131
1942-ci ildə M.M. Pokrovskinin “Roma ədəbiyyatı ta-
rixi” kitabı, 1946, 1955 və 1960-cı illərdə isə bir qrup
müəllif kollektivi tərəfindən tərtib olunmuş (S.İ. Sobo-
levskinin ümumi redaktəsi ilə) 3 cildlik “Yunan ədəbiyya-
tı tarixi” kitabları işıq üzü gördü. Bu kitablar, eləcə də S.İ.
Radsiqin
36
və V.Q. Boruxoviçin
37
kitabları həmin dövrün
ali məktəb proqramına əsasən yazılmış dərs vəsaitlərin-
dən daha artıq antik ədəbiyyata, onun görkəmli nüma-
yəndələrinə dair daha geniş məlumatı özündə ehtiva
edən əhatəli toplular xarakteri daşıyırlar. Bu kitablarda
antik ədəbiyyatın iki hissəsini – qədim yunan və qədim
Roma hissələrini ayrı-ayrılıqda nəzərdən keçirmək ehti-
yacı da buradan doğurdu. S.İ. Radsiq özünün yenidən iş-
lənmiş və bir sıra materiallarla zənginləşdirilmiş ikinci
dərsliyi
38
üçün “Redaktor sözü”ndə qeyd edirdi ki, “tələ-
bələr ali məktəblərin tədris proqramlarına daxil olan ma-
terialları bu kitabın məzmunundan çıxara bilərlər”. Təh-
lilə cəlb edilmiş ədəbi məhsulun həcmi, təhlilin keyfiyyə-
ti baxımından bu toplular çox
cüzi fərqlərə malikdirlər və
bu fərqlər daha çox antik ədəbiyyatın metodoloji baxım-
dan necə, hansı prinsiplərlə yerləşdirilməsindən ibarət-
dir. Qədim yunan və Roma ədəbiyyatlarının dövrləşməsi,
antik ədəbiyyatın görkəmli nümayəndələrinin yaradıcı-
lıqları, əsərlərə və personajlara yanaşma prinsipləri
(əsaəsn sinfi-partiyalı münasibət), mübahisəli məqamla-
36
С.И. Радциг. История древнегреческой литературы, М. 1952
37
В.Г. Борухович. История древнегреческой литературы, М., 1962
38
С.И. Радциг. История древнегреческой литературы, М., 1959