Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə175/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   171   172   173   174   175   176   177   178   ...   189

577 

 

milli  poeziyamızın  ürəklərdən  silinməyən  ənənələrindən?  Yazıçılar  Birliyinin  qorxunc 



əntiq binasından? Ya bəlkə özündən? 

AFAQ MƏSUD.  

«Öz üzünü yazan adam. 

 Dünyaya və göylərə Azərbaycandan daha yaxın olan böyük Vaqif Səmədoğluna»  

«Azadlıq» qəzeti 3-5 aprel 1999 

Bəzən  bir    qədər  çılpaq  və  kobud  ədəbi  üslubumda    qəlbinə  toxunduğum  Anara 

kitabımı göndərərkən titul səhifəsində belə bir bənd yazmaq fikrinə düşdüm:  

Tez-tez məndən inciyib 

Qəlbində gileylənən 

-Afaq da dönük çıxdı.. 

-deyib əlin yelləyən 

Anaradır bu kitab 

Ədəbiyyat naminə 

Afaqa gətirsin tab… 

Sonradan  onun  bundan  da  inciyəcəyindən  qorxub,bəndin  əvəzinə:  «Hörmətli  Anar 

müəllimə » yazdım. 

AFAQ MƏSUD. 

Duyğular imperiyası. 

«Azadlıq» qəzeti 23 fevral 2000 

Vaxtilə «Azərbaycan» jurnalında(№2 1980) faşist Franko rejimi dörvünün görkəmli 

yazarı Anna Mariya Matutenin maraqlı bir yazısı dərc olumuşdu. Həmin məqaləni dilimizə  

çevirib,yazar haqqında qısa məlumatı bizə təqdim elən isə Anar idi.Məqalədə təsvir olunan 

mühit  elə  o  zaman  bizə  yaman  tanış  gələcəkdi  və    fikirləşəcəydik  ki,yəqin  Anar  bu 

məqaləni  bizlərə  əbəs  yerə  təqdim  etməyib.Məqalədə  təsvir  olunun  dövr  süqutu  labüd 

kommunist  rejimi  dövrünün  bir  başqa  üzü  deyildimi?  O  zaman  isə  bunu  ancaq  beləcə, 

dolayıı yolla söyləmək mümkün idi.Çünki azad düşüncə, fikir və əqidə sərbəstliyi Anarın 

təmsil  etdiyi  ədəbi  nəslin  də  arzu  və  ümidlərində  yaşayırdı.  O  arzu  və  ümidləri 



578 

 

gerçəkləşdirmək  vəzifəsinin  məhz  onların  üzərinə  düşdüyünü  qeyri-ixtiyari  da  olsa  dərk 



edirdilər. Elə ona  görə də 60-cı illərdə Azərbaycan  ədəbiyyatında öz yerini tapan Anar 

imzası sadəcə daşıdığı adın ilkinliyi ilə yox,həm də üzərinə düşən o vəzifənin zamanında 

dərki ilə oxucuya yeni nəsə deyirdi.A nna Mariya Matute «Biz ona görə yazmağa başladıq 

ki,narazıydıq»  -demişdi.  «Biz-  o  vaxtın  gəncliyi  ətrafımzı  sarmış  riyakarlıq, 

saxtakarlıq,yalan,  nadanlıq,  cəhalət,  anlaşılmazlıq  mühitində,hər  azad  düşüncənin 

boğulduğu  bir  şəraitdə  yaşayırdıq,  nəfəs alırdıq, daha  doğrusu  nəfəs  almağa  çalışırdıq»  - 

Anarın  bu  sözləri  həmin  o  ispan  yazıçısının  fikirlərinin  davamı  kimi  səslənirdi…»  Ona 

görə də Anar və onunla bərabər 60-cı illərdə ədəbiyyata gələnlər yazmaya bliməzdilər.  



ZEMFİRA  ƏSƏDULLAYEVA. 

Atalar və oğullar. 

«Azərbaycan»  jurnalı №1 2005 

 

Mənimçün  bu  sözlər,həm  də  dünyadan  vaxtsız  getmiş    həssas  bir  qələm  sahibinin 



sözləri  -çox  dəyərlidir.Deməli  heç  bir  təşəbbüs  hədər  deyilimş,heç  bir  iş  boş  yerə 

görülmürmüş,heç  nə  əks-sədasız  qalmırmış.  Torpağa  atılmış  toxumlar  cücərib  baş 

qaldırdığı kimi beyinlərə səpilən fikirlər də zamanında yetişəcəkmiş. 25 il bundan qabaq 

dərc olunmuş bir tərcümə də kiminçünsə - qoy bu lap bir ya iki nəfər düşünən insan olsun - 

təsirsiz qalmayıb,dolayı yolla olsa da çatdırmaq istədiyim fikirlər,hisslər,mənəvi ismarışlar 

ünvanına çatıb. 

ANAR. 

Mətnlər.Əsərlərinin 6-cı cildində 

 

 

 



579 

 

YAZIÇILARIN AVTOBUS SÖHBƏTLƏRİNDƏN: 



 

ANAR:  Bayaqdan  bəri  etdiyiniz  söhbətlərə  mən  də  fikrimi  bildirmək 

istəyirəm.Xüsusiylə üç məsələylə bağlı.Birinci məsələ ondan ibarətdr ki, Çingiz deyir,əgər 

dedektiv  oxusaydılar  Qarabağ  məsələsi  başqa  cür  olardı.Sonra  da  özun  misal  gətirisən 

ki,Dostoyevskinin  «Besı»  əsəri  inqilaba  qarşıdır…Rus  xalqı  «Besı»nı  oxuyandan  sonra 

inqilab elədi,kommunizmi gətirdi,smosyalizmi gətirdi və Dostoyevskinin göstərdiyi bütün 

o dəhşətlər ki,vardı, təsəvvur eləmək olardı,hamısı gəldi başına. Yaxud alman ədəbyyatı ki, 

böyük,dahi ədəbiyyatdı, Götesi var, Şilleri var,amma faşizmin qabağını ala bilmədi.Deməli 

ədəbiyyatın  rolunu  şişirtmək  də  lazım  deyil  ki,guya  ədəbiyyat  hər  şeyin  qabağını  ala 

bilər,eyni zamanda alçaltmaq da lazım deyil. İkincisi süjet məsələsi.Bax,mən sizə belə bir 

sücet danışım. Gözəl və cavan qadının əri yaşlı adamdır. O, ərini sevmir.Sonra cavan bir 

adama rast gəlir,ondan xoşlanır,onunla yaşamağa başlayırlar,ərindən ayrılır. Axırı da faciə 

ilə qurtarır.Bu hansı əsərin süjetidir? 



ÇİNGİZ  ABDULLAYEV:  «Anna Karenina» 

ANAR: Bəli,amma eyni zamanda da «Madam Bovari» bu süjetdədir.Süjetin görünür 

bir  o  qədər  əhəmiyyəti  yoxdur.  «Anna  Karenina»  rus  romanıdır,rus  xarakteri,rus 

insanlarıdı,  «Madam  Bovari»  də  fransız.Demək  məsələ  süjetdə  deyil.  Məsələ  o  süjetin 

içində olan həyat materialı,milli xarakterlər,həyat tərzindədir.Əsas bax budur. 

Üçüncü məsələyə keçək Azərbaycanda rus məktəblərinə. Xahiş edirəm bunu heç kəs 

özünə  götürməsin,sən  də  incimə,mən  də  inciməyəim,heç    kəs  inciməsin.Çünki  biz 

doğrudan  da  ziyalılığı  boynumuza  götürmüşüksə,ziyalılıq  çox  şey  bilməkdir,çox  şey 

oxumaqdır.Rus məktəbini qurtaran Azərbaycan yazıçısı rus ədəbiyyatını gözəl bilir,dünya 

ədəbiyyatını  gözəl  bilir,amma  «Dədə  Qorqud»u  bilirmi,Füzulini  bilirmi,Sabiri 

bilirmi,Vaqifi  bilirmi,Cəlil  Məmmədquluzadəni  bilirmi?Bilmirsə,demək  bu  da  tam  ziyalı 

deyil.Fransız  ziyalısı  Azəbaycan  ədəbiyyatını  bilməsə  də  ziyalı  ola  bilər  Amma 

Azərbaycan  ziyalısı  öz  ədəbiyyatını  bilmirsə,deməli  bu  yarımçıq  ziyalıdır.İstəsək 

də,istəməsək  də  rus  dilində  və  Azərbaycan  dilində  təhsil  ayrı-ayrılıqda  bütöv  ziyalıların 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   171   172   173   174   175   176   177   178   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə