Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə16/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   162

I fəsil. Alqı-satqı müqaviləsi 

rada göndərmənin predmeti kimi, tələblərə və hüquqlara aid satıcının 

sərəncamında  olan  bütün  sənədlər  və  həmin  tələblərdən  və 

hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatlar çıxış edir. Bu 

tip  məlumatlar  sırasında  sənədsiz  qiymətli  kağızlarla  əlaqədar  AR 

MM-in  996.2-ci  maddəsində  göstərilən,  təsbit  edilmiş  hüququ 

təsdiqləyən sənəd də çıxış edə bilər. 

Mülki hüquq doktrinasında hüquqların satılması, bağışlanması və 

ümumiyyətlə, onlara mülkiyyət  hüquqlarının ötürülməsinin nəzərdə 

tutulan  digər  hüquqi  hərəkətlər  hüquqların  və  tələblərin  güzəşti 

kontekstində  nəzərdən  keçirilir.  Tarixən  hüququn  sessiyası  kimi 

qəbul  olunan  bu  qayda  bizim  qanunvericilikdə  hüquqların  güzəşti 

kimi təqdim olunur. Belə olan halda hüquqların və tələblərin satılması 

zamanı  satıcı  alıcıya  hüquqların  və  tələblərin  güzəşti  qaydalarını 

müəyyən  edən  AR  MM-in  193.3-cü  maddəsinin  tələblərinə  uyğun 

olaraq  satılan  hüququn  və  tələbin  güzəşti  barədə  lazımınca 

təsdiqlənmiş sənədi də əldə edənə verməlidir. 

Qiymətli kağızlarla əlaqədar hüquqların  alqı-satqısı  ilə əlaqədar 

qanunverici  daha  maraqlı  qaydalar  müəyyən  edir.  Bildiyimiz  kimi, 

qiymətli  kağız  müəyyənləşdirilmiş  formaya  riayət  olunmaqla  hər 

hansı hüququ təsdiqləyən elə bir sənəddir ki, həmin hüquq bu sənəd 

olmadan nə həyata keçirilə, nə də başqa şəxsə verilə bilər. Qiymətli 

kağızlar  üzrə  mülkiyyət  hüququnun  başqasına  keçməsi  üçün, 

özgəninkiləşdirən  qiymətli  kağızı  əldə  edənə  verməlidir,  məhz  bu 

andan mülkiyyət əldə edənə keçmiş sayılır (bax. AR MM, mad. 183) 

və yaxud orderli qiymətli kağız üzrə tələbin güzəşti həmin qiymətli 

kağız üzrə indossament yolu ilə həyata keçirilir. Oxşar qaydalar digər 

normalarda  da  əksini  tapır.  Belə  ki,  AR  MM-in  1078-21.2  və 

1078-21.5-ci  maddələrində  göstərildiyi  kimi,  adlı  və  adsız  sənədli 

qiymətli  kağız  üzrə  hüquqlar  onun  sertifikatının  yeni  sahibinə 

verilməsi ilə ötürülür. 

Hüquqların  alqı-satqısı  zamanı  onların  göndərilməsi  (sessiyası) 

hüququn mövcudluğunu təsdiq edən sənədlər təqdim edil 

49 



Rüfət Göyüşov 

mədən hesabdan hesaba köçürülməklə də mümkündür. Belə ki, AR 

MM-in  1078-21.3  və  1078-21.4-cü  maddəsində  müəyyən  olunmuş 

qaydaya görə, adlı və adsız sənədsiz qiymətli kağızlar üzrə hüquqlar 

qiymətli kağızların sahibinin "depo" hesabından yeni sahibin "depo" 

hesabına köçürülməsi yolu ilə ötürülür. 

Nəzərə  alsaq  ki,  hüquqlar  və  tələblər  qeyri-maddi  nemətlərdir, 

odur  ki,  onlara  toxunmaq,  onları  hiss  etmək  mümkün  deyildir. 

Müəyyən  sənədlərlə  təsbit  olunmasına  baxmayaraq  hər  zaman 

alqı-satqmın  predmeti  olacaq  hüquqların  və  tələblərin  real  olaraq 

mövcud  olmaması  təhlükəsi  vardır.  Bununla  əlaqədar  olaraq 

qanunverici  satıcının  üzərinə  hüququn  və  ya  tələbin  həqiqətən 

mövcud  olması  ilə  əlaqədar  məsuliyyət  qoyur  (bax.  AR  MM, 

mad.654.1). Qiymətli kağızın  satıcısı belə bir məsuliyyət  də daşıyır 

ki, həmin qiymətli kağızın etibarsızlığına səbəb ola biləcək hansısa 

icraata başlanılmayacaqdır. 



1.8.

 

Satın almaqda üstünlük hüquqları 

Satın almaqda üstünlük hüquqları mülki dövriyyə iştirakçılarının 

subyektiv hüquqlarına aid olan səlahiyyətlərdən biridir. Bu səlahiyyət 

qanunvericiliklə  müəyyən  olunmuş  hədlər  çərçivəsində  həyata 

keçirilə  bilər.  Satın  almaqda  üstünlük  hüquqları  müəyyən  şərtlər 

daxilində  subyektiv  hüquqların  ayrılmaz  tərkib  elementi  olmaqla 

bərabər,  bu  hüququn  realizəsi  zamanı  müəyyən  olunmuş  hədlər 

çərçivəsindən  kənara  çıxılması  sui-istifadə  hallarının  yaranmasına 

səbəb  ola  bilər.  İlk  növbədə  qeyd  olunmalıdır  ki,  satınalmaqda 

üstünlük hüquqları iki əsasda (qanun və müqavilə) yarana bilər. AR 

MM-in 659.1-ci maddəsində nəzərdə tutulduğu kimi, satın almaqda 

üstünlük hüququ və hər hansı əşyaya və  ya hər hansı hüquqa digər 

üstünlük hüquqları qanuna görə və ya müqa 

vilə əsasında əmələ gələ bilər. 



50 


I fəsil. Alqı-satqı müqaviləsi 

Əgər hər hansı əşyaya və ya hüquqa üstünlük hüquqları tərəflər 

arasında  müqavilədə  nəzərdə  tutulub  tutulmamasından  asılı 

olmayaraq bilavasitə normalarda əksini tapırsa, bir sözlə, qanundan 

irəli  gəlirsə,  o  zaman,  bu  hüquq  qanun  əsasında  yaranan  satın 

almaqda üstünlük hüququdur. Qanun əsasında yaranan satın almaqda 

üstünlük hüquqlarının dairəsi kifayət qədər genişdir. Bura: 

-AR MM-in 85.3-cü maddəsində göstərilən komandit ortaq- lığın 

maya qoyanlarının digər iştirakçının payım öz paylarının miqdarına 

mütənasib surətdə satın almaqda üçüncü şəxslər qarşısında üstünlük 

hüququ; 

-

 



AR  MM-in  93.3-cü  maddəsində  qeyd  olunan  məhdud 

məsuliyyətli  cəmiyyətin  iştirakçıları  öz  payını  özgəninkiləşdirmək 

istəyən  iştirakçının  payını  (onun  bir  hissəsini)  öz  paylarının 

miqdarına mütənasib surətdə satın almaqda üstünlük hüququ

-

 

AR  MM-in  101.1-ci  maddəsində  əksini  tapan  qapalı  səhmdar 



cəmiyyətinin səhmdarlarının həmin cəmiyyətin digər səhmdarlarının 

satdıqları səhmləri əldə etməkdə üstünlük hüququ

-

 

AR MM-in 218.1-ci maddəsində müəyyən olunan ümumi paylı 



mülkiyyət  hüququndakı  pay  üçüncü  şəxsə  satılarkən  paylı 

mülkiyyətin  qalan  mülkiyyətçilərinin  satılan  payı,  açıq  hərracdan 

satış  halı  istisna  olmaqla,  satıldığı  qiymətə  və  digər  bərabər  şərtlər 

əsasında almaqda üstünlük hüququ

-

 

AR  MM-in  254-cü  maddəsində  göstərilən  tikintiyə  vərəsəlik 



hüququ olan şəxsin torpaq sahəsini satın almaqda üstünlük hüququnu 

və ya torpaq sahəsinin mülkiyyətçisinin tikintiyə vərəsəlik hüququnu 

satın almaqda üstünlük hüququ; 

-

 



AR  MM-in  699.3-cü  maddəsində  nəzərdə  tutulan  kirayəyə 

verilən  əşyanın  yaşayış  otağı  olduğu  təqdirdə  və  kirayəçiyə 

verildikdən  sonra  kirayəyə  verən  tərəfindən  onun  ailəsinə  mənsub 

olmayan hər hansı üçüncü şəxsə satılırsa, kirayəçinin satın almaqda 

üstünlük hüququ; 

51 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə