Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə177/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   173   174   175   176   177   178   179   180   ...   189

583 

 

Anarı ön cərgələrə can atan kimi təsəvvür etmək  mümkün deyil. Adətincə hardasa 



kənarda,aralı oturub özünü gözə soxmağa çalışmır, amma qeyri-ixtiyarı olaraq baxışlar onu 

axtarır,ona  yönəlir. 



FƏRHAD  BƏDƏLBƏYLİ 

 

Anarın  həmişə  ictimai-siyasi,ədəbi-bədii  hadisələrin  diqqət  mərkəzində  olmağı  heç 



də təsadüfi deyil.Anar olmayanda belə yeri görünən nadir zialılarımızdandır. Bu gün Anar 

bir yazıçı kimi bizim hamımızdan daha çox yaddadır və daha çox «dildə-ağızdadır». 



MÖVLUD  SÜLEYMANLI 

 

Anarın  şəxsiyyəti  fəaliyyəti  heykələ  layiqdir.  Onun  bir  nadir  istedadı  da  dostluq 

etmək istedadıdır. Bir neçə il bundan əvvəl toplumu hazırlayırdım, gördüm ki, sən demə, 

Anar  hekayələrimi  tərcümə  edibmiş.  Bunu  Anarlan  xahiş  etməmişdim.  Diqqətlə 

tərcümələri  nəzərdən  keçirib  gördüm  ki,  necə  də  sevgi  ilə  edib  bu  işi.  O  zaman  Anar 

populyarlığının zirvəsində idi. İşi -gücü başından aşırdı, məni isə əməlli-başlı tanımırdılar. 

Demək, Anar gecələr yuxusuna haram qataraq bu işi görürmüş. Bax, ona bu nəcib səxavət 

- özü bəyəndiklərini başqalarına da tanıtmaq, sevdirəmk həvəsi xasdır. 



RAMİZ   RÖVŞƏN 

 

«525»-i izləyənlər bilməmiş deyillər ki, üç il əvvəl Elçibəy iqtidarı tərəfindən Ramiz 



Rövşənə  verilən  evin  orderi  ləğv  olunmuşdu  və  şair  artıq  bir  neçə  aydı  ki,  atasının 

Əmircandakı mülkünün yarırütübət otaqlarından çıxıb kirayədə yaşayırdı. 

Görünür,  Yazıçılar  Birliyinin  rəhbərləri  şairin  mənzil  probleminin  real  vəziyyətini 

Prezidentə  çatdira  biliblər.  «Mənə  dedilər  ki,  R.Rövşən  müxalifətə  yaxın  adamdır.  Nə 

olsun!  Müxalifətdə  olanlar  da  bu  ölkənin  vətəndaşlarıdır»  -  deyən  prezident  R.Rövşənin 

mənzil məsələsinin həllinə göstəriş verdi. 

 «525-ci qəzet» 1 noyabr 1997 



584 

 

Anarın  şərhi:  1997-ci  ildə  Yazıcıların  Qurultayı  ərəfəsində  Prezident  H.Əliyev  bir 

gün  yaşlı  yazıçılarla,  səhərisi  gün  gənclərlə  görüşdü.  Yaşlı  yazıçılarla  görüş  zamanı 

B.Vahabzadəyə  və  M.Araza  mənzil  verdiyini  söylədi.  Gənc  yazıçılarla  görüşdən  qabaq 

Prezidentin  yanına  getdim:  «Dünən  iki  yaşlı  şairimizə  mənzil  vermənizi  məmnuniyyətlə 

qarşıladıq,  -  dedim,  -bu  gün  gənclərlə  görüşdə  kirayədə  qalan  istedadlı  şairimiz  Ramiz 

Rövşənə də mənzil vermənizi xahiş edirəm».  

Bildim  ki,  mütləq  Ramizin  müxalifətə  yaxın  olduğunu  çatdıracaqlar,  odur  ki,  bu 

barədə  özüm  dedim  və  R.Rövşənin  ədəbiyyatımızda  xüsusi  yeri  olduğunu  vurğuladım. 

Prezident xahişimi yerə salmadı.(bax,əvvəlki məlumata) 

 

*** 


1988-ci  ildə  televiziyada  Anaraın  50  illiyinə  həsr  edilən  veriliş  hazırlamışdım.O 

verilişdə  belə  bir  fikir  söyləmişdim  ki,  Anar,ola  bilsin,yurdumuzda  yeganə  adamdır    ki, 

tutalım, gecə vaxtı hər hansı bir ucqar kəndimizdə elə birinci qapını döyüb Anar olduğunu 

desə, ona sevinclə qapını açıb qəbul edərlər.  

Sonralar çoxları mənə yanaşıb haqlı olduğumu deyirdilər. 

RAFAEL  HÜSEYNOV  

 

Mənə  elə  gəlir  ki,  Anar  ədəbiyyata  epizodik,ikinci-üçüncü  dərəcəli  rollar  üçün 

gəlməyib.  Elə  bu  xüsusiyyət  ona  həm  bədii,  həm  də  elmi-publisist  yaradıcılığında 

mədəniyyət  tariximizin  ən  qaynar  nöqtələrinə  əl  uzatmaq,  ən  müqəddəs  səhifələrini 

çevirmək  haqqı  kimi  bir  mənəvi  imtiyaz  verib.  Əgər  belə  olmasaydı  o,  bu  ğün  ədəbi-

ictimai  fəaliyyəti  ilə  yanaşı,  Azərbaycanı  qarış-qarış  gəzib  yurudumuzun  Naxçıvanı, 

Qarabağ,  Gəngəsi,  Şəkisi,  Lənkəranı,  Qobustanı,  İçərişəhəri  haqqında  bir-birindən  gözəl 

bədii  publisistik  nümunələr  yarada  bilməzdi.  Bu  kitab  həm  coğrafi,  həm  də  mənəvi 

anlamda Azərbaycanın xəritəsidir 

SABİR RÜSTƏMXANLI 

 



585 

 

Onun yanındaydım,bir nəfər qəbula gəldi. Söhbətə uzaqdan başladı, Anar müəllimin 



xoşuna gələcəyi qətiyyəti ilə Ə.Əylislinin əleyhinə danışmağa başladı. Anar müəllim çox 

sərt  şəkildə  sözünü  ağzında  qoydu:  Əkrəm  böyük  yazıçıdı,  sən  hansı  haqla  o  sənətkar 

haqqında  hədyan  danışırsan,  sən  heç  onun  kəsilən  dırnağı  deyilsən.  Sonra  uzun  müddət 

özünə gələ bilmədi: gör nə günə qalmışıq, kim kimi bəyənmir. Bir dəfə yenə onun otağında 

yığışmışdıq,  xeyli  adam  vardı.  Müasir  ədəbi  prosesdən,  o  cümlədəni  Yazıçılar  Birliyinin 

üzvü  olmayan  qüvvələrdən  söhbət  edirdik.  Mən  də  fikrimi  bildirdim  ki,  onların  arasında 

istedadlı yazarlar çoxdu. Sözümü qurtamamış məclisdəkilərin bəziləri üstümə elə hücuma 

keçdilər ki, özüm özümdən şübhələndim: ilahi, görəsən, mən indiyə kimi xəbərim olmayan 

hansı  günahın  sahibiyəm.  Anar  müəllim  gördü  ki,  deyəsən  bunlar  məni  məhv  etmyə 

çalışırlar söhbətə qarışdı: bu yazığın üstünə niyə düşürsünüz, nə dedi axı? Sonra yenidən 

yanına getdim,  məni xilas etdiyi üçün təşəkkürümü bildirdim,  gülərək dedi «fikir vermə, 

onlar elə bildilər ki, sən adlarını çəkdiklərindən bəziləri məni tənqid etdikləri üçün sənin 

üstünə düşməkləri  xoşuma  gələcək.  Onların bəziləri vəzifədə olanda  məni  tənqid  edirlər, 

amma bunların çoxu sədrlikdən gedəndən sonra məni tənqid etməyə başlayacaqlar». 

Onu insan kimi,sədr kimi belə tanıdım. 

ARİF ƏMRAHOĞLU 

 

     Anar nəsrinin doğmalığı Bakı küçələrinin hər bir tinində yaddan az qala çıxmaq 

istəyən,amma heç cür yaddan çıxmayan xatirələrin doğmalığıdır. Səninlə üz-üzə gələn və 

əsla tanımadığın adamların gözlərinin dərinliyindəki doğmalıdıqdır.Mən bu doğmalığı hər 

bir sətirldən,hər bir mükalimədən aydın şəkildə duyuruam. 

KAMAL  ABDULLA 

 

Yazıçılar  Birliyi  hətta  dövlət  siyasətinə  də  təsir  edə  bilər.  Deməli,  güc  və  təsir 



mənasında  Yazıçılar  Birliyi  və  ona  sədrlik  həm  də  siyasi  postdur.  Ona  görə  də  həm 

müxalifət dairələri,  həm  də hakimiyyət  qurum  rəhbərliyində  kimlərin  təmsil  olunması  və 

kimin  sədr  seçilməsi  məsələsinə  həssaslıqla  yanaşır.  Bir  mənalı  olaraq  Azərbaycan 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   173   174   175   176   177   178   179   180   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə