Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə13/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   9   10   11   12   13   14   15   16   ...   162

Rüfət Göyüşov 

rin hüquqi vəziyyəti fərqli olduğu üçün qanunverici onlarla əlaqədar 

alqı-satqı müqaviləsinin tənzimlənməsinə xüsusi yer ayırmışdır. AR 

MM-in  29-cu  fəslinin  2-ci  paraqrafmda  göstərilir  ki,  əgər  bu 

paraqrafm  aşağıdakı  müddəalarından  ayrı  qayda  irəli  gəlmirsə, 

heyvanların,  quşların  və  balıqların  alqı-satqısına  əşyaların 

alqı-satqısı haqqında ümumi müddəalar tətbiq edilir. 

Predmeti  cansız  əşya  olan  alqı-satqı  müqavilələrinin 

tənzimlənməsi  zamanı  satılan  əşayanm  keyfiyyəti,  komplektliliyi, 

yarar-  hhğı  və  istifadəsi  üçün  qarantiya  məsələlərini  nizama  salan 

kifayət  qədər  normalar  vardır.  Bu  normalar  əsasında  müqavilə 

tərəflərinin məsuliyyətinin yaranması əsasları müəyyən olunur. Canlı 

predmetlərlə  əlaqədar  isə  qeyd  olunan  qaydaları  müəyyən  etmək 

praktiki olaraq qeyri-mümkündür. Odur ki, bu əşyaların verilməsi və 

bu  zaman  məsuliyyətin  keçməsi  ilə  əlaqədar  məsələlərin 

tənzimlənməsi xüsusi yanaşma tələb edir. Belə ki, AR MM-in 609-cu 

maddəsində müəyyən olunmuş qaydaya əsasən, heyvanların, quşların 

və  balıqların  alqı-satqı  müqaviləsi  bağlanarkən  satıcı  tərəf  aşağıda 

müəyyənləşdirilmiş uyğunsuzluqlar (başlıca qüsurlar) üçün və yalnız 

bu  qüsurların  konkret  müddətlər  (qarantiya  müddətləri)  ərzində 

aşkara çıxdığı halda məsuliyyət daşıyır: 

I.  Faydalı  və  damazlıq  heyvanların  satıldığı  halda  aşağıdakılar 

başlıca qüsurlar sayılır: 

a)

 



cıdır  və  yük  heyvanlarında  -  manqo,  şüurun  azalması  ilə 

baş-beynin  sağalmaz  xəstəliyi,  qırtlağm  və  ya  traxeyanm  və  ya  ağ 

ciyərlərin  və  ya  ürəyin  sağalmaz  xəstəliyi  nəticəsində  tənəffüsün 

çətinləşməsi, habelə gözün daxili orqanlarının iltihabh dəyişməsi - 14 

günlük qarantiya müddəti ilə

b)

 



qaramalda  ~ heyvanın  vəziyyəti ümumən pisləşməklə vərəm 

xəstəliyi - 14 günlük qarantiya müddəti ilə, habelə ağ ciyərlərin tam 

iltihabı - 28 günlük qarantiya müddəti ilə

c)

 



davarda - qoturluq - 14 günlük qarantiya müddəti ilə, qızıl yel - 

3 günlük qarantiya müddəti ilə; taun - 10 günlük qarantiya müddəti 

ilə. 

40 



I fəsil. Alqı-satqı müqaviləsi 

II. Yeyinti məhsulları əldə etmək məqsədilə heyvanların kəsilmək 

üçün satıldığı halda aşağıdakılar başlıca qüsurlar sayılır: 

a)

 



cıdır  və  yük  heyvanlarında  ~  manqo  -  14  günlük  qarantiya 

müddəti ilə; 

b)

 

qaramalda  -  heyvanın  çəkisinin  yarıdan  çoxunu  insanın 



qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya 

müddəti ilə; 

c)

 

qoyunlarda  və  keçilərdə  -  ümumi  hidropos  -  14  günlük 



qarantiya müddəti ilə; 

d)

 



donuzlarda  -  heyvanın  çəkisinin  yandan  çoxunu  insanın 

qidalanması üçün yararsız etmiş vərəm xəstəliyi - 14 günlük qarantiya 

müddəti ilə, habelə trixin - 14 günlük qarantiya müddəti ilə. 

Digər  heyvanlar,  quşlar  və  balıqlar  satılarkən  başlıca  qüsurlar 

müvafiq  icra hakimiyyəti  orqanı  tərəfindən, normativ hüquqi  aktlar 

olmadıqda isə müqavilə ilə müəyyənləşdirilir. 

Ümumi qaydaya əsasən, əgər alqı-satqı müqaviləsində ayrı qayda 

nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən 

zədələnməsi  riski  müqaviləyə  uyğun  olaraq  satıcının  əşyanı  alıcıya 

vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir (AR MM, 

mad.571.1).  Əşyalarla  əlaqədar  qarantiya  müddətinin  axımı,  əgər 

alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, əşyanın 

alıcıya  verildiyi  məqamdan  başlanır.  Canlı  əşyalarla  əlaqədar 

qarantiya müddəti isə, AR MM- in 609.5-ci maddəsində qeyd edildiyi 

kimi, riskin alıcıya keçdiyi günün sonundan başlanır. 

Burada  tətbiq  olunan  qarantiya  müddətinin  əhəmiyyəti  ondan 

ibarətdir ki, qarantiya müddəti ərzində hər hansı başlıca qüsur aşkar 

edildikdə  ehtimal  olunur  ki,  həmin  qüsur  riskin alıcıya  keçdiyi  ana 

qədər mövcud idi (AR MM, mad.611). Nəzərə alsaq ki, AR MM-in 

581.1-ci  maddəsinə  əsasən,  satıcı  alıcıya  keyfiyyəti  alqı-satqı 

müqaviləsinə  uyğun  gələn  əşya  verməyə  borcludur,  o  halda  qüsur 

müəyyən olunduğu təqdirdə alıcı qanunla və müqa 



41 


Rüfət Göyüşov 

vilə  ilə  ona  verilmiş  bütün  hüquqlardan  istifadə  etmək  imkanına 

malik olur. Heyvan, quş və balıq alıcısının qanunvericiliklə müəyyən 

olunmuş hüquqları bu cür alqı-satqı müqaviləsinin predmetindən asılı 

olaraq  daha  qəti  xarakter  alır.  Belə  ki,  heyvanlarda,  quşlarda  və 

balıqlarda  başlıca  qüsurların  olması  nəticəsində  alıcı  yalnız 

müqavilənin ləğvini tələb edə bilər, qiymətin azaldılmasını isə tələb 

edə bilməz (AR MM, mad.612.1). 

Lakin  qeyd  olunan  hüququn  həyata  keçirilməsi  ilə  əlaqədar 

qanunverici  məhdudiyyət  müəyyən  etmişdir.  Belə  ki,  qarantiya 

müddəti  qurtardıqdan  sonra  üç  gündən  gec  olmayaraq  və  ya  əgər 

heyvan, quş və ya balıq həmin müddət bitənədək öldürülərsə və ya 

digər şəkildə tələf olarsa, heyvanın, quşun və ya balığın ölümündən 

sonra alıcı satıcıya bu qüsur barəsində məlumat verməzsə və ya ona 

bu barədə bildiriş göndərməzsə və ya qüsur əsasında ona qarşı iddia 

irəli  sürməzsə,  alıcı  hər  hansı  başlıca  qüsur  əsasında  ona  mənsub 

hüquqlardan  (müqavilənin  ləğv  edilməsi,  predmetin  dəyişdirilməsi, 

çəkilmiş  xərclərin  və  dəyən  zərərin  əvəzinin  ödənilməsi)  məhrum 

olur (bax. AR MM, mad.613.1). 

Qanunverici  alıcı  ilə  yanaşı,  satıcını  da  müqavilənin  ləğv 

edilməsi,  dəyişdirmə  üçün  göndərilmə  və  ya  zərərin  əvəzinin 

ödənilməsi hüquqları ilə təmin edir. AR MM-in 613.2-ci maddəsində 

satıcının göstərilən hüquqlarını həyata keçirə bilməsi üçün qarantiya 

müddəti qurtardıqdan sonra iki aylıq müddət müəyyən olunmuşdur. 

Heyvanların,  quşların  və  balıqların  alqı-satqısı  zamanı 

məsuliyyətin  genişləndirilməsi  və  məhdudlaşdırılması  ilə  əlaqədar 

qanunverici  daha  mütəhərrik  qaydalar  müəyyən  edir.  Belə  ki,  AR 

MM-in  610-cu  maddəsi  ilə  müəyyən  olunur  ki,  yazılı  müqavilədə 

tərəflər  Mülki  Məcəllənin  609-cu  maddəsində  nəzərdə  tutulan 

məsuliyyətin məhdudlaşdırılmasmm xüsusi şərtləri barəsində razılığa 

gələ bilərlər. Həmin şərtlərə əsasən, başlıca qüsurların olmamasına və 

ya  müəyyən  xassələrin  olmasına  təminat  verilə  bilər,  qarantiya 

müddətləri uzadıla və ya qısaldıla bilər. 

42 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə