Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə22/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   162

II fosil. Dəyişdirmə müqaviləsi 

qaydaya  görə,  alqı-satqı  müqaviləsindən  irəli  gələn  alıcının  malın 

dəyişdirilməsi  və  ya  qaytarılması  haqqında  tələbi  bu  şərtlə 

ödənilməlidir ki, mal işlədilmiş olmasın, istehlak xassələri qorunub 

saxlansın və həmin satıcıdan alındığına dair sübutlar olsun. 

Göstərilən  şərtlər  ödənilmədikdə,  yəni  mal  işlədilmiş  olduqda, 

istehlak  xassələri  qorunub  saxlanılmadıqda  və  satıcıdan  alınmasına 

dair  sübutlar  olmadıqda  dəyişdirməni  həyata  keçirtməkdən  və 

beləliklə, eyni müqaviləni bağlamaqdan imtina edə bilər. Bu zaman 

müsbət qərar qəbul edib-etməmə artıq satıcının iradəsinə bağlıdır. 

Bir  məsələni  qeyd  etmək  lazımdır  ki,  adi  halda  dəyişdirmə 

müqaviləsini tənzimlyən normalarda malın işlədilməsi və ya istehlak 

xassələrini  qismən  və  ya  tamamilə  itirməsi  mülki  dövriyyə 

iştirakçıları  arasında  bu  cür  əşyalarla  əlaqədar  dəyişdirmə 

müqaviləsinin  bağlanmasına  mane  olan  hal  kimi  nəzərdə  tutula 

bilməz. Əks təqdirdə mülki dövriyyənin azadlığı məhdudlaşdırılmış 

olacaqdır. 

2.2.

 

Dəyişdirmə müqaviləsinin əlamətləri 

Dəyişdirmə  müqaviləsi  əvəzli  xarakterlidir  və  qarşılıqlıdır. 

Tərifdən  də  görünür  ki,  bu  müqavilə  üzrə  bir  tərəf  digər  tərəfin 

mülkiyyətinə  verdiyi  əşyanın  əvəzi  olaraq  verilən  əşyanı 

mülkiyyətinə qəbul edir. Bu zaman alqı-satqı müqaviləsindən fərqli 

olaraq satılan əşyanın alış qiyməti kimi pul deyil, əvəz kimi verilən 

əmtəə  çıxış  edir.  AR  MM-in  663.1-ci  maddəsində  qeyd  olunur  ki, 

əgər  dəyişdirmə  müqaviləsindən  ayrı  qayda  irəli  gəlmirsə, 

dəyişdirilməli mallar bərabər qiymətli sayılır. Təcrübədə dəyişdirilən 

əmtəələrin  qiymətinin bərabər olmayan hallarına  rast  gəlinir. Misal 

üçün  dəyişdirilən  əmtəə  digər  əmtəənin  dəyərindən  aşağı  olarsa,  o 

zaman  dəyişdirmə  əmtəə+əmtəə+pul  formasında  olacaqdır.  Bu 

münasibətlərin  alqı-satqı  və  ya  dəyişdirmə  olması  ilə  əlaqədar 

qanunverici dəqiq mövqe müəyyən etməmişdir. 



67 


Rüfət Göyüşov 

Ümumi qaydaya əsasən, müqavilə tərəfləri bir əşyanın müqabilində 

digər əşyam verməyi öhdələrinə götürürlərsə, o zaman bu müqavilə 

dəyişdirmə müqaviləsi hesab olunacaqdır. 

Müqavilə azadlığı prinsipinə uyğun olaraq dəyişdirilən malların 

qiyməti  tərəflərin  razılaşması  ilə  müəyyən  olunur.  Dəyişdirilən 

əmtəələrin  qiymətini  formalaşdıran  amillər  müxtəlifdir.  Əmtəələr 

dəyişdirilərkən onların  qiymətlərinin bərabərləşdirilməsi hər zaman 

mümkün  olmaya  bilər.  Cinsən  müəyyən  olunan  əşyalarla  əlaqədar 

tərəflər  kəmiyyət,  çəki  və  keyfiyyət  göstəricilərindən  çıxış  edərək 

buna nail ola bilərlər. Məsələn, bir ton taxılın bazar qiyməti müəyyən 

olunaraq  ona  müvafiq  çəkidə  yanacağa  dəyişdirilə  bilər.  Fərdən 

müəyyən  olunan  əşyalar  dəyişdirilərkm  qiymətin  eyniləşdirilməsi 

mümkün  olmaya  bilər.  Məsələn,  torpaq  sahəsi  və  avtomobil 

dəyişdirilərkən  bu  əmlakların  real  bazar  qiymətlərinin  üst-üstə 

düşməsi çox nadir hallarda ola bilər. Odur ki, dəyişdirilən əmlakların 

qiymətlərinin bərabər hesab edilməsi və yaxud aşağı dəyərli əmlakın 

üzərinə  əlavə  pul  vəsaitinin  verilməsi  tərəflərin  razılaşmasından 

asılıdır. Bu zaman unikal  bir vəziyyət  yaranmış  olacaqdır.  Belə ki, 

əgər dəyişdirilən malların qiymətləri arasında fərq varsa və tərəflər 

əlavə pulun ödənilməsini razılaşdırmayıblarsa o halda yüksək dəyərə 

malik əşyanı verən şəxs dəyərin artıq olan hissəsini sanki' qarşı tərəfə 

bağışlamış olur. Yox, əgər yüksək dəyərə malik olan əşyanın digər 

əşyanın  qiyməti  ilə  örtülən  dəyərinin  üstündə  qalan  hissəsi  ilə 

əlaqədar 

' Sanki ifadəsi Roma hüququndan bizə molumdur. Roma hüququnda öhdəliklərin 

təsnifatı  müqavilələr  və  sanki  müqavilədən  yaranan  öhdəliklər  (xüsusi 

mükafatlandırmanın açıq elan edilməsi, birtərəfli hüquqa uyğun hərəkətlərdən yaranan 

öhdəliklər)  və  deliktlər  və  sanki  deliktlordən  yaranan  öhdəliklər  əsasında  aparırdılar. 

Sanki ifadəsi onu ehtiva edir ki, tərəflər arasında müqavilə yoxdur, amma müqavilədən 

irəli  gələn  hüquq  və  vəzifələr  vardır.  Bilavasitə  delikt  yoxdur,  amma  hüquqi 

pozuntulardan əmələ gələn hüquq və vəzifələr  yaranmışdır. Yuxarıda qeyd etdiyimiz 

misalda  tərəflər  arasında  bağışlama  və  alqı-satqı  müqaviləsi  yoxdur,  amma  bu 

müqavilələri tənzimləyən şərtlər yaranmışdır. 

68 



II fəsil. Dəyişdirmə müqaviləsi 

əlavə pul vəsaitinin verilməsi razılaşdırılıbsa, o zaman həmin hissə 

ilə əlaqədar, sanki alqı-satqı müqaviləsi bağlanmış olacaqdır. 

Dəyişdirmə müqaviləsinin tərəfləri qarşılıqlı hüquq və vəzifələr 

daşıdıqları  üçün  bu  müqavilə  sinelaqmatik  müqavilədir.  Roma 

hüququnda dəyişdirmə  müqaviləsi (permutatio)  adsız  kontraktlar' 

sırasına  aid  idi.  Müasir  qanunvericiliklərdə  verilən  anlayış  onun 

konsensual  xarakterinə  dəlalət  edir.  Belə  ki,  bu  müqavilə  üzrə 

tərəflərin  razılığa  gəlməsi  müqavilənin  bağlanmış  hesab  edilməsi 

üçün  kifayət  sayılır.  Müqavilə  bağlandıqdan  sonra  vəzifəsini  icra 

etməyən  tərəfin  mah  vermək  öhdəliyinin  icrasına  öhdəliklərin 

qarşılıqlı icrası haqqında qaydalar tətbiq edilir. 

Predmet  haqqında  razılaşma  alqı-satqı  müqaviləsində  olduğu 

kimi,  dəyişdirmə  müqaviləsinin  də  mühüm  şərti  hesab  olunur. 

Dəyişdirmə  müqaviləsinə  verilən  anlayışdan  görünür  ki,  bəzi 

müqavilələrdən  (tələblərin  və  hüquqların  alqı-satqısı,  faktorinq, 

bağışlama, icarə və s.) fərqli olaraq (müqavilənin predmeti qismində 

əmlak  hüquqlarının  çıxış  edə  bildiyi  müqavilələr)  dəyişdirmə 

müqaviləsinin predmeti kimi əşyalar (daşınar və daşınmaz) çıxış edə 

bilər.  Mülki  dövriyyədən  çıxarılmayan  istənilən  əşyaların 

dövriyyəsinin mümkünlüyü şübhə doğurmur. 

Bununla  belə,  bəzi  əmlak  hüquqlarının,  əgər  dəyişdirmə 

müqaviləsinin təbiətinə zidd deyildirsə, onun predmeti kimi çıxış edə 

bilməsi  AR  MM-in  662.2-ci  maddəsinin  (dəyişdirmə  müqaviləsinə 

alqı-satqı  haqqında  göstərişlər  müvafiq  surətdə  tətbiq  edilir) 

tələblərini nəzəri alaraq mümkün hesab etmək olar. Belə ki, güzəşt 

edilməsi  və  ya  girov  qoyulması  mümkün  olan  tələbin  və  hüququn 

mülkiyyətçisi onu başqa şəxsin mülkiyyətinə verə bildiyi üçün bunu 

alqı-satqı və ya dəyişdirmə müqaviləsi vasitə- 

‘ Adsız kontraktlar istilahı o manada başa düşülürdü ki, bu kontraktlar əsas sivil 

kontraktlardan heç birinə (real, konsensual, verbal, literal) aid olan əlaməti yox idi. Bax. 

İ.B.Novitski. Roma Hüququ (Rus dilindən Azərbaycan dilinə tərcümə) / tərcümə edən 

və elmi redaktor İ.Ə. Vəliyev. Bakı: "Adiloğlu" nəşriyyatı 2006, səh.230-231. 

69 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə