Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə173/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   169   170   171   172   173   174   175   176   ...   189
    Bu səhifədəki naviqasiya:
  • ANAR

571 

 

 Belə başa düşürəm  ki,Elçin  məhz  buna görə  məndən inciyib,bunu ürəyinə  salıb  və 



çox illər sonra bu epizodu mətbuata çıxarmağı lazım bilib.Onu da deyim ki,İlyas müəllimin 

sağlığında  da,o  rəhmətə  gedəndən  sonra  da  onun  haqqında  səmimi  yazılar  yazmiışam, 

onunla 

bağlı 


bütün 

tədbirlərdə 

(yubileylər, 

xatirə 


lövhəsinin 

açılışı,elmi 

konfranslar,kitabların  təqdimatı,doğum  və  ölüm  günlərində  məzarını ziyarət və s.)həmişə 

iştirak və çıxış etmişəm. 

Atamı və anamı itirdiyim ağır günlərimdə Elçinin mənə dayaq olmasını da heç vaxt 

unutmuram və bu barədə də yazmışam… 

Mənim  beynimlə  ürəyim  arasında  heç vaxt  bir təzad  olmadığı  üçün  Elçini  də başa 

düşürəm. Taleyimin bu mürəkkəb çağında,hər yerindən kal duran adamın haqqımda ağzına 

gələni  yazdığı  bir  vaxtla  rasionallıq  və  praqmatiklik  baxımından  bir  bəhanəylə  mənlən 

uzaq  durmaq,  yəqin  ki,daha  sərfəli  imiş.  Əgər  əsassız  bir  səbəbə  görə  qırx  illik  dostluq 

şübhə altına alınırsa,buna yalnız təəssüf etmək olar. 

Müsahibənin  sonunda  Elçin bəyan  edir  ki,tək  dostu-  özüdür.  Tək  dostu  yalnız  özü 

olan  adam  xoşbəxtdirmi?  Mən  Elçinə  xoşbəxtlik,yaradıcılıq  uğurları  və  yeni  dostlar 

arzulayıram.  

Köhnə dostu ANAR      

 «525-ci qəzet» 2 iyul 2007 

 

 

 



 

 

 



«BÖYÜK BİR MÜSAHİBƏYƏLƏ BAĞLI KİÇİK QEYDLƏR»  MÜƏLLİFİ, 

KÖHNƏ DOSTUM ANARA LAP KİÇİCİK BİR MƏKTUB 

 

Əzizim Anar! 




572 

 

Sənin  fikrincə  «ədəbiyyatımızın  bügünkü  durumu  ilə  bağlı  bəzi  məqamlarda 



subyektiv olsa da,maraqlı mülahizələr»dən ibarət mənim «böyük» müsahibəmlə bağlı kiçik 

qeydlərini  oxudum  və  bu  qeydlərin  nə  dərəcədə  obyektiv  olub-olmadığı  barədə  bir  söz 

demək  istəmirəm,amma,hər  halda,  «adım  çəkilməsə  də,mənə  aid  olduğu  üçün»  - 

deyib,məsələni mətbuat vasitəsilə abdaad açıb-ağartmağın,yəqin ki, obıvatel üsün maraqsız 

olmadı… 

Bəyəm  mən  ad  çəkə  bilməzdim?  Sadəcə  olaraq,mənim  o  sözlərim 

dostluqdan,ünsiyyətlən söhbət düşdüyü üçün,adsız  və məişət xarakterli bir giley-güzar idi 

və sənin onu beləcə qabartmağın,hətta bu dərəcədə dramtikləşdirməyinə ehtiyaz var idimi? 

Məncə, yox. «Qoy oxucular da məsələnin mahiyyətindən agah olsun»- deyə, çox nigaran 

hesab etdiyin oxucuları öz yozumunda məsələdən hali etdikdən sonra yaşırsan ki,  «əgər 

əsassız  bir  səbəbə  görə  qırx  illik  dostluq  şübhə  altına  alınırsa,buna  yalnız  təəssüf  etmək 

olar» 


Ancaq,əziz qardaşım, əsassız bir mətbəb səni niyə bu qədər əsəbiləşdiribƏsassız bir 

səbəb  də bu dərəcədə «açaram sandığı,tökərəm pambığı» hikkəsi yaradar? Bəlkə  o fikri 

də  bir  balaca  yaxına  buraxasan  ki,lap  kiçicik  də  olsa  bir  «əsas»  var?  Nə  isə,mən 

təzədən,mətbuat  səhifəsində,sənin  sözlərinlə  desəm,    «məsələnin  mahiyytinə» 

varmağı,təfərruata  getməyi,nələrisə  ciddi-cəhdlə  sübula  yetirməyi,sənin  dedikləinə  çox 

asanlıqda  lazımı  düzəlişlər  verməyi,doğrusu  özumə  də,bizim  onilliklər  boyu 

münasibətlərimiizə  də  yaraşdırmıram  və  buna  görə  də  «məsələnin  mahiyyətnə»  nöqtə 

qoyuram. 

