Yazılmışdır. Bu kitabda mülki hüquq münasibətlərinin yaranmasında aparıcı



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə7/162
tarix29.08.2018
ölçüsü2,56 Mb.
#65284
növüYazı
1   2   3   4   5   6   7   8   9   10   ...   162

Rüfət Göyüşov 

Komplektlilik haqqında şərtlər alqı-satqı müqaviləsində nəzərdə 

tutulmaya  da  bilər.  Belə  olan  təqdirdə  satıcı  alıcıya  komp-  lektliyi 

işgüzar dövriyyə adətləri ilə və ya adətən irəli sürülən digər tələblərlə 

müəyyənləşdirilən əşya verməyə borcludur. 

İkinci hal ilə əlaqədar AR MM-in 591.1-ci maddəsində belə bir 

qayda  müəyyən  olunur  ki,  əgər  alqı-satqı  müqaviləsində  satıcının 

alıcıya  əşyaların  müəyyən  toplusunu  komplekt  şəklində  vermək 

vəzifəsi  nəzərdə  tutulubsa,  öhdəlik  komplektə  daxil  olan  bütün 

əşyaların verildiyi andan icra edilmiş sayılır. 

Əgər  alqı-satqı  müqaviləsində  ayrı  qayda  nəzərdə  tutulmayıbsa 

və  öhdəliyin  mahiyyətindən  ayrı  qayda  irəli  gəlmirsə,  satıcı 

komplektə  daxil  olan  bütün  əşyaları  alıcıya  eyni  vaxtda  verməyə 

borcludur (bax. AR MM, mad.591.2). 

Əşyanın  komplektliliyi  haqqında  şərtin  pozulması  halında  da, 

əgər  alqı-satqı  müqaviləsində  ayrı  qayda  nəzərdə  tutulmayıbsa  və 

öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcının öz seçimi 

ilə aşağıdakı hüquqları tanınır: 

a)

 

alış qiymətinin mütənasib surətdə azaldılmasını tələb etmək; 



b)

 

əşyanın  komplektinin  ağlabatan  müddətdə  tamamlanmasını 



tələb etmək. 

AR  MM-in  592.2-ci  maddəsində  müəyyən  olunmuş  qaydaya 

əsasən,  əgər  satıcı  əşyanın  komplektinin  tamamlanması  barədə 

alıcının  tələbini  ağlabatan  müddətdə  yerinə  yetirməzsə,  alıcının 

ixtiyarı var ki, öz seçimi ilə: ya komplektsiz əşyanın komplektli əşya 

ilə  əvəz  olunmasını  tələb  etsin,  ya  da  ki,  alqı-satqı  müqaviləsinin 

icrasından  imtina  etsin  və  ödədiyi  pul  məbləğinin  qaytarılmasını 

istəsin. 

6)

 

Satıcı  alıcıya  keyfiyyəti  alqı-satqı  müqaviləsinə  uyğun  gələn 



əşya  verməyə  borcludur  (bax.  AR  MM,  mad.581.1).  Əşyanın 

keyfiyyəti haqqında şərtlər alqı-satqı müqaviləsində nəzərdə tutula və 

ya tutulmaya bilər. Müqavilədə əşyanın  keyfiyyəti haqqında şərtlər 

nəzərdə  tutulmuşdursa,  o  zaman  satıcı  həmin  şərtlərə  uyğun  əşya 

verməyə borcludur. 

22 



I fəsil. Alqı-satqı müqaviləsi 

Əşyanın keyfiyyəti. Keyfiyyət sözü bir neçə 100 illiklər ərzində 

dilə  gətirilmiş,  lakin  buna  baxmayaraq  "keyfiyyət"  termini  ancaq 

1970-ci  ildə  standartlaşdırılmışdır.  Əmtəənin  keyfiyyət  göstəriciləri 

onun istehlak və mübadilə dəyərini səciyyələndirir. 

Əmtəəşünaslıqda məhsulun keyfiyyəti dedikdə, təyinatına uyğun 

olaraq onun müəyyən tələbləri ödəməsi üçün yararlı olduğunu təyin 

edən  xassələrin  məcmusu  başa  düşülür.  Mülki  qanunvericilikdə 

müəyyən  olunan  anlayışa  görə,  əgər  məhsul  bütün  hallar  nəzərə 

alınmaqla  ondan  gözlənilən  etibarlılığı  təmin  etmirsə,  keyfiyyətsiz 

məhsul  sayılır  (bax.  AR  MM,  mad.1128.3).  Anlayışın  məntiqi 

davamına  görə,  məhsul  bütün  hallar  nəzərə  alınmaqla  ondan 

gözlənilən etibarlılığı təmin etməlidir. AR MM-in 

581.1-


 

ci maddəsində müəyyən olunan ümumi qaydaya görə, satıcı 

alıcıya keyfiyyəti alqı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə 

borcludur. Normadan görünür ki, əşyanın keyfiyyəti haqqında şərtlər 

alqı-satqı  müqaviləsi  ilə  müəyyən  oluna  bilər,  lakin  əgər  keyfiyyət 

haqqında  şərtlər  alqı-satqı  müqaviləsində  əksini  tapmasa,  o  zaman 

satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan 

əşya verməyə borcludur. 

Əmtəənin keyfiyyəti normativ aktlarla müəyyən olunan məcburi 

tələblərdə və ya alıcının əşyanı əldə etmə məqsədlərində ifadə olunur. 

Satılan  əşyanın  keyfiyyəti  barəsində  məcburi  tələblər  olduqda, 

sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  satıcı  alıcıya  həmin  məcburi 

tələblərə  uyğun  gələn  əşya  verməyə  borcludur.  Tərəflər  arasında 

razılaşmaya əsasən satıcı keyfiyyət üçün müəyyənləşdirilmiş məcburi 

tələblərə nisbətən daha yüksək tələblərə uyğun gələn əşya verə bilər 

(bax. AR MM, mad.581.4). 

Əşyanın keyfiyyəti alıcının əldə etmə məqsədlərində ifadə olunsa 

və  bu  tələblər  alqı-satqı  müqaviləsində  əksini  tapsa,  o  zaman  AR 

MM-in  581.2-ci  maddəsində  nəzərdə  tutulan  qayda  tətbiq 

olunacaqdır.  Belə  ki,  əgər  müqavilə  bağlanarkən  alıcı  əşyanı  əldə 

etməsinin konkret məqsədləri barəsində satıcıya məlu 

23 



Rüfət Göyüşov 

mat  vermişdirsə,  satıcı  alıcıya  həmin  məqsədlər  üçün  istifadəyə 

yarayan əşya verməyə borcludur. 

Mülki  dövriyyə  inkişaf  etdikcə  mülki  hüquq  münasibətlərinin 

realizəsi formasında da müəyyən dəyişikliklər baş verir. İnformasiya 

texnologiyalarının  gündəlik  həyatımızda  geniş  tətbiq  olunması  bu 

inkişafın  tələblərinə  uyğun  müqavilə  münasibətlərinin  meydana 

gəlməsini zəruri edir. Belə ki, hazırda əşyaların texniki vasitələrdən 

istifadə olunmaqla, məsələn, təsvir əsasında satışı geniş yayılmışdır. 

Bununla  əlaqədar,  AR  MM-in  581.3-cü  maddəsində  nəzərdə 

tutulmuş qaydaya əsasən, əşyanı nümunəyə və (və ya) təsvirə əsasən 

satarkən, satıcı alıcıya nümunəyə və (və ya) təsvirə uyğun gələn əşya 

verməyə borcludur. 

Hər  bir  əşyanın  fiziki  xüsusiyyətləri  kənar  təsirlər  altında 

müəyyən bir dövr ərzində dəyişikliyə məruz qalır. Odur ki, keyfiyyət 

göstəriciləri  daimi  olaraq  sabit  qala  bilməz.  Lakin  əmtəənin  fiziki 

xüsusiyyətləri  müəyyən  bir  dövr  ərzində  ondan  təyinatına  uyğun 

istifadəyə  imkan  yaratmalıdır.  Belə  bir  zaman  dövrünün  müəyyən 

olunmasının  çox  böyük  praktiki  əhəmiyyəti  vardır.  Belə  ki,  alıcı 

yalnız  bu  müddət  ərzində  əşyanın  qüsurları  ilə  bağlı  satıcıya  qarşı 

tələb irəli sürə bilər. Ona görə də qanunverici istehlakçıların maddi və 

mənəvi maraqlarının qorunması, istehlakçının satıcı və ya istehsalçı 

ilə münasibətlərinin tənzimlənməsi, məsuliyyət hədlərinin müəyyən 

olunması  məqsədilə  satılan  əşyaların  keyfiyyəti  üçün  qarantiya  və 

yararhhq müddətləri müəyyən etmişdir. 

Burada  əsas  məqsəd  verilən  əşyanın  bu  cür  əşyaların,  adətən, 

istifadə  edildiyi  məqsədlər  üçün  ağlabatan  müddət  ərzində  yararlı 

olmasıdır.  Qanunvericinin  bu  məsələdə  satıcıya  münasibətdə 

yanaşması  sanki  yönləndirici  xarakterlidir  və  hər  bir  əmtəə  ilə 

əlaqədar  o,  qarantiya  müddəti  müəyyən  etməyə  istiqamətləndirir. 

Əşya  ilə  əlaqədar  qarantiya  müddəti  müəyyən  olunmadığı  təqdirdə 

isə alıcının maraqlarının qorunması məqsədilə qanun 



24 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   162




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə