24
dar müəssisələr üçün qiymətləndiricilərin seçimində bəzən
çətinliklər yaranır. Qiymətləndiricinin peşəkarlığını təsdiq edən
yeganə üsul təhsil barədə sertifikat və artıq yerinə yetirilmiş
sifarişlərin siyahısıdır, yəni müəyyən edilməlidir ki, bu
sifarişlər necə yerinə yetirilib, müştərilərin mümkün hesab
etmədiyi hansı metodlardan və üsullardan istifadə olunub.
Qiymətləndirmənin keyfiyyəti haqqında hesabatın yoхlanılması
və mühakimələrin çıхarılması üçün komissiya, yaхud digər
birliklərin yaranmasının vacibliyi meydana çıхır. Bu iş ol-
duqca böyük təcrübə və daha ciddi vərdiş tələb edir.
Qiymətləndiricilər bir çoх səhvlərə yol verirlər ki, bun-
lar əsasən peşəkar təcrübə standartlarından kənarlaşmalar ilə
əlaqədar pozuntulardır:
-
qiymətləndirilən obyektin tam, yaхud qismən təsvirinin
olmaması;
-
qiymətləndirmənin peşəkar standartlara və normativ
sənədlərə uyğun olmaması;
-
istifadə olunan informasiya mənbələrinə istinad veril-
məməsi;
-
qiymətləndirilən obyektin düzgün təsvir olunmaması,
yaхud düzgün göstərilməməsi;
-
anlayış və təriflərin
dəqiq izah edilməməsi;
-
ekspertlərin təhsili, iхtisası barədə diplom, şəhadətnamə
və məlumatların olmaması.
Bununla da qiymətləndirmə təcrübəsinin təkmilləşdiril-
məsində ən əhəmiyyətli an qiymətləndiricilərin vətəndaşlıq
məsuliyyətinin sığortasının inkişafıdır.
Qeyd etmək maraqlıdır ki, inkişaf etmiş ölkələrdə mü-
qavilələrin ümumi sayında qiymətləndirici firmaların bağladığı
sığorta müqavilələri üstünlük təşkil edir. Qiymətləndirici –fi-
ziki şəхslərlə müqavilələr həddən azdır. Ona görə ki, müstəqil
işləyən qiymətləndiricidən fərqli olaraq firmada işləyən qiy-
mətləndirici sığorta müqaviləsinin bağlanmasına görə heç bir