 «Məsələnin  mahiyyətindən»  kənarda isə,sənin  «Böyük bir  müsahibəylə  bağlı  kiçik 

qeydlərin»də bir məqam məni təəccübləndirdi,başqa bir məqam məndə təəssüf doğurdu,iki 

vacib  məqam  isə  məni  sevindirdi.Rəhmətlik  atamla  bağlı  iştirak  etdiyin  tədbirləri  bir-bir 

sadalayırsan, sən, nədir, hər dəfə bunları bir-bir dəftərinə qeydə alırsan ki,sonra da beləcə 

sadalayasan:  Doğrusu  bu  məni  təəccübləndirdi,bir  az  köhnə  təbirlə  desəm,  rəncideyi-hal 

etdi.Burasını  da  mənə  xatırladırsan  ki,  «onun  haqqında  səmimi  yazılar  yazmışam»  və 

bunda da bir minnət qoymaq ab-havası olduğu üçün, düzü, mənim heç xoşuma gəlmədi. 



573 

 

Bunlar belə. Keçirəm dediyim həmin təəssüfə.Yazırsan ki,Türkiyədə «Elçinin zənn 



etdiyi  kimi  dincəlməyə,  yeyib-içməyə  yox,  işləməyə»  gedibsənmiş.  Bax,  buna  sidq-

ürəkdən  təəssüf  etdim  ki,  həmin  Türkiyə  səfərində  dincəlməyə,  yeyilb-içməyə  imkan 

olmayıb.Bəyəm bu pis şeydir? Umid edirəm ki,heç olmasa orada yaxşı işəyə bilmisən. 

İndi  də  «Böyük  bir  müsahibəylə  bağlı  kiçik  qeydləri»indəki  həmin  sevindirici 

məqam haqqında. 

Birinci  məqam:yazırsan  ki,  sənin  beyninlə  ürəyin  arasında  heç  vaxt  bir  təzad 

olmayıb».  Bax,  bu,  həqiqətən  qibtə  ediləsi  və  yazıçı  üçün  unikal  olan  gözəl  bir 

xüsusiyyətdir.Sənin  bu    xüsusiyyətini  doğrusu,mən  bilmirdim.Köhnə  dostun  kimi,buna 

sevindim. Beyinlə ürək arasındakı belə bir daimi harmoniyadan gözəl nə ola bilər? 

İkinci məqam: mənə,nə ğizlədim,çox çətin bir sual verirsən: «Tək dostu yalnız özü 

(yəni mən --E.) olan adam xoşbəxtdirmi?» Təkrar edirəm,çox çətin sualdır!.Buna asanlıqla 

cavab vermək olmaz. Və belə bir sualı,təbii ki, yalnız özü xoşbəxt olan adam verə bilər. 

Bax  buna    görə  də  mənim  üçün  çox  xoşdur  ki,köhnə  və  sevimli  dostum  Anar  beləcə 

xoşbəxt  bir  adamdır!  O  ki,qaldı  «rasionallıq  və  praqmatiklik  baxımından  bir  bəhanəylə 

məndən(yəni Anardan -- E.) uzaq durmaq ehtimalına ,ğörə onu deməklə kifəyətlənirəm ki, 

səndəki  o  gözəl  beyinlə  ürək  arasındakı    harmoniyaya»  faciə  qəhrəmanlarına  xas  olan 

vasvası düşüncələrələ xələl gətirmə, çünki həqiqətən,heç bir əsas yoxdur.  Əziz dostum! 

 «Böyük  bir  müsahibəylə  bağlı  kiçik    qeydləri»ndə  mənə  bildirdiyin  xoş  və 

səmimiliyinə  heç  vəchlə  şübhə  etmədiyim  arzularına  görə    (  «Mən  Elçinə 

xoşbəxtlik,yaradıcılıq  uğurları  və  yeni  dostlar  arzulayıram»)  sənə  dərin  təşəkkürümü 

bildirirəm. Təki,sənin bu gözəl arzuların çin oslun! 

Ona görə də sağ ol ki,heç olmasa mənim o adsız gileyimi qərəzli  hesab etmədiyini 

yazmısan.Doğrudan da,bizim aramızda hansı qərəzdən söhbət gedə bilər? Mənim ürəyimdə 

sənə qarşı məhəbbətdən başqa heç nrə yoxdur.Və  əzizim Anar,inan ki, bu yerdə mənim  də 

beynimlə ürəyim arasında,səninki qədər olmasa  



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   169   170   171   172   173   174   175   176   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə