$
cal 2013
2013
January February March
Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5 1 2 1 2
6 7 8 9 10 11 12 3 4 5 6 7 8 9 3 4 5 6 7 8 9
13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 10 11 12 13 14 15 16
20 21 22 23 24 25 26 17 18 19 20 21 22 23 17 18 19 20 21 22 23
27 28 29 30 31 24 25 26 27 28 24 25 26 27 28 29 30
31
April May June
Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5 6 1 2 3 4 1
7 8 9 10 11 12 13 5 6 7 8 9 10 11 2 3 4 5 6 7 8
14 15 16 17 18 19 20 12 13 14 15 16 17 18 9 10 11 12 13 14 15
21 22 23 24 25 26 27 19 20 21 22 23 24 25 16 17 18 19 20 21 22
28 29 30 26 27 28 29 30 31 23 24 25 26 27 28 29
30
July August September
Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5 6 1 2 3 1 2 3 4 5 6 7
7 8 9 10 11 12 13 4 5 6 7 8 9 10 8 9 10 11 12 13 14
14 15 16 17 18 19 20 11 12 13 14 15 16 17 15 16 17 18 19 20 21
21 22 23 24 25 26 27 18 19 20 21 22 23 24 22 23 24 25 26 27 28
28 29 30 31 25 26 27 28 29 30 31 29 30
October November December
Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa Su Mo Tu We Th Fr Sa
1 2 3 4 5 1 2 1 2 3 4 5 6 7
6 7 8 9 10 11 12 3 4 5 6 7 8 9 8 9 10 11 12 13 14
13 14 15 16 17 18 19 10 11 12 13 14 15 16 15 16 17 18 19 20 21
20 21 22 23 24 25 26 17 18 19 20 21 22 23 22 23 24 25 26 27 28
27 28 29 30 31
Linux
Linux, 1991-ci ildə Finlandiyalı kompüter mühəndisliyi tələbəsi olan Linus Torvalds tərəfindən
UNIX-ə bənzər(UNİX-like) bir əməliyyat sistemi olan MINIX nüvəsinin təkmilləşdirilməsi
nəticəsində ərsəyə gələn, açıq qaynaq kodlu, azad və pulsuz bir əməliyyat sistemi nüvəsidir. Bu
nüvənin qaynaq kodları GNU Ümumi İctimai Lisenziyası(GPL) ilə qorunur, bu səbəbdən də
azad şəkildə paylana, dəyişdirilə və istifadə oluna bilər. Həmçinin qeyd etmək istədiyim vacib
bir məsələ var, Linux-un Unix ilə heç bir kod ortaqlığı yoxdur yəni Linux-un kodları UNIX-dən
fərqlidir.
Linux adı nə mənaya gəlir sualına cavab olaraq bir çox fikirlər var lakin ən geniş qəbul olunan
variantı budur; LinuX = Linus(Linuxun qurucusu)-un MINIX-i. Linus və Linux adlarının
tələffüzü ilə bağlı Linus Torvalds özü bir müsahibsində belə demişdir: “Öz adım Fin dilində
tələffüz ediləndə Linus, ingilis dilində isə Laynus olaraq səslənir. Hər hansı birinin istifadə
olunması ilə bağlı bir problem yoxdur. İstəyən istədiyi kimi deyə bilər, amma Linux Linuksdur.
Sadəcə Linuks.” Burdan da göründüyü kimi, “Laynuks”, “Linu[x]” kimi deyilişlər doğru deyil.
Çox geniş təchizat dəstəyinə malik olan Linux nüvəsi, server kompüterlər, masaüstü
kompüterlər, iş stansiyaları, ağıllı telefonlar, ATM-lər, ağıllı TV-lər və hətta ağıllı soyuducularda
belə tam uyğun şəkildə işləyə bilir. Linux server əməliyyat sistemləri arasında istifadə faizinə
görə dünyada ilk sıradadır və dünyanın 10 ən sürətli superkompüterində də istifadə olunur.
Həmçinin ən məhşur mobil əməliyyat sistemlərindən olan Android ilə yanaşı Samsung-un Tizen
mobil əməliyyat sistemi də Linux əsaslıdır. Ümumi olaraq deyə bilərəm ki, Windows olmayan
bir çox yerdə Linux var amma insanların bundan xəbəri belə olmur. CERN-dəki Böyük Hadron
Toqquşdurucusunda, Sony PlayStation 2, PlayStation 3 oyun konsollarında, böyük robot
sistemlərində də Linux istifadə olunur :)
Linux, Linus Torvalds-ın internetdə paylaşdığı bir çağırış nəticəsində bütün dünyadan bir çox
proqramçının da dəstəyi ilə sürətlə təkmilləşdirilmiş və hələ də təkmilləşdirilməsi davam edən
açıq qaynaq kodlu bir azad proqram təminatıdır. GNU üçün yazılan azad proqram təminatları
çox qısa müddət ərzində Linux nüvəsi ilə problemsiz işləyə biləcək hala gətirilmiş və nəticədə
güclü, elastik və açıq qaynaq kodlu bir əməliyyat sistemi hazırlanmışdır. Bir çoxlarının
düşüncəsinə görə, GNU/Linux olaraq adalandırılmalı olan əməliyyat sistemi, zaman keçdikcə
tələffüzü daha rahat olduğuna görə sadəcə Linux olaraq adlandırılmışdır. Linux əslində bir
əməliyyat sisteminin ən vacib hissələrindən sadəcə biri olan nüvəni təşkil edir. GNU isə Azad
Proqram Fəlsəfəsi və Düşüncəsidir. GNU/Linux isə əməliyyat sisteminin bütünüdür. GNU və
alətləri olmasaydı Linux nüvəsi heç vaxt bu günlərə gələ bilməzdi. Bu məsələ barəsində bir çox
fikir ayrılıqları mövcuddur. Bəziləri GNU adının istifadəsini yersiz sayır, bəziləri isə mütləq
GNU deyilməli olduğunu deyir. Belə bir reallıq var ki, hər Linux distrubitivi GNU alətlərindən
istifadə etmir, Linux nüvəsi üzərində sıfırdan yazılan distrubitivlər də var. Məsələn Android.
Buna görə də, hər distrubitiv GNU/Linux-dur demək doğru deyil, lakin bir çox distributivlər
GNU komponentlərindən istifadə edirlər və bunu əksər hallarda dokumentasiyalarda bəzən isə
əməliyyat sisteminin adında belə qeyd edirlər.
Bu paragrafda haqqında danışdığım GNU, GPL kimi qısaltmalar haqqında ətraflı
məlumatları yazının sonunda tapa bilərsiniz.
– Linux-un üstünlükləri:
Linuxda zərərli proqramların(virus, spyware və s.) olma ehtimalı çox azdır. Bunun əsas səbəbi,
sistem təhlükəsizliyinin üst səviyyədə qorunması və (superuser olmadığınız müddətcə) icazə
verilməyən heç bir əmrin icra oluna bilməməsidir. Bəziləri Linux-un istifadə faizi az olduğu
üçün zərərli proqram yazan insanların(“xakker” olaraq bilinən) Linux-a ciddi yanaşmadıqlarını
deyirlər və Linux-da olan virusların Windows-dan çox daha az olmasının səbəbini bununla
əlaqələndirirlər. Əslində isə bu belə deyil. Düzdür, Windows istifadəçilərinin sayı Linux istifadə
edənlərin sayından çoxdur. Ancaq bu ev istifadəçilərində belədir. Unutmamaq lazımdır ki, Linux
internet serverlərində kifayət qədər geniş istifadə olunur və bu sahədə lider əməliyyat sistemidir.