Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə30/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   189

bu «günahsız müqəssirlərə» qarşı onların xalq, millət, mədəniyyət yolunda etdiklərinin 

mində  birini  etməmiş  «rüsxətli  igidlər»  dünən  vəsf  etdiklərini  bu  gün  rüsvay  etmək 

üçün  yarışırlar.  Deyə  bilərlər  ki,  bunu  ayrı-ayrı  müəlliflər,  hətta  bir-birinə  zidd 

mövqelərdə  dayanan  qələm  sahibləri  yazır.  Babəki  islam  dininə  qarşı  mübarizə  etdiyi 

üçün  qınayanın  Şah  İsmayıl  Xətai  ilə  işi  yoxdur.  Şah  İsmayılı  Osmanlı  sultanıyla 

müharibəyə görə tənqid edən Koroğluya dəyib toxunmur, Koroğlunun bəylərə, xanlara 

qarşı çıxdığını bəyənməyən Mirzə Fətəlidən söz açmır, Mirzə Fətəlini çar məmuru kimi 

ifşa  edən  Sabirə,  Mirzə  Cəlilə  sataşmır,  Mirzə  Cəlilin,  Sabirin  mövhumata  qarşı 

yazılarından narazı qalanların Nərimanov yadlarına düşmür, Nərimanovu yalnız mənfi 

səciyyələndirənlər  Üzeyir  Hacıbəyovu  hələ  ki,  sakit  buraxıblar  («Əsli»  obrazına  görə 

onu  da  qara  siyahıya  salanlar  tapılar).  Bəli,  bu  belədir,  hər  bir  tarixi  şəxsiyyətə  qarşı 

ayrı-ayrı  müəlliflər hücum edir, amma küll halında bu tək-tək atmacalar cəmləşib çox 

müdhiş bir mənzərə yaradır. Yəni bütün keçmiş irsimiz şübhə altına alınır, yeni yetişən 

nəsillərin ürəklərinə, beyinlərinə inkarçılıq, bəyənməzlik, bütün keçmiş irsə inamsızlıq 

toxumları  səpilir.  Hələ  onu  demirik  ki,  20-ci  il  28  Apreldən  sonra  yaranan  bütün 

ədəbiyyatımız  şərəfsiz,  riyakar  və  sairə  təhqiramiz  sözlərlə  damğalanır.  Bu  növ  ifrat 

inqilabi çıxışlar sütül cavanlar tərəfindən ediləndə bunu hələ qızılça, göyöskürək kimi 

uşaqlıq  xəstəliyi  saymaq  və  bağışlamaq  olar.  Amma  yaşı  yetkinlik  çağına  çatmış 

nüfuzlu  müəllifin  37-ci  ildən  salamat  çıxan  bütün  ziyalıların  gölgəsini  (daha  doğrusu 

ruhunu) qılınclaması miskin qisasçılıqdan, naxələf nankorluqdan başqa bir şey deyildir. 

70 ilin totalitar rejiminə qarşı bəziləri eyni totalitar münasibətlə çıxış edirlər. Yəni 

bu  illərin  ucdantutma  bütün  mədəni  dəyərləri,  sənət  uğurları,  ədəbi  nailiyyətləri,  elmi 

qazancları  və  təbii  ki,  ilk  -növbədə  onların  yaradıcıları  kobud  və  bəhərsiz  inkarçılıq 

mövqeyindən  ləkələnir.  Halbuki  XX  əsrdə  və  o  sıradan  son  70  ildə  Şimali 

Azərbaycanda yaranmış İncəsənət, Ədəbiyyat, Elm sahəsindəki ən uğurlu əsərlər Şərqin 

və  Qərbin  bir  çox  ölkələri  üçün  örnək  ola  bilər.  Hər  halda  bizim  son  onilliklərdə 

yaranmış  şeirimiz,  nəsrimiz,  musiqimiz,  təsviri  sənətimiz,  kinomuz,  teatrımız, 

memarlığımız,  elmimiz  üçün  xəcalət  çəkməyə,  utanmağa  heç  bir  əsasımız  yoxdur, 

əksinə  fəxr  etməyə,  öyünməyə,  qürurlanmağa  tam  haqqımız  var.  Bəsdir  yarımçıqların 

meydan  sulaması,  yetər  hər  növ  kəmfürsətlərin  müqəddəs  saydıqlarımızı  tapdalaması, 




yetər  xalqın  tarixi  yaddaşını,  güvəndiyi  ədəbiyyat,  sənət,  elm  nümunələrini  və 

numayəndələrini  hərrac  bazarına  qoyduğunuz!  Tanınmışları  tapdamaq    özünü  tanıda 

bilməyənlərin  yeganə  özünütəsdiq  vasitəsidir.  Bu  günün  az-çox  tanınmış  ziyalılarına 

qarşı həyasız hücumlar, böhtanlar, iftiralar, yalanlar da eyni cəhdin davamıdır. Ən çətin 

illərdə  susanlar,  ya  səslərini  qısanlar  indi  o  illərdə  səslərini  qısmayanların  və 

susmayanların ittihamçısına çevriliblər. Bəla ondadır ki, bu bayağı qeybətlərin, bu iftira 

və  böhtanların  da  öz  müştərisi,  öz  alıcısı  var  və  üfunətli,  çürük  malını  baha  satmaqla 

tirajlarını,  deməli  maaşlarını,  qonorarlarını  artıran  qəzetlər  də  fürsəti  fotə  vermirlər. 

Amma bu ucuz oyunlar xalqımızın mənəviyyatı üçün baha başa gələ bilər.  

Mədəniyyətimizin  yalnız keçmişini deyil, gələcəyini  də itirə  bilərik.  Bu  real bir 

təhlükədir. 

XX əsrin əvvəli Azərbaycan mədəniyyətinin yüksəlişiylə başlamışdısa və keçən 

dövr  ərzində  bütün  çətinliklərə,  təzyiqlərə,  təqiblərə,  ölümlərə,  itimlərə,  sürgünlərə 

baxmayaraq  bu  irəliləyiş  pillə-pillə,  addım-addım  davam  edirdisə  -  XX  əsrin  sonu 

mədəniyyətimizin süqutuyla tamamlana bilər. 

İnqilab  və  mədəniyyət  --  bu  iki  sözü  nə  qədər  uzlaşdırmağa  çalışmışlarsa  da, 

onlar çətin uyuşur. İnqilab hər şeyin kökündən dəyişməsi, sarsılması, yıxılıb dağılması 

və  yenidən  tamam  başqa  cür  tikiləcəyinə  ümidlərlə,  -  bəzən  elə  ümid  və  xəyal  olaraq 

qalan ümidlərlə  -  bağlıdır.  Mədəniyyətin  isə  əsas  prinsipi  ardıcıllıqdır,  davamiyyətdir, 

vərəsəlikdir, bünövrələrin üzərində ucalmaqdır. 

«Ot kökü üstündə bitər» deyimi inqilaba yox, mədəniyyətə aiddir. Hər bir inqilab 

bütün olan-qalanı darmadağın etməkdən başlanır və ilk tarmar edilən  - mədəniyyətdir. 

Talanlar ziyalılardan başlanır. Hər vəzifə başına gələn elə hesab edir ki, o şeiri şairdən, 

musiqini  bəstəkardan  daha  yaxşı  başa  düşür,  aktyora  aktyorluğu,  rəssama  rəssamlığı, 

alimə alimliyi öyrətmək  onun alnına yazılıb. 

Əlbəttə,  ədəbiyyatın,  sənətin  öz  daxili  inqilabları,  estetik  sıçrayışları,  forma, 

üslub,  ifadə  cəhətdən  yeniləşmə  qanunları  var.  Amma  bu  estetik  dəyişmə  siyasi 

meyllərin dəyişməsiylə bağlananda, sənətin iflası başlanır. 

Əgər  bu  gün  mədəniyyətimiz,  elmimiz,  ədəbiyyat  və  sənətimiz  böhran  içində 

çapalayırsa, sabah onların halvasını çalmaq məqamı gələcək (o vaxta un və şəkər qalsa). 




Ədəbiyyatın  yaşaması  üçün  kitab  nəşri,  ədəbi  jurnallar,  ədəbiyyata  maraq 

göstərən  qəzetlər  lazımdır.  Nəşriyyatlarımız  özünü  iqtisadi  cəhətdən  saxlamaq 

məcburiyyəti qarşısında əyləncə və bulvar ədəbiyyatına meydan verəcəksə hansı həqiqi 

və  ciddi  ədəbi  ölçülərdən  danışmaq  olar?  Qalın  və  nazik  ədəbi  jurnallarımız, 

almanaxlarımız,  maddi  çətinliklər  ucbatından  qapanacaqsa  -  kim  əsər  -  illah  da  iri 

həcmli  əsər  -  roman,  povest,  poema,ətraflı  tədqiqat  yaratmağa,  sanballı  tərcümələrə 

girişər?  Tək-tük  fədakarlar  tapılsa  belə  onların  yaradacaqları  «sandıq  ədəbiyyatının» 

oxucusu  olmayacaq  və  həqiqi  ədəbiyyatsız  yetişən,  ana  südü  əvəzinə  əmziyə,  qida 

yerinə saqqıza alışmış yeni oxucu nəsilləri gələcəkdə  «sandıq» ədəbiyyatına da maraq 

göstərməyəcək.XX  əsrin  son  onilliyində  Azərbaycanda  yazılı  ədəbiyyatın  öz  yerini 

yazısız, yəni şifahi ədəbiyyata vermək qorxusu realdır. Nasirlər nağıl danışmağa, şairlər 

sazla şeirlərini oxumağa alışmalıdırlar. (O vaxtacan saz istehsalı da bitib-tükənməsə). 

Ədəbiyyatsız  yetişən  nəsillər  həm  də  milli  kinosuz,  teatrsız  yetişəcəklər,  çünki 

sənətin bu sahələri, bu qolları bir-biriylə sıx bağlıdır. 

Kinomuzun yalnız gələcəyini deyil, keçmişini də itirə bilərik. 

Kinomuzun tarixi yerli-dibli silinib yox ola bilər. Sözün hərfi mənasında. Yaxşı-

yaman kinomuzda nə yaranmışsa  -- bütün filmlərimizin oricinalları, əksər hallarda isə 

yeganə nüsxələri Moskvada, kino və televiziya saxlanclarındadır. Onların qorunub hifz 

olunacaqlarına kim zəmanət verə bilər?  

Neçə  ildir  ki,  Azərbaycanda  opera,  balet,  iri  simfonik  əsərlər  yaranmır. 

Heykəltəraşlıq  sahəsində  müəyyən  canlanma  var  --  xeyli  heykəl  uçurmuşuq,  -    çox 

yaxşı,  amma  sənətkarlıq  və  vəsait  ayırma  baxımından  o  uçurulan  əsərlər  miqyasında 

abidələr ucalda biləcəyikmi? 

Milli  dövlət  teatrımız  keçmişin  səyyar  truppaları  səpkisində  sərgərdan  həyat 

sürür.  İstedadlı  diricorlarımız,  ustad  musiqi  ifaçılarımız  peşələrinin  tam 

perspektivsizliyini görüb xaricə gedirlər. 

Amma  xaricə  mühacirətdən  daha  ağır  mühacirət  -  daxili  mühacirətdir.  Yəni  elə 

yaşadığın yerdəcə qalırsan, amma öz peşəndən mühacirət edirsən, vətəndən ayrılmırsan, 

ömrünü həsr etdiyin sənətdən ayrılırsan, yazmağa, yaratmağa, oxuyub-çalmağa, film, ya 

rəsm  çəkməyə  -  bir  sözlə,  sənətə,  ədəbiyyata  biganələşirsən,  həvəsini,  səriştəni, 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə