Yəni “xakker”lərin Linux-u ciddi hədəf kimi qəbul etməsi üçün yetərincə səbəb var. Bundan
başqa, bir gün Linux istifadəsi Windows qədər geniş olsa belə Linux-un çox daha təhlükəsiz
qalacağına inanıram. Çünki Linux-un strukturu Windows kimi deyil, fayl sisteminin quruluşu
fərqlidir. Bunu tam başa düşmək üçün Linux fayl sistemini araşdırmaq lazımdır. Linux-da bir
çox əmrləri icra etmək üçün istifadəçidən təsdiqlənmə tələb olunur. Windows-da arxa fonda
işləyib kompüterini gücünü lazımsız yerə istifadə edən proqramların Linux-da özünə yer tapması
çox daha çətindir. Onu da deyim ki, bunlar “Linux-da virus yoxdur” demək deyil. Linux-da bu
günə qədər əlbəttə bir çox açıqlar tapılıb. Hətta ən son bilinən açıqlardan olan “Ghost”, Linux
istifadə edən çox sayda cihaza zərər yetirilməsinə imkan verirdi. Lakin bu açıq da digərlərı kimi
çox qısa müddətdə(Arch kimi bəzi distributivlərdə 1 gün belə olmadan) həll edildi və sistemlərin
təhlükəsizliyi bərpa olunmuş oldu. Windows-da belə açıqlara daha tez-tez rast gəlinir və bu
açıqların həll edilib sistemin yenidən təhlükəsiz hala gətirilməsi bəzən aylar çəkir. Bu müddətdə
nə baş verdiyini düşünmək çətin deyil məncə..
Linux açıq qaynaq kodlu bir sistem olduğu üçün kod ilə maraqlanan insanların sayı digər
əməliyyat sistemi şirkətlərinin işçi sayından bir neçə dəfə çoxdur. Buna görə də, sistem açıqları
digər əməliyyat sistemlərinə nisbətən daha qısa müddətdə həll edilir.
Linux distributivləri pul qarşılığında satılmır, kiçik yeniləmələr xaricində böyük yeniləmələr də
tamamilə pulsuzdur. Bu halın Windows 10 ilə dəyişdiyini düşünənlər ola bilər amma yenə də
əgər bir Windows lisanziyasına sahib deyilsinizsə pul ödəməlisiniz. Red Hat kimi pul
qarşılığında satılan distributivlər var amma Red Hat-ın pulsuz təklif etdiyi Fedora distributivi də
mövcuddur, sadəcə Red Hat ilə təqdim edilən bəzi xüsusi servislər əskikdir. Red Hat ilə satılan
sadəcə distributivin özü deyil, həm də xüsusi servisləridir yəni.
Sistemdə təhlükəsizlik riskləri üst səviyyədə olanda avadanlıq ehtiyyacları yeni bir böyük
yeniləməni tələb edir və Microsoft yeni Windows buraxılışını təqdim edir. Bunları Basic, Home,
Professional kimi qiymətinə görə bacarıqları da dəyişən fərqli buraxılışlar şəklində heç də az
olmayan ödəniş qarşılığında satışa çıxarır. Əgər (qətiyyən tövsiyə etmədiyimiz bir yoldur),
əməliyyat sisteminizi “pirat”, illegal şəkildə əldə etməyi seçirsinizsə deməli artıq bir çox başqa
problemlemləriniz var.
Windows-un hər hansı(yalnız ən son buraxılışları düşünməyin.) bir buraxılışını alıb
quraşdırdıqdan sonra sisteminizə bir ofis proqramı, antivirus proqramı, mesajlaşma proqramı,
internet səyyahı, film və musiqi oxuyan proqramlar, pdf proqramı və istədiyiniz digər
proqramları quraşdırmağınız lazım olacaq. Beləliklə bütöv quraşdırma prosesi bir neçə saat
çəkəcək. Bəs Linux-da vəziyyət nə yerdədir? Burada yazdığım ehtiyyacları qarşılayan
proqramların %80-i, hətta daha çoxu, müvafiq Linux distributivini quraşdırdığınız andan
etibarən istifadəyə hazır olacaq. Məsələn Ubuntu-da ofis proqramı olaraq Libre Office,
mesajlaşma üçün Pidgin, internet səyyahı olaraq Firefox, multimediya üçün Rhythmbox, PDF
fayllar üçün Document Viewer və s. lazımlı proqramlar öncədən yüklənmiş olaraq gəlir.
İstifadəçi əgər istərsə bu proqramları silə və ya dəyişə bilər. Əksər Linux distributivləri
quraşdırma sonrasında elə o andaca istifadəyə hazır olurlar.
Proqramları yeniləmək Linux distributivlərində Windows ilə müqayisədə “tək toxunuş” qədər
asandır. Windows üçün Windows sistemini, quraşdırdığınız hər proqramı ayrı-ayrı
yeniləməlisiniz. Linux distributivlərində isə bu iş sistemə tapşırılıb və hər proqramın yeni
buraxılışı gəldikcə yenilənən paketləri sistem özü tapır, endirir və quraşdırır. İstifadəçiyə qalan
sadəcə bir düyməyə “toxunmaq” olur :)
Windows ilə əldə etdiyiniz masaüstü görünüşü; masaüstü arxafonu və menyu görünüşündəki
kiçik dəyişikliklər xaric digərləri ilə eynidir deyə bilərik. Linux-da isə “Masaüstü mühiti” olaraq
adlandırılıan(bu və digər bəzi vacib terminlər ilə bağlı geniş məlumatı “
Linux terminləri
” adlı ilk
yazımda oxuya bilərsiniz) ayrı bir qat, masaüstünü idarə etməklə vəzifələndirilib. Ən məhşurları
KDE, Cinnamon, Unity, Xfce, GNOME və LXDE-dir. Şəxsi zövqünüzə və tələblərinizə görə
bunlardan və daha bir çox adını çəkmədiklərimdən birini seçib istifadə edə bilərsiniz. Beləliklə
Windows-da olan monotonluqla yaşamaq məcburiyyətində qalmamış olursunuz.
Açıq qaynaq kodlu layihələrin dəstəyi Microsoft-un verəcəyi dəstəyə nəzərən qat-qat böyükdür.
Forumlar, IRC kanalları, e-poçt siyahıları vasitəsilə minlərlə insan sizə kömək edə bilmə
potensiyalına sahibdir.
Linux-da bir xəta tapdığınız zaman bugzilla adlı bir xəta izləmə sisteminə qoşulub
problemininizi düzgün şəkildə yazıb problemin qısa müddət ərzində aradan qaldırıldığını görüb
sevinə bilərsiniz :D Microsoft Windows-da isə xətaların aradan qaldırılması bəzən aylar çəkir və
çox vaxt sizə cavab vermə nəzakəti belə göstərmirlər. Problem sizin kompüterinizdə həll edildisə
deməli, eyni proqramdan istifadə edən milyonlarla insanda da həll edilmişdir. Yəni bir nəfərin
diqqəti, milyonlarla insanın xeyrinə olur.
– Linux-un əskikləri:
Linux-da ən vacib əskiklərdən biri – hal-hazırda əvvələ görə çox yaxşı vəziyyətə gəlmiş olsa da
– oyunlardır. Linux-da əlbəttə bir çox pullu və pulsuz oyun var. Lakin bu oyunların sayı ən
azından Windows-dakı qədər deyil hələlik. Ancaq bunun çox yaxında dəyişəcəyinə inanıram.
Əsasən Steam OS səbəbilə bir çox oyun Linux-a keçdi və keçirilir. Bundan başqa, Wine və
PlayOnLinux kimi proqramlarla bir çox Windows və DOS oyun və proqramlarını işlətməniz
mümkündür. Yəni qısaca, Linux hal-hazırda oyun barəsində Windows qədər yaxşı olmasa da
əvvəllərə görə çox böyük irəliləyiş qət edib. Əgər ciddi bir oyunçusunuzsa bir müddət daha
Linux sizə uzaq gələ bilər. Amma ən azından dual boot olaraq qurub, oyun xaric bütün işlərinizi
Linux ilə həll edib, Windows-u sadəcə oyun üçün istifadə edə bilərsiniz :)
İkinci bir əskiklik isə bəzi xüsusi proqramların ancaq Windows üçün çıxmasıdır. Əlbəttə Linux
üçün bu proqramların bir çox fərqli açıq qaynaq alternativləri mövcuddur amma əgər işiniz üçün
müəyyən bir proqramla işləməyə məcbursunuzsa və o proqram Linux üçün mövcud deyilsə və ya
açıq qaynaq alternativleri sizə yetərli gəlmirsə bir müddət daha bəzi işləriniz üçün Windows
istifadə etməlisiniz.. Bunun üçün də yuxarıda yazdığım seçim mövcuddur əlbəttə. Dual boot
olaraq bir Linux distributivi qurub iki əməliyyat sistemi ilə yaşamağa davam edə bilərsiniz...
Yuxarıda GNU, GPL, açıq qaynaq kod kimi bəzi ifadələr istifadə etdim. Bunların nə mənaya
gəldiyini bilmirsinizsə aşağıdakı paragrafda ətraflı məlumat tapa bilərsiniz.
GNU-nun açılışı, ‘GNU is Not Unix’dir. Yəni GNU, ‘GNU, Unix deyil’ mənasına gələn,
rekursiv(özünü təkrar edən) bir sözdür. GNU deyiləndə ilk yada düşən insan, Richard Stallman,
1970-ci illərdə MIT(Massachusetts Institute of Technology)-nin Süni İntellekt laboratoriyasında
azad proqram təminatını bir yaşam şəkli və fəlsəfəsi olaraq mənimsəmiş bir qrupla bərabər 1980-
ci illərin əvvəlinə qədər proqram tərtibatçısı olaraq çalışıb. Bu grup ilə olan birliyin bitməsindən
sonra özünü yeni bir sosyal sistemin içində tapır, Stallman bir müsahibəsində o günləri bu
şəkildə çatdırır: “Özümü azad olmayan (qaynaq kodu qapalı olan) proqramların hakim olduğu
və istifadəçilərin köməksiz qoyulduğu, parçalanmış və birlikdə işləməyin piratlıq olaraq hesab
edildiyi çirkin bir sosyal sistemin içində tapdım. Bu cür yaşamağı rədd etdim. Ancaq işimi
azadlığa və birlikdə işləməyə sərf etdiyim zaman etdiklərimdən qürur duya biləcəyimə qərar
verdim.” Və 1983-cü ildən Unix-ə bənzər bir əməliyyat sistemi yaratmaq məqsədilə əməliyyat
sistemi nüvəsi(kernel) xaric bir əməliyyat sistemi üçün zəruri olan bütün proqramları özündə
birləşdirən nəhəng bir azad proqram təminatı koleksiyası olan GNU Layihəsini həyata keçirdi.
Yazılan azad proqram təminatlarının ortaq bir yerdə toplanması üçün 1985-ci ildə yenə Stallman
tərəfindən FSF (Free Software Foundation – Azad Proqram Təminatı Vəqfi) quruldu və GNU
proqramlarını qorumaq üçün GPL (General Public Licence - Ümumi İctimai Lisenziya) adı
verilən proqram lisenziyası yaradıldı. GPL lisenziyası ilə qorunan azad proqram təminatlarının
məqsədləri azadlıqlarını qorumaqdan başqa bir şey deyil.
Azad Proqram Təminatı adı ilə bağlı bir məsələni aydınlaşdırmaq istəyirəm. Azad Proqram adı
ingilis dilində Free Software olduğu üçün bir çoxları tərəfindən free sözünün bir çox fərqli
mənasından sadəcə biri olan “pulsuz” mənasında qəbul edilir və yanlış anlaşılır. Free Software
adındakı free, pulsuz deyil azad mənasındadır. Richard Stallman özü bu məsələni belə izah
etmişdir: “Bir proqramı “azad” olaraq adlandırdığımız zaman, bunun mənası proqramın
istifadəçinin əsas azadlıqlarına hörmət göstərməsidir: işlətmək, anlamaq, dəyişdirmək və