kopyaları dəyişiklik edərək və ya etməyərəktekrar paylaşmaq azadlığı. Bu bir azadlıq
məsələsidir, pul deyil, buna görə də “pulsuz pivə”("free beer") yerinə “söz azadlığını”("free
speech") düşünmək lazımdır.”
Bəs GPL (General Public Licence - Ümumi İctimai Lisenziya) nədir?
GNU Ümumi İctimai Lisenziyası(GNU GPL ya da sadəcə GPL) bir çox yerdə istifadə olunan
pulsuz və azad proqram lisenziyasıdır. İlkin halı Richard Stallman tərəfindən GNU layihəsi üçün
yazılıb. Bu lisenziyanın ən sonuncu buraxılışı(GPLv3), 2007-ci ildə çıxıb. Copyleft əsaslı
lisenziyaların ən güclü və ən geniş yayılmışı olan GNU GPL, bu gün də milyonlarla proqram
komponenti üçün istifadə olunur. GPL-in ən çox vurğuladığı mövzu proqramların qaynaq kodu
ilə birlikdə paylaşılmasının məcbur olduğudur. İstehsalçı firma proqramını binary olaraq
paylaşsa belə qaynaq kodunu da hər kəs tərəfindən əl çatan bir yere yerləşdirməyə məcburdur.
İstifadəçi bu qaynaq kodunu gözdən keçirə, üzərində istədiyi dəyişikliyi edə, öz layihələrində,
proqramlarında kodun bütününü ya da bir hissəsini istifadə edə bilər. Hətta başqasının kod
parçasını alıb bir neçə dəyişiklik edib, sataraq maddi qazanc da əldə edə bilər. Amma tək bir
şərtlə, yeni istehsal olununan proqram da GPL lisenziyası ilə paylaşılmalıdır. GPL, proqramın
maddi qazancı barəsində heç bir fikir bildirmir. GPL proqramları pulsuz olmalı deyil. İstehsalçı
firma, proqramını GPL ilə qoruyub, paylaşa bilər və qarşılığında da müəyyən miqdar pul tələb
edə bilər. Bu maddə ən əvvəldən bəri lisenziya içində olsa da, GPL proqramlarının çox böyük bir
hissəsi pulsuzdur. GPL lisenziyası ilə qorunan bir proqramda isitifadəçinin istifadə etdiyi
proqramın içində nə olduğunu bilmə imkanı var. Bəzi istehsalçı firmaların etdiyini artıq hər
kəsin bildiyi arxa qapı (backdoor) yerləşdirmə halları da mümkünsüz kimidir. Bu da əsasən hərbi
üçün vacibdir. GPL ilə qorunan proqramın qaynaq kodu açıq olduğu üçün lazım olan nəzarətdən
keçirildikdən sonra heç bir şübhə qalmadan istifadə edilə bilər. Bundan başqa, kritik işlərdə
istifadə olunan bir proqramı istehsal edən şirkətin batması və ya artıq proqrama dəstək
verməməsi halında heç kim zərər görməz. Qaynaq kodu açıq olduğu üçün istidadəçilər istərlərsə
öz imkanları ilə proqramın təkmilləşdirilməsinə dəstək verə bilərlər.
Linux nədir?
Əməliyyat sistemidir
Əməliyyat sistemi (ƏS) – hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə
olunmasını təmin edən proqramlar toplusundan ibarətdir.
Pulsuzdur
Əlbəttə ki, əgər istəyirsinizsə, siz dükana gedib Linuxun distributivlərindən ibarət disklər toplusu
ala bilərsiniz. Lakin, buna ehtiyac yoxdur. Linuxu internetdən tamamilə pulsuz və qanuni şəkildə
endirə bilərsiniz.
Başa düşürəm, bu tamamilə pulsuz başa gəlmir. Çünki, siz kompüter, yazmaq üçün CD-ROM
disk almalısız, internet və elektrik enerjisi üçün pul ödəməlisiz :) Lakin, distributiv özü tamamilə
pulsuzdur.
Çoxları başa düşmürlər ki, ƏS necə ola bilər ki, pulsuz olsun və nəyə görə? Bunu aydınlaşdıraq.
Məsələn, televiziya proqramları pulsuzdur və bu heç kimi təəccübləndirmir. İstənilən şəxs
televizor ala, adi antena quraşdıra və bir neçə kanala pulsuz şəkildə baxa bilər. Linux üçün də
belədir. Deyə bilərsiz ki: “Mən reklama baxmaqla, televiziyaya pul vermiş oluram və ya
televiziya elə düşünür ki, mən onların reklamlarına baxıram.” Haqlısız, bu, Linux üçün də
keçərlidir. Siz Linuxdan istifadə etməklə Linuxu hazırlayanlara sanki, pul ödəmiş olursunuz. Bu
faktdır ki, Liuxu istifadə etməklə siz onu reklam etmiş olursunuz.
Açıq kodludur
Kod dedikdə, proqramın proqramçı tərəfindən hər hansı bir proqramlaşdırma dilində yazılmış,
ilkin mətni başa düşülür. Bəzi dəyişikliklərdən sonra insanın başa düşdüyü bu kodlar yerinə
yetirilən proqrama çevrilir. Bu proqram – kompüterin başa düşəcəyi, lakin, proqramistin başa
düşmədiyi dildə yazılmış, kompüter üçün təlimatlar yığımıdır (“əks çevirmə” imkanı
məhdudlaşdırılıb). Hələ ki ƏS bazarında bağlı kodlu məhsullar üstünlük təşkil edir. Kommersiya
məqsədli bu ƏS-lərinin proqramçıları öz proqramlarının daxili kodlarını etibarlı şəkildə
gizlədirlər. Yəqin ki, ehtiyat edirlər ki, kimsə oz məhsullarında bu kodların hansısa hissələrini
istifadə edə bilərlər. Və ya onlar özləri başqa kodlardan istifadə edir və bunu gizlətmək istəyirlər
:) Başqa bir səbəb də bu ola bilər ki, bu proqramlarda səhvlər taparlar və bunu hamı bilər :)
(səhvlər bütün proqramlarda var və bu, keyfiyyət və xətalarla bağlıdır). İstənilən halda məşhur
ƏS-lərinin kodları bağlıdır. Bağlı kodlu proqramları almaqla, siz sanki torbada bir pişik almış
olursunuz :)
Linux və onun proqramlarının mənbə kodları hamı üçün açıqdır. Bütün dunyada proqramçıların
çoxu Linuxun proqram təminatını təkmilləşdirir, xətaları düzəldir, üzərində işləyir və test edirlər.
Unix əsaslıdır
UNIX – bu çoxüzvlü qrup, fərdi kompüterlər yaranana qədər hazırlanmış populyar ƏS-lərinin
əcdadıdır. Bu qrupa aşağıdakı ƏS-ləri daxildir: SunOS, Solaris, UnixWare, FreeBSD, OpenBSD,
NetBSD. Unix əsasında Apple meyvə şirkətinin fərdi kompüterləri olan makintoşlar üçün ƏS-
ləri hazırlanmışdır. Unix və Unix-əsaslı sistemlər bank serverləri, interner-ruterlər, tədqiqat
maşınları, hesablama klasterləri və başqa fərdi kompüterlərdə yazılmışdır. Ümumi halda, harada
etibarlılıq və məhsuldarlıq tələb olunursa, orada Unix və Unix-əsaslı ƏS-ləri istifadə olunur.
Prinsipcə, Linuxu Unixlə eyni adlandırmaq olardı, amma, bu, müəllif hüquqları ilə bağlı problem
yarada bilər. Belə ki, Unix – kommersiya markasıdır.
Linuxda “ənənəvi” Unixə olunmuş çoxlu əlavələr var və buna görə də Linuxa Unixlə eyni yox,
tamhüquqlu şəkildə Unix-əsaslı demək olar.
Bir neçə “yaxın əlaqəli” məhsulun təqdim olunması
Qeyd etdiyimiz kimi Linux – yalnız bir ƏS deyil, ƏS-ləri qrupunudur (distributivlər). Onların
arasında ən məşhur olanlarını əlifba sırası ilə aşağıda qeyd etmişəm:
Debian
Fedora
Gentoo
Ubuntu
Linuxun distributvlərinin tam siyahısını internetdə axtarış etməklə tapa bilərsiniz. Uzunçuluq
olmasın deyə burada hamısını qeyd etməmişəm. Linuxun müxtəlif distributivləri arasındakı fərqi
izah etmək üçün
Linux-un hansı distributivini seçməli?
mövzusuna baxa bilərsiniz.
Niyə Linux?
Linux – fərdi kompüterlər və serverlər üçün ƏS-dir. Lixun bəzi fərqli xüsusiyyətləri - pulsuz,
etibarlı, təhlükəsiz, universal və məhsuldar olması, onun biznesdə də ideal seçim olduğunu
göstərir.
1. Pulsuz olması
Linux Açıq Lisenziya Razılaşmasına əsasən pulsuz şəkildə yayılır. Bu, IT-də bir çox hüquqi
məsələlərin qarşısını almağa və xərclərin əhəmiyyətli dərəcədə azalmasına imkan verir.
2. Etibarlılıq
Digər Unix əsaslı ƏS-ləri kimi Linux da yüksək etibarlılıqla xarakterizə olunur. Məsələn, tutaq
ki, siz Windows ƏS-də bəzi işlər görmüsüz, lakin, yaddaşda saxlamamısız. Sistemdə nə isə səhv
olur, sistem yenidən işə düşməli olur və ya sistemin işi yarımçıq qalır. Bu zaman sizin yaddaşda
saxlamadığınız fayllar itir. Bu cəhətdən Linux çox etibarlıdır. Yəni, Linuxda bu cür problemlər
olmur.
3. Təhlükəsizlik
Kompüter virusları - icra edilə bilən bir proqramdır, yəni kompüterinizin əməliyyat sistemində
olan imkanlardan istifadə edən əmrlər ardıcıllığıdır. Bunu hamı belə bilir. Lakin, yaxşı olar ki,
Windows virusları deyəsiz :) Çünki, həmin viruslar Windows ƏS altında işləyən kompüterlərdə
işləyir :) Linuxu seçməklə siz kompüter viruslarını tamamilə unuda bilərsiz və həmçinin, heç bir
antivirusa ehtiyacınız olmayacaq. Çünki, Linux təhlükəsizdir.
4. Universallıq
Microsoft şirkəti öz gəlirlərini maksimim dərəcədə artırmaq üçün Windows sistemini müxtəlif
paketlərdə yayırlar: professional istifadəçilər üçün, ev kompüterləri üçün, serverlər üçün,
korporativ klientlər üçün və s. Bu, istehlakçılar üçün əhəmiyyətli dərəcədə əlavə xərclər yaradır.
Linuxdan istifadə etməklə siz bu xərclərdən azad olacaqsız. Linuxun hər hansı distributivini
seçməklə, yerinə yetirilən məsələlərdən asılı olaraq sistemi müxtəlif kompüterlərdə müxtəlif
şəkildə tənzimləyə bilərsiniz.
5. Məhsuldarlıq
Linuxu istənilən məsələnin həlli üçün təmzinləmək və beləliklə, maksimum məhsuldarlığa nail
olmaq mümkündür. Buna ən yaxşı sübut Linuxun böyük hesablama qrupları və internet-serverlər
üçün geniş istifadə olunmasıdır.
Linux-un tarixi
1969-cu ildə AT&T şirkətinin proqramçıları Ken Tompson Denis Ritçi PDP-7 kompüteri üçün
kiçik bir ƏS yaratdılar. Bu ƏS-nə UNIX adını verdilər. Lakin, AT&T şirkətinin planında bu ƏS-
nin yayılması yox idi və şirkət onu ABŞ elmi müəssisələrinə simvolik qiymətə verdi.
Demək olar ki, bütün universitetlərin hesablama mərkəzlərinin nümayəndələri bu ƏS-dən
istifadə edirdilər və bir-birləri ilə bu ƏS vasitəsilə əməkdaşlıq edirdilər. Onlar özləri səhvlər
yaradır, faydalı proqram və utilitlər yaradır və onları istifadə edirdilər. Onların işinin nəticəsi -
Unix ƏS-nin tam versiyası oldu (1990-cı ildə). Bu versiyanın adı Unix System V Release 4 –
SVR4 idi.
Unix istifadəçi qruplarından biri Berklidə Kaliforniya universitetində idi. 1977-ci ildə bu elmi
müəssisənin mütəxəssisləri Unix tarixində növbəti addımı atdılar. Belə ki, onlar 2BSD (Berkeley
Software Distribution) ƏS ilə maqnit lentlərin yayılmasına başladılar. Onun 75 nüsxəsi satıldı.
Unix və Unix-əsaslı sistemlərin çoxlu növləri var. Onlardan ən çox tanınanları aşağıdakılardır:
· Solaris (əvvəllər SunOS adlanırdı). Bu ƏS – SUN Microsystems-ə məxsudur;
· IBM şirkətinə məxsus olan AIX;
· DEC şirkətinə məxsus olan DEC Unix;
· SCO UnixWare və s.
Yuxarıda adları qeyd olunan ƏS-lərinin hamısı kommersiya məqsədlidir və onların çoxu yüksək
qiymətə malikdir. Onlar müxtəlif arxitekturalarda işləyirlər (Intel, Sparc, Alpha, PowerPC və b.).
Lakin, hal-hazırda Unix-əsaslı ƏS-lərindən ən çox maraq cəlb edənləri açıq kodlu ƏS-ləridir. Bu
sistemlərdən biri də Linuxdur.
Linux – əvvəllər Unixin müstəqil yayılan versiyası kimi işlənmişdir.
1991-ci ildə Helsinki universitetinin tələbəsi Linus Torvalds Linuxun ilk versiyasını təqdim edir.
O, Linuxu Minix ƏS-nin əsasında yaratmışdır. Minix – Unixin fərdi kompüterlər üçün
yaradılmış məhdud analoqudur.
1992-ci ilin martında ilk “demək olar ki, səhvsiz” versiyanın buraxılmasından sonra dünyanın
əksər proqramçıları bu ƏS-nin üzərində işləməyə başladılar və Linux ƏS inkişaf etməyə başladı.
Hal-hazırda Linux tamfunksiyalı, açıq və demək olar ki, pulsuz ƏS-dir. Lakin, GNU layihəsi
çərçivəsində proqram təminatı olmasaydı bu baş verməyəcəkdi. GNU – GNU’s not Unix, yəni,
GNU Unix deyil deməkdir.
Linux – GNU-nun çoxlu utilitlərini özündə saxlayır: bir çox proqramlaşdırma dillərinin (C, C++,
Fortran, Pascal, LISP, Ada, BASIC, SmallTalk, Perl, PHP və s.) translatorları, mətn redaktorları,
çap utilitləri və başqaları.
GNU layihəsi azad yayılan proqram təminatı fondunun - Free Software Foundation (FSF)
hesabına inkişaf edir.
Linux – Unixin analoqudur. Unix kimi o da azad yayılan çoxməsələli, çoxistifadəçili ƏS-dir.
Linux xüsusi olaraq, Intel prosessorlu fərdi kompüter platforması üçün hazırlanmışdır və
arxitekturanın üstünlükləri sayəsində məhsuldarlığın artırılmasına imkan verir. Həmçinin, Linux
digər platformalara da keçdi.
Linux-un tərkibi
Linux-un nüvəsi:
Nüvə - ƏS-nin əsasıdır. O, yaddaşın paylanması, proseslərin və perfieriya qurğularının idarə
olunmasına cavab verir. Kompüterin fiziki yaddaşı ilə müqayisədə, operativ yaddaşın böyük
həcminin dəstəklənməsi üçün, nüvə operativ yaddaşın səhifələrini sərt diskdə yerləşdirməklə,
adaptiv yaddaşdan istifadə etməyə imkan verir.
Linuxun nüvəsi FAT və FAT32 də daxil olmaqla bir çox fayl sistemlərini dəstəkləyir. Linuxun
öz fayl sistemləri (ext2 və ext3) disk yaddaşından optimal istifadə üçün hazırlanmışdır.
GNU utilitləri:
Linux - GNU utilitlərini özündə saxlayır. Bu utilitlər olmadan ƏS-i ilə işləmək mümkün deyil.
X Window:
Linuxda istifadəçinin qrafik interfeysi X Window vasitəsilə verilir. Müxtəlif pəncərə şəklində
menecerlər (IceWM, WindowMaker, Fluxbox və s.), KDE və GNOME kimi qrafik vasitələr
multimedia vasitələri ilə rahat işləməyə imkan verir.
DOS və Windows interfeysləri:
Linux fərdi kompüterlər üçün yaradıldığından proqramçılar hesab edirlər ki, MS-DOS
proqramları ilə uyğunluq yaratmaq olar. Linuxda distributivin bir hissəsi kimi DOS emulatoru
təklif olunur. O, Linux vasitəsi ilə birbaşa olaraq DOS proqramını yerinə yetirməyə imkan verir.
Microsoft Windowsun proqramlarının işləməsi üçün bir neçə vasitə hazırlanmışdır. Onlardan ən
çox tanınanı Wine-dır. Wine – Windows API-ın sərbəst realizə edilməsidir. Wine, həmçinin,
Linuxun distributivlərinin çoxunda var.
Linux – DOS və Windows fayl sistemləri arasında faylların problemsiz ötürülməsinə icazə verir.
Belə ki, bunu sərt diskin uyğun bölmələrinə müraciət etməklə həyata keçirir. Lakin, bu zaman
bəzi tənzimləmələr etmək lazımdır.
Şəbəkəni dəstəkləməsi:
TCP/IP – Unix və Linuxun istifadə etdiyi əsas şəbəkə sistemidir.
TCP/IP – internet üçün hazırlanmış protokollar yığımıdır. Yalnız lokal şəbəkəyə birləşmək üçün
Unix maşını da TCP/IP istifadə edir. Həmçinin, Linux IPX/SFX, AppleTalks və s. bu kimi
protokolları dəstəkləyir.
24 25 26 27 28 29 30 29 30 31
Dostları ilə paylaş: |