Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə11/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   ...   7   8   9   10   11   12   13   14   ...   162

Rüfət Göyüşov 

yənləşdirilmiş  müddətdə  qəbul  etməsi  şərti  ilə  bağlana  bilər.  Bu 

müddət ərzində mal başqa alıcıya satıla bilməz. Əgər müqavilədə ayrı 

qayda  nəzərdə  tutulmayıbsa,  alıcının  gəlməməsi  və  ya  malın 

müqavilədə müəyyənləşdirilmiş müddətdə qəbul edilməsi üçün zəruri 

olan digər hərəkətlərin yerinə yetirilməməsi satıcı tərəfindən alıcının 

müqavilənin icrasından imtina etməsi kimi qiymətləndirilə bilər (bax. 

AR MM, mad.618.2). 

2.

 

Malların  nümunələr  üzrə  satılması.  AR  MM-in  619.1-ci 



maddəsinə  əsasən,  pərakəndə  alqı-satqı  müqaviləsi  alıcının  satıcı 

tərəfindən  təklif  edilmiş  mal  nümunəsi  (onun  təsviri,  malların 

kataloqu  və  i.a.)  ilə  tanış  olması  əsasında  bağlana  bilər.  Pərakəndə 

alqı-satqı  müqaviləsinin  bu  növünün  xüsusiyyəti  aşağıda  göstərilən 

əlamətlərlə səciyyə oluna bilər: 

a)

 



müqavilə  bağlanarkən  mal  satış  məntəqəsində  deyil, 

anbardadır  və  yaxud  satış  məntəqəsində  olan  mal  nümunə  üçün 

nəzərdə tutulmuşdur; 

b)

 



müqavilə  bağlanarkən  mal  hələ  hazır  deyil  və  kataloq  üzrə 

razılıq əldə olunandan sonra mal hazırlanacaqdır; 

c)

 

müqavilə elektron vasitələrdən istifadə etməklə bağlanılmışdır. 



Bu  zaman  satıcı  kataloqlar  üzrə  malların  ofertasını  edir,  alıcı  isə 

predmeti dəqiqləşdirməklə müvafiq akseptini bildirir. 

Pərakəndə  alqı-satqı  müqaviləsinin  bu  növünün  xüsusiyyətinə 

uyğun  olaraq  qanunverici  malın  çatdırılması  vəzifəsini  tərəflərin 

razılaşmasından asılı edir. AR MM-in 619-cu maddəsində göstərilir 

ki, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, nümunə üzrə 

pərakəndə  alqı-satqı  müqaviləsi  malın  müqavilədə  göstərilmiş  yerə 

çatdırıldığı 

andan, 

müqavilədə 



malın 

verilməsi 

yeri 

müəyyənləşdirilmədikdə isə malın fiziki şəxsin yaşayış yeri üzrə və 



ya  hüquqi  şəxsin  olduğu  yer  üzrə  alıcıya  çatdırıldığı  andan  icra 

edilmiş  sayılır.  Bu  və  ya  digər  əlamətinə  görə  malların  nümunələr 

üzrə  satılması  müqaviləsi  alqı-satqı  müqaviləsinin  digər  növü  olan 

göndərmə müqaviləsinə oxşasa da, onlar ara 



34 


I fəsil. Alqı-satqı müqaviləsi 

sında əsas fərq odur ki, pərakəndə alqı-satqı müqaviləsində bir tərəf 

hər zaman sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan şəxsi, ailə, ev və ya 

digər istifadə üçün nəzərdə tutulan malın alıcısıdır. 

3.

 

Malların avtomatlardan istifadə etməklə satılması. Pərakəndə 



alqı-satqı  müqaviləsinin  bu  növünün  xüsusiyyəti  odur  ki,  burada 

satıcını  avtomat  maşınlar  əvəz  edir.  Bu  avtomat  maşınlar  satıcı  ilə 

alıcı  arasında  vasitəçi  rolunu  oynayır.  Ona  görə  də  qanunverici 

vasitəçi  rolunu  oynayan  avtomatların  sahiblərinin  üzərinə  müəyyən 

vəzifələr qoyur. AR MM-in 620.1-ci maddəsində müəyyən olunur ki

malların  avtomatlardan  istifadə  etməklə  satıldığı  hallarda 

avtomatların sahibi satıcının adı (firma adı), olduğu yer, habelə mah 

almaq  üçün  alıcının  yerinə  yetirməli  olduğu  hərəkətlər  haqqında 

məlumatları  avtomatda  yerləşdirməklə  və  ya  başqa  üsulla  təqdim 

etmək  yolu  ilə  alıcılara  malların  satıcısı  haqqında  informasiya 

verməyə borcludur. 

Göstərilən  müqaviləni  xarakterizə  edən  əlamət  kimi  onun 

bağlanması  qaydasında  olan  fərqliliyi  qeyd  etmək  olar.  Ümumi 

qaydaya əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində 

tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. 

Sözü gedən müqavilə isə alıcının mah almaq üçün zəruri hərəkətləri 

yerinə yetirdiyi andan bağlanmış sayılır (bax. AR MM, mad.620.2). 

4.

 



Malın  alıcıya  çatdırılmaq  şərti  ilə  satılması.  Göstərilən  şərt 

ümumi konsepsiyada satıcının əşyanı vermək vəzifəsinin məzmununa 

daxil olan əsas şərtlərdən biri olmaqla, bu vəzifənin icrası məqamının 

mərkəzi elementini təşkil edir. Belə ki, əgər alqı- satqı müqaviləsində 

əşyanın  çatdırılması  şərti  nəzərdə  tutulmayıbsa,  o  zaman  əşya  ya 

olduğu  yerdə  alıcıya  verilməli,  ya  da  əşya  çatdırılması  üçün 

daşıyıcıya və ya rabitə təşkilatına təhvil verilmədir. 

Qanunverici  pərakəndə  alqı-satqı  müqaviləsində  malın 

çatdırılması ilə əlaqədar qaydalarda müəyyən edir ki, pərakəndə al- 

35 



Rüfət Göyüşov 

qı-satqı  müqaviləsi  malın  alıcıya  çatdırılması  şərti  ilə  bağlandıqda 

satıcı  müqavilədə  müəyyənləşdirilmiş  müddətdə  malı  alıcının 

göstərdiyi  yerə  çatdırmağa,  alıcı  malın  çatdırılma  yerini  göstər- 

mədikdə isə alıcı olan fiziki şəxsin yaşayış yerinə və ya hüquqi şəxsin 

olduğu  yerə  çatdırmağa  borcludur  (bax.  AR  MM,  mad.621.1). 

Burada  əşyanın  təhvil  verilməsi  məqamının  müəyyən  olunmasının 

xüsusi əhəmiyyəti vardır. Məhz bu andan sonra pərakəndə alqı-satqı 

müqaviləsi  icra  edilmiş  sayılır.  Əşyanın  təhvil  verilməsi  malın 

çatdırılmasının rəsmiləşdirildiyini göstərən qəbzi və ya digər sənədi 

təqdim etmiş istənilən şəxsə münasibətdə həyata keçirilir. 

1.4.

 

Göndərmə müqaviləsi 

Göndərmə  müqaviləsinin  anlayışı.  Göndərmə  müqaviləsinə 

görə  mal  göndərən  -  sahibkarlıq  fəaliyyətini  həyata  keçirən  satıcı 

istehsal etdiyi və ya satın aldığı malları sahibkarlıq fəaliyyətində və 

ya  şəxsi,  ailə,  ev  və  digər  bu  cür  istifadə  ilə  bağlı  olmayan  başqa 

məqsədlər üçün istifadə edilməkdən ötrü şərtləşdiril- miş müddətdə 

və ya müddətlərdə alıcıya verməyi öhdəsinə götürür (AR MM, mad. 

627). 

Mal  göndərmə  müqaviləsi  sahibkarlıq  fəaliyyəti  sahəsində  ən 



geniş  yayılmış  müqavilə  növlərindən  biri  olmaqla  təsərrüfat 

sahəsində  malların  əvəzli  dövriyyəsini  şərtləndirir.  Onsuz 

iqtisadiyyatın normal fəaliyyəti təsəvvür edilməzdir. Mal göndərmə 

müqaviləsi alqı-satqı müqaviləsinin növlərindən biridir və çox zaman 

sahibkarlıq və ya ticarət alqı-satqısı adlanır. 

Mal  göndərmə  müqaviləsinin  əsas  özəlliyi  bu  müqavilənin 

predmeti  kimi  çıxış  edən  əmtəənin  xüsusi  istifadə  xarakteri  ilə 

müəyyən olunur. AR MM-in 627-ci maddəsində müəyyən olunmuş 

qaydaya görə bu əmlak şəxsi, ailə, ev və digər bu eür istifa 

36 



Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə