Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə91/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   87   88   89   90   91   92   93   94   ...   100

214
Dərs 96. AYSEL VƏ KƏNAN (6 saat)
Motivasiya 
Müəllim: Təsəvvür edin ki, başqa planetdən gəlmiş adamla rastlaşmısınız. Bu zaman nə
edərsiniz?
Şagirdlərin cavab variantları səslənir. Müəllim tapşırır ki, uşaqlar bu səhnəni mümkün qədər
geniş təsvir etsinlər.
Oxu
“Aysel və Kənan” mətninin ulduzlaradək olan hissəsi (dərslik, səh. 203-204) oxunur.
Suallar:  – Ayselin “Aydan gəlmisən?” sualını izah edin. Bu ifadənin həqiqi və məcazi
mənaları arasındakı fərqi müəyyənləşdirin. Doğrudanmı, Aysel bu qızın yadplanetli olduğunu
dərhal anladı? Bəs Lemi onun sualını necə başa düşdü? 
Müəllimin nəzərinə: Lemi bu sualı həqiqi mənada başa düşdü. Bu onun Azərbaycan dilində söz
və ifadələrin məna çalarlarını yaxşı bilmədiyini göstərir.
– Lemi Yerdəki insanların dilini necə öyrənmişdi?
– Aysel Kənanı nə üçün kənara çəkdi? 
– Kənan bacısına qulaq asdıqdan sonra niyə əllərini yellədi?
– Kənan nə vaxt Leminin başqa planetdən gəldiyinə inandı?
– Lemi Aysellə Kənana öz planeti haqqında danışanda nə üçün söz ehtiyatının az olduğunu
hiss etdi? Axı o, rast gəldiyi adamların yaddaşındakı sözləri öz beyninə köçürmüşdü.
Müəllimin nəzərinə: Sonuncu sualın belə bir cavabı ola bilər: çox güman ki, Leminin rast gəldiyi
ilk insanlar o qədər də savadlı olmadığından onların söz ehtiyatı da kasad olub. Odur ki
Azərbaycan dilində mürəkkəb elmi mövzular haqqında danışanda Lemiyə bildiyi sözlər
kifayət etməyib.
Rollu oyun. Şagirdlər mətnin 1-ci hissəsi əsasında ssenari qurub səhnələşdirirlər. Bunun
üçün 204-cü səhifədə təhkiyə formasında verilmiş abzaslar da dialoji mətnə çevrilir. Bu
məqsədlə şagirdlər bir çox cümlələri təxəyyüllərinə uyğun genişləndirməlidirlər; məsələn:
Məzmun standartları
Təlim məqsədləri
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Verilmiş mövzu ətrafında araşdırmalarını
məruzə şəklində təqdim edir.
1.2.2. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında mühakimə xarakterli
fikirlər irəli sürür. 
Debat zamanı oxuduqlarından və eşidib-
gördüklərindən misallar gətirməklə
fikirlərini əsaslandırır.
1.2.3. Dialoji mətnlər qurur və təqdim edir. 
Nəsr əsərini dram əsərinə çevirərək
səhnələşdirilmiş şəkildə təqdim edir.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Mətndə rast gəldiyi yeni söz və terminləri
kontekstə əsasən izah edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.4. Mətnin ideyasını müəyyənləşdirir və
obrazları sadə şəkildə səciyyələndirir.
Əsərdəki obrazları səciyyələndirmək üçün
müvafiq keyfiyyət bildirən sözlər seçir.
2.2.5. Mətnin məzmununu genişləndirilmiş
formada yaradıcı nəql edir.
Mətndəki müəyyən epizodları
genişləndirməklə nəql edir.
3.1.3. Verilmiş mətnin (nəzm, nəsr)
müfəssəl məzmununu yazır.
Oxuduğu mətnin bir hissəsinin müfəssəl
məzmununu yazır.
8
Çap üçün deyil


215
– Lemi bütün başına gələnləri, bura necə gəlib düşdüyünü danışdı (Aysellə görüşənə qədər
onun hansı sərgüzəştləri olmuşdu?)
– Aysel tez-tez onun sözünü kəsir, suallar verirdi (Aysel ona hansı sualları verə bilərdi?).
– Ayseli bir məsələ çox maraqlandırırdı:  Lemi Azərbaycan dilini nə vaxt öyrənmişdi?
– Lemi başa saldı ki, o, diqqətini toplayıb qarşısındakı adamın yaddaşındakı sözləri beyninə
köçürə bilir. Şəhərin kənarında Yerə düşdükdən sonra o, qoca bir qadına rast gəlmişdi. Qadın
onu öz daxmasına aparmış, yedirtmiş, qayğısına qalmışdı. Bu qadınla iki gün ünsiyyətdə olduq-
dan sonra Lemi Azərbaycan dilində rahat danışmağa başlamışdı.  
– Aysel qardaşını kənara çəkib onunla xeyli pıçıldaşdı (Aysel Kənana nə dedi?).
– Onlar qonağı hər bir şeylə tanış etdilər (Aysellə Kənan yadplanetli qıza evdə nələri
göstərdilər? Lemi bunlara necə reaksiya verdi?).
– Lemi uşaqlara öz planeti haqqında danışmağa başladı (Lemi öz planeti haqqında nə
danışa bilərdi?).
Dərsliyin 204-cü səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilir:  
Qarşısındakı adamın yaddaşını, kitabı vərəqlədikcə sözləri  beyninə köçürməsi Lemini Yer
planetinin uşaqlarından fərqləndirən cəhətlərindən idi.
Yazı
Tapşırıq: – Leminin Yerdə rastlaşdığı ilk adamlarla görüşünü təsəvvür et və yaz.
İş dəftərinin 138-ci səhifəsindəki 1-ci tapşırıq yerinə yetirilə bilər.
Oxu 
Mətnin davamını oxutdurmaq məqsədilə müəllim aşağıdakı sualı verir:
– Özünüzü Aysellə Kənanın yerində təsəvvür edin. Siz yadplanetli qonağınız barədə
valideynlərinizə xəbər verməlisiniz. Bunu necə edərdiniz?
Şagirdlərin cavab variantları dinlənilir və müzakirə olunur.
“Aysel və Kənan” mətninin davamı (dərslik, səh. 204-205) oxunur. 
Söz ehtiyatı
“Realist” sözünün kontekstə görə mənası açıqlanır 
(yalnız real həyatda gördüklərinə inanan)
və “romantik”
(xəyallarla yaşayan)
sözü ilə qarşılaşdırılır. “Ekspertiza” (
hər hansı bir məsələnin
mütəxəssislər – ekspertlər tərəfindən araşdırılması
), “ekspert” (
mübahisəli məsələlərin həlli
üçün dəvət edilən mütəxəssis
) sözlərinin mənaları izah olunur.
Dərsliyin 205-ci səhifəsindəki 2-ci tapşırıq yerinə yetirilir.
Rollu oyun. Kənan ilə anasının dialoqu səhnələşdirilir. Kənan rolunun ifaçısına tapşırılır ki,
qəhrəmanın nitqini səsləndirərkən onun psixoloji vəziyyətini nəzərə alsın: Kənan anasını
inandırmalıdır, lakin bunu necə edəcəyini bilmir, ananın laboratoriya və ekspertiza haqqında
dedikləri onu fikrindən daşındırır.
Təhlil. Aysel və Kənan obrazları təhlil olunur, şagirdlər bu obrazlara münasibət bildirirlər.
Proqnozlaşdırma
Sual: – Kənanın anası ilə söhbətindən görünür ki, böyüklər Leminin başqa planetdən gəl -
mə yinə inanmayacaqlar. Belə bir vəziyyətdə Aysellə Kənan Lemiyə kömək etmək üçün nə edə
bilərlər?
Sinifdəki qızlar “Mən Ayselin yerinə olsaydım...”, oğlanlar “Mən Kənanın yerinə olsaydım...”
deyə öz fikirlərini bildirirlər. 
Danışma
(debat)
Şagirdlər debat keçirmək üçün iki qrupa bölünürlər.
Müəllim şagirdləri qruplara bölmək üçün bir daha onların “realist”, “romantik” sözlərini başa
düşdüklərinə əmin olur və soruşur: – Kim özünü realist sayır? Kim özünü romantik və
xəyalpərəst sayır? Beləliklə, şagirdlər “Realistlər” və “Romantiklər” qruplarına bölünürlər.
“Realistlər” qrupu: – İnsan həmişə realist olmalıdır.
“Romantiklər” qrupu: – Bəzən xəyallarla yaşamaq lazımdır.
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə