Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə24/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   20   21   22   23   24   25   26   27   ...   162

III fəsil. Bağışlama müqaviləsi 

masını  istisna  edir.  Hədiyyə  verilən  əmlakın  hədiyyə  alanın 

mülkiyyəti  sayılması  müqavilənin  konstruksiyası  ilə  yanaşı,  AR 

MM-in  673.4-cü  maddəsinin  mənasından  da  irəli  gəlir.  Orada 

göstərilib:  "Bağışlamaqdan  imtina  edildikdə  hədiyyə  alan,  əgər 

bağışlanmış 

predmet 

onun 


mülkiyyətindədirsə, 

hədiyyəni 

qaytarmağa borcludur. Odur ki, əgər hədiyyə alan onun mülkiyyətinə 

verilmiş  predmet  üzərində  mülkiyyət  hüququndan  istifadə  edərək 

sərəncam vermişdirsə, o halda həmin predmet əldə edəndən geri tələb 

oluna bilməz. 

Mülki  hüquq  müqavilələrinin  bir  çoxu  həm  əvəzli,  həm  də 

əvəzsiz  ola  bilər  (məsələn,  borc  müqaviləsi,  tapşırıq  müqaviləsi, 

saxlama  müqaviləsi).  Lakin  yalnız  bağışlama  və  əvəzsiz  istifadə 

(ssuda) müqavilələri əvəzsiz xarakterlidir. İlk baxışdan müqavilənin 

əvəzsiz  xarakteri  mülki  hüququn  özünün  təbiətinə  ziddir.  Belə  ki, 

mülki hüququn tənzimetmə predmetinə aid olan əmlak münasibətləri 

ənənəvi olaraq əmlak-dəyər və əmtəə-pul münasibətləri çərçivəsində 

çıxış  edir.  Dəyər  haqqında  makroiqtisadi  qanunun  təsiri  isə  tam 

mənasında  yalnız  əvəzli  öhdəlik  münasibətlərində  özünü  göstərir. 

Deməli, əmtəələrin (əşya, iş və xidmətlər) özünəməxsus dövriyyəsi 

məhz burada həyata keçirilir'. 

Lakin  bağışlama  müqaviləsinin  əvəzsiz  xarakterinə  istinad 

etməklə onun mülki hüquq münasibətlərinə aid edilməsinə şübhə ilə 

yanaşılması  doğru  olmayacaqdır.  Digər  əlamətlərinə  görə  bu 

müqavilə  növü  mülki  hüquqi  tənzimetmə  predmetinin  tələblərinə 

cavab verir. Belə ki, bağışlama müqaviləsi əmlakın (əşya, hüquq və 

s.) yerdəyişməsini, yəni bir şəxsdən (hədiyyə verəndən) başqa şəxsə 

(hədiyyə  alana)  keçməsini  şərtləndirir.  Bu  yerdəyişmə  də 

bərabərhüquqlu  subyektlər  arasında  baş  verir.  Münasibətlər 

çərçivəsində  bərabərhüquqluluq  mülki  qanunvericiliyin  əsas 

prinsiplərindəndir. 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с. 135 

73 



Rüfət Göyüşov 

İkincisi, bağışlama müqaviləsi üzrə hədiyyə verən müstəqil iradə 

ifadəsi əsasında öz əmlakını başqa şəxsin xeyrinə güzəşt edir. Qarşı 

tərəfin  (hədiyyə  alanın)  hədiyyəni  qəbul  etməsi  ilə  müqavilə 

bağlanmış  sayılır.  Beləliklə,  bağışlama  müqaviləsi  üzrə  hüquq 

münasibətlərinə  daxil  olarkən  tərəflər  (hədiyyəni  vermək  və  onu 

qəbul  etməklə)  öz  iradələrinə  uyğun  olaraq  münasibətlərdə  iştirak 

edirlər.  Bu  zaman  münasibətlərə  hakim  olan  tərəflərin  iradə 

müstəqilliyi  əlaməti  mülki  hüquq  münasibətlərini  xarakterizə  edən 

əsas prinsiplərdən biridir. 

Bağışlama müqaviləsinin mülki hüquqi tənzimetmə predme- tinə 

aid  olmasını  xarakterizə  edən  növbəti  (üçüncü)  əlamətini  mülki 

dövriyyə  iştirakçılarının  əmlak  müstəqilliyi  prinsipinə  əsaslanaraq 

izah etmək olar. Belə ki, qeyd edilən müqavilə üzrə hədiyyə verən 

digər dövriyyə iştirakçılarının əmlaklarından ayrılmış və onun özünə 

məxsus  olan  əşya  üzərində  sərəncam  verir.  Şəxsin  özünə  məxsus 

əmlakın üzərində digər şəxslərin hüququnu pozmamaqla istədiyi kimi 

sərəncam verə bilməsi hüququ mülkiyyət hüququnun məzmunundan 

irəli gələn hüquqdur. Odur ki, mülkiyyət hüquqlarının realizəsi yalnız 

mülki hüquqi tənzimetmə predmetinin obyektidir. 

Dördüncüsü, 

bağışlama 

mülki 

müqavilədir. 



Hüquq 

ədəbiyyatlarında  bağışlamanı  əmlaka  mülkiyyət  hüquqlarının 

yaranması əsaslarından biri olmaqla birtərəfli əqd kimi qəbul etməyi 

təklif  edənlər  vardır'.  Bu  fikrin  əsası  kimi,  hədiyyə  alanın  hədiyyə 

verənə  yönəlik heç bir vəzifəsinin olmaması faktı çıxış edir. Başqa 

sözlə, bağışlama real əqd kimi, hədiyyə alanın heç bir cavab tədbiri 

ilə müşahidə olunmadan hədiyyə verən tərəfindən əşyanın verilməsi 

ilə bağlanmış sayılır. 

Əks  fikrin  nümayəndələri  isə  hesab  edirlər  ki,  bu  müqavilənin 

predmeti kimi yalnız əşyalar deyil, əmlak hüquqları da çıxış 

'  Победаносцев  К.  Курс  гражданского  право.  В  3-х  т.  СПб.,  1986.  Т.  3,  с. 

364-366. 



74 


III fəsil. Bağışlama müqaviləsi 

edir.  Bundan  başqa,  bağışlama  müqaviləsi  real  olduğu  kimi, 

konsensual  xarakterli  də  ola  bilər.  Belə  ki,  AR  MM-in  668.1.5-  ci 

maddəsində  vəd  formasında  olan  bağışlama  müqaviləsini 

tənzimləyən norma əksini tapmışdır. Nəhayət, ən əsas ciddi arqument 

müqavilənin  bağlanmasının  təsdiqi  üçün  hədiyyə  alanın  razılığının 

olması tələbində ifadə olunur ki, bu da bir daha münasibətin müqavilə 

xarakterinə dəlalət edir. 

Bağışlamanın  həyata  keçirilməsi  motivləri  müxtəlif  ola  bilər: 

yardım  etmək,  dəstək  vermək,  stimul  yaratmaq,  ilkin  kapitalı 

formalaşdırmaq və hətta qarşı tərəfi cavab tədbirinə stimullaşdırmaq. 

Bu  mənada  müqavilənin  əvəzsiz  xarakteri  onun  səbəbsiz  olaraq 

yaranması  demək  deyildir.  Lakin  hər  bir  halda  motiv  müqavilənin 

çərçivəsindən  kənarda  mövcuddur  və  heç  bir  halda  müqavilənin 

etibarlılığına təsir etmir. AR MM-in 347.3-cü maddəsində müəyyən 

olunmuş  ümumi  qaydaya  görə,  əqdin  motivləri  barəsində  yanılma, 

onun  razılaşma  predmeti  olduğu  hallar  istisna  edilməklə,  vacib 

əhəmiyyətə malik deyildir. 

İ.V.Yeliseyev  qeyd  edir  ki,  qarşı  tərəfi  zənginləşdirmək  istəyi 

başqa  bir  əqdin  motivi  ola  bilər.  Məsələn,  yaxın  qohuma  mənzilin 

bazar dəyərindən qat-qat aşağı balans qiyməti ilə satılması, iqtisadi 

cəhətdən  zəngin  hədiyyə  olaraq  qəbul  edilə  bilər.  Lakin  hüquqi 

cəhətdən  bu  münasibətlər  bağışlama  deyil,  alqı-satqı  müqaviləsi 

əsasında tənzimlənəcəkdir. Çünki qarşı tərəf balans dəyərində ifadə 

olunan alış qiymətini ödəməlidir. Odur ki, bağışlama müqaviləsinin 

əsası kimi yalnız qarşı tərəfi zənginləşdirmək isətyi deyil, həmçinin 

əmlakın əvəzsiz olaraq verməsi çıxış edir'. 

Bağışlama müqaviləsinin əvəzsiz xarakteri heç də o demək deyil 

ki,  hədiyyə  alan  bütün  əmlak  vəzifələrindən  azaddır.  Belə  ki, 

hədiyyənin verilməsi bu hədiyyənin ümumi ictimai məqsədlər üçün, 

həmçinin, müəyyən təyinat üzrə istifadəsi şərtini nəzərdə 

' Гражданское право: Учебник / Под. ред. А.П.Сергеева, Ю.К.Толстого. 

Том 2. М.: Проспект, 2003, с. 136. 

75 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə