Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə176/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   172   173   174   175   176   177   178   179   ...   189

580 

 

yetişməsinə  təminat  vermir.O  zaman  çıxış  yolu  kimi  mən  təkliıf  edirdim  ki,  çalışmaq 



lazımdır  rus  məktəblərində  Azərbaycan  dili  və  Azərbaycan  ədəbiyyatı  ciddi  dərs  kimi 

keçilsin və Azərbaycan məktəblərində də rus dili ciddi dərs kimi keçilsin. Bu məktəbləri 

qurtaranlar  heç  fərqlənməsin,  hər  iki  dili    eyni  səviyyədə  bilsinlər.Deyirsən  rus 

məktəblərində  «Robison  Kruzo»nu  oxuyurlar.  Düzdür.  Amma  «Məlik  Məmməd»dən 

xəbərləri  yoxdur.  Demək  bu  da  kəmsavadlıqdı,tam  savadlı  olmaq  deyil.Çingiz,özün 

deyirsən ki, yazıçılar uşaqlarını rus məktəblərinə vermədilər. 



ÇİNGİZ  ABDULLAYEV:  Amma  Səməd  Vurğunun  nəvələri  uce  getdi  rus 

məktəbinə,Rəsul Rzanın nəvələri uje getdi rus məktəbinə. 



ANAR:  Rəsul  Rzanın  bütün  nəvələri  Azərbaycan  məktəbinə  gediblər.  Bəlkə 

Azərbaycan dili bir də ona görə yaşadı .ki,bir neçə yazıçı nəsli azərbaycanca oxudu.Amma 

ziyalıların  böyük  qismi,alimlər,məmurlar  evladlarını  rusca  oxutdular.Proses  belə  getli: 

onlar uşaqlarını  Azərbaycan məktəbələrinə vermədikcə bu məktəblərin səviyyəsi düşdü və 

səviyyə düşdükcə daha çox adam  uşaqlarını bu məktəblərə vermədilər. Əlbəttə,böyük bir 

dili bilmək lazımlır. İngilis dilini, fransız dilini…İndi bizim taleyimiz belə gətirib ki, rus 

dili vasitəsiylə biz tək rus ədəbiyyatını yox, dünya ədəbiyyatını da əxz eləyirik. Buna görə 

də  şübhəsiz  onu  da  yaxşı  bilməliyik.  Bir  neçə  kəlmə  də  rus  dilində  yazan  yazıçılarımız 

haqqında. Burda da kerçəkliyi götürməliyik. Əlbəttə,arzu olaraq,hamımız istərdik ki,bütün 

yazıçılar öz ana dilində yazsın. Amma Azərbaycanda rus məktəbləri varsa və bu məktəbləri 

bitirənlər arasında ədəbi istedadı olan adamlar varsa, onlar təbii ki, rus dilində yazacaqlar. 

Və  onlara  bunu  qadağan  eləmək  lazım  da  deyil,mümkün  də  deyil.Ona  görə  də  mən  rus 

dilində yazan yazıçılarımızı da qəbul edirəm,onların arasında mənim köhnə dostlarım  da 

var,  Çingiz  cavandı,  Maqsud,  Rüstəm.  İlk  tanışlığımızdan  mən  onlara  demişəm  ki,  sizi 

Azərbaycan  yazıçısı  kimi  qəbul  edirəm,  amma  Azərbaycan  ədəbiyyatının  magistral  yolu 

Azərbaycan dilində yaranan ədəbiyyatdır.Sabir Rüstəmxanlı doğru dedi ki,bunların heç biri 

Astafyev  və  Rasputin  kimi  rus  dilində  yaza  bilməyəcək.  Heç  Çingiz  Aytmatov  da  yaza 

bilməyəcək.Bir  var  o  qaynaq  dil,selnən  gələn  dil,bir  də  var  distilə  olunmuş  dil,distilə 

olunmuş  rus  dili.Mən  elə  hesab  edirəm  ki,Maqsudun,Rüstəmin  yaratdıqları  xarakterlər 



581 

 

Azəbaycan  xarakterləridir..Hətta  mən  rus  mətnini  oxuyuram,amma  onların  personajlarını 



azərbaycanca  eşidirəm.Çünki  onlar  Azərbaycanca  danışırlar,müəllif  bu  danışıqları  rusca 

ifadə  edir.Mən  Rüstəmə  dedim  ki,əsərlərinizi  Azərbaycan  dilinə  tərcümə  etdirin,özü  də 

yaxşı  keyfiyyətli  tərcümə  olsun,bəlkə  heç  tərcüməçi  də  göstərilməsin.  Onda  bu  əsərlər 

Azərbaycan  ədəbiyyatı    faktı  olacaqlar.  Çünki  Rustəmin  tutaq  ki,  «Bir  cənub 

şəhərində»,Maqsudun  «Ondan  yaxşı  qardaş  yox  idi»  povestlərində  Azərbaycan 

xarakterləri,Bakı  xarakterləri,milli  kolorit  var.Bu  əsərlər  dəqiq  və  yaxşı    tərcümə  olunsa 

Azərbaycan ədəbiyyatının faktı kimi ədəbiyyatımıza təsir də edə bilər. 

«Ədəbiyyat qəzeti» 21 oktyabr 1994 

 

Anarın  şərhi:  1994-cü  ilin  payızında    böyük  yazıçı  dəstəsi  avtobuslarla  İrandan 

keçərək  Bağdada,Füzuli  yubileyinə  gedirdik.Avtobusdakı  söhbətlərimizi  o  vaxt 

«Ədəbiyyat qəzeti»nin Baş redaktoru Sabir Əhmədli maqnitofon lentinə yazmış və sonra 

tam şəkildə qəzetdə dərc  etdirmişdi.  

 

 «Mən rusca yazmağıma baxmayaraq,Vətənimə,ana dilimə bağlı insanam,ancaq bəzi 



siyasi terminlər,bəzi fikirlər var ki, onları türkcəmizə çevirəndə mənasını itiriir.Anarın bir 

kitabı  çıxmışdı  «Noçnıe  mısli».Təbii  ki,Anar  ana  dilini  gözəl  bilir,amma  bu  kitab  rus 

dilində  yazılmışdı.Mən  Anardan  soruşanda  ki,niyə  əsəri  rus  dilində  yazıb,cavab  verdi 

ki,burada elə fikirlər var ki,mən onları oxuculara daha dəqiq çatdırmaq istədim. 



ÇİNGİZ ABDULLAYEV. 

Yazıçıyla müsahibə «525-ci qəzet» 17 fevral 2001 

  

Şəxsiyyət  miqyasına  görə  Anar  yazıçı  anlamından  daha  böyük  hadisədir.  Birliyin 



ağır  günləri  idi.  Ünvanımıza  hədələyici  məktublar  gəlird.,  Sonuncu  partya  qurultayından 

əvvəlkini yada salıram. Artıq seçgilər mərhələsi çatmış, siyahilər hazırlanmış,çap edilmiş, 

ardınca avtomatik minvalla səsvermə olacaqdı, heç kim siyahiləri çək-çevir etmirdi. Birdən 

Anar yerindən qalxıb dedi: «Mən hesab edirəm ki,bu siyahilər kəmdir, Mərkəzi Komitənin 




582 

 

tərkibində  mütləq  yaşıçı  Elçin  və  anlaşılmaz  səbəblərə  görə  siyahiyə  salınmayan  Elmlər 



Akademiyasının  prezidenti  Eldar  Salayev  olmalıdırlar.Mən  onların  siyahiyə  əlavə 

edilməsini və yenidən səsverməyə qoyulmasını, mənim isə MK tərkibindən çıxarılmağımı 

xahiş edirəm, çünki buna razılırıq verməmişəm». 

Bu  görünməmiş  hərəkət  idi.Azərbaycan  kompartiyası  tarixində  ilk  hadisə  idi 

ki,bülletenlər yenidən çap olunurdu… 

Anar  xasiyyətinin  daha  bir  nəcib  cəhəti:  o  heç  vaxt  kimisə  alçaltmağı  özünə  rəva 

bilməz  Birgə  işlədiyimiz  on  altı  il  ərzində  bir  dəfə  də  olsun  amiranə  tərzdə  məni  öz 

kabinetinə  çağırmayıb.  Öncə  mütləq  xəbər  alıcaq:  «Vaxtın  varmı?  Gələ  bilərsənmi? 

Zəhmət olmasa işin qurtaranda, gəl». Mən isə oğlu yerindəyəm. 

Təpədən  dırnağacan  ziyalıdır,  bununla  belə  cürbəcür  yaramazlıqlara,  xəbisliyə, 

yalana qarşı barışmazdır. Onun mətanəti xüsusilə Qarabağın müdafiəsi məsələsində özünü 

göstərdi. Qarabağlı olmasa da, bəzi qarabağlılardan daha artıq bu yurdun təəssübkeşidir. 



ÇİNGİZ ABDULLAYEV 

 

İlk qaçqınlar axını… axı onlar hökumət idarələrinin qapısına üz tutmamışdılar…var-



yoXunu  itirmiş,əzildmiş,xəstəhal,əli  uşaqlı  zavallılar…onlar  yalnız  birbaşa  Yazıçılar 

Birliyinə    üz  tutur,  çünki  yaşadıqları  ölkənin  iqtidarından  əllərini  üzmüşdülər.  Onlar 

Anarın  yanına  gedir,Anar  da  saatlarla  onları  qəbul  edirdi,hər  gün,  on,on  beş,  iyirmi 

biçarəni.  Bacardıqlarını  əsirgəmirdilər,əncam  axtarırdılar,baş  sındırırdıldar,  pul 

yığırdılar,ayın-oyun toplayırdılar.Onda mən başqa Anarı görürdüm «-əgər hökumət onlara 

yardım  göstərə  bilmir  ya  istəmirsə,gəlin  biz,yazıçılar  əlimizdən  gələni  edək,darda 

qoymayaq  insanları»  -yana-yana  deyən  Anarı.  Sözdən,təsginlik  ürək-dirək  verməkdən 

başqa  o,  praktiki  işləri  təşkil  etməyə  çalışır,kiməsə  məskunlaşmaqda  köməklik 

göstərir,kimisə  işə  düzəltməkdə…mənim  heç  ağlıma  gəlməzdi  ki,  o,belə  qətiyyətli 

inzibatçı ola bilər. 




Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə