Yazı bacarığı üzrə məzmun standartları və təlim məqsədləri



Yüklə 4,66 Kb.
Pdf görüntüsü
səhifə89/100
tarix29.09.2017
ölçüsü4,66 Kb.
#2337
1   ...   85   86   87   88   89   90   91   92   ...   100

209
qəbul edə bilmirlər. Nəticədə əyanlar kölənin əleyhinə danışmağa başlayır və onu Sultanın
gözündən salmağa çalışırlar. 
Bir gün Sultanın hüzurunda bir saray sakini digərinə deyir: “Kölə Ayazın tez-tez
xəzinəyə getdiyini bilirsən? Əminəm ki, o, xəzinədən qızılları oğurlayır”.
Sultan qulaqlarına inanmır, bunu öz gözləri ilə görmək istəyir. Diva ra kiçik deşik açdırır
və baş verənləri seyr etməyə başlayır. Görür ki, kölə səssizcə xəzinəyə gəlir, qapını ar -
xadan bağlayır və sandıq ların birini açıb içindən boğça çıxarır. Kölə olduğu vaxtdan qalan
cırıq-cındır pal 
tarı geyərək aynanın qarşısına keçir. Öz-özünə “Əvvəllər bu paltarı
geyindiyin günləri xatırlayırsan? Satışa çıxarılan kölə idin. Allah sənə Sultanın əli ilə, bəlkə
də, heç layiq olmadığın nemətləri verdi. Heç zaman haradan gəldiyini, bir vaxtlar yoxsulluq
çəkdiyini unutma! Çünki mal-mülk insanın hafizəsini zəiflədir, unutqanlığa səbəb olur. İndi
çox şeyə nail olandan sonra sən də özündən zəiflərə yuxarıdan aşağı baxma”, – deyib
paltarını dəyişir və səs sizcə qapıya yaxınlaşır. Xəzinədən çıxarkən birdən Sultanla üz-
üzə gəlir. Sultan gözlərini Ayaza zilləyib dayanır, gözlərindən yaş axır, da nış maqda çətinlik
çəkir. Sultan Mahmud: “Bu günə qədər qızıl larımın xəzinədarı idin, amma indi qəlbimin
də xəzinədarısan”, – deyir.
1. Mətndən çıxan nəticəni seç.
A) Kasıb pul tapdı, qoymağa yer tapmadı.
B) Keçmişini unutma, o, gələcəyin müəllimidir.
C) Dosta sirrini vermə, dostunun da dostu var.
2. Omonim söz hansıdır?
A) göz
B) yaş C) qəlb
3. “Sultan qulaqlarına inanmır, bunu öz gözləri ilə görmək istəyir” cümləsi haqqında
aşağıda deyilənlərdən hansı yanlışdır? 
A) Mürəkkəb cümlədir.
B) Bu cümlədə bir mübtəda, iki xəbər var.
C) Mübtəda əvəzliklə ifadə olunub.
4. Səhv yazılmış sözü seç.
A) boğça
B) bağça
C) tağça
5. Saray adamları Ayazın üstünə şər atdılar, çünki ...
A) ona paxıllıq edirdilər.
B) o, paxıl idi.
C) o, hökmdar olmaq istəyirdi.
6. Bu hadisələrdən biri mətndə öz əksini tapıb:
A) Ayazın Sultanı xilas etməsi
B) saray sakinlərinin pis əməllərinin üzə çıxması
C) Sultanın döyüşdə qalib gəlməsi
7. Kölə haqqında verilənlərdən biri yanlışdır:
A) sədaqətlidir
B) keçmişini unutmur
C) naşükürdür
8. Kölə nə üçün köhnə paltarlarını geyinirdi?
A) Həmin paltarları ona hökmdar hədiyyə etmişdi.
B) O paltarda özünü rahat hiss edirdi.
C) O paltarı geyərək keçmişini xatırlayırdı.
9. Biri mətnin ideyasına uyğun deyil:
A) Var-dövlət heç nəyi dəyişməməlidir.
B) Həyatda əsas olan dostluq, sədaqətdir.
C) Həyatda əsas olan hakimiyyətdir.
ƏXLAQİ DƏYƏRLƏR
Çap üçün deyil


