Yazılmış bir kitabın üstündə bir dəfə gözəl epiqraf oxudum: "Xatirələr faydalı olsun deyə səmimi ya zılmalı, gerçəkliyə tən gəlməlidir."



Yüklə 3,51 Mb.
səhifə64/181
tarix25.06.2018
ölçüsü3,51 Mb.
#51523
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   181

Úàâèäè õàòûðëàðêÿí 

199 


üzdən bədbinliyi şəxsi mahiyyət daşımır, bəlkə ümumidir, ümum-

bəşəridir. Bu cəhətdən Arif Hamletin, Verterin, Çayld Haroldun 

kiçik qardaşıdır. Tərəddüdlər,  şübhələr içində inləyən russoçu 

Arif, həyatın çətinlikləri qarşısında özünü itirir. Bədəvi aləmdə 

özünə rahatlıq tapa bilmir. Hər vədəyə uyur. Dərdlərini unutmaq 

üçün sevir. Məcnun bir ikən Leyli iki olur. Hissiyyat onu qısqanc-

lığa gətirib çıxarır. Qısqanclığın qorxunc dalğası Arifin gözlərini 

elə dumanlaşdırır ki, qardaşı Vasifi tanıya bilmir; bilmədən doğ-

ma qardaşının qatili olur. Arifin dəhşətli faciəsinin ikinci səbəbi 

idə buradan doğur. 

Dramaturq sadəlövh Ariflə çox mürəkkəb düşünən  İblisi 

qarşılaşdırır. İblis müxtəlif qiyafədə əsərin ta ilk səhnəsindən baş-

layaraq sonuna qədər iştirak edir. Hər bir məsələyə onun müda-

xiləsi faciəni fəlsəfiləşdirir.  İblis islam əqidəsinə görə, allahın 

əmrindən çıxmış, allahın və insanların düşmənidir. Şər qüvvədir. 

İnsanların başına gələn bütün şər işlərin, günahların baisi İblisdir. 

Ona görə  də müsəlman görmək istədiyi, yaxud gördüyü şər iş 

üçün əsəbi hal keçirərək “lənət şeytana” deyər.  

H.Cavidin “İblis” faciəsindəki  İblis obrazı  həm  əsas obraz, 

həm də süjeti hərəkətə gətirən bir vasitədir. İblisin bütün diqqəti 

Arifə tərəf yönəldilmişdir. Arif surətinin bədii tərcümeyi-halında 

İblis mühüm rol oynayır. “Bütün cinayətlərə bais” İblis cinayəti 

cinayət üçün etmir, bəlkə Arifin yatmış şüurunu oyadır. Əslində, 

İblisin işi çox mürəkkəb və ziddiyyətlidir. Bir tərəfdən o. Arifə 

altun və tapança verərək cinayətə sürükləyir. Arif Xavər kimi 

mələksima, eşqində sədaqətli bir qızı boğub öldürür, doğma qar-

daşı Vasifin qatili olur. İkinci tərəfdən,  İblis Arifin gözünü açır, 

onu həyata idealist baxışdan uzaqlaşdırmağa çalışır. İblisin qurdu-

ğu şər işlər peşəkar şeytanların işi deyil, Arifin insan təbiətinin bir 

parçasıdır.  İblisin məsxərələri, onun kəskin kinayələri də Arifin 

gənc varlığının ayrılmaz hissəsidir. 

İblis də  Mələk və Arif kimi müharibənin dəhşətlərindən 

danışır: 

Yağmur kimi göydən yağar atəş!.. 

Atəş!.. Qaralar, dalğalar atəş!.. 



Úàâèäè õàòûðëàðêÿí 

200 


Ataman Elxanın  əsgərləri tərəfindən tutulan Şeyx, Keşiş, 

Xaxam casus və müharibə qızışdıran insaniyyət düşmənləri kimi 

ifşa olunduqları vaxt, İblis “onların tanrısı altundur...” deyir. Eyni 

zamanda etiraf edir ki: 



Həp din ilə, məzhəblə, siyasətlə cahanda 

Hər fırtına qopmuşsa, əvət, mən varım onda. 

 

İblis, müharibələrin altun və  sərvət  əldə etmək məqsədilə 



təşkil olunduğu qeyd edir, deyir ki: “Qüvvətə, altuna tabe dünya”. 

İblis həyat həqiqətləri qarşısında hissiyyata qapılmır. Arifi 

hissiyyatdan uzaqlaşdırır, mühakimə  və  ağıl vasitəsi ilə  həyat 

hadisələrinə yanaşdırmağa çalışıpr. O çalışır ki, Arif həyat hadi-

sələrini bütün çılpaqlığı ilə görə bilsin, həyatın fəal iştirakçısı 

olsun. Sentimental hisslər, idealist duyğular həyat mübarizəsində 

insanı passiv edirsə, ağıl, mühakimə insanı fəallaşdırır. 

Arif, kapitalizmin ən yüksək mərhələsi olan imperialism döv-

ründə yaşayır. Bu dövrdə imperialist dövlətlər müstəmləkələri 

yenidən bölüşdürmək istəyir. Ona görə müharibələr başlayır. Arif 

isə hissiyyata qapılıb ümumbəşəri  əmniyyət arzusu ilə yaşadığı 

üçün, onun idealist səfsətələri İblisin istehzasına səbəb olur. İblis 

öz simasında Arifin qarşısında zahir olduğu vaxt, Arif onun 

fikirlərini qəbul etmir, onu cəsarətlə qovur. Qiyafəsini dəyişdirib 

şeyx və ya mürşid sifətində zahir olduğu vaxt, ona hörmət edib 

hətta əlindən öpür. 

Faust, qarşısında zahir olan Mefistofeldən “kimsən?” deyə 

soruşarkən o belə cavab verir: “Əbədi bir qüvvənin hissəciyiyəm 

mən. Həmişə şər arzu edirəm, lakin xeyirlə nəticələnir”. 

Cavidin  İblisi isə peşəkar  şər doğuran bir varlıq deyil, o, 

həyata açıq gözlə baxır. Olanları  sərrast görür; idealizmə, səfsə-

təyə, hissiyyata qapılmır. Cahan müharibəsinin törətdiyi fəlakət-

ləri görür və göstərir. Arif gözübağlıdır. İblis gözüaçıqdır. 

Onlar qarşılaşdıqları vaxt, Arif soruşur: 

 

Kimsən, nəçisən? Söylə nədir fikrü-məramın? 

Nerdən gəliyorsan, nə imiş şöhrəti-namın? 



Úàâèäè õàòûðëàðêÿí 

201 


İblis cavab verir ki: 

 

Mən şimdi bir atəş, fəqət əvvəlcə mələkdim, 



Həp xaliqə təsbih idi, təhlil idi virdim. 

İlk öncə mələklər məni təqdis ediyordu, 

Adəm kimi bir sayqısız axır ləkə vurdu. 

Alçalmadı, yüksəldi fəqət şöhrətü şanım 

Allah ilə bir zikr edilir namü nişanım. 

 

Arif bütün fəlakətlərin müqəssiri kimi tanıdığı İblisi qovmaq 



istərkən İblis deyir: 

Baxdım, əziyor ruhunu həp qeydi-əsarət 

Gəldim, edəyim ta səni hürriyyətə dəvət. 

Baxdım, səni məhv etmədə min dürlü xəyalət. 

Gəldim, verəyim qəlbinə bir nuri-həqiqət. 

 

Burada atəşmi, nurmu məsələsi ortalığa çıxır? İblis ona isbat 



etmək istəyir ki, atəşsiz nur ola bilməz. Lakin Arif nə isə mənəvi 

nur axtarır. 

İblis atəşə də, nura da maddi nöqteyi-nəzərdən baxır. Arif isə 

atəşsiz nurun olacağına inanır. Nura idealist məna verir. Ən nəha-

yət, Arif onu qovur, İblis gedir. Bundan sonra İblis başqa qiyafə-

lərdə öz bədəvi daxmasından qalxaraq göydə  gəzən, ayağı altın-

dakı zəminəni itirən Arifi real həyata salmaq, həyat həqiqətlərini 

görüb bilavasitə  şəxsən burada iştirak etdirmək qərarına gəlir. 

Kənarda böyük cahan müharibəsi gedir; bədəvi daxma ətrafında 

kiçik müharibə gedir. Hər ikisində insan “evlər yıxır, canlar yaxır, 

qızıl qan sellər kimi axır”. Böyük müharibə  və kiçik müharibə. 

İblis böyük müharibənin əksini kiçik aynada verir. Arifi şikayətə, 

ən axır üsyana gətirən müharibənin  əksini aynada ona təqdim 

edən  İblis qəhqəhə ilə gülür. Arif isə aynada özünü gördükdən 

sonra xəcalət çəkir və öz qanı ilə özünü təmizləmək istəyir.  

Əsərin axırında fəlsəfi və dərin mənalı monoloqunu söyləyən 

İblis özü haqqında olan fikirlərə belə yekun vurur: 



Yüklə 3,51 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   181




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə