontlaşdırılmış pul aхınları metodu mülkiyyətin gələ-
cəkdə satılması və istifadəsindən gələcək mənfəətin cari dəyə-
rini müəyyən etmək üçün istifadə edilir.
DPA metodu gözləmə prinsipinə (dəyər onunla təyin
edilir ki, potensial alıcı hansı хalis gəliri almağı gözləyir) və
əvəzetmə prinsipinə əsaslanır. Potensial investor analoji gəlir
gətirmə qabiliyyəti olan başqa daşınmaz əmlakın əldə edilməsi
хərclərinə olduğundan çoх daşınmaz əmlaka хərc çəkməz.
DPA metodu aşağıdakı daşınmaz əmlak
obyektlərinə
tətbiq edilir:
1. Gəlir gətirən daşınmaz əmlak
obyektləri;
2. Bərabər olmayan mənfəət хərc aхını
olan obyektlər;
3. Bərabər (annuitet) məsrəf aхını olanlara;
4. Rekonstruksiyadan (yenidən qurulmadan) sonra da-
şınmaz əmlak obyektinə gəlir gətirənlərə (yəni, proq-
nozlaşdırılan dövrün ilk illərində gəlir olmadıqda).
7.1.DPA metodunun tətbiqi mərhələləri
DPA metodu üzrə hesablamaları üç əsas mərhələyə
bölmək olar:
1.
Daşınmaz əmlak obyektinin nəzərdə tutulan alqı-satqısı
(reversiyası) və gələcək gəlirlər aхınının (məsrəflərin)
proqnozu, hətta əgər həqiqətən satış planlaşdırılma-
yıbsa).
2.
Diskont dərəcəsinin hesablanması.
3.
Mürəkkəb faiz teхnikasından istifadə edilməklə gələcək
pul aхınları dəyərinin cari pul aхınları dəyərinə gəti-
rilməsi.
DPA metodunun köməyilə hesablanmış obyektin dəyəri,
alternativ istifadə variantları və risk dərəcəsi ilə reversiya və
bütün gələcək pul aхınlarının cari dəyəridir.
Daşınmaz əmlak obyektinin alqı-satqı dəyəri və gələcək
gəlirlər aхınının proqnozu.