8
Dərs

Mövzu
Məzmun standartları
Saat
sayı
Dərslik 
səh.
İş dəftəri
səh.
MMV
səh.
95
Qəza
1.1.2, 1.2.1, 2.1.2, 2.2.1,
2.2.2, 2.2.3, 3.1.4, 4.1.1,
4.1.2, 4.1.7
4
200-202 136-137 211
96
Aysel və Kənan
1.2.1, 1.2.2, 1.2.3, 2.1.2,
2.2.1, 2.2.4, 2.2.5, 3.1.3
6
203-205
138
214
97
Kainatın sirləri
1.1.2, 1.2.1, 1.2.2, 2.1.2,
2.2.1, 2.2.4, 2.2.5, 3.1.4
4
206-209
140
217
98
Məktəbdə
1.2.1, 1.2.2, 2.2.1,
2.2.5, 3.1.4, 4.1.2
6
210-212
141
221
99
Üzgüçülük hovu -
zunda
1.2.2, 2.2.1, 
2.2.4, 3.1.4
4
213-215
143
225
100
Virtual əlaqə
1.1.2, 1.2.1, 1.2.5, 2.1.2,
2.2.1, 2.2.5, 3.1.5, 4.1.6
4
216-217
144
227
101
Həftəsonu
1.1.1, 1.2.2, 1.2.5, 2.2.1,
4.1.1, 4.1.7
4
218-219
146
231
102
Vida
1.2.1, 2.1.3, 2.2.1, 2.2.5,
3.1.5
4
220-222 147-148 235
103
Ümumiləşdirci
təkrar
2
223
237
104
Kiçik summativ
qiymətləndirmə
2
237
Yekun
40 
saat
8-ci bölmə
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Dərs 95. QƏZA (4 saat)
Motivasiya
Müəllim lövhədə BİBÖ cədvəlini çəkir. 
Şagirdlər cədvəlin birinci iki sütununda qeydlər aparırlar.
“Sehrli xalat”  filmindən Azər və Zərifənin gələcəyə səyahətini göstərən kadrlar nümayiş et-
dirilir. Bu epizodda uşaqlar Kainat, Günəş sistemi, bu sistemə daxil olan planetlər haqqında
biliklərini nümayiş etdirirlər.
Filmə baxdıqdan sonra şagirdlər BİBÖ-nün “Öyrəndik” sütununda qeydlər aparırlar. Müəllim
təklif edir ki, filmə baxdıqdan sonra yeni ideyalar yaranıbsa, 2-ci sütunda da qeydlər aparmaq
olar.
Müəllim: – Bu filmdə uşaqlar hansı fənn üzrə dərs keçirdilər?
Şagirdlərin təxminlərindən sonra müəllim astronomiya elmi haqqında qısa məlumat verir: 
– Astronomiya səma cisimlərini öyrənən elmdir.
Oxu
Dərslikdən “Qəza” mətni (səh. 200)  “…Günəş sistemində ən çox peyki olan Saturn planeti
göründü” cümləsinə   qədər oxunur.
Açar sözlər. “İllüminator”, “fəza”, “qalaktika”, “orbit” sözlərinin mənaları izah olunur.
Məzmun standartları
Təlim məqsədləri
1.1.2. Dinlədiyi fikirləri əlavələri ilə inkişaf
etdirir. 
Dinlədiyi elmi-kütləvi mətni topladığı
məlumatlarla zənginləşdirir.
1.2.1. Müşahidə etdiyi, eşitdiyi, oxuduğu
hadisələr haqqında kiçik təqdimatlar edir. 
Kompozisiyalı şəkil əsasında mətn qurub
danışır.
2.1.2. Öyrəndiyi yeni söz və terminləri
təqdim edir.
Oxuduğu mətndəki yeni adların və termin -
lərin mənasını dəqiqləşdirib təqdim edir.
2.2.1. Müvafiq mətnləri müəyyən olunmuş
tələblərə uyğun sürətli, düzgün, şüurlu,
ifadəli o xu yur.
Mətnlə bağlı sualları cavablandırır.
2.2.2. Bədii və elmi-kütləvi mətnlər
haqqında kiçik təqdimatlar edir.
Oxuduğu bədii mətndəki elmi məlumatları
seçib təqdim edir.
2.2.3. Verilmiş mətni genişləndirmək və da -
vam etdirmək məqsədi ilə yaradıcı plan
tutur.
Mətnə yeni epizod və obrazlar əlavə etmək -
lə yaradıcı plan tutur.
3.1.4. Mühakimə xarakterli kiçikhəcmli rəy-
inşa yazır. 
Verilmiş situasiyaya uyğun kiçikhəcmli
esse yazır.
4.1.1. Sadə formada fonetik təhlil aparır.
Deyilişi və yazılışı fərqlənən sözləri fonetik
baxımdan təhlil edir.
4.1.2. Sözlərin böyük hərflə yazılışına dair
qaydalardan məqamına uyğun  istifadə  edir.
Səma cisimləri bildirən sözlərin böyük hərflə
yazılışına dair qaydanı yazılı nitqində tətbiq
edir.
4.1.7. Cümlə və onun növləri ilə əlaqədar
kiçik təqdimatlar edir.
Cümlələri növünə görə müvafiq durğu
işarəsi ilə tamamlayır.
KAİNAT HAQQINDA
BİLİRİK
İSTƏYİRİK BİLƏK
ÖYRƏNDİK
211
KAİNATIN SİRLƏRİ
Çap üçün deyil


Yüklə 4,66 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə