Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə21/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   162

Rüfət Göyüşov 

borclunun  üzərinə  düşən  vəzifələri  icra  etmədiyi  halda  müştəri 

tərəfindən AR MM-in 441.2-ci maddəsi ilə təmin olunmuş qarşılıqlı 

öhdəliyin  icra  edilməməsi  hüququ  başa  düşülür.  Çünki  faktorinq 

müqaviləsi  üzrə  əsasən  mövcud  tələblər  güzəşt  edilir.  Əgər  borclu 

üzərinə  düşən  vəzifələri  lazımınca  icra  etmiş  olsaydı,  kreditorun 

(faktorun müştərisinin) tələb hüququ da yaranmayacaqdı və bu halda 

güzəşt  ediləsi  bir  hüquq  da  qalmazdı.  Burada  əsas  məqam  tələbin 

faktora  güzəştindən  sonra  müştəri  tərəfindən  borcluya  münasibətdə 

öhdəliyin  icrası  ilə  əlaqədar  etməli  olduğu  hərəkətlərin 

dayandırılmasından ibarətdir. Borclunun həyata keçirtdiyi ödənişlər 

güzəşt  edilmiş  tələblərlə  əlaqədar  olduğu  üçün  ödənilmiş  məbləğin 

geri qaytarılmasını tələb etmək qanunvericiliklə qadağan edilmişdir; 

c)  borclu  faktorun  müştəri  qarşısında  öhdəliyini  icra  etməməsi 

halında faktora ödədiyi məbləğin qaytarılmasını tələb edə bilər. Belə 

ki,  AR  MM-in  657.8-ci  maddəsində  müəyyən  olunmuş  qaydaya 

əsasən,  əgər  borclu  hər  hansı  tələb  üzrə  faktora  ödədiyi  məbləğin 

qaytarılmasını  tələb  etmək  hüququna  malikdirsə,  faktordan  həmin 

məbləğin qaytarılmasım yalnız o halda tələb edə bilər ki, faktor bu 

tələb  üzrə  mal  göndərənə  ödəmə  öhdəliyini  icra  etməsin  və  ya 

borclunun  ödənişinin  aid  edildiyi  mallar  barəsində  müqavilənin 

müştəri  tərəfindən  yerinə  yetirilmədiyini,  lazımınca  yerinə 

yetirilmədiyini  və  ya  yerinə  yetirilməsinin  gecikdirildiyini  bildiyi 

məqamda icra etsin. 



64 


II fəsil. Dəyişdirmə müqaviləsi 

II

 

FƏSİL. Dəyişdirmə müqaviləsi 

2.1.

 

Dəyişdirmə müqaviləsinin anlayışı 

Dəyişdirmə  müqaviləsinin  anlayışı  AR  MM-in  662.1-ci 

maddəsində  aşağıdakı  kimi  verilmişdir:  "Dəyişdirmə  müqaviləsinə 

görə  tərəflərdən  hər  biri  başqa  tərəfin  mülkiyyətinə  bir  əşyanın 

müqabilində digər əşyanı verməyi öhdəsinə götürür". 

Dəyişdirmə  müqaviləsi  maddi  nemətlərin  dövriyyəsini 

şərtləndirən insanlıq tarixinin ilk əqdlərindən biri olmaqla, təkamül 

prosesində  mübadilə  vasitəsi  kimi  pulun  dövriyyəyə  girməsi  ilə  öz 

yerini daha mütəşəkkil olan alqı-satqı müqaviləsinə vermişdir. Belə 

ki, mübadilə vasitəsi kimi pul vəsaitlərinin çıxış etmədiyi dövrlərdə 

bu  ünsiyyət  formasından  geniş  istifadə  olunurdu.  Alqı-satqı 

müqaviləsi  öz  başlanğıcını  dəyişdirmə  müqaviləsindən  götürsə  də, 

hal-hazırda üstün və əhatəli tənzimetmə metodu vasitəsilə dəyişdirmə 

müqaviləsini öz çətiri altında yerləşdirir. Bu tendesiyanı dəyişdirmə 

müqaviləsinin 

tənzimlənməsi 

ilə 

əlaqədar 



qanunvericinin 

yanaşmasında  da  görmək  olar.  Mülki  Məcəllənin  alqı-satqı 

müqaviləsinə  həsr  olunmuş  normaları  iki  fəsil  (29  və  30),  səkkiz 

paraqraf  olmaqla  95  maddəni  (567-662)  əhatə  etdiyi  halda, 

dəyişdirmə  müqaviləsinin  tənzimlənməsi  ilə  əlaqədar  məsələlərə 

cəmi 4 maddə (662-666) həsr olunmuşdur. Təbiətinə görə biri-birinə 

yaxın olan müqavilələr arasında yaranmış boşluğu aradan qaldırmaq 

məqsədilə  qanunverici  AR  MM-in  662.2-ci  maddəsində  belə  bir 

qayda  müəyyən  etmişdir  ki,  dəyişdirmə  müqaviləsinə  alqı-satqı 

haqqında göstərişlər müvafiq surətdə tətbiq edilir. 

Dəyişdirmə müqaviləsi daxili iqtisadi münasibətlərdə az istifadə 

olunsa  da  beynəlxalq  ticarətdə  bu  müqavilə  formasından  geniş 

istifadə olunur. Beynəlxalq ticarətdə bu müqavilə barter müqaviləsi 

adı ilə tanınır. Barter müqaviləsinin üstünlüyü tərəf- 

65 



Rüfət Göyüşov 

brin bir mah satıb yerinə başqa malı almaq istəkləri üst-üstə düşdüyü 

halda zamana və vəsaitlərə qənaətə imkan verməsidir'. 

Dəyişdirmə müqaviləsi müstəqil müqavilə olmaqla bərabər, bəzi 

hallarda  alqı-satqı  münasibətlərinin  məzmunundan  irəli  gələ  bilər. 

Alqı-satqı  müqaviləsinin  predmetinin  dəyişdirilə  bilməsi  iki  hal  ilə 

əlaqədardır.  Bunlardan  birincisi  mübahisəli,  ikincisi  isə  normal 

münasibətlər  çərçivəsində  alqı-satqı  müqaviləsinin  predmetinin 

dəyişdirilməsini  nəzərdə  tutur.  Birinci  hala,  satıcı  üzərinə  düşən 

öhdəliyi lazımi qaydada icra etməməsi ilə əlaqədar olaraq (məsələn, 

keyfiyyətsiz  əşyanın  satılması  halında  alıcının  bu  əşyanı  dəyişdirə 

bilməsi hüququ və s.) qanunverici tərəfindən təmin edilmiş alıcının 

malın  dəyişdirməsini  tələb  etmək  hüququ  aiddir.  Bu  münasibətlər 

müstəqil  dəyişdirmə  müqaviləsinin  əsası  ola  bilməz.  Çünki 

keyfiyyətsiz  mal  ilə  əlaqədar  alıcının  malın  dəyişdirilməsini  tələb 

etmək  hüququ  qarşısında  satıcının  qanunla  müəyyən  olunmuş  və 

alqı-satqı  müqaviləsinin  məzmunundan  irəli  gələn  adekvat  vəzifəsi 

durur. Yəni alıcı belə bir tələb irəli sürdüyü təqdirdə satıcının bundan 

imtina  etməsi  imkanı  olmur.  O,  məcburən  keyfiyyətsiz  mah 

dəyişdirməlidir. 

Digər hala normal münasibətlər çərçivəsində, yəni həm alıcı, həm 

də  satıcı  tərəfindən  üzərlərinə  düşən  vəzifənin  layiqincə  yerinə 

yetirildiyi təqdirdə AR MM-in 623.1-ci maddəsində nəzərdə tutulan, 

alıcının  malın  dəyişdirilməsini  tələb  edə  bilməsi  hüququ  aiddir. 

Həmin normaya əsasən, əgər satıcı tərəfindən daha uzun müddət elan 

edilməyibsə,  alıcı  qeyri-ərzaq  malının  ona  verildiyi  andan  on  dörd 

gün  ərzində  aldığı  mah  alış  yerində  və  satıcının  elan  etdiyi  digər 

yerlərdə  başqa  ölçülü,  formalı,  qabaritli,  fasonlu,  rəngli  və  ya 

quruluşlu  oxşar  mala  dəyişdirə  bilər.  Bu  zaman  qiymətdə  fərq 

olduqda satıcı ilə lazımi hesablaşma aparılır. 

Lakin alıcı bu hüququnu müəyyən şərtlər daxilində həyata keçirə 

bilər. AR MM-in 623.2 maddəsində nəzərdə tutulmuş 

'  Гражданское  право:  Учебник.  Том  II.  /Под  ред.  А.П.Сергеева,  Ю.К.Тодс- 

того. М.: Проспект. 2003, с. 128. 

66 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə