Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə17/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   13   14   15   16   17   18   19   20   ...   162

Rüfət Göyüşov 

-  AR  MM-in  1292.3-cü  maddəsində  müəyyən  olunan,  miras 

şərikinin öz payına dair sərəncam verərkən digər miras şəriklərinin 

satın almaqda üstünlük hüququ və s. aiddir. 

Satın almaqda üstünlük hüquqları AR Mülki Məcəlləsi ilə yanaşı, 

digər  normativ  hüquqi  aktlarda  da  nəzərdə  tutulmuşdur.  Belə  ki, 

"Torpaq  bazarı  haqqında"  AR  Qanunun  9-cu  maddəsinin  5-ci 

abzasında  müəyyən  olunmuş  qaydaya  görə,  kənd  təsərrüfatı 

torpaqlarının,  onlar  üzərində  istifadə  və  icarə  hüquqlarının,  habelə 

kənd təsərrüfatına az yararlı və yararsız torpaqların kənd təsərrüfatına 

və  onunla  bağlı  olan  dövriyyəyə  cəlb  edilməsi  məqsədilə  satın 

alınmasında üstünlük hüququ, bu torpaqların əvvəlki istifadəçilərinə 

və icarəçilərinə, habelə satışa çıxarılan sahələrlə həmsərhəd yerləşən 

kənd təsərrüfatı istehsalçılarına verilir. 

Subyektiv hüquq kimi satın almaqda üstünlük hüququnun həyata 

keçirilməsi üçün qanunverici müəyyən zaman məhdudiyyətləri tətbiq 

edir. Məsələn, əgər bu paylı mülkiyyətdirsə, paylı mülkiyyətin qalan 

mülkiyyətçiləri  daşınmaz  əmlaka  mülkiyyət  hüququndakı  satılan 

payı satın almaqdan imtina edərlərsə və ya bildirişin verildiyi gündən 

45  gün  ərzində  onu  əldə  etməzlərsə,  daşmar  əmlaka  mülkiyyət 

hüququndakı payı isə 15 gün ərzində əldə etməzlərsə, satıcı öz payını 

istədiyi şəxsə sata bilər. Oxşar qayda qapalı səhmdar cəmiyyətlərlə 

əlaqədar da müəyyən olunmuşdur. Belə ki, əgər səhmdarlardan heç 

biri  cəmiyyətin  nizamnaməsində  nəzərdə  tutulan  müddətdə,  lakin 

satış  elan  olunduğu  tarixdən  etibarən  otuz  gün  ərzində  özünün 

üstünlük  hüququndan  istifadə  etməzsə,  sonrakı  otuz  gün  ərzində 

səhmdar  cəmiyyəti  həmin  səhmləri  onların  mülkiyyətçisi  ilə 

razılaşdırılmış  qiymətə  özü  əldə  edə  bilər.  Səhmdar  cəmiyyəti 

səhmləri əldə etməkdən imtina etdikdə və ya onların qiymətinə dair 

razılığa  gəlin-  mədikdə  səhmlər  üçüncü  şəxsə  özgəninkiləşdirilə 

bilər. Növbəti misalı miras şərikləri ilə əlaqədar göstərmək olar. AR 

MM-in 


52 


I fəsil. Alqı-satqı müqaviləsi 

1292.3-cü  maddəsində  göstərilir  ki,  miras  şərikləri  satın  almaqda 

üstünlük hüququnu iki ay ərzində həyata keçirməlidirlər. 

Satın  almaqda  üstünlük  hüququ  subyektiv  hüquq  kimi  tərəflər 

arasında mövcud olan razılaşmada nəzərdə tutulubsa, o zaman buna 

müqavilə əsasında yaranan satın almaqda üstünlük hüququ deyirlər. 

AR MM-in 659.1-ci maddəsində müəyyən olunduğu kimi, əgər belə 

hüquqlar  müqaviləyə  əsaslanırsa,  yalnız  müqavilə  iştirakçılarını 

mükəlləfiyyətli  edir  və  həmin  əşyanı  və  ya  həmin  hüququ  arxayın 

əldə etmiş üçüncü şəxslərə qarşı qoyula bilməz. 

Misal  üçün,  AR  MM-in  104.2-ci  maddəsində  göstərilir  ki, 

cəmiyyətin  nizamnaməsində  sadə  (adi)  və  ya  digər  səsli  səhmlərə 

sahib olan səhmdarların cəmiyyət tərəfindən əlavə buraxılan səhmləri 

satın  almaqda  üstünlük  hüququ  müəyyənləşdirilə  bilər.  Normada 

işlədilən  "bilər"  ifadəsi  səhmdarlar  üçün  satın  almaqda  üstünlük 

hüququnun  təsisçilər  tərəfindən  təsdiq  edilmiş  nizamnamə  ilə 

müəyyənləşdirilə  bilməsi  imkanını  nəzərdə  tutur.  Burada  qeyd 

olunan  satın  almaqda  üstünlük  hüququ  tərəfləra-  rası  razılaşmadan 

irəli  gəldiyi  üçün  onu  müqavilədən  yaranan  subyektiv  hüquq  kimi 

qəbul etmək olar. 

Digər  misalı  AR  MM-in  1078-15-ci  maddəsinə  istinadən 

göstərmək  olar.  Həmin  maddənin  5-ci  bəndində  müəyyən  olunmuş 

qaydaya əsasən, investisiya qiymətli kağızlarının kütləvi təklif üsulu 

ilə  yerləşdirilməsi  zamanı  qiymətli  kağızları  alarkən  bir  alıcıya 

başqaları  qarşısında  üstünlük  verilməsi  qadağandır.  Bu  müddəa 

səhmdar cəmiyyətinin səhmdarlanna investisiya qiymətli kağızlarının 

emissiyası haqqında qərar qəbul edilən zaman onlarda olan səhmlərin 

sayma mütənasib miqdarda yeni emissiya olunan qiymətli kağızları 

almaqda üstünlük hüququ verildikdə tətbiq olunmur. Bu qaydalardan 

görünür  ki,  səhmdarların  satın  almaqda  üstünlük  hüquqları  bu 

səlahiyyətin  emitentin  qiymətli  kağızların  emissiyası  haqqında 

qərarında əksini tapdığı halda reallaşdırıla bilər. 



53 


Rüfət Göyüşov 

Satın  almaqda  üstünlük  hüququ  ayrı-ayrı  müqavilələrin 

məzmunundan  da  irəli  gələ  bilər.  Misal  üçün,  konsessiya 

müqaviləsinə  görə,  konsessioner  tapşırandan  müəyyən  malları 

(kontrakt mallarını) vaxtaşırı satın almalı və bu malları öz adından və 

öz  hesabına  başqasına  satmalıdır  (bax.  AR  MM,  mad.800.1).  Bu 

zaman  kontrakt  mallarını  müəyyən  ərazilərdə  və  (və  ya)  müəyyən 

müştərilərə  (müqavilə  ərazisi  və  müqavilə  müştəriləri)  satmaqda 

tapşıran konsessionerə müstəsna satış hüququ (inhisar hüququ) verir. 

Bu müqavilənin qüvvədə olduğu müddətdə tapşıranın eyni və ya 

oxşar  malları  satmaq  məqsədi  ilə  birbaşa  və  ya  üçüncü  şəxslər 

vasitəsi ilə konsessionerin müştərilərinə müraciət etməsi qadağandır 

(bax.  AR  MM,  mad.804).  Göstərilən  normalar  konsessionerin 

müqavilə  münasibətləri  çərçivəsində  müqavilə  ilə  razılaşdırılmış 

ərazilərdə və müqavilə ilə razılaşdırılmış müştərilər üçün tapşıranın 

kontrakt mallarını almaqda üstünlük hüququnu müəyyən edir. 

Satın  almaqda  üstünlük  hüququ  əqdlərin  forması  ilə  əlaqədar 

qanunvericiliyin  müəyyən  etdiyi  tələblər  çərçivəsində  həyata 

keçirilməlidir.  Əqd  yazılı  formadadırsa,  o  zaman  satın  almaqda 

üstünlük  hüququ  barədə  razılaşma  da  yazılı  formada  olmalıdır.  Və 

yaxud əqd notariat qaydasında təsdiqlənibsə, o zaman satın almaqda 

üstünlük hüququ da notariat qaydasında təsdiqlənməlidir. Göstərilən 

tələblər  AR  MM-in  659.2-ci  maddəsində  əksini  tapmışdır.  Həmin 

normaya  əsasən,  satın  almaqda  üstünlük  hüququ  və  müqaviləyə 

əsaslanan  digər  üstünlük  hüquqları  yalnız  nəzərdə  tutduqları  əqdin 

etibarhğı üçün tələb edilən formada qeydə alınmış olduqda etibarlıdır. 

Mülki  qanunvericilikdə  satın  almaqda  üstünlük  hüquqlarının 

həyata keçirilməsini məhdudlaşdıran şərtlər nəzərdə tutulmuşdur. AR 

MM-in 659.3-cü maddəsinin tələblərinə əsasən, başqasına verilməsi 

normativ hüquqi aktlarda nəzərdə tutulmuş 



54 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə