Yazıçı, 1982 nəşrləri əsasında təkrar nəşrə hazırlanmışdır. Tərtib edəni və ön sözün müəllifi: Hüseyn İsmayılov



Yüklə 9,66 Kb.
Pdf görüntüsü
səhifə33/35
tarix29.01.2018
ölçüsü9,66 Kb.
#22647
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   35

_______________Milli Kitabxana________________
Aşıx Alı duva istər pirinnən,
İltifat nəzərinnən, öz qüdrətinnən.
Bir dürr xəlq eylədi qüdrət sərinnən,
O dürrün içində nur nədən oldu?
Söz tamama yetdi.
Əsmər  xanım  cavaf  verə bilmədi.  Mehtixan Əsmər  xanımın  boyunbağısından
tutuf sürüdü meydanın ortasına. Dedi:
- Aşıx Alı, bunun canı da, pulu da sana halaldı. Nə desən, o da olajax.
Aşıx Alı dedi:
- Mehdixan, qardaşım, çox sağ ol.
Mən bu xanımı bağladığıma görə aparsam, Göyçə mahalında mana nə deyəllər.
Deməzdərmi,  bu  öz  deyiklisinə qovuşmax  üçün  pul  qazanmağa  getmişdi,  yoxsa
deyişif arvad almağa. Yaxşısı budu, toy xərcimi versin, gedim öz istədiyimi alım,
toyumu eliyim.
Əsməri buraxdılar ki, gedif pul gətisin. Bir azdan Əsmər xanım əlində iki kisə
qızıl pulnan qayıdıf gəldi. Pulları Alıya verif dedi:
- Aşıx  Alı,  sənin  kimi  oğula  tək  pulum  yox,  canım  da  qurvandı. Ürəyimi
istəsən, onu da sana əsirgəmərəm. Qalyan-qorçu da qoy getsin mənim qızdarımnan
pulunu alsın. Onnara tafşırmışam.
Əsəd ayağınnan yeri qurdalıya-qurdalıya dedi:
- Onun özü mənim olmuyannan sonra, pulunu zəhrimara döndərrəm.
Camaat  dağıldı.  Mehdixan  aşıxları evinə apardı.  Eloğlannarının  şərəfinə gözəl
bir  məclis  düzəltdi.  Yaxşıca  yeyif-içif,  dincəldilər.  Savah  tezdən  xanımın
qaravaşdarınnan biri gəlif dedi:
- Aşıx Alı, xanım sizi çağırır.
Aşıx  Alı duruf,  sazını  da  götürüf  Mehdixannan  halal-hümmət  eliyənnən  sonra
Əsmər  xanımın  yanına  gəldi.  Bunnar baxıf  gördülər  ki,  sufra,  yemək-işmək  öz
yerində.  Amma  xanım  bu  dəfə başqa  livasdaydı.  Hürü  də,  pəri  də,  mələk  də onu
görsə utandığınnan  qaçıf  gizdənər,  üzə çıxmazdı.  Təpədən  tökülən  saç  alaçıx
çuvuğu  kimi  yernən  gedirdi.  Xanımın  zülfünün  yarısı  sinəsinin üstünə tökülüf
səhərin mehinnən dərddəşirdi. Bir az söhbətdən sonra Əsmər xanım üzünü qızdara
tutuf dedi:
- Qızdar, belə qara söhbətdərdən bir şey çıxmaz, sazımı mana gətirin.


_______________Milli Kitabxana________________
Onun  sazını  gətirdilər. Əsmər  xanım  sazını  sinəsinə basıf  şüm-şad  barmaxları
pərdələr üstündə gəzdirməyə başdıyanda qalyan-qorçu Əsəd Aşıx  Alının qulağına
pıçıldadı:
- Aşıx  Alı,  burda  alver  məsələsi  olsa,  sənin  nişannın  var,  bunu  öz  adına  al,
mana  ver.  Aylığımnan  tutarsan.  Gözdəri bahar  buludu  kimi  dolmuş Əsmər  xanım
məlul-məlul Alının üzünə baxıf görək nə dedi:
Arifi-xoşkəlam, tutiyi-imran,
Gəl al məni, mən də sənnən varalım.
Kimdi bu dünyanın axırın görən?
Gəl al məni, mən də sənnən varalım.
Aşıx Alı baxıf gördü kü, Əsmər xanımın fikri ayrıdı. Öz-özünə fikirrəşdi ki, bu
nə qədər gözəl olsa da, mənim öz istəklim, öz elim, öz ovam var. Camahat mana nə
deyər? Hamı dədəmin göruna söyməzmi?!
Alı öz-özünə fikirrəşdi,  amma  gərək  elə eliyim  ki, Əsmər  xanımın  da  qəlbi
mənnən qalmasın. Bu xəyalnan Aşıx Alı aldı görək nə dedi:
Sənəmlər sənəmi, gözəllər xası,
Necə deyim sən də mənnən varalı.
Ayıfdı aləmə düşməsin səsin,
Necə deyim sən də mənnən varalı.
Aldı görək Əsmər xanım öz dərdi-dilini nejə izhar elədi:
Aşiq oldum sənin şirin dilinə,
Dərya kamalına, gövhər, ləlinə,
Qəbul eylə məni, apar elinə,
Gəl al məni, mən də sənnən varalım.
Göhər gəlif dürr mədanın tutufdu,
Yaxşıyı qaldırıf, yaman atıfdı,
Baxtı yazan məni sana yazıfdı,
Gəl al məni, mən də sənnən varalım.
Qalyan-qorçu Əsəd dedi:


_______________Milli Kitabxana________________
- Aşıx  Alı,  daha  burda  nə Mehdixan  var,  nə də camahat.  Onun sözünü  yerə
salma. Denən alajam. Sonra mən deyən kimi eliyərik.
Aşıx Alı dedi:
- Aya, elə danışırsan, elə bil dünya görmüyüfsən. Özünü niyə biyavır eliyirsən?
Onnan  sana  arvad  olar?  Xanzadələr,  bəyzadələr ona  söz  deməyə cəsarət eləmir.
Yuyulmamış qaşıx kimi ortuya nə düşüfsən?
Aldı görək Alı Əsmər xanıma nə dedi:
Bir xalın bəzirgan, bir xalın hajı,
Bir xalın qiymattı Urum xəracı.
O dünya, bu dünya sən mana bajı,
Necə deyim sən də mənnən varalı.
Əsmər xanım baxıf gördü kü, aşıx buna bajı deyir. Əli yerdən, göydən üzüldü.
Dərinnən bir ah çəkif aldı sözün o biri xanəsini:
Əsmərəm, səninlə olaydım sirdaş,
Ağlaram, eynimnən gedər qannı yaş.
Sən ki, bajı dedin, sən mana qardaş,
Qardaşımsan, bu ilqarda duralım.
Aşıx  Alı işin belə qurtarmasına  çox  sevinif,  aldı  görək  sözünün  sonuncu
xanəsində nə dedi:
Aşıx Alı nə xəyala dalıfsan?
Heyva kimi, saralıfsan-solufsan.
İlqar verif bajı-qardaş olufsan,
Sona qədər bu ilqarda duralım.
Söz tamama yetdi. Əsmər xanım Aşıx Alıya bir dəst bəy paltarı, dəvə yununnan
başdıx, məngülə arxalıx, gümüş vəznəli çuxa, bir də bir buxara papax bağışdadı, -
Aşıx Alı, bu da mənnən sana bajı payı, - dedi. Sonra Alıya toy nəməri bir kisə də
qızıl verdi.
Görüşüf-öpüşüf,  halal-hümmət  eliyənnən  sonra  bunnar  vətənə yola  düşdülər.
Qalyan-qorçu yaman tələsiyirdi. Tez-tez Alıya deyirdi:


_______________Milli Kitabxana________________
- Bə sən  deyirdin adna  axşamı  gedəjiyik,  cümə günü  yola  düşməliyik.
Yolumuzu gözdəməkdən evdəkilərin gözünün kökü saraldı.
Ərzurum  dağlarının ətəyində qalyan-qorçu  bir  də onu  tələsdirəndə Alı  sazı
sinəsinə basıf qəmli-qəmli oxumağa başdadı.
Budu gəldi aylar sultanı Novruz,
Dolandı ruzigar, havalar keşdi.
Dəli könül gündə yüz xəyal eylər,
Balalı sərimnən sevdalar keşdi.
Başına mən dönüm, ey şahı-doxtər,
Apardı ağlımı gözdəri xumar.
Tapmadım ömrümə bir münasib yar,
Neçə məleykələr, sonalar keşdi.
Alı deyər bu qəm məni bürüdü,
Eynim yaşı sel-sel oldu, yeridi.
Cavan canım qürvət eldə çürüdü,
Neçə çərşənbələr, cumalar keşdi.
Bu  sözü  qurtarannan  sonra  onnar  başdadılar getməyə.  Bir  az  gedənnən  sonra
gəlif  İydir  şəhərinə çatdılar.  Bir  az  da  gedif  çatdılar  Axuranın  yalına.  Artıq  Ağrı
dağı görünürdü.
Aşıx  Alıya  demişdilər  ki,  Ağrı dağının  yanınnan  getmiyin.  Orda  yeddi  zilan
qaçağı var, sizi saxlayıf soyajaxlar.
Aşıx Alının sazının simi qırılmışdı. Sazını düzəltdirmək isdiyirdi. Bir də baxdı
ki, əli silahlı, yeddi nəfər Ağrı dağınnan enif onnara tərəf gəlir.
Aşıx Alı böyük bir daşın dalına girif sazı daşın üstünə qoyuf dedi:
- Ayə, tərpənməyin silahları qoyun yerə. Yoxsa hammızı dənniyəjəm.
Zilan  qaçaxları baxıf  gördülər  ki,  qavaxda  qəribə bir  silah  görünür.  Doqquz
nişanə götürən qaraulu var. Bunnar yalvarmağa başdadılar.
- A  qardaş,  vallah,  biz  düzgün  adamlarıx,  düşmanmyıx,  ona görə dağlara
çəkilmişik. Bizim siznən nə işimiz var?
- Ayə, sizə demirəm tökülün atdan, silahları yəhərin qaşına keçirdin!
Onnar atdan düşüf, silahları, qatarrarı yəhərin qaşına keçirtdilər.
Aşıx Alı dedi:


Yüklə 9,66 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə