Yazıçı Anar haqqında payız düşüncələri (Cəmil Həsənli) Moskvada Anarın 70 illiyində çıxışından



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə180/189
tarix01.07.2018
ölçüsü2,61 Mb.
#52562
növüYazı
1   ...   176   177   178   179   180   181   182   183   ...   189

592 

 

Allah xalq şairi Rəsul Rzaya bir də ona görə rəhmət eləsin ki, zəngin arxivininin bir 



qovluğunda  bu  titrək,  kövrək  sarı  yarpağı  qoruyub  saxlayıb.  Anarımıza  bir  də  ona  görə 

uzun ömür versin ki, xeyirxah işlərə, əməllərə vaxtı çatsın». 

QABİL  «Bir yarpaq nişanə…» 

 («Ədəbiyyat qəzeti»  27 yanvar 2000)   

 

YAZIÇILAR BİRLİYİNİN SƏDRİ, 



MİLLƏT VƏKİLİ, CƏNAB ANAR RZAYEVƏ 

 

Hörmətli Anar bəy! 



 «Yeni Müsavat» qəzeti olaraq Sizə müraciət etməyi qərara aldıq. Əlbəttə istərdik ki, 

milli qəzet olaraq Azərbaycanın böyük ədibinə, ictimai-siyasi xadiminə müraciət edərkən 

ədəbi,  milli-mənəvi  və  xalqımızı  düşündürən  digər  məsələlərdən  söhbət  açaq.  Ancaq 

təəssüf ki, Sizə bu dəfəki müraciətimiz ötən həftə redaksiyamızda baş verən arzuolunmaz 

insidentlə bağlıdır. Yəqin ki, Kütləvi İnformasiya Vasitələrindən şair Nüsrət Kəsəmənlinin 

redaksiyamıza hücumu haqda oxumusunuz. Məlumat üçün bildirirəm ki, qəzetimizin 10-11 

aprel  tarixli  sayında  dərc  olunmuş  «Nüsrət  Kəsəmənlininin  oğlunu  tutublar»  sərlövhəli 

məqalədən  sonra  şair  iki  dəfə  redaksiyaya  gəlib  və  qəzetin  bütün  əməkdaşlarını  kobud 

söyüşlərlə təhqir edib.  Bu  zaman  N.Kəsəmənli  kobudluğa  yol  verməmək,  məsələni  masa 

arxasında  müzakirə  etmək  çağrışlarımıza  məhəl  qoymadı.  Üstəlik,əlinə  keçən  əşyalarla 

qəzetin  baş  redaktorunu  hədələdi  və  iş  rejimini  pozan  davranışlara  yol  verdi.  Təsadüfü 

deyil  ki,  N.Kəsəmənli  kobudluq  edərkən  müxalifət  qəzeti  olduğumuz  üçün  hər  bir  halda 

bizim günahkar sanılacığımızı xüsusi vurğuladı. 

Hörmətli Anar bəy! 

Siz  görkəmli  yazıçı  və  ziyalı  kimi,dəfələrlə  ictimai-siyasi  proseslərə  prinsipial 

mövqe  bildirmisiniz.  Diqqətinizə  çatdırdığım  insidentlə  bağlı  isə  Sizin  N.Kəsəmənlini 

tənqid  etmənizi  qətiyyən  arzulamıram.  Ancaq  Sizdən  xahişim  budur  ki,  jurnalistlərin 

bundan  sonra  da  təhqir  olunmasına  yol  açan  bu  kimi  presedentlərin  qarşısının  alınması 




593 

 

üçün  nüfuzlu  ziyalı  və  milləi  vəkili  olaraq  məsələyə  münasibət  bildirəsiniz  Əvvəlcədən 



təşəkkür edirəm. Şəxsinizə dərin hörmətlə

RAUF ARİFOĞLU.  

«Yeni Müsavat» qəzetinin baş redaktoru. 

 «Yeni Müsavat» qəzeti 21 aprel 1998  

 

ANAR N.KƏSƏMƏNLİNİN HƏRƏKƏTİNİ PİSLƏYİR … 



VƏ BARIŞIĞA ÇAĞIRIR. 

 

Şair N.Kəsəmənlinin əməlləri ilə bağlı Yazıçılar Birliyinin sədri, millət vəkili Anara 



da müraciət etmişdik. Bu günlərdə ondan cavab almışıq. Anar cavab məkubunda yazır: 

Hörmətli Rauf bəy! 

Nüsrət  Kəsəmənli  ilə  əlaqədar  mənə  göndərdiyiniz  məktubu  aldım.  Sizi,  gənc 

jurnalistlər nəslinin layiqli nümayəndəsi kimi mətbuatdan tanıyıram. Qazetinizə hörmətim 

var.  Nüsrət  Kəsəmənlini  də  çağdaş  şeirimizin  ən  istedadlı  nümayəndələrindən  biri  kimi 

qiymətləndirirəm.  Aranızdakı  acınacaqlı  konfiktə  təəssüflənirəm.  Məsələyə  bütün 

təfərrüatıyla  yetərincə  bələd  olmadığımdan  yalnız  onu  deyə  bilərəm  ki,  qəzetlərdə  bəzən 

təsdiq  olunmamış  məlumatların  sensasiya  xatirinə  verilməsini  təqdir  etmirəm.  Bunun 

müqabilində  hər  hansı  şəxsin  -  kim  olur  olsun  -  jurnalistlərə  qarşı  kobud  hərəkətini 

yolverilməz  hesab  edir  və  qınayıram.  Bu  sayaq  işlər  heç  kəsə  başucalığı  gətirmir. 

İctimaiyyətin diqqət mərkəzində olan hər iki tərəfi -tanınmış qələm sahiblərini - anlaşmağa 

və barışmağa çağırıram. 



«Yeni Müsavat» qəzeti 25 aprel 1998 

 

 



Anarın şərhi: Elə həmin günlərdə hər ikisini - Rauf Arifoğlunu və rəhmətlik Nüsrət 

Kəsəmənliini Yazıçılar Birliyinə, yanıma çağırdım. Sağ olsunlar, sözümü yerə salmadılar, 

barışdılar. 

 



594 

 

FİLMFEST KURYOZSUZ ÖTÜŞMƏDİ 

Kino  sənətində  xidmətlərinə  görə  xüsusi  mükafat  İsrailin  Azərbaycandakı  səfiri 

cənab Milmana təqdim olunur. Bir tərəfdən möhtərəm  yazıçımız Anar səhnəyə qalxır ki, 

mükafatı təqdim etsin, o biri tərəfdən cənab səfir tələsik addımlarla sevincək səhnəyə çıxır 

ki,  mükafatı  alsın.  Anar  müəllim  də  özünəməxsus  ağayana  bir  jestlə  ona  verilən  qəşəng 

qutunu səfirə təqdim edib əlini sıxır və üzünü çevirib səhnədən aşağı enir. Biçarə səfir çaş-

baş vəziyyətdə özündən də xeyli artıq çaşmış auditoriya ilə üzbəüz qalmalı olur: həm də 

təkbətək…  Sonra  Nərgiz  Cəlilovanın  sualına:  -  «Anar  müəllim,  bəs  oxumadınız?».  Anar 

müəllimin,yenə  də  özünəməxsus  yarızarafat  -yarıgerçək  cavabı:  «daha  verdim  də 

özünə»(təxminən  bu  cür).  Salonda  yenə  təbii  bir  gülüşmə.  Və  səfirin  kor-peşman 

vəziyyətdə  öz-özünə  ünvanlanan  bir  təbriki  oxuması.  Situasiya  komediya  filmlərinə 

bənzəyir  ya  yox?    Hər  halda  o  səhnədə  o  səfirin  yerinə  olmaq  arzusu  yəqin  heç  kəsin 

ürəyindən keçən deyil. 



 «Azadlıq» qəzeti 16-19 oktyabr 1999 

 

 



SORĞULAR VƏ CAVABLAR: 

 

XX əsrin Azərbaycanlıları 

Oxucularımızın  məktubları,açıqcaları,telofon  zəngləri  və  redaksiyamıza  təşrif 

buyurmaları  ilə  keçirilən  sorğuda  7  nominasiyanın  (görkəmli  şair,  yazıçı,  bəstəkar, 

müğənni,  rəssam,  artist  və  məşhur  idmançı)  hər  biri  10000  dən  artıq  sorğu  iştirakçısı 

hərəyə  5  görkəmli  şəxsin  adını  çəkib.  XX  əsrin  ən  görkəmli  beş  yazıçısı  «Eksprss»in 

versiyasında aşağıdakı kimi müəyyənləşib: 

1.Cəlil Məmmədquluzadə - 5377 

2.Cəfər Cabbarlı -27 27 

3.Anar  -2111 

4.İsmayıl Şıxlı - 1887 



Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   176   177   178   179   180   181   182   183   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə